Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-76/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiacı İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın geri qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarəçinin əşyaları və qurğuları, hüquqdan sui-istifadə, vicdanlılıq, mənəvi zərər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın özgənin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“X3” MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan və cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılan 1 ədədinin qiyməti 250 manat olan Ümummilli Lider Heydər Əliyevin portreti (qızılı çərcivədə) – 1 ədəd, 1 ədədinin qiyməti 300 manat olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti (qızılı çərcivədə) – 1 ədəd, 1 ədədinin qiyməti 100 manat olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın portreti – 1 ədəd, 1 ədədinin qiyməti 37 manat olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə tərcümə olunmuş kitabları – 70 ədəd; 1 ədədinin qiyməti 25 manat olan Zərifə Əliyevanın ingilis və Azərbaycan dillərinə tərcümə olunmuş kitabları – 200 ədəd, 1 ədədinin qiyməti 30 manat olan Dürdanə Ağayevanın “Erməni zindanında 8 gün” kitabının rus dilindən ingilis dilinə tərcümə olunmuş kitabı – 100 ədəd, 1 ədədinin qiyməti 900 manat olan “reception” masası (qırmızı/qara) – 1 ədəd, 1 ədədinin qiyməti 250 manat olan “reception” şkafı (qırmızı/qara) – 1 ədəd, 1 ədədinin qiyməti 100 manat olan şagird stolları (qəhvəyi) – 12 ədəd, 1 ədədinin qiyməti 50 manat olan oturacaqlar (boz) – 5 ədəd, 1 ədədinin qiyməti 75 manat olan oturacaqlar (qırmızı qoltuqlu) – 12 ədəd, 1 ədədinin qiyməti 50 manat olan oturaqcaqlar (qara qoltuqlu) – 39 ədəd, 1 ədədinin qiyməti 75 manat olan qoltuqlu oturacaqlar – 12 ədəd, 1 ədədinin qiyməti 350 manat olan böyük dərili kreslo (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 150 manat olan balaca dərili kreslo (qara, resepşnda) – 1 ədəd, 1 ədədinin qiyməti 75 manat olan balaca pufik – 2 ədəd, 1 ədədinin qiyməti 260 manat olan jurnal stolu (tünd qəhvəyi) – 1 ədəd, 1 ədədinin qiyməti 125 manat olan kitab şkafı (qəhvəyi) – 2 ədəd, 1 ədədinin qiyməti 30 manat olan kiçik ölçülü kvadrat formalı kitab rəfi – 5 ədəd, 1 ədədinin qiyməti 300 manat olan uzun kitab rəfi ağ – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan mətbəx tumbaları – 2 ədəd, 1 ədədinin qiyməti 120 manat olan qarderob şkafı – 1 ədəd, 1 ədədinin qiyməti 1000 manat olan şüşədən giriş qapı – 1 ədəd, 1 ədədinin qiyməti 350 manat olan “Dell” böyük monitor – 2 ədəd, 1 ədədinin qiyməti 250 manat olan “Samsung” kiçik monitor (resepşnda) – 1 ədəd, 1 ədədinin qiyməti 35 manat olan “Edifier” səs gücləndirici – 2 ədəd, 1 ədədinin qiyməti 500 manat olan böyük ölçülü səs gücləndirici – 1 ədəd, 1 ədədinin qiyməti 30 manat olan orta ölçülü stolüstu səs gücləndirici – 3 ədəd, 1 ədədinin qiyməti 50 manat olan “Max” mikrofon – 1 ədəd, 1 ədədinin qiyməti 35 manat olan taxta “kalonka” – 2 ədəd, 1 ədədinin qiyməti 129 manat olan uşaqlar üçün “puzzle” divar oyunları - 4 ədəd, 1 ədədinin qiyməti 300 manat olan böyük ölçülü şahmat – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan orta ölçülü şahmat – 4 ədəd, 1 ədədinin qiyməti 30 manat olan kiçik ölçülü şahmat – 1 ədəd, 1 ədədinin qiyməti 1850 manat olan böyük “whiteboard” (“interurite” dual board lövhə) – 1 ədəd, 1 ədədinin qiyməti 1600 manat olan lövhənin proyektoru “Epson EB 470 - ultra focus projector” – 1 ədəd, 1 ədədinin qiyməti 500 manat olan “Kranşteyn” – 1 ədəd, 1 ədədinin qiyməti 182 manat olan “Wireless converter kit” – 1 ədəd, 1 ədədinin qiyməti 350 manat olan “USB” uzadıcı və “VGA” uzadıcı – 1 ədəd, 1 ədədinin qiyməti 159 manat olan lövhənin pultu – 1 ədəd, 1 ədədinin qiyməti 400 manat olan elektron qələm (lövhədə işləmək üçün) – 2 ədəd, 1 ədədinin qiyməti 380 manat olan “X6 MWB600” – 1 ədəd, 1 dəstinin qiyməti 1145 manat olan “CPS Spark” 24 ədədli – 1 dəst, 1 dəstinin qiyməti 1394 manat olan “CPS Spark” 32 ədədli – 1 dəst, 1 ədədinin qiyməti 50 manat olan “rezak” – 1 ədəd, 1 ədədinin qiyməti 150 manat olan kamera – 4 ədəd, 1 ədədinin qiyməti 500 manat olan kamera modemi – 1 ədəd, 1 ədədinin qiyməti 350 manat olan kamera monitoru – 1 ədəd, 1 ədədinin qiyməti 299 manat olan modem (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 150 manat olan modem (qara gücləndirici) – 1 ədəd, 1 ədədinin qiyməti 60 manat olan ştativ, lövhə və fotoaparat üçün – 4 ədəd, 1 ədədinin qiyməti 70 manat olan orta ölçülü yazı taxtası – 2 ədəd, 1 ədədinin qiyməti 30 manat olan kiçik ölçülü yazı taxtası – 1 ədəd, 1 ədədinin qiyməti 40 manat olan ayaqaltı xalça – 3 ədəd, 1 ədədinin qiyməti 350 manat olan böyük yemək masası (qəhvəyi) – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan böyük pərdə (qara, gündən qoruma) – 4 ədəd, 1 ədədinin qiyməti 50 manat olan böyük pərdə (tünd yaşıl, gündən qoruma) – 4 ədəd, 1 ədədinin qiyməti 100 manat olan jalüzlər – 7 ədəd, 1 ədədinin qiyməti 300 manat olan ikinəfərlik balaca divan – 1 ədəd, 1 ədədinin qiyməti 200 manat olan birnəfərlik balaca kreslo – 1 ədəd, 1 ədədinin qiyməti 800 manat olan “Epson” rəngli printer – 1 ədəd, 1 ədədinin qiyməti 300 manat olan “Canon” printer ağ-qara – 1 ədəd, 1 ədədinin qiyməti 600 manat olan böyük ölçülü şkaf (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 400 manat olan orta ölçülü şkaf (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 400 manat olan 1 şüşəli orta ağ şkaf – 1 ədəd, 1 ədədinin qiyməti 350 manat olan böyük ölçülü kitab rəfi (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 250 manat olan dörd siyirməli tumbalar (ağ) – 2 ədəd, 1 ədədinin qiyməti 350 manat olan müəllim stolu (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 200 manat olan tələbə stolu (ağ) – 6 ədəd, 1 ədədinin qiyməti 400 manat olan uzun stol (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 450 manat olan dispenser – 1 ədəd, 1 ədədinin qiyməti 250 manat olan reklam stendi (girişdə) – 1 ədəd, 1 ədədinin qiyməti 500 manat olan “Qurani kərim” kitabı (qızılı rəngli dəmir qutuda) – 1 ədəd, 1 ədədinin qiyməti 500 manat olan “X9” (ingilis dilində) – 1 ədəd, 1 ədədinin qiyməti 1000 manat olan “X8 Kifayat Ahmadgizi” yazılan reklam lövhəsi (uzunluğu 4 metr, eni 2 metr) – 1 ədəd, 1 ədədinin qiyməti 25 manat olan qısa uzadıcı – 2 ədəd, 1 ədədinin qiyməti 40 manat olan uzun uzadıcı – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan lüğət kitabları (7 dildə) – 80 ədəd, 1 ədədinin qiyməti 150 manat olan molbert – 5 ədəd, 1 ədədinin qiyməti 200 manat olan laminator aparatı – 1 ədəd, 1 ədədinin qiyməti 80 manat olan “roll-up” – 2 ədəd, 1 ədədinin qiyməti 25 manat olan zibil vedrəsi – 2 ədəd, 1 ədədinin qiyməti 300 manat olan miniatür gəmi – 1 ədəd, 1 ədədinin qiyməti 100 manat olan lampa rəsmi (əl işi) – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan spiral 4A qutuları – 2 ədəd, 1 ədədinin qiyməti 20 manat olan disk üçün “barsetka” – 1 ədəd, 1 paketinin qiyməti 10 manat olan A4 (mavi rəngdə) - 8 paket, 1 ədədinin qiyməti 10 manat olan qələmlər üçün qabların qaytarılması, göstərilən əşyaların qaytarılması mümkün olmazsa, onların dəyərinin alınaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı və cavabdeh arasında 2018-ci ildən bəri davamlı olaraq ünvan 1 ünvanında yerləşən “Caspian Plaza” Business Center-in 1-ci korpusunun 4-cü mərətəbəsində 130 kv.m. ölçüsü olan ofisin icarəsinə dair müqavilələr imzalanmış və bu müqavilələrdən sonuncusu xx.xx.2020-ci il tarixində bağlanmışdır. 2.2. xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçı tərəfindən bütün öhdəliklərinə riayət edilmiş, icarə haqqı nəinki müqavilədə nəzərdə tutulan qaydada, hətta artıq həyata keçirilmişdir. Lakin “COVİD-19” pandemiyasının yeni başladığı dövrdə ölkədəki karantin rejimi ilə əlaqədar olaraq icarə haqqının vaxtında ödənilməsində müəyyən çətinliklər olmuşdur. Tərəflər arasında qarşıqlı inam əsasında formalaşan və artıq uzun müddət ərzində davam edən əməkdaşlığa baxmayaraq, nədənsə keçmişdə iddiaçı tərəfindən aylıq ödənişin dəfələrlə artıq ödənilməsini nəzərə almayan və hətta inkar etməyə çalışan cavabdeh pandemiya ilə əlaqədar bütün ölkə ərazisində sahibkarların çətin vəziyyətdə olduğu bir vaxtda yuxarıda qeyd edilən kiçik problemləri dərhal əsassız olaraq şişirdərək mübahisəyə çevirmişdir. 2.3. xx.xx.2020-ci il tarixində tərəflər arasında müqavilə bağlandıqdan bir müddət sonra cavabdeh tərəfindən iddiaçıya qarşı əsassız tələblər irəli sürülmüş və bu tələbləri haqlı olaraq qəbul etməyən iddiaçı mübahisəni danışıqlar yolu ilə həll etməyə çalışdığı zaman hazırkı iddia ərizəsinə səbəb olan hadisələr baş vermişdir. Belə ki, tərəflər arasında mövcud müqaviləyə və qanunvericiliyə zidd olaraq cavabdeh digər tərəfi məlumatlandırmadan və xəbərdar etmədən xx.xx.2022-ci il tarixində ofisin icarəsinə dair müqaviləyə xitam vermişdir. 2.4. Daha sonra hüquqazidd formada həyata keçirilən bu xitama nə məhkəmə qərarı ilə, nə də hər hansı bir digər formada əsaslandırılmadan, sadəcə cavabdeh tərəfindən öz maraqları naminə uydurulan “borc”a istinad edilərək “Caspian Plaza”nın təhlükəsizlik əməkdaşları tərəfindən ofisin qapısındakı qıfıl sındırılmış, iddiaçının mülkiyyətinə məxsus olan içəridəki bütün əşyalar girov saxlanılmış və ofisin açarları dəyişdirilmişdir. 2.5. Mülkiyyət hüquqlarının sərt şəkildə pozulmasına qarşı çıxan iddiaçının qanuni təmsilçisi – Qanuni nümayəndə2 məsələ ilə əlaqədar dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə müraciət etsə də, mübahisə yerinə yalnız sahə müvəkkili Faiq Aslanov gəlmiş, o isə öz növbəsində bu qeyri-qanuni əməlin aradan qaldırılması üçün nəinki heç bir səy göstərməmiş, əksinə təhlükəsizlik əməkdaşlarına havadarlıq etmişdir. Nəticə olaraq Qanuni nümayəndə2 təhlükəsizlik əməkdaşlarının təzyiqinə məruz qalmış və zor gücünə “Capsian Plaza”dan uzaqlaşdırılmış, ofisi qeyri-qanuni olaraq əlindən alınmış və ona məxsus əşyalar girov saxlanılmışdır. 2.6. Bütün bunlar nəticəsində böyük zəhmət nəticəsində formalaşmış əmək fəaliyyətinə ağır zərər dəyən Qanuni nümayəndə2 ona qarşı yönələn zor gücü və hüquqazidd tədbirlər nəticəsində əsəb sarsıntısı yaşamış və halı pisləşmişdir, lakin onu “Caspian Plaza”dan uzaqlaşdıran təhlükəsizlik əmədaşları bu vəziyyəti sadəcə müşahidə edərək ona heç bir yardım göstərməmiş və X7 yalnız vəziyyətdən müəyyən müddət sonra xəbər tutan İddiaçı MMC-nin əməkdaşı və dizayneri çağırmışdır. 2.7. Bu hadisə ilə bağlı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində Yasamal RPİnin 27-ci Polis Bölməsinə şikayət ərizəsi yazılmış və polis əməkdaşlarından qanunsuz olaraq mənimsənilmiş əşyaların geri qaytarılmasında köməklik göstərilməsi ilə bağlı tədbir görülməsi xahiş edilmişdir. Bununla bağlı Qanuni nümayəndə2 polis bölməsinə dəvət edilmiş və ona bildirilmişdir ki, yaxın zamanda iddiaçıya məxsus əşyaların hamısı geri qaytarılacaq, əks təqdirdə qanunsuz olaraq əşyaları mənimsəyən şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər. Lakin bir müddət sonra polis əməkdaşları tərəfindən iddiaçıya ünvanlanmış məktubda əməlin mülki xarakterli olduğu və işə məhkəmə qaydasında baxılmalı olduğu bildirilmişdir. 2.8. Həmin məktuba prosessual şəxs olmayan sahə müvəkkili Faiq Aslanov əmələ ilkin araşdırma apararaq hüquqi qiymət vermişdir. Bu isə AR CPM-in norma və prinsiplərinə ziddir. İddiaçı tərəfindən həmçinin xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron müraciət formasında və xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ünvanlanmışdır. 2.9. Ofisdəki əşyalar girov kimi saxlanıldığı zaman “Caspian Plaza”nın təhlükəsizlik əməkdaşları ilə birlikdə İddiaçı MMC-nin əməkdaşı və dizayneri tərəfindən həmin əşyalar siyahıya alınmış və bu barədə akt tərtib olunmuş, lakin təhlükəsizlik əməkdaşları bu akta imza atmaqdan imtina etmişdirlər. Ofisdə hansı əşyaların yerləşdiyini sübut edən kamera videoyazıları mövcuddur. Ofisdəki bütün əşyaların ümumi dəyəri təqribən 35 000 manat kimi dəyərləndirilir. 2.10. Cavabdeh iddiaçıya qarşı 15818,50 manat məbləğində əsas, 2847,33 manat məbləğində ƏDV və 1800 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 20465,83 manat məbləğində borcun olması barədə iddia irəli sürülmüş və bu borcun ödənilməsi tələb edilmişdir. İddiaçı təbii olaraq bu əsassız tələblə razılaşmamışdır və mübahisənin əvvəlcə danışıqlar yolu ilə həll edilməsinə cəhd göstərilmiş, daha sonra isə bu proses məhkəmə qaydasında davam etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-90/2023 nömrəli qətnaməsi və Bakı Appellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-429/2023 nömrəli qətnaməsi ilə İddiaçı MMC-in Cavabdeh MMC-yə olan cəmi borcu 5945,4 manat, cavabdehin iddiaçıya olan cəmi borcu isə 3410 manat müəyyənləşdirilmişdir. Yəni nəticə olaraq məhkəmə tərəfindən iddiaçının cavabdehə olan borcu 2535,4 manat (= 5945,4 - 3410) məbləğində müəyyənləşdirilmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 153, 157-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz verərək iddianın rədd olunmasını xahiş etmiş və etirazın faktiki əsası olaraq göstərmişdir ki, vindikasiya iddiasının irəli sürülməsi üçün bir neçə şərtin məcmu halda mövcud olması tələb edilir. Vindikasiyanın subyekti tələb olunan əmlaka öz mülkiyyət hüququnu, yaxud ona sahibliyinin əsasını sübut etməli olan şəxsdir. Mülkiyyətçi (və ya qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs) sahibliyindən çıxmış əşya üzərində faktiki hakimiyyətdən məhrum olmalı, əşya fərdi-müəyyən əşya olmalı, əşya naturada saxlanmalı və digər şəxsin faktiki sahibliyində olmalıdır. Vindikasiya iddiası müqavilədən kənar xarakter daşıyır və mülkiyyət (və ya məhdud əşya hüququnu) mütləq subyektiv hüquq kimi qoruyur. Qeyd olunmalıdır ki, əşyaların cavabdehdə olması barədə istinad olunan polis bölməsində Cavabdeh MMC-nin direktorunun izahatında bu 83 adda olan əşyaların cavabdehdə olması öz əksini tapmamışdır. Bununla bağlı heç bir təhvil-təslim aktları mövcud olmamışdır. Göründüyü kimi, mülkiyyət hüququ və bəzi məhdud əşya hüquqları (məsələn, istifadə hüququ) sahibinə əşyanı öz sahibliyində saxlamaq imkanı da verir. Mülkiyyətçi və ya qanuni sahib əşyanın hüquqa zidd şəkildə sahibliyindən alınmasından vindikasiya iddiası vasitəsilə qorunur. Hazırkı iş üzrə iddiaçı mübahisəli 83 adda malların onun mülkiyyətində və sahibliyində olmasını və cavabdehin həmin əmlakların götürülməsini irəli sürərək vindikasiya iddiasını qaldırmış, məhkəməyə təqdim olunan sübutlarla bu növ iddianın əsasını təşkil edən şərtlərin mövcud olması öz təsdiqini tapmamışdır. Yuxardakı əsasları nəzərə alaraq, iddia tələbi tam rədd edilməlidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə2 əlavə olaraq bildirmişdir ki, icarə obyekti boş olmuş, əşyaları hissə-hissə almışdır. İcarə obyektinin girişində quraşdırılmış şüşə qapının 1000 manat ödənişini edərək cavabdehdən almışdır. Cavabdeh 05 aprel 2022-ci il tarixdə icarə obyektindən çıxmağını tələb etmiş, icarə obyektindən əşyalarının çıxarılmasına icazə verilməmişdir. Şikayəti əsasında tədbir görülməmiş, mübahisə yerinə yalnız sahə müvəkkili gəlmişdir. İddiaçının işçisi Məlikova Taira 11 aprel 2022-ci il tarixdə icarə obyektində olan əşyalarla bağlı akt tərtib etmiş, lakin qarşı tərəfin əməkdaşı aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra çoxsaylı şikayətlər etmiş, şikayətləri əsasında araşdırma aparılmış, qarşı tərəfin əməkdaşları izahat verərək əşyaları saxladıqlarını etiraf etmişlər. Ofisdə quraşdırılan kamera açıq qalmış, əşyalar bir müddət ofisdə qalmış, sonradan boşaldılmışdır. Həmin görüntülər də məhkəməyə təqdim olunmuşdur. Tərəflər arasında icarə haqqı və artıq ödənilmiş pul tələbi olmuş, məhkəmə qərarı qanuni qüvvəyə minmiş, iddiaçının ödəməli olduğu cəmi məbləğ 2535,4 manat təşkil edir, həmin məbləği ödəməyə hazırdır. Məhkəmənin sonuncu iclasında cavabdehin qanuni təmsilçisi “USB” uzadıcı və “VGA” uzadıcının tələb edilməsi hissəsində iddianı müdafiə etmədiklərini bildirmişdir.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin hazırlıq iclasında iştirak edərək etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəf sübut etməlidir ki, əşyalar cavabdehdədir və cavabdehin qanuni təmsilçisinin izahatında qeyd etdiyi əşyalar ilə iddia ilə tələb olunan əşyalar eyni əşyalardır.
7. Cavabdeh tərəfə məhkəmənin sonrakı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları aşağıdakılardan ibarətdir: - iddiaçı ilə cavabdeh arasında 28 noyabr 2018-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh ünvan 2 ünvanında yerləşən “Caspian Plaza”nın dördüncü mərtəbəsində 72 kv.m. ofis sahəsini iddiaçıya icarəyə verməyi, iddiaçı isə sahəni qəbul edib icarə haqqı ödəməyi öhdəsinə götürmüş, icarə müddəti xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixədək müəyyən olunmuş, tərəflərdən birinin digərinə icarə müddətinin bitməsinə ən azı 90 gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş vermədiyi halda müqavilənin müddətinin 1 il daha uzadılmış hesab olunması razılaşdırılmış, qeyd olunan müqavilə əsasında icarə münasibətləri 2020-ci ilin dekabr ayınadək davam etdirilmişdir. Daha sonra, tərəflər xx.xx.2020-ci il tarixdə yeni icarə müqaviləsi bağlayaraq ünvan 3 ünvanında yerləşən “Caspian Plaza”nın dördüncü mərtəbəsində 130 kv.m. ofis sahəsininin icarəsini razılaşdırmış, icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyən olunmuş, tərəflərdən birinin digərinə icarə müddətinin bitməsinə ən azı 90 gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməli olması razılaşdırılmış, müqaviləyə 3 saylı Əlavə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək icarə haqqı razılaşdırılmışdır. - 2022-ci ilin aprel ayında tərəflər arasında icarə münasibətləri xitam olunmuş, iddiaçı “X3” MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdeh İddiaçı MMC-dən ödənilməmiş icarə haqqı üzrə 15 818,50 manat məbləğində əsas, 2847,33 manat məbləğində ƏDV və 1800 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20465,83 manat məbləğində pulun və 200 manat mediasiya xərcinin tutulmasını, qarşılıqlı İddiaçı MMC cavabdeh “X3” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə artıq ödənilmiş 34624 manat məbləğində pul vəsaitinin, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 200 manat məbləğində pulun tutulmasını xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-90/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin cavabdeh İddiaçı MMC-dən 5625,4 manat məbləğində əsas borc və 250 manat məbləğində dəbbə pulu, cəmi 5875,4 manat məbləğində pul vəsaitinin və mediasiya xərclərinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi, qalan hissədə ilkin iddia rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı Cavabdeh MMC-dən 3280 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 20 manat, vəkilə çəkilmiş xərclərin əvəzi olaraq 110 manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 429/2023 saylı 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-90/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-551/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-429/2023 saylı 01 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçı bildirir ki, cavabdeh tərəfindən 2022-ci ilin aprel ayında icarə sahəsindən çıxarılmış, əşyaların götürülməsinə icazə verilməmiş, işçisi tərəfindən icarə sahəsində qalan əşyaları siyahıya alınmış, aktı qarşı tərəf imzalamaqdan imtina etmişdir. Ona görə də icarə sahəsində qalmış iddiaçıya məxsus 75 adda əmlakın cavabdehdən alınaraq ona qaytarılmasını, qaytarılması mümkün olmazsa, dəyərinin ödənilməsini, dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun tutulmasını tələb edir. Məhkəmənin sonuncu iclasında cavabdehin qanuni təmsilçisi “USB” uzadıcı və “VGA” uzadıcının tələb edilməsi hissəsində iddianı müdafiə etmədiklərini bildirdi.
13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı mübahisəli əmlakların onun mülkiyyətində və sahibliyində olmasını və cavabdehin həmin əmlakların götürülməsini irəli sürərək vindikasiya iddiasını qaldırmış, məhkəməyə təqdim olunan sübutlarla bu növ iddianın əsasını təşkil edən şərtlərin mövcud olması öz təsdiqini tapmamış, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
14. Məhkəmə kommersiya mübahisəsinin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. İddianın qanuni əsasını təşkil edən maddi hüquq normasının tapılması ilə bağlı əvvəla qeyd edilməlidir ki, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə (mütləq hüquq) qarşı irəli sürülə bilən əşya hüququndan fərqli olaraq əmlak hüququnun digər növü olan tələb hüquqları sahibinə borcludan (nisbi hüquq) hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu mənada məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həlli üçün əşya-hüquqi müdafiə vasitələri deyil, Mülki Məcəllənin Xüsusi hissəsində təsbit olunan tələb hüquqlarından icarə və kirayə müqaviləsini tənzimləyən normalar nəzərdən keçirilməlidir.
16. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
17. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
18. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
19. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.
20. Hazırki iş üzrə tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti mövcud olmuş və 2022-ci ilin aprel ayından qeyd olunan münasibətlər xitam olunmuşdur. İddiaçı icarəçi qismində çıxış etdiyi bu münasibətin digər tərəfi olan və hazırkı iş üzrə cavabdeh qismində çıxış edən icarəyə verəndən əmlaklarının qaytarılmasını tələb edir. Cavabdeh iddiaçının sübutetmə yükünü yerinə yetirə bilmədiyinə istinad etməklə iddianın rədd olunmasını tələb edir.
21. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün araşdırılmalı məsələlər iddia ərizəsində qeyd olunan əmlakların cavabdehdə olub-olmaması, əmlakların saxlanması ilə bağlı cavabdehin hərəkətlərinin qanuni əsası və əmlakların qaytarılmalı olub-olmaması təşkil edir.
22. İddiaçının ona məxsus əmlakların icarə obyektində olmasının təsdiq edilməsi üçün təqdim etdiyi videogörüntülərdən görünür ki, giriş və üç otaqdan ibarət ofis sahəsində stollar, stullar, divan, kitablar, smart lövhə, reklam lövhəsi və sair əşyalar yerləşir. Bundan başqa görünür ki, iddiaçının qanuni təmsilçisi və 2 qadın əşyaları ofis sahəsinin müəyyən hissələrində toplayırlar. Həmçinin fotoşəkillərdən görünür ki, iddiaçı tərəfindən tələb olunan əşyalar icarə sahəsində mövcud olmuşdur.
23. Təqdim olunan xx.xx.2018-ci il tarixli qaimə-fakturadan görünür ki, qaimə-faktura "xxxx" MMC tərəfindən 50 ədəd stulun alışı üçün kəsilmişdir. Mədaxil orderindən isə görünür ki, xx.xx.2018-ci il tarixdə 1000 manat qapı alınması üçün ödənilmiş, ödənişin edildiyi xəzinədar tərəfindən təsdiq edilmişdir.
24. Qanuni nümayəndə2 “X3” MMC barəsində şikayəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsində toplanmış araşdırma materiallarından görünür ki, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə2 şikayət ərizəsi ilə müraciət edərək göstərmişdir ki, 2022-ci ilin aprel ayının 5də “Caspian Plaza”da binanın təhlükəsizlik xidmətinin rəhbəri Xasay adlı şəxs və daha 2 nəfərin ofisinə daxil olaraq onun və işçisinin ofisdən çıxmağını tələb etmiş, əşyalarını götürüb çıxmaq istədiyini bildirdikdə Xasay adlı şəxsin ofisdən heç bir əşyanın çıxmayacağını, girov şəklində saxlanacağını, borcunu tam ödədikdən sonra əşyalarını götürə biləcəyini bildirmiş, tərtib etdiyi əşyaların siyahısına imza etməkdən imtina etmişdir. Əsassız şəkildə əmlakına qanunsuz həbs qoyulmuş və girov şəklində saxlayaraq özbaşınalıq edilmişdir.
25. Həmin araşdırma materiallarından görünür ki, X2 izahatında bildirmişdir ki, 2019cu ilin son aylarından “X3” şirkətində Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışır. Onun işi sırf təhlükəsizlik və binada olan mülkün mühafizəsini təmin etməkdir. Bina rəhbəri (şirkətin) Qanuni nümayəndə1 göstərişi ilə o, Qanuni nümayəndə2 məxsus icarəyə götürdüyü otağında olan əmlakının çıxarılmasına icazə verməmişdir. Başqa niyyəti olmamış, verilən göstərişi icra etmişdir.
26. İzahatı alınmış cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə1 izahatında bildirmişdir ki, Qanuni nümayəndə2 müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə Mülki Məcəllənin 698.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin şəxsin əmlakına girov qoyulmuşdur. Hal-hazırda iş məhkəmədədir. Suala cavab olaraq bildirmişdir ki, kirayə verən məhkəmə qərarı almadan kirayəçinin əmlakına girov qoya bilər.
27. Göründüyü kimi, iddiaçının tələb etdiyi əmlaklar icarə obyektində olmuş, 2022-ci ilin aprel ayında X2 iddiaçının əmlaklarının ofis sahəsindən çıxarılmasına icazə verməmiş, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə1 iddiaçının əmlakının Mülki Məcəllənin 698.1-ci maddəsinə əsasən girov kimi saxlandığını təsdiq etmişdir.
28. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək iddia ilə tələb olunan əşyaların cavabdehdə olması və iddiaçının tələb etdiyi əşyaların cavabdehin qanuni təmsilçisinin izahatında qeyd etdiyi əşyalarla eyni əşya olmasını iddiaçının sübut edə bilmədiyini qeyd edir.
29. Məhkəmə ilk olaraq bildirir ki, iddiaçıya məxsus əşyaların aparılmasına cavabdeh tərəfindən maneə yaradılması və əşyaların cavabdeh tərəfindən girov kimi saxlanması faktı cavabdehin qanuni təmsilçisi və işçisinin polis idarəsində verdiyi izahatlarla öz təsdiqini tapır. İddia ilə tələb olunan əşyaların cavabdehdə olması ilə bağlı iddiaçı bütün mümkün sübutetmə vasitələrini (videogörüntü, fotoşəkillər, özünün birtərəfli tərtib etdiyi siyahı, əşyalara aid texniki sənədlər, alınmasına dair sənədlər, cavabdeh tərəfin verdiyi izahatlar) məhkəməyə təqdim etmişdir.
30. İcarə obyektinin məxsus olduğu tərəfin cavabdeh olduğunu, yaranmış münaqişəli vəziyyətdə iddiaçı tərəfin edə biləcəyi hərəkətlərin dairəsini, iddiaçının cavabdehi aktı imzalamağa məcbur etməsinin mümkün olmadığını nəzərə alan məhkəmə qeyd edir ki, qanundan irəli gələn girov hüququna istinad edərək icarəçiyə məxsus əşyaları girov kimi saxlayan cavabdeh həm girov kimi saxladığı əşyalara dair hərəkətlərinin qanuniliyini təmin etmək, həm də gələcəkdə yarana biləcək bütün mümkün mübahisə və risklərə qarşı həmin əmlakların növünü, sayını və s. təsdiq edə biləcək sübutu formalaşdırmalı (məsələn, hər iki tərəfin nümayəndəsinin iştirakı ilə tərtib olunan aktı təsdiq edərək, qalan əşyaları ayrıca sahəyə yerləşdirib etibarlı mühafizəsini təşkil edib rəsmiləşdirərək və s.), yarana biləcək mübahisə halında etirazının əsasını təşkil edən sübut qismində səlahiyyətli dövlət orqanına, o cümlədən məhkəməyə təqdim etməli idi. Lakin cavabdeh məhkəməyə əşyaların sayı, növü, dəyəri və s. barədə heç bir sənəd təqdim etməmişdir. Əksinə, cavabdeh tərəf iddiaçının şikayəti əsasında aparılmış araşdırma zamanı iddiaçıya məxsus əşyaların girov kimi saxlandığını bildirsə də, hazırkı işə baxılarkən əşyaların mövcudluğunu, tələb olunan əşyaların onda olduğunu şübhə altına almağa çalışmışdır. Bu isə aşağıda qeyd olunanlara əsasən maddi hüquqdan sui-istifadədir.
31. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
32. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
33. Digər tərəfdən, Avropa Məhkəməsi də bir sıra qərarlarında göstərmişdir ki, hüquqdan sui-istifadə hüquq sahibi tərəfindən bu hüquqdan onun verildiyi və ya yaradıldığı məqsədə zidd və ya açıq-aşkar uyğun olmayan tərzdə zərərli istifadədir (Mirolubovs və digərləri Latviyaya qarşı, 2009, §62, S.A.S Fransaya qarşı iş, 2014, §66 Qərarlar).
34. Mülki Məcəllənin “Hüquqdan sui-istifadənin qadağan edilməsi” adlanan 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir.
35. Vicanlılıq prezumpsiyası və hüquqdan sui-istifadəni qadağan edən mülki qanunvericiliyin normalarının tələblərini, beynəlxalq hüquq və praktikanın qarşılıqlı təhlilini əks etdirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi digər qərarında qeyd etmişdir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı).
36. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərindən və Avropa Məhkəməsi və Konstitusiya Məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqedən göründüyü kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.
37. İddiaçıya məxsus əşyaları girov kimi saxladığını təsdiq edən cavabdehin qeyd olunan halı sonradan inkar etməyə çalışıb iddiaçıya məxsus əşyaları qaytarmaqdan yayınmağa çalışdığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı əşyaların mövcudluğu, sayı, növü barədə sübutetmə yükünü həyata keçirmişdir.
38. Məhkəmə əmlakların saxlanması ilə bağlı cavabdehin hərəkətlərinin qanuni əsası və əmlakların qaytarılması məsələsi ilə bağlı aşağıdakıları qeyd edir.
39. Mülki Məcəlləbnin 698.1-ci maddəsinə əsasən, hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir.
40. Qeyd olunan hüquq normasının tələbindən də göründüyü kimi, icarəyə verən icarə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə içarəçinin icarə obyektində olan əşyalarının girov qoyulması hüququna malikdir. Hazırkı iş üzrə cavabdeh tərəf də iddiaçının şikayəti əsasında aparılan araşdırma zamanı məhz Mülki Məcəlləbnin 698.1-ci maddəsinə istinad edərək hərəkətlərinin qanuniliyini əsaslandırmışdır. Daha sonra, hazırkı iş üzrə cavabdeh “X3” MMC iddiaçı qismində cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixində bağlanmış müqavilə üzrə icarə haqqının ödənilməsini, qarşılıqlı İddiaçı MMC isə cavabdeh “X3” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin tutulmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-90/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin cavabdeh İddiaçı MMC-dən 5625,4 manat məbləğində əsas borc və 250 manat məbləğində dəbbə pulu, cəmi 5875,4 manat məbləğində pul vəsaitinin və mediasiya xərclərinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı Cavabdeh MMCdən 3280 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 20 manat, vəkilə çəkilmiş xərclərin əvəzi olaraq 110 manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmiş, qeyd olunan qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.
41. Göründüyü kimi, əşyalara qanunvericiliklə müəyyən olunmuş qaydada tutma yönəldilməmiş, tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə borc məbləğləri və ödənişlər məhkəmə mübahisəsinin araşdırma predmeti olmuş, hər iki tərəfin iddiası qismən əsaslı hesab edilmiş, iş üzrə məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Odur ki hər iki tərəfin tələbkar qismində çıxış etdiyi məbləğlərin tutulması da icra icraatı həyata keçirilməlidir. Digər tərəfdən, cavabdeh nə adıçəkilən mübahisə üzrə icraat zamanı, nə də hazırkı iş üzrə icraat zamanı əşyalara qanunvericiliklə müəyyən olunmuş qaydada tutma yönəltməsinə, bununla bağlı prosedurun həyata keçirilməsinə, hazırkı iş üzrə etirazının əsası kimi bu hala istinad etməmişdir.
42. Mülki Məcəllənin 681-ci maddəsinə əsasən, kirayəçinin əşyaya əlavə etdiyi qurğunu götürmək hüququ vardır. Yaşayış otağı kirayəçisinin qurğunu götürmək hüququnu istisna edən razılaşmanın qüvvəsi yoxdur.
43. Odur ki cavabdehin icarə hüquq münasibətlərindən irəli gələn tələbi üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən, cavabdeh hazırkı iş üzrə icraat zamanı girov saxlayanın qanunvericilikdə təsbit olunan hüquqlarına istinad etmədiyindən məhkəmə hesab edir ki, tələb olunan əşyalar cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
44. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
45. Qeyd olunan maddənin tələbinə əsasən Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-695/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında ünvan 3 ünvanında “Caspian Plaza”nın 4cü mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.m olan və tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçıya icarəyə verilən ofis sahəsinə tərəflərin iştirakı ilə baxış keçirməklə, bu mümkün olmadıqda isə iş materiallarında olan fotoşəkillərə və videoyazıya baxış keçirməklə 28 mart 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən əşyaların 2022-ci ilin aprel ayına və hal-hazırda bazar dəyərinin nə qədər təşkil etməsi sualı qoyulmuşdur.
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2024-cü il tarixli 9/3048 nömrəli ekspert rəyinə əsasən, ekspert rəyi verilən 2024-cü ilin mart ayına əmlakların dəyəri: Umummilli Lider Heydər Əliyevin portretinin (qızılı cərcivədə) 1 ədədinin qiyməti 250 manat, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portretinin (qızılı cərcivədə) 1 ədədinin qiyməti 250 manat, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın portretinin 1 ədədinin qiyməti 100 manat olan, Umummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə tərcümə olunmuş kitablarının 70 ədədinin qiyməti 2590 manat, Zərifə Əliyevanın ingilis və azərbaycan dillərinə tərcumə olunmuş kitablarının 200 ədədinin qiyməti 5000 manat, Dürdanə Ağayevanın “Erməni zindanında 8 gun” kitabının rus dilindən ingilis dilinə tərcumə olunmuş kitabının 100 ədədinin qiyməti 3000 manat, şagird stollarının (qəhvəyi) 12 ədədinin qiyməti 600 manat, oturacaqların (boz) 5 ədədinin qiyməti 150 manat, oturacaqların (qırmızı qoltuqlu) 12 ədədinin qiyməti 360 manat, oturaqcaqların (qara qoltuqlu) 39 ədədinin qiyməti 1170 manat, qoltuqlu oturacaqların 12 ədədinin qiyməti 360 manat, böyük dərili kreslonun (ağ) 1 ədədinin qiyməti 100 manat olan, balaca dərili kreslonun (qara, resepşnda) 1 ədədinin qiyməti 80 manat olan, balaca pufikin 2 ədədinin qiyməti 60 manat, jurnal stolunun (tund qəhvəyi) 1 ədədinin qiyməti 100 manat, kitab şkafının (qəhvəyi) 2 ədədinin qiyməti 120 manat, mətbəx tumbalarının 2 ədədinin qiyməti 60 manat, qarderob şkafının 1 ədədinin qiyməti 80 manat, “Dell” böyük monitorun 2 ədədinin qiyməti 140 manat, “Samsung” kick monitorun (resepşnda) 1 ədədinin qiyməti 60 manat, “Edifier” səs gucləndiricinin 2 ədədinin qiyməti 50 manat olan, “Max” mikrofonun 1 ədədinin qiyməti 20 manat, böyük “whiteboard”un (“interurite” dual board lövhə) 1 ədədinin qiyməti 800 manat, lövhənin proyektoru “Epson EB 470 - ultra focus projector”un 1 ədədinin qiyməti 700 manat, İnterwrite “Mobie View MWB600” 1 ədədinin qiyməti 150 manat, “CPS Spark” 24 ədədli 1 dəstinin qiyməti 480 manat, “CPS Spark” 32 ədədli 1 dəstinin qiyməti 640 manat, ştativ, lövhə və fotoaparat üçün 4 ədədinin qiyməti 120 manat olan, orta ölçülü yazı taxtasının 2 ədədinin qiyməti 100 manat, kiçik ölçülü yazı taxtasının 1 ədədinin qiyməti 15 manat, böyük yemək masasının (qəhvəyi) 1 ədədinin qiyməti 120 manat, böyük pərdənin (qara, gündən qoruma) 4 1 ədədinin qiyməti 80 manat, böyük pərdənin (tünd yaşıl, gündən qoruma) 4 ədədinin qiyməti 80 manat, jaluzlərin 7 ədədinin qiyməti 140 manat, ikinəfərlik balaca divanın 1 ədədinin qiyməti 100 manat, “Epson” rəngli printerin 1 ədədinin qiyməti 300 manat, “Canon” printer ağ-qara 1 ədədinin qiyməti 80 manat, dörd siyirməli tumbaların (ağ) 2 ədədinin qiyməti 120 manat olan, müəllim stolun (ağ) 1 ədədinin qiyməti 120 manat, tələbə stolunun (ağ) 6 ədədinin qiyməti 480 manat, molbertin 5 ədədinin qiyməti 250 manat, laminator aparatın 1 ədədinin qiyməti 80 manat, zibil vedrəsinin 2 ədədinin qiyməti 10 manat, disk üçün “barsetka”nın 1 ədədinin qiyməti 10 manat, A4 (mavi rəngdə) 8 paketinin qiyməti 48 manat, qələmlər üçün qabların 5 ədədinin qiyməti 10 manat kimi müəyyən edilmiş, digər 37 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, materialı və digər əmtəə göstəriciləri və s.) olmadığından qiymətləndirmənin aparılmasının mümkün olmadığı qeyd olunmuşdur.
47. Qeyd olunan ekspert rəyi ilə əmlakların tam qiymətləndirilməsi mümkün olmadığından, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-695/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında ünvan 3 ünvanında “Caspian Plaza”nın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.m olan və tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçıya icarəyə verilən ofis sahəsinə tərəflərin iştirakı ilə baxış keçirməklə 28 mart 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən əşyaların 2022-ci ilin aprel ayına və hal-hazırda bazar dəyərinin nə qədər təşkil etməsi sualı qoyulmuşdur.
48. Qeyd olunan qərardadın icrası ilə bağlı tədqiqat obyektinə xx.xx.2024-cü il tarixdə, saat 15:00-da baxışın keçirilməsi barədə ekspertin vəsatəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, ekspertin vəsatəti təmin olunaraq ekspertin və tərəflərin iştirakı ilə tədqiqat obyektinə qeyd olunan tarixdə baxışın keçirilməsi təyin edilmiş, cavabdeh baxışda iştirak etmədiyindən və tədqiqat obyekti ekspert baxışına təqdim edilmədiyindən tərəflərlə razılaşdırılmaqla tədqiqat obyektinə baxışın keçirilməsi xx.xx.2024-cü il tarixə, saat 12:30-a təyin edilmişdir.
49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İmtinanın əsası qismində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəf və vəkili iştirak etsələr də, cavabdehin tədqiqat obyektlərini təqdim edə bilməyəcəyini və baxışın xx.xx.2024-cü il tarixdə yenidən olmasını bildirmiş, lakin xx.xx.2024-cü il tarixdə iddiaçı tərəf və vəkili yenidən qeyd edillən ünvanda iştirak etsələr də, cavabdehin tədqiqat obyektlərini üzrlü səbəbdən təqdim edə bilməyəcəyini qeyd etdiyini qeyd etmişdir.
50. Ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumata imtinanın əsası qismində istinad etdiyi halların təsdiq olunduğu ekspert tərəfindən tərtib olunan xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlar əlavə edilmiş, qeyd olunan aktlar iddiaçının qanuni təmsilçisi və nümayəndəsi və vəkili tərəfindən təsdiq edilmişdir.
51. Əmlaklarının dəyərinin müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini nəzərə alan məhkəmə qeyd edir ki, ekspert rəyi ilə dəyəri müəyyən edilən əşyalara münasibətdə 30 avqust 2024-cü il tarixli 9/3048 nömrəli ekspertin rəyi əsas götürülməlidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdeh ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişdir.
52. Əşyalarının ekspert rəyi ilə 2022-ci ilin aprel ayına müəyyən edilmiş dəyərinin əsas götürülməsi ilə bağlı iddiaçının mövqeyi ilə isə məhkəmə razılaşmır. Belə ki, əşyanın cavabdehdə olduğu müddətdə dəyərinin azalması dəymiş ziyan tələbinin obyekti qismində çıxış edə biləcəyi halda, hazırda iddiaçının tələbi ziyan tələbi olmayıb, əşyanın qaytarılması tələbidir. Belə olan halda əşyanın qaytarılması mümkün olmazsa, real dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Əşyanın dəyərinin azalması ilə bağlı dəymiş ziyanla bağlı iddia irəli sürmək hüququnu isə iddiaçı özündə saxlayır.
53. Ekspertiza tədqiqatına təqdim edilməyən 37 adda əşyaların qiymətinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin əmlakların dəyərinin müəyyən edilməsi üçün Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
54. Qeyd olunan normanın tələbini hazırkı işin hallarına tətbiq edən məhkəmə bildirir ki, hazırkı iş üzrə iddia kifayət qədər uzun müddətdir məhkəmənin icraatında olmasına, iş üzrə 2 dəfə ekspertiza təyin olunmasına, 2-ci dəfə təyin olunan ekspertiza üzrə qərardadın icrası ilə bağlı tədqiqat obyektinə 2 dəfə baxışın təyin olunmasına, 2-ci baxışın məhz cavabdehin xahişinə və qeyd etdiyi tarixə təyin edilməsinə baxmayaraq, cavabdeh tədqiqat obyektində baxış keçirilməsinə yenidən şərait yaratmamışdır. Tədqiqat obyektinə baxış keçirilmədən isə ekspertizanı keçirmək mümkün deyildir. Odur ki məhkəmə belə qənaətə gəlir ki, 30 avqust 2024-cü il tarixli 9/3048 nömrəli ekspertin rəyi ilə qiymətləndirilməyən 36 adda (məhkəmə “USB” uzadıcı və “VGA” uzadıcının tələb edilməsi hissəsində iddianı müdafiə etmədiyini nəzərə alaraq) əşyanın qiyməti iddiaçının qeyd etdiyi qiymətlər əsas götürülməklə müəyyən edilməlidir.
55. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçınə icarəyə verilən ofis sahəsində olan İddiaçınə məxsus 1 ədədinin qiyməti 250 manat olan Ümummilli Lider Heydər Əliyevin portreti (qızılı çərçivədə) – 1 ədəd, 1 ədədinin qiyməti 250 manat olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti (qızılı çərçivədə) – 1 ədəd, 1 ədədinin qiyməti 100 manat olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın portreti – 1 ədəd, 1 ədədinin qiyməti 37 manat olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə tərcümə olunmuş kitabları – 70 ədəd; 1 ədədinin qiyməti 25 manat olan Zərifə Əliyevanın ingilis və azərbaycan dillərinə tərcümə olunmuş kitabları – 200 ədəd, 1 ədədinin qiyməti 30 manat olan Dürdanə Ağayevanın “Erməni zindanında 8 gün” kitabının rus dilindən ingilis dilinə tərcümə olunmuş kitabı – 100 ədəd; 1 ədədinin qiyməti 900 manat olan “reception” masası (qırmızı/qara) – 1 ədəd, 1 ədədinin qiyməti 250 manat olan “reception” şkafı (qırmızı/qara) – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan şagird stolları (qəhvəyi) – 12 ədəd, 1 ədədinin qiyməti 30 manat olan oturacaqlar (boz) – 5 ədəd, 1 ədədinin qiyməti 30 manat olan oturacaqlar (qırmızı qoltuqlu) – 12 ədəd, 1 ədədinin qiyməti 30 manat olan oturaqcaqlar (qara qoltuqlu) – 39 ədəd, 1 ədədinin qiyməti 30 manat olan qoltuqlu oturacaqlar – 12 ədəd, 1 ədədinin qiyməti 100 manat olan böyük dərili kreslo (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 80 manat olan balaca dərili kreslo (qara, resepşnda) – 1 ədəd, 1 ədədinin qiyməti 30 manat olan balaca pufik – 2 ədəd, 1 ədədinin qiyməti 100 manat olan jurnal stolu (tünd qəhvəyi) – 1 ədəd, 1 ədədinin qiyməti 60 manat olan kitab şkafı (qəhvəyi) – 2 ədəd, 1 ədədinin qiyməti 30 manat olan kiçik ölçülü kvadrat formalı kitab rəfi – 5 ədəd, 1 ədədinin qiyməti 300 manat olan uzun kitab rəfi ağ – 1 ədəd, 1 ədədinin qiyməti 30 manat olan mətbəx tumbaları – 2 ədəd, 1 ədədinin qiyməti 80 manat olan qarderob şkafı – 1 ədəd, 1 ədədinin qiyməti 1000 manat olan şüşədən giriş qapı – 1 ədəd, 1 ədədinin qiyməti 70 manat olan “Dell” böyük monitor – 2 ədəd, 1 ədədinin qiyməti 60 manat olan “Samsung” kiçk monitor (resepşnda) – 1 ədəd, 1 ədədinin qiyməti 25 manat olan “Edifier” səs gücləndirici – 2 ədəd, 1 ədədinin qiyməti 500 manat olan böyük ölçülü səs gücləndirici – 1 ədəd, 1 ədədinin qiyməti 30 manat olan orta ölçülü stolüstü səs gücləndirici – 3 ədəd, 1 ədədinin qiyməti 20 manat olan “Max” mikrofon – 1 ədəd, 1 ədədinin qiyməti 35 manat olan taxta “kalonka” – 2 ədəd, 1 ədədinin qiyməti 129 manat olan uşaqlar üçün “puzzle” divar oyunları - 4 ədəd, 1 ədədinin qiyməti 300 manat olan böyük ölçülü şahmat – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan orta ölçülü şahmat – 4 ədəd, 1 ədədinin qiyməti 30 manat olan kiçik ölçülü şahmat – 1 ədəd, 1 ədədinin qiyməti 800 manat olan böyük “whiteboard” (“interurite” dual board lövhə) – 1 ədəd, 1 ədədinin qiyməti 700 manat olan lövhənin proyektoru “Epson EB 470 - ultra focus projector”-1 ədəd, 1 ədədinin qiyməti 500 manat olan “Kranşteyn” -1 ədəd, 1 ədədinin qiyməti 182 manat olan “Wireless converter kit” -1 ədəd, 1 ədədinin qiyməti 159 manat olan lövhənin pultu -1 ədəd, 1 ədədinin qiyməti 200 manat olan elektron qələm (lövhədə işləmək üçün) -2 ədəd, 1 ədədinin qiyməti 150 manat olan İnterwrite “Mobie View MWB600” -1 ədəd, 1 dəstinin qiyməti 480 manat olan “CPS Spark” 24 ədədli - 1 dəst, 1 dəstinin qiyməti 640 manat olan “CPS Spark” 32 ədədli- 1 dəst, 1 ədədinin qiyməti 50 manat olan “rezak” – 1 ədəd, 1 ədədinin qiyməti 150 manat olan kamera – 4 ədəd, 1 ədədinin qiyməti 500 manat olan kamera modemi – 1 ədəd, 1 ədədinin qiyməti 350 manat olan kamera monitoru – 1 ədəd, 1 ədədinin qiyməti 299 manat olan modem (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 150 manat olan modem (qara gücləndirici) – 1 ədəd, 1 ədədinin qiyməti 30 manat olan ştativ, lövhə və fotoaparat üçün – 4 ədəd, 1 ədədinin qiyməti 50 manat olan orta ölçülü yazı taxtası – 2 ədəd, 1 ədədinin qiyməti 15 manat olan kiçik ölçülü yazı taxtası – 1 ədəd, 1 ədədinin qiyməti 40 manat olan ayaqaltı xalça – 3 ədəd, 1 ədədinin qiyməti 120 manat olan böyük yemək masası (qəhvəyi) – 1 ədəd, 1 ədədinin qiyməti 20 manat olan böyük pərdə (qara, gündən qoruma) – 4 ədəd, 1 ədədinin qiyməti 20 manat olan böyük pərdə (tünd yaşıl, gündən qoruma) – 4 ədəd, 1 ədədinin qiyməti 20 manat olan jalüzlər –7 ədəd, 1 ədədinin qiyməti 100 manat olan ikinəfərlik balaca divan – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan birnəfərlik balaca kreslo – 1 ədəd, 1 ədədinin qiyməti 300 manat olan “Epson” rəngli printer – 1 ədəd, 1 ədədinin qiyməti 80 manat olan “Canon” printer ağ-qara – 1 ədəd, 1 ədədinin qiyməti 600 manat olan böyük ölçülü şkaf (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 400 manat olan orta ölçülü şkaf (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 400 manat olan 1 şüşəli orta ağ şkaf – 1 ədəd, 1 ədədinin qiyməti 350 manat olan böyük ölçülü kitab rəfi (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 60 manat olan dörd siyirməli tumbalar (ağ) – 2 ədəd, 1 ədədinin qiyməti 120 manat olan müəllim stolu (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 80 manat olan tələbə stolu (ağ) – 6 ədəd, 1 ədədinin qiyməti 400 manat olan uzun stol (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 450 manat olan dispenser – 1 ədəd, 1 ədədinin qiyməti 250 manat olan reklam stendi (girişdə) – 1 ədəd, 1 ədədinin qiyməti 500 manat olan “Qurani kərim” kitabı (qızılı rəngli dəmir qutuda) – 1 ədəd, 1 ədədinin qiyməti 500 manat olan “X9” (ingilis dilində)-1 ədəd, 1 ədədinin qiyməti 1000 manat olan “X8 Kifayat Ahmadgizi” yazılan reklam lövhəsi (uzunluğu 4 metr, eni 2 metr)- 1 ədəd, 1 ədədinin qiyməti 25 manat olan qısa uzadıcı – 2 ədəd, 1 ədədinin qiyməti 40 manat olan uzun uzadıcı – 1 ədəd, 1 ədədinin qiyməti 80 manat olan lüğət kitabları (7 dildə) – 80 ədəd, 1 ədədinin qiyməti 50 manat olan molbert – 5 ədəd, 1 ədədinin qiyməti 80 manat olan laminator aparatı – 1 ədəd, 1 ədədinin qiyməti 80 manat olan “roll-up” – 2 ədəd, 1 ədədinin qiyməti 5 manat olan zibil vedrəsi – 2 ədəd, 1 ədədinin qiyməti 300 manat olan miniatür gəmi – 1 ədəd, 1 ədədinin qiyməti 100 manat olan lampa rəsmi (əl işi) – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan spiral 4A qutuları – 2 ədəd, 1 ədədinin qiyməti 10 manat olan disk üçün “barsetka” – 1 ədəd, 1 paketinin qiyməti 6 manat olan A4 (mavi rəngdə)- 8 paket, 1 ədədinin qiyməti 2 manat olan qələmlər üçün qablar cavabdeh “X3” MMC-dən alınaraq İddiaçı MMC-yə verilməli, qətnamə icra olunan vaxt alınmalı əmlaklar movcud olmasa, həmin əmlakların dəyəri cavabdehdən tutularaq iddiaçıya odənilməlidir.
56. İddianın mənəvi zərərin tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.
57. Mülki Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
58. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir.
59. Məhkəmə qeyd edir ki hazırda mənəvi zərərin əvəzinin ödənilməsini tələb edən iddiaçı hüquqi şəxs olduğundan sonuncuya mənəvi zərərin dəyməsi mümkün deyildir. Belə ki, hüquqi şəxslər fiktiv şəxslər kimi fiziki və mənəvi iztirablar keçirmək qabiliyyətinə malik deyildirlər. İddiaçının qanuni təmsilçisi ona mənəvi zərər dəydiyinə istinad edirsə, ayrıca iddia qaydasında qeyd olunan tələblə çıxış edə bilər. Belə ki, hazırkı iş üzrə iddiaçı qismində Qanuni nümayəndə2 deyil, İddiaçı MMC çıxış edir.
b) Məhkəmə xərcləri ilə bağlı
60. Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 80 manat, ********** qəbzə əsasən 50 manat dövlət rüsumu ödənilmişdir.
61. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/11/2023-01925 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 20 manat məbləğində mediasiya xərcini ödənmişdir.
62. Məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə təqdim olunarkən kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbi olmuşdur.
63. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
64. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
65. Həmin Məcəllənin 112.1 və 112.1.2-ci maddəsinin əsasən, iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir.
66. Həmin Məcəllənin 113.1-ci maddəsinin əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
67. Məhkəmə iddiaçı tərəfindən tələb olunan əşyaların qiyməti ilə bağlı iddiaçının məhkəmə icraatının gedişində iddiaya dəqiqləşmə verərək göstərdiyi qiymətləri və məhkəmənin yuxarıda qeyd olunanlara (bax §46-55) əsasən əmlakların dəyəri ilə bağlı əsaslı hesab etdiyi hissəsini nəzərə alaraq qeyd edir ki, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 244 manat təşkil edir.
68. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 9/3048 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat təşkil edir.
69. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
70. Məhkəmə iddia tələbinin qismən təmin edildiyini, yuxarıda göstərilənləri və aparılmış ekspertiza tədqiqatının işin hansı halının müəyyən olunması ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90 manat məbləğində pul alınaraq iddiaçıya, 94 manat pul tutularaq dövlət büdcəsinə ödənilməli, 60 manat dövlət rüsumu (mediasiya xərci daxil olmaqla) iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 50 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
71. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçınə icarəyə verilən ofis sahəsində olan İddiaçınə məxsus 1 ədədinin qiyməti 250 manat olan Ümummilli Lider Heydər Əliyevin portreti (qızılı çərçivədə) – 1 ədəd, 1 ədədinin qiyməti 250 manat olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti (qızılı çərçivədə) – 1 ədəd, 1 ədədinin qiyməti 100 manat olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın portreti – 1 ədəd, 1 ədədinin qiyməti 37 manat olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə tərcümə olunmuş kitabları – 70 ədəd; 1 ədədinin qiyməti 25 manat olan Zərifə Əliyevanın ingilis və azərbaycan dillərinə tərcümə olunmuş kitabları – 200 ədəd, 1 ədədinin qiyməti 30 manat olan Dürdanə Ağayevanın “Erməni zindanında 8 gün” kitabının rus dilindən ingilis dilinə tərcümə olunmuş kitabı – 100 ədəd; 1 ədədinin qiyməti 900 manat olan “reception” masası (qırmızı/qara) – 1 ədəd, 1 ədədinin qiyməti 250 manat olan “reception” şkafı (qırmızı/qara) – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan şagird stolları (qəhvəyi) – 12 ədəd, 1 ədədinin qiyməti 30 manat olan oturacaqlar (boz) – 5 ədəd, 1 ədədinin qiyməti 30 manat olan oturacaqlar (qırmızı qoltuqlu) – 12 ədəd, 1 ədədinin qiyməti 30 manat olan oturaqcaqlar (qara qoltuqlu) – 39 ədəd, 1 ədədinin qiyməti 30 manat olan qoltuqlu oturacaqlar – 12 ədəd, 1 ədədinin qiyməti 100 manat olan böyük dərili kreslo (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 80 manat olan balaca dərili kreslo (qara, resepşnda) – 1 ədəd, 1 ədədinin qiyməti 30 manat olan balaca pufik – 2 ədəd, 1 ədədinin qiyməti 100 manat olan jurnal stolu (tünd qəhvəyi) – 1 ədəd, 1 ədədinin qiyməti 60 manat olan kitab şkafı (qəhvəyi) – 2 ədəd, 1 ədədinin qiyməti 30 manat olan kiçik ölçülü kvadrat formalı kitab rəfi – 5 ədəd, 1 ədədinin qiyməti 300 manat olan uzun kitab rəfi ağ – 1 ədəd, 1 ədədinin qiyməti 30 manat olan mətbəx tumbaları – 2 ədəd, 1 ədədinin qiyməti 80 manat olan qarderob şkafı – 1 ədəd, 1 ədədinin qiyməti 1000 manat olan şüşədən giriş qapı – 1 ədəd, 1 ədədinin qiyməti 70 manat olan “Dell” böyük monitor – 2 ədəd, 1 ədədinin qiyməti 60 manat olan “Samsung” kiçk monitor (resepşnda) – 1 ədəd, 1 ədədinin qiyməti 25 manat olan “Edifier” səs gücləndirici – 2 ədəd, 1 ədədinin qiyməti 500 manat olan böyük ölçülü səs gücləndirici – 1 ədəd, 1 ədədinin qiyməti 30 manat olan orta ölçülü stolüstü səs gücləndirici – 3 ədəd, 1 ədədinin qiyməti 20 manat olan “Max” mikrofon – 1 ədəd, 1 ədədinin qiyməti 35 manat olan taxta “kalonka” – 2 ədəd, 1 ədədinin qiyməti 129 manat olan uşaqlar üçün “puzzle” divar oyunları - 4 ədəd, 1 ədədinin qiyməti 300 manat olan böyük ölçülü şahmat – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan orta ölçülü şahmat – 4 ədəd, 1 ədədinin qiyməti 30 manat olan kiçik ölçülü şahmat – 1 ədəd, 1 ədədinin qiyməti 800 manat olan böyük “whiteboard” (“interurite” dual board lövhə) – 1 ədəd, 1 ədədinin qiyməti 700 manat olan lövhənin proyektoru “Epson EB 470 - ultra focus projector”-1 ədəd, 1 ədədinin qiyməti 500 manat olan “Kranşteyn” -1 ədəd, 1 ədədinin qiyməti 182 manat olan “Wireless converter kit” -1 ədəd, 1 ədədinin qiyməti 159 manat olan lövhənin pultu -1 ədəd, 1 ədədinin qiyməti 200 manat olan elektron qələm (lövhədə işləmək üçün) -2 ədəd, 1 ədədinin qiyməti 150 manat olan İnterwrite “Mobie View MWB600” -1 ədəd, 1 dəstinin qiyməti 480 manat olan “CPS Spark” 24 ədədli - 1 dəst, 1 dəstinin qiyməti 640 manat olan “CPS Spark” 32 ədədli-1 dəst, 1 ədədinin qiyməti 50 manat olan “rezak” – 1 ədəd, 1 ədədinin qiyməti 150 manat olan kamera – 4 ədəd, 1 ədədinin qiyməti 500 manat olan kamera modemi – 1 ədəd, 1 ədədinin qiyməti 350 manat olan kamera monitoru – 1 ədəd, 1 ədədinin qiyməti 299 manat olan modem (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 150 manat olan modem (qara gücləndirici) – 1 ədəd, 1 ədədinin qiyməti 30 manat olan ştativ, lövhə və fotoaparat üçün – 4 ədəd, 1 ədədinin qiyməti 50 manat olan orta ölçülü yazı taxtası – 2 ədəd, 1 ədədinin qiyməti 15 manat olan kiçik ölçülü yazı taxtası – 1 ədəd, 1 ədədinin qiyməti 40 manat olan ayaqaltı xalça – 3 ədəd, 1 ədədinin qiyməti 120 manat olan böyük yemək masası (qəhvəyi) – 1 ədəd, 1 ədədinin qiyməti 20 manat olan böyük pərdə (qara, gündən qoruma) – 4 ədəd, 1 ədədinin qiyməti 20 manat olan böyük pərdə (tünd yaşıl, gündən qoruma) – 4 ədəd, 1 ədədinin qiyməti 20 manat olan jalüzlər –7 ədəd, 1 ədədinin qiyməti 100 manat olan ikinəfərlik balaca divan – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan birnəfərlik balaca kreslo – 1 ədəd, 1 ədədinin qiyməti 300 manat olan “Epson” rəngli printer – 1 ədəd, 1 ədədinin qiyməti 80 manat olan “Canon” printer ağ-qara – 1 ədəd, 1 ədədinin qiyməti 600 manat olan böyük ölçülü şkaf (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 400 manat olan orta ölçülü şkaf (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 400 manat olan 1 şüşəli orta ağ şkaf – 1 ədəd, 1 ədədinin qiyməti 350 manat olan böyük ölçülü kitab rəfi (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 60 manat olan dörd siyirməli tumbalar (ağ) – 2 ədəd, 1 ədədinin qiyməti 120 manat olan müəllim stolu (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 80 manat olan tələbə stolu (ağ) – 6 ədəd, 1 ədədinin qiyməti 400 manat olan uzun stol (ağ) – 1 ədəd, 1 ədədinin qiyməti 450 manat olan dispenser – 1 ədəd, 1 ədədinin qiyməti 250 manat olan reklam stendi (girişdə) – 1 ədəd, 1 ədədinin qiyməti 500 manat olan “Qurani kərim” kitabı (qızılı rəngli dəmir qutuda) – 1 ədəd, 1 ədədinin qiyməti 500 manat olan “X9” (ingilis dilində)-1 ədəd, 1 ədədinin qiyməti 1000 manat olan “X8 Kifayat Ahmadgizi” yazılan reklam lövhəsi (uzunluğu 4 metr, eni 2 metr)- 1 ədəd, 1 ədədinin qiyməti 25 manat olan qısa uzadıcı – 2 ədəd, 1 ədədinin qiyməti 40 manat olan uzun uzadıcı – 1 ədəd, 1 ədədinin qiyməti 80 manat olan lüğət kitabları (7 dildə) – 80 ədəd, 1 ədədinin qiyməti 50 manat olan molbert – 5 ədəd, 1 ədədinin qiyməti 80 manat olan laminator aparatı – 1 ədəd, 1 ədədinin qiyməti 80 manat olan “roll-up” – 2 ədəd, 1 ədədinin qiyməti 5 manat olan zibil vedrəsi – 2 ədəd, 1 ədədinin qiyməti 300 manat olan miniatür gəmi – 1 ədəd, 1 ədədinin qiyməti 100 manat olan lampa rəsmi (əl işi) – 1 ədəd, 1 ədədinin qiyməti 50 manat olan spiral 4A qutuları – 2 ədəd, 1 ədədinin qiyməti 10 manat olan disk üçün “barsetka” – 1 ədəd, 1 paketinin qiyməti 6 manat olan A4 (mavi rəngdə)- 8 paket, 1 ədədinin qiyməti 2 manat olan qələmlər üçün qablar cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçınə verilsin. Qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90 manat məbləğində pul alınaraq İddiaçınə, 94 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova