Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7730/2025 18.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh X1rşı “müqaviləyə xitam verilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı QSC-nin cavabdeh X1rşı “müqaviləyə xitam verilməsi və pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 003/AZZA №-li müqavilə №-li interyer dizayn xidmətləri üzrə müqaviləyə xitam verilməsi, ödənilmiş 30000 (otuz min) manat məbləğin İddiaçı QSC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə X4 arasında xx.xx.2021-ci il tarixli, 003/AZZA №-li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İcraçı (X4) Sifarişçinin (İddiaçı QSC) tələblərinə uyğun xidmətlər üzrə "AZZA QİDA FABRİKİ"nda inzibati binanın, nəzarət-buraxılış məntəqəsinin, zibilxananın, ön hasar fasadlarının dizayn xidmətləri, inzibati binanın ön hissəsinin, ön hissənin darvazasının landşaft-dizayn xidmətləri, va İnzibati binaya əsas girişdə holun, xidməti holun və nəzarət-buraxılış məntəqəsinin interyer dizaynına aid xidmətləri yerinə yetirməyi, tam hazır vəziyyətdə xidmətləri Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə İcraçıya təhvil aldığı xidmətlərin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin nəticəsi olaraq müqavilənin 1.1-ci bəndində sadalanan işlər, o cümlədən materiallar, işıqlandırma və sair üzrə layihə sənədləri tərtib edilib təqdim olunmalı idi. Bu əsas binanın üç fasadlar (memarlıq) oxlar D- G, 1-18, G-D, NBM binasının dörd fasadlar (memarlıq), məişət tullantıları üçün yer, binanın dörd fasadlar (memarlıq), landşaft (əsas binadan Həsən Əliyev küçəsinə qədər) (memarlıq), Həsən Əliyev küçəsinin kənarında hasar (memarlıq), əsas binanın iki giriş sahəsinin interyer dizaynından (memarlıq) ibarət olmalı idi. Müqavilənin ümumi məbləği 30 000.00 manat (otuz min) manat müəyyənləşdirilmişdir. 30 avqust 2022-ci il tarixli elektron qaimədən görünür ki İddiaçı QSC tərəfindən müqavilə üzrə X3 30000 manat olaraq ödənilmişdir. Sifarişçi tərəfindən ödənişin tam həcmdə ödənilməsinə baxmayaraq, müqavilə üzrə yerinə yetirlməli işlər bu günə qədər icra edilməmişdir, yəni xidmətlər təhvil verilməmiş, müqavilənin 4.2-ci maddəsinin tələbləri pozulmuşdur. Hal-hazırda, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün razılaşdırılmış müddətdən iki ildən çox vaxt keçdiyindən müqavilənin 12-ci maddəsinə əsasən müqaviləyə xitam verilməsini və müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək məcburiyyətindəyik. Müqavilənin 8.1-ci bəndinə əsasən, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, narazı Tərəf digər Tərəfə yazılı bildiriş verməklə müqaviləni dərhal bütövlüdə və ya qismən ləğv edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edlməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı QSC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 003/AZZA №-li müqaviləyə əsasən
8. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən icraçı, Sifarişçinin tələblərinə uyğun xidmətlər üzrə "AZZA QİDA FABRİKİ"ndə (bundan sonra bu mətndə "Fabrika" adlanacaqdır) inzibati binanın, nəzarət-buraxılış məntəqəsinin, zibilxananın, ön hasar fasadlarının dizayn xidmətləri, inzibati binanın ön hissəsinin, ön hissənin darvazasının landşaft-dizayn xidmətləri, və inzibati binaya əsas girişdə holun, xidməti holun və nəzarət-buraxılış məntəqəsinin interyer dizaynına aid xidmətləri (bundan sonra "xidmətlər" ad) yerinə yetirməyi, tam hazır vəziyyətdə xidmətləri Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə İcraçıya təhvil aldığı xidmətlərin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürürlər.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 30 000.00 manat (otuz min) manat təşkil edir.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin mövzusunda qeyd olunan xidmətlər İcraçı tərəfindən müqavilə imzalanan gündən 2 (iki) ay ərzində yerinə yetiriləcəkdir.
11. Müqavilənin 2.3-cü bəndinə əsasən icraçıya ödənişlər üç hissədə ödəniləcəkdir. İlkin ödəniş müqavilə imzalandıqdan 5 (beş) iş günü ərzində 9 000,00 (doqquz min) manat təşkil edir, növbəti bərabər hissədə olan ödənişlər iki dəfə olmaqla, təhvil-təslim aktlarına əsasən ödəniləcəkdir. Sifarişçi tərəfindən hər haxısı bir səbəbdən İcraçının gördüyü xidmətlər qəbul olunmadığı və yaxud müqaviləyə Sifarişçinin təşəbbüsü ilə xitam .verildiyi təqdirdə, müqavilənin 5.2.-ei bəndi istisna olmaqla, İcraçıya ödənilmiş 9 000,00 (doqquz min) manat məbləğində ilkin ödənişin icraçıdan geri ödənilməsi tələb olunmayacaqdır.
12. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətin təhvil verilməsi hər iki tərəfdən ən azı 1 (bir) nəfər səlahiyyətli şəxsin imzası ilə və Tərəflərin möhürləri ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir.
13. Müqavilənin 4.2-ci bəndinə əsasən xidmətin nəticəsi olaraq müqavilənin 1,1-ci bəndində sadalanan işlər, o cümlədən materiallar, işıqlandırma və sair üzrə layihə sənədləri tərtib edilib təqdim olunmalıdır.
14. Müqavilənin 4.2.1-ci bəndinə əsasən əsas binanın üç fasadlar (memarlıq) oxlar D- G, 1-18, G-D.
15. Müqavilənin 4.2.2-ci bəndinə əsasən NBM binasının dörd fasadlar (memarlıq).
16. Müqavilənin 4.2.3-cü bəndinə əsasən məişət tullantıları üçün yer, binanın dörd fasadlar (memarlıq).
17. Müqavilənin 4.2.4-cü bəndinə əsasən landşaft (əsas binadan Həsən Əliyev küçəsinə qədər) (memarlıq).
18. Müqavilənin 4.2.5-ci bəndinə əsasən Həsən Əliyev küçəsinin kənarında hasar (memarlıq).
19. Müqavilənin 4.2.6-cı bəndinə əsasən əsas binanın iki giriş sahəsinin interyer dizaynı (memarlıq).
20. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, narazı tərəf digər Tərəfə yazılı bildiriş verməklə müqaviləni dərhal bütövlükdə və ya qismən ləğv edə bilər.
21. X4 tərəfindən İddiaçı QSC-yə xidmətlərin göstərilməsi ilə bağlı EBCC 817369 saylı 30000 manat məbləğində e-qaimə göndərilmişdir.
22. Ödəniş qəbzlərinə əsasən İddiaçı QSC tərəfindən X3 avans olaraq xx.xx.2021-ci il tarixli, 003/AZZA №-li müqavilə üzrə 10500 manat məbləğində, 9000 manat məbləğində ödənişlər edilmişdir.
23. Ödəniş tapşırıqlarına əsasən İddiaçı QSC tərəfindən X2 hesabına xx.xx.2021-ci il tarixli, 003/AZZA №-li müqavilə üzrə avans olaraq xx.xx.2022-ci il tarixində 5000 manat, xx.xx.2022-ci il tarixində 4000 manat, xx.xx.2022-ci il tarixində 1500 manat məbləğində ödəniş edilmişdir.
24. İddiaçı cavabdehə pretenziya məktubu ilə müraciət edərək bildirmişdir ki, İddiaçı QSC ilə X4 arasında xx.xx.2021-ci il tarixli, 003/AZZA №-li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İcraçı (X4) Sifarişçinin (İddiaçı QSC) tələblərinə uyğun xidmətlər üzrə "AZZA QİDA FABRİKİ"nda inzibati binanın, nəzarət-buraxılış məntəqəsinin, zibilxananın, ön hasar fasadlarının dizayn xidmətləri, inzibati binanın ön hissəsinin, ön hissənin darvazasının landşaft-dizayn xidmətləri, va İnzibati binaya əsas girişdə holun, xidməti holun və nəzarət-buraxılış məntəqəsinin interyer dizaynına aid xidmətləri yerinə yetirməyi, tam hazır vəziyyətdə xidmətləri Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə İcraçıya təhvil aldığı xidmətlərin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında müqavilənin ümumi məbləği 30 000.00 manat (otuz min) manat müəyyənləşdirilmişdir. 30 avqust 2022-ci il tarixli elektron qaimədən görünür ki İddiaçı QSC tərəfindən müqavilə üzrə X3 30000 manat tam olaraq ödənilmişdir. Ödənişin təhvil-təslim aktları təhvil verilmədən edilməsi İcraçının xahişi əsasında mümkün olmuşdur. Sifarişçi tərəfindən ödənişin tam həcmdə ödənilməsinə baxmayaraq, müqavilə üzrə görülən işlərin təhvil üçün yarımçıq edilməsi (yalnız fasad işləri və digər) səbəbindən bu günə qədər tərəflər arasında təhvil-təslim aktları imzalanmamışdır, yəni xidmətlər təhvil verilməmiş, müqavilənin 2.2-ci bəndinin tələbləri pozulmuşdur. Hal-hazırda, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün razılaşdırılmış müddətdən iki ildən çox vaxt keçdiyindən müqavilənin 8.1 -ci bəndinə əsasən müqaviləyə xitam verilməsini və müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək məcburiyytindədir. İcarə müqaviləsinin 8.1-ci bəndinə əsasən, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, narazı Tərəf digər Tərəfə yazılı bildiriş verməklə müqaviləni dərhal bütövlükdə və ya qismən ləğv edə bilər. Bildirir ki, hazırki məktubu aldığınız tarixdən beş iş günü ərzində müqaviləyə birtərəfli qaydada xitam verilmiş hesab olunur. Hazırki məktubu bildiriş kimi qyimətləndirilməsi və 30000 manat pul vəsaitinin geri qaytarılması tələb olunur. Beş iş günü ərzində Sizin hesaba ödənilmiş 30000 manat (otuz min) AZN məbləğin İddiaçı QSC-nin müqavilədə göstərilmiş bank hesabına geri qaytarmağınızı təmin edəsiniz. Əks halda, müqaviləyə birtərfli qaydada xitam verilməsi, müqavilə üzrə ödənilmiş məbləğin və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlarını bildirirlər.
25. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
26. Məhkəmə ilkin olaraq tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinə dair hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
29. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
30. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
31. Sadalanan normaların təhlili göstərir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür.
32. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər: 1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. Məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda.
33. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsidir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
35. İşdə olan xx.xx.2025-ci il tarixli pretezniyadan da (cavabdehə poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixində çatdırılıb) göründüyü kimi iddiaçı podratçı olan cavabdehdən müqavilə üzrə yaranmış öhdəliklərin icra edilməməsinə görə müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmiş və əvvəlcədən ödənilmiş pulun geri qaytarılmasını xahiş etmişdir.
36. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, narazı tərəf digər Tərəfə yazılı bildiriş verməklə müqaviləni dərhal bütövlükdə və ya qismən ləğv edə bilər.
37. Qeyd olunanlardan göründüyü kimi cavabdeh müqavilə öhdəlikləri üzrə tələbləri yerinə yetirilmədiyindən, iddiaçı mülki qanunvericiliyin və alarından bağlanmış müqavilənin qeyd edilən bəndlərinə əsasən müqavilənin ləğvi tələbini irəli sürmüşdür.
38. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin və müqavilənin bəndlərinə əməl edilərək aralarında bağlanmış müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini cavabdehə xx.xx.2025-ci il tarixində çatdırıldığı üçün xx.xx.2025-ci il tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.
39. İddiaçının digər bir tələbi-30000 manat məbləğində ödənilmiş avans məbləğinin geri qaytarılmasına dair məhkəmə aşağıdakı məqamları qeyd edir.
40. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
42. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
44. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
45. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
46. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
48. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
49. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
51. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
52. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
53. 759.1. maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
54. 759.2. maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
55. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
56. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 003/AZZA №-li müqavilənin 1.1ci bəndinə əsasən bu Müqaviləyə əsasən icraçı, Sifarişçinin tələblərinə uyğun xidmətlər üzrə "AZZA QİDA FABRİKİ"ndə inzibati binanın, nəzarət-buraxılış məntəqəsinin, zibilxananın, ön hasar fasadlarının dizayn xidmətləri, inzibati binanın ön hissəsinin, ön hissənin darvazasının landşaft-dizayn xidmətləri, və inzibati binaya əsas girişdə holun, xidməti holun və nəzarət-buraxılış məntəqəsinin interyer dizaynına aid xidmətləri yerinə yetirməyi, tam hazır vəziyyətdə xidmətləri Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə İcraçıya təhvil aldığı xidmətlərin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürürlər. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 30000 manat təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, baxmayaraq ki, müqaviləyə əsasən ödənişlər hissəvi şəkildə və bir qismi işlər təhvil verildikdən sonra həyata keçiriləcəkdir, lakin iddiaçının nümayəndəsinin şifahi izahatına əsasən tərəflər arasında mövcüd olan əvvəlki əməkdaşlıq və münasibətlər dövründə yaranmış etibar nəticəsində müqavilə məbləği tam olaraq işlər görülməmişdən qabaq cavabdehə hissəvi ödənilmişdir, cavabdeh də hazırda mübahisələndirilən müqavilə üzrə heç bir işi icra etmədiyi üçün ödənilmiş pulun geri qaytarılmasını tələb edirlər. İş materialları ilə müəyyən edildi ki, iddiaçı tərəfindən müqavilə üzrə 30.000 manat ödənişlər yerinə yetirilsə də, cavabdeh tərəfindən xidmətlər bugünə gədər iddiaçıya təhvil verilməmişdir.
57. Məhkəmə qeyd edir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.
58. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla –müqavilə və ödəniş sənədləri ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 30000 manat avans məbləğinin geri qaytarılmasına dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
59. Beləliklə, 30000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
60. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 180 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı QSC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 003/AZZA №-li müqavilə xx.xx.2025-ci il tarixindən ləğv edilmiş (xitam) hesab edilsin. Cavabdeh X4dən 30.000 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 180 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova