Məhkəmə qərarları › İş №e-2-2(113)-7600/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7600/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7600/2025 17.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia tələbinin təmin edilməsi, Cavabdeh MMC ilə 1-ci İddiaçı1MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 21/2024 saylı Müqavilənin ləğv edilməsi, həmin Müqaviləyə əsasən 253341,45 (iki yüz əlli üç min üç yüz qırx bir 45 qəpik) manat məbləğində pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 544 (beş yüz qırx dörd) manat rüsumun cavabdehdən tutularaq 1-ci iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh MMC ilə 2-ci iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 73/2024 saylı Müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən 148151,74 (yüz qırx səkkiz min yüz əlli bir manat 74 qəpik) məbləğində pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 439 manat rüsumun cavabdehdən tutularaq 2-ci iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə Hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, hazırki işdə İddiaçı1 MMC Cavabdeh MMC-yə qarşı tələb irəli sürərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli 21/2024 saylı Müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında borcun ödənilməsini, İddiaçı2 MMC Cavabdeh MMC-yə qarşı tələb irəli sürərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli 73/2024 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında borcun ödənilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, cavabdeh eyni olsa da, iddiaçılar ayrı-ayrılıqda iddia qaldırmalı olduğu halda, bir –biri ilə əlaqədar olmayan müstəqil tələblər irəli sürmüş və hər iki iddiaçı fərqli müqavilələr üzrə borcların tutulmasını xahiş etmişdir Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı1 MMC-nin və İddiaçı2 MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 544 (beş yüz qırx dörd) manat məbləğində dövlət rüsumu İddiaçı2 MMC-yə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar