Məhkəmə qərarları › İş №e-2-2(113)-7592/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7592/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qarantiya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7592/2025 14.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı razılaşmanın etibarsız hesab edilməsi, pul vəsaitinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı razılaşmanın etibarsız hesab edilməsi, pul vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli razılaşmanın (qarantiya verilməsinə dair) və İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əlavə edilmiş ödəniş cədvəllərinin etibarsız hesab edilməsi, cavabdehdən “ AKA” şirkətinin xeyrinə 10990 (on min doqquz yüz doxsan) manat vəsaitin, 123 (yüz iyirmi üç) manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı 06 noyabr 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə təqdim edərək işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı razılaşmanın etibarsız hesab edilməsi, pul vəsaitinin ödənilməsi borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 122 (bir yüz iyirmi iki) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu İddiaçınə geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar