Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-78/2022 02.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X1, ilkin iddiaçının, qarşılıqlı cavabdehin, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçınin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil2, ilkin cavabdehin, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin İddiaçınin ilkin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçınin Azərbaycan Respublikasındakı Filialı) qarşı borcun ödənilməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçınə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçınin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçınin Azərbaycan Respublikasındakı filialına vurulmuş zərərin əvəzi olaraq 226.868,63 manat məbləğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 226.898,63 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınin Azərbaycan Respublikasındakı filialı (podratçı) ilə Cavabdeh MMC (subpodratçı) arasında imzalanmış xx.xx.2019-cu il tarixli 005_ANEL MoT saylı subpodrat müqaviləsinə əsasən, subpodratçı “Vergilər Nazirliyinin yeni inzibati binası” layihəsində sanitar-texniki, istilik-soyutma və X8raşdırılması, müayinəsi, qüsurlarının aradan qaldırılması, tamamlanması, istismara təqdim olunması işlərini həyata keçirməyi və görülmüş işlərin nəticələrini podratçıya təhvil verməklə onlara zəmanət verməyi, podratçı isə bunun müqabilində razılaşdırılmış məbləğdə muzd ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixində müqavilənin 01 saylı əlavəsinin 10.2-ci bəndinin (ii), (iii) və (iv) yarımbəndləri əsasında və müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ona podratçı tərəfindən xitam verilmişdir. Müqavilənin 01 saylı Əlavəsinin (“Ümumi Şərtlər”) və 08 saylı Əlavəsinin (“Məsuliyyət Matrisi”) müddəalarına uyğun olaraq, layihənin icra olunduğu ərazidə subpodratçı üçün bir sıra xidmətlər və əmtəələr podratçı tərəfindən təmin edilmişdir. Belə ki, müqavilənin 01 saylı Əlavəsinin 4.1.6-cı bəndinə görə, podratçı tərəfindən təsdiq edilən aralıq ödəniş sertifikatı subpodratçı tərəfindən düzgün şəkildə icra olunan subpodrat müqaviləsi üzrə işlərin ümumi dəyərini əhatə edir və bu, aşağıdakılar çıxıldıqdan sonra edilir: ...Subpodratçının məsuliyyəti altında olan və podratçı tərəfindən həyata keçirilən xidmətlərin məbləği ...”. Müqavilənin 08 saylı Əlavəsi ilə təsdiq olunmuş məsuliyyət matrisi cədvəllərinə uyğun olaraq, subpodratçının işçi heyətinin yemək təminatı, su təminatı, elektrik enerjisi istehlakı, tullantılarının daşınması, dezinfeksiya, texniki təhlükəsizlik və əməyin mühafizəsi, inşaat sahəsinin təmizlənməsi və işçi heyətinin təlimi xidmətləri podratçı tərəfindən təmin olunmuşdur. Lakin bunların dəyəri subpodratçı tərəfindən podratçıya qismən ödənilmiş və nəticədə subpodratçının filiallarına aşağıda göstərilən məbləğdə ödənilməmiş borcu qalmışdır. Podratçı tərəfindən subpodratçının xeyrinə təmin edilmiş xidmətlər və əmtəələrin dəyərinin müəyyən qismi tərəflər arasında imzalanmış aralıq ödəniş sertifikatları (“hakediş”) əsasında subpodratçının alacağı məbləğlərdən tutulmuş, lakin 126.568,63 manat (ƏDV daxildir) təşkil edən qismi subpodratçı tərəfindən podratçıya qaytarılmamışdır. Subpodratçının borcunun qaytarılması üçün ona xx.xx.2020-ci il tarixində 88.578,77 manat, xx.xx.2020-ci il tarixində isə 37.989,86 manat məbləğində elektron qaimələr təqdim olunmuş (88.578,77 + 37.989,86 = 126.568,63), lakin ödənilməsi subpodratçı tərəfindən bugünə qədər təmin edilməmişdir. Bundan əlavə, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli 08 saylı və xx.xx.2020-ci il tarixli 09 saylı aralıq ödəniş sertifikatlarına və onların əlavələrinə uyğun olaraq, podratçı tərəfindən subpodratçıya 100.300 manat (ƏDV daxildir) əlavə iş avansı (beh) ödənilmiş, lakin subpodratçı bunun müqabilində icra etməli olduğu subpodrat işlərini tamamlamamış və podratçıya təhvil verməmişdir. Beləliklə, müqavilənin xitamı tarixinə qədər subpodratçının (cavabdehin) podratçı (iddiaçı) qarşısında müqavilədən irəli gələn borcu ƏDV daxil olmaqla 226.868,63 manat (126.568,63 + 100.300,00 = 226.868,63) təşkil etmişdir. Cavabdehin öz borcunu ödəməsi üçün onunla aparılmış danışıqlar, habelə cavabdehə təqdim olunmuş yazılı pretenziya nəticəsiz qalmışdır. Pretenziyada cavabdehə, Azərbaycan Respublikasının mülki qanunvericiliyindən irəli gələn vəzifələrinin pozuntusuna yol verdiyi və bununla filiallarına zərər vurduğu izah olunmuş, borcunu ödəyərək pozuntunu aradan qaldırması üçün lazımi tədbirlər görməsi tələb olunmuş borcunu ödəməyəcəyi təqdirdə hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacağını izah edilmiş, həmçinin borcunu ödəməyəcəyi təqdirdə hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, cavabdeh bugünədək pretenziyaya etirazını bildirməmiş və borcunu ödəməmişdir. Cavabdehin öz mülki vəzifələrindən və öhdəliklərindən, o cümlədən iddiaçıya vurduğu 226.868,63 manat məbləğində zərərin əvəzini ödəməkdən əsassız yayındığını nəzərə alaraq hesab edirlər ki, o, qanunvericiliklə müəyyən olunmuş qaydada tam həcmdə mülki məsuliyyətə cəlb olunmalıdır. xx.xx.2021-ci il tarixdə ilkin İddiaçınin Azərbaycan Respublikasındakı Filialı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdehndən İddiaçınin Azərbaycan Respublikasındakı filialına vurulmuş zərərin əvəzi qismində 216.745,67 manat məbləğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 216.775,67 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına qarşı qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət edərək, İddiaçınin Azərbaycan Respublikasındakı Filialından Cavabdeh MMC-nin xeyrinə 1.699.401 manat tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, işçilərin yemək təminatı kimi göstərilən məbləğ tamamilə absurddur. Odur ki, iddianın əsası kimi pul tələbi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda xx.xx.2020-ci il tarixdə EBAT 711892 saylı yazılmış elektron qaiməyə uyğun olaraq bildirirlər ki, əsas məbləğ 32194.8 (ƏDV 5795.06) yekun təsdiqlənib. Onlar belə bir əməliyyat olduğunu təsdiqləmir. Orada göstərilən qədər işçi işləmir. 11 noyabr 2019-cu ildə subpodrat müqaviləsinə əsasən görünür ki, bank çıxarışına əsasən ümumi işin dəyəri 1.147.500 manat təşkil edir. Cavabdeh MMC tərəfindən 625.567 manatlıq iş görülüb. İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən isə 581.844 manat ödənilib, 43.723 manat isə qalıq qalıb. Daha sonra 64.100 manat məbləğində vəsait İddiaçınin Azərbaycan Respublikasındakı filialına ödənilmiş və beləliklə də, halhazırda isə 107.823 borc mövcuddur. Bu işlərin görülməsi ilə əlaqədar olaraq icarəyə götürülmüş əmlaklar hal-hazırda həmin şirkətdədirlər. Cavabdeh MMC olaraq, 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikası Vergilər Nazirliyinin yeni tikilməkdə olan Heydər Əliyev prospektindəki mərkəz ofis binasının mexanik təsisatının montaj işlərini 2020-ci ilin avqust ayına kimi həll etmək üçün İddiaçınin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə bağlamış və təxminən 170.000 manat məbləğində təchizat almaqla işlərini tamamladılar və 7-ci aya qədər işlərinə davam etdilər. Lakin müqavilələri İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən birtərəfli, haqsız şəkildə ləğv edildi və bütün təchizat, material və bankda olan təminat məktublarına əl qoyuldu. Onlar kimi vergi ödəyicisi olan kiçik bir firma olaraq, haqsız yerə edilən bu tətbiqetmələr şirkətlərini həm maddi, həm də mənəvi olaraq çok sarsıtmışdır. Onlara qarşı edilən bütün haqsız hərəkətləri ayrıca qeyd etmək istəyirlər:
1. Müqavilədə iş proqramı hazırlayaraq, ən çox çalışacaqları hər ay üzrə adam sayılarını 80 nəfər olaraq müqavilələrinə əlavə etdilər və qarşılıqlı olaraq təsdiqlədilər. Lakin onlara psixoloji basqılar edərək, işdən çıxartmaqla təhdid edərək, 2, 3 və 4-cü aylarda 186 rəsmi işçi sayına qədər sayılarını artırmışlar.
2. Müqavilədə yazılmasına baxmayaraq, onlara heç bir növbə haqqı ödənilməmişdir, buna qarşılıq olaraq onları hər gün 2 saat və hər həftə sonu işləmək məcburiyyətində qoymuşlar.
3. Müqavilədə olmasına baxmayaraq, onlara bir çox əlavə iş və dəyişim işləri gördürülmüş və bunların pulu ödənilməmişdir.
4. 15 martda pandemiyaya görə işlər dayandırılmış, onlara bütün işçilərinin mart ayının sonuna qədər maaşlarının və bütün xərclərinin İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən ödəniləcəyi deyilməsinə baxmayaraq, 180-ə yaxın işçiləri üçün sadəcə 7000 ABŞ dolları bir ödəmə etmək istəmiş, onlar bu məbləği imzalamamadıqlarına görə onlara pis davranılmağa başlanılmış və psixolojik basqılar edilərək, müəyyən bir artırma edilərək, zorakı şəkildə məbləği qəbul etmələri təmin edilmişdir.
5. Aprel ayında pandemiya dönəmində işçilərə 190 manat dövlət dəstəyinin İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən ödəniləcəyi vəd edilmiş, sadəcə pandemiyaya görə içəridə çalışan məhdud sayda işçilərinin 190 manatları İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən ödənilmiş, bundan sonra giriş kartları blok edilərək, içəriyə girişləri əngəllənmişdir. Digər işçilərə 190 manat məbləğləri tərəflərindən işçilərinin zərər görməməsi üçün ödənilmiş, ödəmələrin İddiaçınin Azərbaycan Respublikasındakı filialından alınması mümkün olmamış, hətta içəridəki işçilərə ödədikləri 190 manatlar onların ödənişlərindən çıxılmışdır.
6. Sonradan İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən yeni bir müqavilə tərtib edilmiş, köhnə müqaviləni ləğv etmək istəmişlər. Onlara yeni müqavilə imzalatdırılmışdır. Lakin 2 ay keçməsinə baxmayaraq müqavilənin bir nüsxəsi onlara verilməmiş, ödəmələr müqavilə maddələrinə görə edilməmiş və müqavilənin təsdiqlənmədiyini bəhanə edərək onların müqavilələri birtərəfli ləğv edilmişdir.
7. Daha sonra işçilərini onların şirkətlərinə keçirməkləri üçün basqılar edilmiş, qəbul etməyəcəkləri təqdirdə də işçilərin maaş və xərclərini ödəməyəcəklərini demişlər. Onlar da bu yükün altında qalmamaq üçün işçiləri İddiaçınin Azərbaycan Respublikasındakı filialına keçirmək məcburiyyətində qaldılar. Ancaq yenə İddiaçınin Azərbaycan Respublikasındakı filialı sözündə durmayaraq, onlara gərəkli ödəmələri etməmiş, əskik ödəmələr etmiş və 45.000 manatı DSMF-yə ödəməmişdir.
8. Bu müddət ərzində müqavilələrinin maddəsində də göstərildiyi kimi İddiaçınin Azərbaycan Respublikasındakı filialı onlar içlər üçün 15 gün əvvəldən xəbərdarlıq etmədən başqa subpodratçı əlavə edə bilməz maddəsinə baxmayaraq, onlar işləri başqa subpodratçıya vermişdir.
9. Mart ayından etibarən onların tərəflərindən hər hansı bir hərəkət edilməsinə icazə verilməmiş, sahələrinə buraxmamış və onların balaca bir firma olduqları üçün basqı ilə imzalatdırmışlar.
10. Sonunda isə müqavilələri işlərin vaxtında edilmədiyi bəhanə edilərək ləğv edilmişdir. Onlara bu müddətdə işçilərin maaşlarını ödəmədikləri və işləri zamanında etmədikləri üçün 3 xəbərdarlıq yazısı göndərilmiş və müqavilələri ləğv edilmişdir. Onlar da bu üç xəbərdarlıq yazısının cavabını rəsmi olaraq vermişlər. İddiaçınin Azərbaycan Respublikasındakı filialının onlara ödəməni vaxtında etmədiyi ödəmənin banka köçürülməsindən sonrakı iki gündə işçi maaş ödəmələrinin tamamlandığını iş proqramına görə də 3-cü ayda irəlidə olduqlarını lazımi e-mail və bank yazıları, eləcə də digər sənədlərlə sübut etmiş və cavab vermişlər.
11. İddiaçınin Azərbaycan Respublikasındakı filialı daha sonra öz hesablarına avans təminat məktublarının 75.000 manat qisminə haqsız əl qoymuşdur. Onlar Azərbaycanda işləmək istəyən kiçik bir Azərbaycan firması olaraq, “X29 Taahhüt ve Ticaret Anonim Şirketi’nin Azərbaycan Respublikasındakı filialı heç bir sözünü yerinə yetirməmişdir. Məhkəmənin qərardadı ilə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınin Azərbaycan Respublikasındakı Filialına qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Daha sonra ilkin Cavabdeh MMC məhkəməyə ərizə təqdim edərək, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-971/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə (vəsatət) təmin edilmiş, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair ilkin, Cavabdeh MMCnin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə icraata xitam verilmişdir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)- 971/2021 saylı iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1269/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 971/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş üzrə icraata xitam verilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Sonradan ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC məhkəməyə qarşılıqlı iddia ərizəsinə xx.xx.2022-ci il tarixdə əlavə təqdim edərək, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə məxsus olan (əlavədə qeyd olunan) avadanlıqların geri qaytarılması, əgər avadanlıqlar mövcud deyilsə, 144.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması, eyni zamanda 15 may 2021-ci ildən 15 yanvar 2022-ci ilə qədər olan müddətdə avadanlıqlar üçün nəzərdə tutulmuş aylıq 8.500 manat məbləğində kirayə haqqı, ümumilikdə avadanlıqlar üçün müəyyənləşdirilmiş 68.000 manat məbləğində kirayə haqqının tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı üçün Cavabdeh MMC tərəfindən təmirə çəkilən 498.312 manat (əlavə işlər 9.010 manat, lift 45.651 manat, personal maaş 190.393 manat, DSMF borc 11.500 manat, giriş kartı 5.300 manat, personal çıxış 1.582 manat, aprel ayı 35.150 manat, forma 2 görə əskik 60.776 manat, mart ayı DSMF 32.900 manat, təminat məktubu 76.500 manat, iş vaxtından kənar işlərin görülməsi 20.500 manat) məbləğində xərcin tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında bağlanan müqavilə üzrə müəyyənləşdirilən təminat 10% üçün 47.071 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında bağlanan müqavilə üzrə İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMCni haqsız yerə zərərə uğratmaya görə 32.786 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında bağlanan müqavilə üzrə hesab-fakturada mənəvi təzminat üzrə müəyyənləşdirən 200.000 manat məbləğində pul vəsaitinin İddiaçınin Azərbaycan Respublikasındakı Filialından tutulması və İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında bağlanan müqavilə üzrə ümumilikdə müəyyən edilmiş 1.516.901 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehndən İddiaçınin Azərbaycan Respublikasındakı filialına vurulmuş zərərin əvəzi qismində 127.497,45 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan rəsmi məzənnə ilə (1 ABŞ dolları=1,70 manat) uyğun olaraq Azərbaycan manatı (216.775,67 manat / 1,70=127.497,45 ABŞ dolları) ilə tutulması, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və bu məbləğlərin İddiaçınin Azərbaycan Respublikasındakı filialına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixədək keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş: - ilkin iddiaçının, qarşılıqlı cavabdeh İddiaçınin Azərbaycan Respublikasındakı filialının (əsl iddiaçı ilə əvəz edildiyi vaxta qədər) nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında əlavə olaraq qeyd etmişdir ki, Tolqa Atıcı təqdim etdiyi məktublarda xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarlıq məktubları üzrə apardığı danışıqlara əsasən "Odeion Group” MMC-nin öz öhdəliklərini icra etməyə davam etdiyini və podratçı ilə əməkdaşlığına xələl gətirən 36 nəfər işçinin may ayı ərzində əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. xx.xx.2020-ci il tarixli məktubda işçilərin inşaat sahəsinə buraxılmamasının səbəblərini izah edilmişdir. Qeyd etmişdir ki, 60 nəfər işçi işi dayandırmış və buna səbəb kimi əmək haqqının ödənilməməsi göstərilmişdir. Lakin tərəf özü dəfələrlə bank çıxarışına istinad etmiş və əmək haqqının tərəflərindən ödənildiyini bildirmişdir. Bununla da qeyd etməlidir ki, qarşı tərəfin may ayından etibarən işçilərin idarə edilməsinin podratçıya keçməsi ifadəsi həqiqəti əks etdirmir. Bundan başqa Vəkil2 bildirmişdir ki, qanuni təmsilçi T.Atıcı saat hesabı əsasında işlər görülməsini iddia edirsə, smetanı məhkəməyə təqdim etməlidir. T.Atıcı məhkəmə iclasında bildirir ki, yerinə yetirilən işlər haqqında arayışı imza edib qarşı tərəfə təhvil vermişdir. Lakin həmin arayışlar indiyədək məhkəməyə təqdim edilmir. 8 və 9 saylı aralıq ödəniş sertifikatlarındakı məbləğ avans ödənişidir. Eyni zamanda tərəf qeyd edir ki, su, elektrik və tullantıların daşınması təminatlarını, işçilərə əmtəə xidmətlərini "xxxx" Şirkəti müqavilə əsasında göstərib. Həmin müqavilə də indiyədək məhkəməyə təqdim edilməyib. Hətta təqdim olunan bank çıxarışların da "xxxx" Şirkətinə edilən ödənişlər ilə bağlı hər hansı sübut yoxdur. Qarşı tərəfin 50.000 ABŞ dolları məbləğində göndərdiyi elektron qaimələrin tərəflərindən hansı səbəb ilə təsdiqlənməsi barədə məlumatı yoxdur. Tikintinin başa çatması məsələsinə münasibətdə isə nümayəndə qeyd etmişdir ki, tikinti başa çatsa da, lakin hələ də qüsurlar üzə çıxır və tərəflərindən aradan qaldırılır. Ümümi işlərin yekunlaşması barədə sertifikat verilməyib. Tərəflərindən saxlanılan avadanlıqlar hazırda istifadələrindədir. Avadanlıqların verilməsi üçün baş podratçıya ümümi işlərin yekunlaşması barədə sertifikat verilməlidir. Avadanlıqları başqa inşaatda istifadə etmək hüquqları yoxdur. Avadanlıqlar həmin inşaat sahəsində yerləşir. - ilkin cavabdehin, qarşılıqlı iddiaçının qanuni təmsilçisi Tolga Atıcı qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. T.Atıcı həmçinin qeyd etmişdir ki, təqdim etdiyi poçt yazışmaları xx.xx.2020-ci il tarixdən sonra qarşı tərəfin vəkilinin tərtib etdiyi protokollar əsasında fəaliyyət göstərdiklərini təsdiq edir. İşçilərin işi dayandırılmasının səbəbi əmək haqqının ödənilməsinin gecikdirilməsidir. May ayının 15-dən sonra işçilər inşaat sahəsinə buraxılmamışdır. Onlar işləri tam görmüşlər, lakin smetada sonda qeyd olunan işlər inşaat sahəsinə buraxılmadıqları üçün tərəflərindən icra edilməmişdir. Həmin işləri podratçı təhvil verib. 294.000 ABŞ dolları dəyəri olan işlərdən başqa işlər də görülmüşdür, lakin inşaat ərazisində çıxarıldılar və bütün sənədlər sahədə qaldı. May ayından iyul ayının sonunadək 130-140 işçi xidmət göstərmişdir. May ayının 15-dən sonra edilən ödənişlər, 25.000, 25.000 və 30.000 ABŞ dolları məbləğində ödənişlər inşaat sahəsində, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının rəhbərliyi altında çalışan muzdlu işçilərin əmək haqqı kimi ödənilmişdir. Görülmüş işlərin dəyəri ödənilməmişdir. Əgər 50.000 ABŞ dolları məbləğini borc kimi qəbul etsəydi, elektron qaimədə təyinatını avans kimi qeyd edərdi. T.Atıcı məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 8 və 9 saylı aralıq ödəniş hesabatlarında qeyd olunan işlər görülmüşdür, lakin aralıq ödəniş sənədlərindəki cədvəllərdə verilən məbləğin təyinatı səhv göstərilmişdi, bununla bağlı sənədləri o, imzalamamışdır. May ayının 15-dən sonra görülmüş işlər vahid qiymət əsasında yox, saatı hesabı qaydasında ödənilməli idi. Konkret olaraq boru işləri, şaxtalarda işlər, test işləri, cihazların montajı və digər mexaniki işlər görülmüşdür. Yerinə yetirilən işlər haqqında arayışı o imza edib qarşı tərəfə təhvil verirdi. İlkin smetada nəzərdə tutulan işlərin 90 faizi görülmüşdür. Podratçı sadəcə 2 ay sahədə çalışıb. İlkin işlərin dəyəri 675.000 ABŞ dolları qeyd olunmuşdu. Təmirə çəkilən 498.312 manat tələbi sübuta yetirən sənədlər inşaat sahəsində qalıb. “Haksız yerə zərərə uğratma"ya görə 32.786 manat məbləğ liftin işləməsinə görə tələb edilir. Bina 33 binadan ibarətdir bununla bağlı lift çalışmadıqda işçiləri evlərinə göndərib, iş həcmini azaldırdı lar. İşlərin dəyəri 32.786 saat hesabı əsasında hesablanmışdır. - ilkin cavabdehin, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında qeyd etmişdir ki, mübahisəli avadanlıqlar onların mülkiyyətindədir. İlkin iddiaçı müqavilənin şərtlərini pozmuş və müqavilə artıq qüvvədə deyil, ilkin iddiaçı onları inşaat sahəsindən çıxarmışdır. Daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçınin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilkin iddia üzrə əsl iddiaçı və qarşılıqlı iddia üzrə əsl cavabdeh “X29 Taahhüt ve Ticaret Anonim Şirkəti ilə əvəz edilmiş, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilkin iddiaçı tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və əsl olmayan tərəf əvəz edildikdən sonra iş üzrə icraat təzələnərək işə əvvəldən baxılmağa başlanılmışdır. xx.xx.2022-ci il tarixdə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC məhkəməyə qarşılıqlı iddia ərizəsinə sonuncu əlavə təqdim edərək, 1. İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-yə məxsus olan aşağıda (1.İskele 2.3- 3.5 m ( 42 ədəd) 2.A tipi Merdiven (9 Basamak) (4 ədəd) 3.A tipi Merdiven (11 Basamak) (4 ədəd) 4.Mengene (Tezgah tipi) (8 ədəd) 5.Manyetik Matkap (1 ədəd) 6.Darbeli Matkap (35 ədəd) 7.Darbesiz Matkap (4 ədəd) 8.Şarjlı Matkap (2 ədəd) 9.115 Taşlama motoru (35 ədəd) 10.180 Taşlama motoru (10 ədəd) 11.330 X27 (s/n ********) (1 ədəd) 12.380 Kaynak Makinası (1 ədəd) 13.220 Kaynak Makinası (4 ədəd) 14.X30 (1 ədəd) 15.Pafta (Virax) (s/n 134402) (1 ədəd) 16.Pafta (Virax) (s/n 80605) (1 ədəd) 17.Pafta (Rothenberger) (Yeni) (s/n 818811) (1 ədəd) 18.Pafta (Rothenberger) (s/n 306891) (1 ədəd) 19.Yiv Makinası (Rems) (s/n 34 203791) (1 ədəd) 20.Yiv Makinası (Rothenberger) (1 ədəd) 21.PPR Kaynak Makinası 20-50 (3 ədəd) 22.PPR Kaynak Makinası 50-110 (1 ədəd) 23.Lazer Terazi (11 ədəd) 24.Su Terazisi 60 cm (25 ədəd) 25.Komprasör (1 ədəd) 26.Projektör Kablolu (24 ədəd) 27.220 Seyyar Kablo 20 Metre (44 ədəd) 28.Calaskal (2 Ton) (4 ədəd) 29.Boru Anahtarı 1” (14 ədəd) 30.Boru Anahtarı 11/2” (29 ədəd) 31.Boru Anahtarı 2” (10 ədəd) 32.Boru Anahtarı 21/2” (2 ədəd) 33.Kurbağacık 10” 250 mm (6 ədəd) 34.Kurbağacık 12” 300 mm (4 ədəd) 35.Lokma takımı 10-32 mm (1 set) 36.20-22 Açık ağız anahtar (1 ədəd) 37.21-23 Açık ağız anahtar (1 ədəd) 38.24-26 Açık ağız anahtar (1 ədəd) 39.25-28 Açık ağız anahtar (1 ədəd) 40.27-32 Açık ağız anahtar (1 ədəd) 41.10 Kombine Anahtar (10 ədəd) 42.13 Kombine Anahtar (25 ədəd) 43.15 Kombine Anahtar (9 ədəd) 44.17 Kombine Anahtar (44 ədəd) 45.19 Kombine Anahtar (31 ədəd) 46.22 Kombine Anahtar (8 ədəd) 47.Ayarlı pense (1 ədəd) 48.Karga burun (1 ədəd) 49.Yan keski (2 ədəd) 50.Yıldız Tornavida (18 ədəd) 51.Düz Tornavida (8 ədəd) 52.Çekiç 0,5 kg (9 ədəd) 53.Çekiç 1 kg (22 ədəd) 54.Demir Testeresi (1 ədəd) 55.Ağaç Testeresi (1 ədəd) 56.Gönye (2 ədəd) 57.PPR Boru Makası 2”-21/2” (1 ədəd) 58.X33 1”-4” (1 ədəd)) sadalanan avadanlıqların geri qaytarılması, əgər avadanlıqlar mövcud deyilsə, 115.600 manat məbləğində pul vəsaitinin geri qaytarılması, eyni zamanda, 16 may 2020-ci ildən, 16 oktyabr 2022-ci ilə qədər olan müddətdə avadanlıqlar üçün nəzərdə tutulmuş aylıq 8500 manat məbləğində kirayə haqqı, ümumilikdə avadanlıqlar üçün müəyyənləşdirilmiş 246.500 manat məbləğində kirayə haqqının tutulması, X29 Taahhüt ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı üçün Cavabdeh MMC tərəfindən ödənilmiş və tələb edilən xəclər siyahısı ( əlavə işlər – 9.010 manat, liftin olmaması – 45.651 manat, personalın maaşı – 190.393 manat, DSMF borc -11,500.00, manat + 5647 faizi, giriş kartı – 5.300 manat, personal çıxış 1,582.00 manat, aprel ayı 35,150.00 manat, forma 2 gorə əskik ödəmə 60.776 manat, mart ayı üzrə DSMF borcu – 32.900 manat, teminat mektubu - 76,500 ₼, iş vaxtından artıq işləmə - 20.500) 494.909 manat məbləğində xərcin tutulması, X29 Taahhüt ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh MMC arasında bağlanan müqavilə üzrə müəyyənləşdirilən 10%təminat üçün 47.071 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh MMC arasında bağlanan müqavilə üzrə İddiaçınin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-ni “haksız yere zarara uğratma” ya görə 32.786 manat məbləğində pul vəsaitinin tutulması, X29 Taahhüt ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh MMC arasında bağlanan müqavilə üzrə ANEL-ODEİON Hesap Faturada mənəvi təzminat üzrə müəyyənləşdirən 200.000 manat məbləğində pul vəsaitinin X29 Taahhüt ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından tutulması, İddiaçınin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh MMC arasında bağlanan müqavilə üzrə ümumilikdə, müəyyən edilmiş 1.136.266 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində xx.xx.2022-ci il tarixdə ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehndən İddiaçınə vurulmuş zərərin əvəzi qismində 127.497,45 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan rəsmi məzənnəynə (1 ABŞ dolları=1,70 manat) uyğun olaraq Azərbaycan manatı (216.775,67 manat / 1,70=127.497,45 ABŞ dolları) ilə tutulması, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və bu məbləğlərin İddiaçınə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddiaçının, qarşılıqlı cavabdehin, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçınin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında əlavə olaraq qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən görülməli olan işlərin qrafikini ehtiva edən müqavilənin 7 saylı əlavəsi iş materiallarına əlavə edilmişdir. Bu qrafikə görə işlər 30 iyun 2020-ci ilədək tamamlanmalı, xx.xx.2020-xx.xx.2020-ci il tarixi ərzində icra olunmuş işlər yoxlanılmalı və xx.xx.2020-ci il tarixdə təhvil-qəbul aktı imzalanmalı idi. Lakin qarşı tərəf 2020-ci ilin iyul ayının sonunadək 36 mərtəbəli binanın sadəcə 23-25-ci mərtəbələrində aparılan işləri tamamlaya bildi. 2020-ci ilin may, iyul ayları ərzində subpodratçıya 4 yazılı xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdeh MMC xx.xx.2020-ci il tarixli məktubunda öhdəliklərin icra edilmədiyini etiraf etmişdir. 2020-ci ilin iyun ayının sonunda qədər subpodratçı tərəfindən görülmüş işlərin dəyərini müəyyən edən xx.xx.2020-ci il tarixli 7,8,9 saylı ödəniş sertifikatları imzalanmışdır. 7 saylı ödəniş sertifikatı xx.xx.2020-ci ilə dək icra edilmiş işlərin dəyərini ehtiva edir. 8 və 9 saylı ödəniş sertifikatları isə əlavə avans ödənişini nəzərdə tuturdu. 7 saylı ödəniş sertifikatındakı məlumatlar və sertifikatların tarixi qanuni təmsilçinin həmin ödəniş sertifikatlarındakı ödənişlərin görülmüş işlər ilə bağlı olması iddiasını istisna edir. xx.xx.2022-ci il tarixdə qanuni təmsilçi ödəniş sertifikatların ikinci səhifəsindəki imzaların ona aid olmadığını iddia etmiş və məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza rəyinin nəticələrinə əsasən 8 və 9 saylı ödəniş sertifikatlarındakı imzalar eyni şəxsə məxsusdur. Tolqa Atıcı imzalara baxış keçirdiyi vaxt sertifikatların birinci səhifəsindəki imzaların ona məxsus olduğunu bildirmişdir. Yəni imzalar Tolqa Atıcıya aiddir. Subpodratçının qurğuları, avadanlıqları və materiallarının podratçının istifadəsinə keçməsi şərtləri tərəflər arasında Müqavilənin 01 saylı Əlavəsinin 10.2.3-cü bəndində qabaqcadan razılaşdırılmışdır. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələblərini əsaslı olmasını sübuta yetirən, AR MPM-in 89-cu maddəsində nəzərdə tutulan yazılı sübutları mövcud olmaması səbəbilə məhkəməyə təqdim etməmişdir. Tərəflərindən arayışlar təqdim edilmiş və pul tələbinin tərkibi olan əsas borc ilə ƏDV borcu dəqiq göstərilmişdir. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, borc məbləğin ABŞ dolları ilə ödənilməsi şərtinin müqavilədə olub-olmaması barədə məlumatım yoxdur. Lakin bütün ödəniş sertifikatlarında məbləğ ABŞ dolları ilə qeyd edilib. Malların siyahısı filial tərəfindən təqdim edilmişdir. Şirkət həmin siyahını qəbul edir. Bir-birinə ziddiyyət təşkil edən sənədlərin tərəflərindən imzalanması səbəbi formatın dəyişilməsinin çətinliyi ilə bağlı olub. 7 saylı ödəniş sertifikatına qədər bütün işlərin dəyəri “Yapılan imalatların tutarı” bəndində göstərilirdi. Lakin ilk dəfə 23.828 ABŞ dolları ödəniləndə “sözləşmədışı işlər” bəndində qeyd edildi. Format idarə heyəti tərəfindən təsdiq edilir və rəhbərlik dəyişiklik edə bilmir. “Görülmüş işlərin” dəyəri kimi göndərilən elektron qaimə əsasında texniki səhvə yol verərək ödəniş edilmişdir. Üçüncü şəxs tərəfindən təqdim edilmiş siyahıda göstərilmiş qarşı tərəfə məxsus əşyaların tərəflərinin saxlanılması faktını mübahisələndirmir. Məhkəmə iclasında iştirak edən ilkin cavabdehin, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçınin Azərbaycan Respublikasındakı Filialı (podratçı), Cavabdeh MMC (subpodratçı) və “Tekfen İnşaat və Təsisat A.Ş” (baş podratçı) arasında bağlanmış 11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli subpodrat müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün icra ediləcək layihə üzrə santexnika, istilik-soyutma və X8raşdırılması işlərinin yerinə yetirilməsi üçün bu subpodrat müqaviləsini bağladılar. Podratçı layihənin MEP işlərinin icrası üçün Baş Podratçı ilə razılığa gəlmişdir. Həmin müqaviləyə əsasən: - X12 üzrə işləri Azərbaycan Respublikası Vergilər Nazirliyinin razı qalacağı şəkildə yerinə yetirməyə razılıq verir və buna dair öhdəlik götürür. Subpodratçı tərəfindən sifarişçinin xeyrinə xidmətlərin göstərilməsi zamanı subpodrat müqaviləsinin və subpodrat müqaviləsinə uyğun olan MEP müqaviləsinin şərtlərinə əməl olunmalıdır. - X12 üzrə işləri yerinə yetirməyi, başa çatdırmağı və onlara zəmanət verməyi və X2ndə nəzərdə tutulan və ya bu müqavilədən başqa bir formada yaranan öhdəliklərini ƏDV xaric 675.700 ABŞ dolları məbləğində subpodrat müqaviləsinin 06 saylı əlavəsində göstərilən vahid qiymətləri əsasında və vahid qiymətləri ilə yerinə yetirməyi öhdəsinə götürür. - subpodratçının öhdəliklərinin yerinə yetirilməsini nəzərə alaraq, X18ndə nəzərdə tutulan vaxtlarda və şəkildə X5nin dəyərini ödəməyi öz öhdəsinə götürür. - bu subpodrat müqaviləsi hər iki tərəfin imzası ilə qüvvəyə minir və tərəflərin subpodrat müqaviləsi üzrə bütün öhdəliklərinin başa çatdırılmasından sonra müqavilə müddəti bitir. Müqavilə podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. 11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə 1 №-li Əlavəsindən görünür ki, Subpodrat Müqaviləsi çərçivəsində işlərin yerinə yetirilməsi, buna zəmanət verilməsi və bununla bağlı qüsurların aradan qaldırılması üçün Podratçı Subpodratçı ilə müqavilə bağlamışdır. Podratçı tərəfindən bağlanılan hazırkı Subpodrat Müqaviləsində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 105, Vergilər Nazirliyinə məxsus Layihə sahəsi, Bakıda, Azərbaycanda yerləşən Sahədə Layihə üzrə Subpodrat Müqaviləsinə daxil olan işlər üzrə quraşdırma, tamamlama, müayinə, istismar, istifadəyə vermə və zəmanətlə bağlı müqavilə şərtləri müəyyən olunur. Həmin əlavənin: 2.9-cu bəndinə əsasən X12 üzrə aşağıda sadalanan işlərin layihənin texniki spesifikasiyaları, qüvvədə olan standartlar, qaydalar və normalara uyğun qaydada və Baş Podratçı və Sifarişçinin tam razı qalacağı şəkildə yerinə yetirilməsinə zəmanət verir. Aşağıdakı xülasə yalnız Subpodratçının vəzifələrinin müəyyən edilməsi üçün verilir və X2 üzrə işlərlə bağlı vəzifələrini məhdudlaşdırmır: - Santexnika, İstilik-Soyutma və X8raşdırılması, başa çatdırılması, müayinəsi, istismarı, istifadəyə verilməsi və zəmanət 2.9.1. Subpodrat Müqaviləsi üzrə İşlərin yerinə yetirilməsi ilə bağlı məsuliyyətlər a. X19 Müqaviləsinin tərkib hissəsi kimi Əlavə 08 şəklində Müqaviləyə daxil edilir. b. Məsuliyyət Matrisində başqa cür nəzərdə tutulmazsa, X12 üzrə İşlərin başa çatdırılması üçün tələb olunan bütün zəruri avadanlıqlar, müayinə avadanlıqları (uyğun olduqda), əl alətləri və müvafiq istehlak materiallarını, nəqliyyat vasitələri, obyektləri dəzgahları və emalatxananı təmin edir. c. X3 göstərilən İşləri təsdiq edilən işçi çertyojlar, iş planları, texniki spesifikasiyaların tələbləri və materiallara uyğun qaydada yerinə yetirməyə görə məsuliyyət daşıyır. d. Məsuliyyət Matrisində (08 saylı Əlavə) başqa cür nəzərdə tutulmazsa, bütün materialların Podratçının anbarından quraşdırma ərazisinə üfüqi və şaquli şəkildə daşınması Subpodratçının iş həcminə daxildir. e. Podratçının Subodratçının iş həcmində olan materialları da həmçinin Subpodratçı tərəfindən Sahədə qorunmalıdır. Subpodratçının səhvi ucbatından bu materiallara dəyən ziyanın əvəzi Subpodratçının ödənişlərindən çıxılacaq. f. X12 üzrə İşləri elə tərzdə yerinə yetirməlidir ki, quraşdırma zamanı Podratçı tərəfindən təchiz edilən Layihə materiallarının miqdarı və material itkısı/tullantı normaları Podratçı tərəfindən müəyyən edilən hədləri aşmasın. g. Subpodratçı tərəfindən həddindən artıq istifadə hallarında Podratçı artıq materialların xərcini Subpodratçının ödənişlərindən çıxmaq hüququna malikdir. h. Subpodratçı müayinədən keçə bilməyən və sökmə və təkrar müayinə üçün yenidən quraşdırma tələb edən quraşdırma işləri üçün əlavə qiymət tələb edə bilməz. i. Podratçı tərəfindən Subpodratçıya təqdim edilən və Subpodratçının quraşdırma işlərini başa çatdırdığı və bu quraşdırmalar üçün tələb olunan müvafiq hesab edilməsindən asılı olaraq, ya MEP Müqaviləsində Baş Podratçı tərəfindən təsdiq edilən, ya da Məsuliyyət Matrisində (08 saylı Əlavə) göstərilən şəkildə vahid qiymətlərindən proporsional əsasda Subpodratçıya ödəniş edilir. j. Subpodratçı gündəlik olaraq və Subpodrat Müqaviləsi üzrə İşlər başa çatdıqdan sonra iş ərazisini təmizləməyə və Podratçıya məruzə etməyə görə məsuliyyət daşıyır. Təmizlənən, lakin bununla bağlı lazımi şəkildə məlumat verilməyən hər hansı iş ərazisi Subpodratçını Sahənin təmizlənməsi ilə bağlı öhdəliklərindən azad etmir və Subpodratçı təmizlik aparılmaması və ya məlumat verilməməsi səbəbindən tətbiq edilən hər hansı cərimələrə görə məsuliyyət daşıyır. Subpodratçı MEP Müqaviləsi əsasında Sahənin və iş ərazisinin təmizliyi ilə bağlı Podratçıya tətbiq ediləcək hər hansı cəza və ya cərimələrin Subpodrat Müqaviləsi üzrə İşlərə mütənasib olaraq birbaşa Subpodratçıyə tətbiq edilməsinə razılıq verir. 2.9.2-ci bəndinə əsasən sahənin təşkili ilə bağlı Subpodratçının vəzifələri; a. Subpodratçı zəmanət verir ki, o, əmək haqqı vergisi, sosial təminat, işə götürülən şəxslərin sığortaları və ya Azərbaycan Respublikasının qanunvericiliyi və quwədə olan normativ-hüquqi aktları ilə tələb olunan hər hansı ödənişlərə əməl edir və onları icra edir. Subpodratçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə Subpodratçı tərəfindən ödənilməsi tələb olunan sosial sığorta Ödənişlərini ödəməyə görə məsuliyyət daşıyır. Subpodratçı hər ay aralıq ödəniş hesabatları ilə birgə əmək haqqı siyahısı və sosial təminat sənədlərim Podratçıya təqdim edir. Subpodratçının bu öhdəliyi yerinə yetirməməsi Subpodrat Müqaviləsinin ciddi şəkildə pozulması hesab olunur və Podratçı buna görə Subpodratçının ödənişi tutmaq və Subpodrat Müqaviləsində nəzərdə tutulan cərimələri tətbiq etmək hüququna malikdir. b. Subpodratçı Podratçını və Baş Podratçını öhdəliklərin yerinə yetirilməməsinə görə, məsələn əmək haqları, vergilər və sosial sığorta ödənişlərinin həyata keçirilməməsinə görə üçüncü tərəflərin, dövlət orqanlarının Azərbaycan Respublikasının qanunvericiliyi və qüvvədə olan normativ-hüquqi aktları ilə yaranan hər hansı iddialardan qoruyur. Subpodratçı, tələb olunduqda rəsmi bildirişə ehtiyac olmadan ilk tələbdən sonra dərhal Podratçıya təzminat ödəyir. Podratçı Subpodratçının adından Podratçı və ya Baş Podratçı tərəfindən ödənilən hər hansı məbləğləri Subpodratçının ödənişlərindən və ya zəmanətlərdən və yə tutulmuş pul məbləğlərindən, yaxud hər hansı digər təminatlardan çıxmaq hüququna malikdir c. Subpodratçı zəmanət verir ki, Podratçı tərəfindən tələb olunduğu təqdirdə quraşdırma işləri tam olaraq Sahə Rəisi və/və ya səlahiyyətli işçinin nəzarəti altında aparılacaq. Sahə Rəisi və/və ya səlahiyyətli işçi daimi olaraq və Subpodrat Müqaviləsi üzrə işlərin başa çatdırılmasına qədər sahədə olmalıdır. d. X12 üzrə işləri bu İşlərin başa çatdırılması üçün nəzərdə tutulan tarixlərin bitməsindən əvvəl başa çatdırmaq üçün bütün zəruri işçi qüvvəsini lazımi sayda təmin etməlidir. e. Subpodratçı iş Qrafikinə uyğun olaraq Podratçı tərəfindən tələb olunduğu təqdirdə gecə növbəsində işləməyə borcludur. f. Podratçı Subpodratçı üçün heç bir düşərgə ərazisi və sahə ofisi təmin etmir. g. Subpodratçı öz işçilərinin tibb sığortasını ödəməyə görə məsuliyyət daşıyır. h. Subpodratçının bütün işçiləri Podratçının göstərişlərinə əməl etməlidir. 4.1.1-ci bəndinə əsasən subpodrat Müqaviləsi üzrə bütün ödənişlər Azərbaycan manat ilə edilir. Ödənişlə bağlı bütün bank xərcləri, haqlar, məsrəflər və s. Subpodratçı tərəfindən qarşılanır. 4.1.2-ci bəndinə əsasən subpodrat müqaviləsinin dəyərinin 10%-ə uyğun olan məbləğ avans ödənişi kimi Subpodratçıya ödənilir və bunun qarşılığında Podratçı üçün qəbul olunan formada bank tərəfindən eyni məbləğdə avans ödənişinin geri qaytarılması üçün bank zəmanəti verilir. Subpodratçı Layihə üzrə avans ödənişinin istifadəsini və avans ödənişinin icrası planını Podratçıya təqdim etməlidir. Avans ödənişinin icrası planının Podratçı tərəfindən təsdiq edilməsindən sonra avans ödənişi Subpodratçıya təqdim edilir. Hər bir ay üzrə ödənişdən çıxılacaq avans ödənişi (eyni faiz miqdarında) və avans ödənişinin geri qaytarılması üçün bank zəmanəti rüblük intervallarda çıxılmalıdır. Avans ödənişinin geri qaytarılması üçün bank zəmanəti Subpodrat Müqaviləsi üzrə işlərin başa çatdırılmasından və avans ödənişi tam həcmdə hesablandıqdan sonra Subpodratçıya geri qaytarılır. X12 üzrə avans ödənişinin Subpodratçının ödənişlərindən tam şəkildə çıxılmasına qədər avans ödənişinin geri qaytarılması üçün bank zəmanətinin qüvvədə olma müddətini uzadır. 4.1.3-cü bəndinə əsasən ödənişlər Subpodrat Müqaviləsi üzrə İşlərin gedişatına nisbətdə aylıq ödənişlər şəklində həyata keçirilir. Subpodratçı Podratçı və Sifarişçi tərəfindən təsdiq edilən miqdarlar üçün 06 saylı Əlavədə verilən vahid qiymətləri əsasında aylıq aralıq müraciətlər hazırlayır və hər ayın 25-ci günündə təsdiq üçün Podratçıya təqdim edir. Əgər hər hansı aralıq müraciət Podratçı tərəfindən müraciət tarixində (hər ayın 25-ci günü) göstərilən tarixdən sonra 2 (iki) iş günü müddətində əldə edilərsə, o zaman Podratçı növbəti müraciət üçün yuxarıda göstərilən aralıq sertifıkat/ödəniş bildirişi tarixinə qədər həmin müraciət baxımından aralıq sertifikat/ödəniş bildirişi vermək öhdəliyi daşımır. 4.1.4-cü bəndinə əsasən əgər Subpodrat Müqaviləsi üzrə İşlər onun qane olacağı şəkildə yerinə yetirilməzsə, belə işləri aralıq sertifikatdan çıxarmaq, dəyərini azaltmaq və ya saxlamaq üçün Podratçı onun tərəfindən hazırlanmalı olan və icazəli olacaq hər hansı əvvəlki sertifikata aralıq sertifikat ilə düzəliş və ya dəyişiklik edə bilər. 4.1.5-ci bəndinə əsasən aralıq ödəniş müraciətinə daxil edilən Subpodrat Müqaviləsi üzrə İşlərin Sifarişçi və Baş Podratçı tərəfindən təsdiq edilməsindən sonra Subpodratçı aralıq ödəniş sertifikatında göstərilən və təsdiq edilən məbləğdə hesabfaktura hazırlayır və Podratçıya təqdim edir. Podratçı hesab-fakturanı əldə etdikdən sonra 30 gün ərzində təsdiq edilən hesab-fakturanın dəyərini ödəyir. 4.1.6-cı bəndinə əsasən podratçı tərəfindən təsdiq edilən aralıq ödəniş sertifikatı Subpodratçı tərəfindən düzgün şəkildə İcra olunan Subpodrat Müqaviləsi üzrə işlərin ümumi dəyərini əhatə edir və bu, aşağıdakılar çıxıldıqdan sonra edilir: (i) 4.1.2. bənddə göstərilən avans ödənişinin proporsional amortizasiyası; (ii) 4.2-ci bənddə göstərilən tutulma məbləği / və yə (iii) Podratçının narazılıq səbəblərini göstərdiyi hər hansı məbləğ və/və ya (iv) Subpodratçımn məsuliyyəti altında olan və Podratçı tərəfindən həyata keçirilən xidmətlərin məbləği, qüsurlar və ya cərimələrin məbləği və/və ya (v) Baş Podratçının sahəyə nəzarət qaydalarının Subpodratçı tərəfindən pozulması və ya Subpodratçımn ucbatından Sahədəki qurğulara fiziki ziyan dəyməsi səbəbindən Baş Podratçıdan hər hansı geri ödənişlər. 4.1.7-ci bəndinə əsasən əgər Subpodrat Müqaviləsi üzrə İşlər Subpodratçı tərəfindən müvafiq sənədlər olmadan və bu sənədlər Sifarişçi tərəfindən təsdiqlənmədən təqdim edilərsə. Podratçı tərəfindən X5 üzrə icra olunan İşlərə görə heç bir məbləğ ödənilmir. 4.1.8-ci bəndinə əsasən əgər X3 nəzərdə tutulan öhdəliklərindən hər hansı birini yerinə yetirməzsə və/və ya Subpodrat Müqaviləsinin hər hansı müddəasını pozarsa, o zaman Podratçı bu pozuntunun davam etdiyi müddət boyunca müvafiq yazılı bildiriş təqdim etməklə Subpodratçıya ediləcək ödənişləri dayandırmaq hüququna malikdir. 4.2.1-ci bəndinə əsasən subpodrat Müqaviləsi üzrə Subpodratçımn öhdəliklərinin yerinə yetirilməsinin təminatı kimi Subpodrat Müqaviləsinin yekun qiymətinin 10 faizinə qədər hər bir aralıq ödənişin 10 faizi məbləğində zəmanət məbləği Subpodratçımn aylıq aralıq ödənişindən çıxılır. 4.2.2-ci bəndinə əsasən Baş Podratçı tərəfindən MEP Müqaviləsi əsasında Tamamlanma Sertifikatı hazırlandıqda, zəmanət məbləğinin 1/3 (üçdə bir) hissəsi Subpodratçıya ödəniş edilməsi üçün Podratçı tərəfindən təsdiqlənir. Zəmanət məbləğinin ödənişi 40 (qırx) gün ərzində həyata keçirilir. Qüsurlar siyahısı Sifarişçinin razı qalacağı şəkildə və ya Tamamlanma tarixindən 90 (doxsan) gün sonra (hansı tarixin gec olmasından asılı olaraq) doldurularsa, zəmanət məbləğinin 1/3 (üçdə bir) hissəsi Subpodratçıya ödəniş edilməsi üçün Podratçı tərəfindən təsdiqlənir. Zəmanət məbləğinin ödənişi 40 (qırx) gün ərzində həyata keçirilir. Qüsurların aradan qaldırılması müddəti başa çatdıqda və X20 MEP Müqaviləsi əsasında Baş Podratçı tərəfindən hazırlandıqda, zəmanət məbləğinin yerdə qalan hissəsi subpodratçıya ödəniş edilməsi üçün Podratçı tərəfindən təsdiqlənir. Zəmanət məbləğinin ödənişi 40 (qırx) gün ərzində həyata keçirilir. Buna baxmayaraq, əgər Subpodrat Müqaviləsi üzrə hər hansı İşin yuxarıda göstərilən tarixlərdə icrası qalarsa, Podratçı bunun başa çatmasına qədər Subpodrat Müqaviləsi üzrə bu işin hesablanmış dəyərinin təsdiqlənməsindən imtina etmək hüququna malik olur. 5.1.1-ci bəndinə əsasən subpodrat Müqaviləsi üzrə İşlərin tamamlanması vaxtı Subpodrat Müqaviləsinin 07 saylı Əlavəsində göstərilən Layihə Qrafıkinə uyğun olmalıdır. X3 göstərilən İşləri 07 saylı Əlavədə göstərilən Layihə Qrafıkinə uyğun qaydada yerinə yetirməyə məcburdur. 5.1.2-ci bəndinə əsasən subpodratçı Podratçının və/və ya Baş Podratçının verdiyi təlimatlara uyğun olaraq istənilən vaxt Subpodrat Müqaviləsində göstərilən İşlərin təhvil verilməsi və/və ya vaxtına düzəliş edə bilər. 5.1.3-cü bəndinə əsasən subpodratçı tamamlanma vaxtını uzatmaq və ya işin gedişatını sürətləndirmək və tamamlanma tarixi çərçivəsində Subpodrat Müqaviləsi üzrə işləri tamamlamaq məqsədilə Subpodratçının uğursuzluqları və ya Subpodrat Müqaviləsi üzrə İşlərin ardıcıllığına dəyişikliklər və ya Subpodratçının qəbul etməyi təklif etdiyi metodların yenilənməsi səbəbindən Layihə Qrafıkindən kənarlaşmalar olduqda heç bir təzminat və/və ya ödəniş əldə etmək hüququna malik deyil. Bütün hallarda vaxtın uzadılması və ya xərclərin ödənilməsi hüququ Podratçının MEP Müqaviləsi üzrə bunu təmin etməsindən asılıdır. Əgər MEP Müqaviləsi üzrə iddialar və ya hüquqlar verilərsə, Subpodratçı belə iddialar və ya hüquqlara malik olmur. 5.4.1-ci bəndinə əsasən subpodrat Müqaviləsi üzrə işlər tam şəkildə tamamlandıqdan və bütün yekun yoxlamalardan qənaətbəxş şəkildə keçdikdən sonra Subpodratçı qüsurların aradan qaldırılması müddətində hər hansı qalan işi başa çatdırmaq öhdəliyi ilə birlikdə Podratçıya yazılı bildiriş verə bilər. Bu cür bildirişi əldə etdikdən sonra X18 üzrə İşləri yoxlayır və Subpodrat Müqaviləsi üzrə işlərin, onun fikrincə, Subpodrat Müqaviləsinə uyğun olaraq tamamlanması tarixini göstərməklə əsas işlərin tamamlanması sertifikatını Subpodratçıya təqdim edir, yaxud bu cür sertifikat verilməzdən əvvəl Subpodratçı tərəfindən həyata keçirilməsi tələb olunan bütün işləri göstərməklə Subpodratçıya yazılı şəkildə təlimatlar verir. Anlaşılmazlığın aradan qaldırılması üçün qeyd edilir ki, Subpodrat Müqaviləsi üzrə İşlərin qəbulu MEP Müqaviləsi üzrə MEP işlərinin qəbulundan asılıdır. 5.4.2-ci bəndinə əsasən əgər Podratçı tərəfindən əsas işlərin tamamlanması sertifikatı verilərsə, Subpodratçı bu sertifikatın və qüsurlu və/və ya natamam işlər siyahısını əldə etdikdən sonra 2 (iki) iş günü ərzində bu cür qüsurlu va/və ya natamam işlərə düzəliş edilməsi və/və ya onların tamamlanması proqramı (qüsurlu işlər qrafiki) təsdiq üçün Podratçıya göndərir. Podratçı bu proqramı əldə etdikdən sonra 10 (on) iş günü ərzində onun qəbulu və ya ləğv olunmasını təsdiq edir və Subpodratçı qüsurlu işlər qrafikinə uyğun olaraq qüsurlu və/və yə natamam işlərə düzəliş edir və ya Subpodrat Müqaviləsi üzrə yerdə qalan işləri tamamlayır. 5.4.3-cü bəndinə əsasən əgər Podratçı MEP Müqaviləsi və ya onun Subpodrat Müqaviləsi üzrə İşlərin də aid olduğu bölməsi və ya bölmələri üzrə qüsurların aradan qaldırılması müddətinin başlanmasından əvvəl istənilən vaxt Subpodratçı tərəfindən həyata keçirilən hər hansı işin qüsurlu, əskik və ya zədələnmiş olması və ya Subpodrat Müqaviləsinin tələblərinə uyğun olmaması ilə bağlı Subpodratçını yazılı şəkildə məlumatlandırarsa, Subodratçı Podratçının tələbi ilə onu öz hesabına təmir edir, əvəzləyir və ya tamamlayır ki. Podratçı tərəfindən MEP Müqaviləsinin müddəalarına əməl edilə bilməsi üçün belə işin tələblərə uyğunluğu göstərilən vaxt ərzində təmin edilsin. 5.4.4-cü bəndinə əsasən əgər Subpodratçının qüsurlu işlər qrafiki Podratçı tərəfindən rədd edilərsə və ya əgər Subpodratçı qüsurlu işləri aradan qaldırmazsa və Subpodrat Müqaviləsi üzrə yerdə qalan İşləri qəbul olunan qüsurlu işlər qrafikinə uyğun qaydada tamamlamazsa, o zaman Podratçı digərlərinə Subpodrat Müqaviləsi üzrə işləri yerinə yetirmək göstərişi verə bilər və bununla bağlı çəkilən xərclər Subpodratçı tərəfindən Podratçıya ödənilməli olan borc şəklində olacaq və Subpodratçıya ödəniləcək pul məbləğlərindən çıxılacaq. Əgər borc məbləği Subpodratçıya ödəniləcək və ya ödənilə biləcək məbləğdən artıq olarsa, Subpodratçı fərqi Podratçıya ödəməyə borcludur. 5.4.5-ci bəndinə əsasən podratçı tərəfindən təchiz edilən hər hansı işin və ya avadanlığın Subpodrat Müqaviləsinə uyğun olmaması səbəbindən bu iş və ya avadanlıq əlavə və ya təkrar yoxlama predmeti olarsa, bu yoxlamaların xərci, o cümlədən bu yoxlamalarda iştirak etməsinə görə Sifarişçi, Baş Podratçı və Podratçı tərəfindən çəkilən xərclər Subpodratçı tərəfindən Podratçıya ödənilir. 6.1-ci bəndinə əsasən Subpodratçı zəmanət və təminat verir ki, Subpodrat Müqaviləsi üzrə bütün işlər Subpodrat Müqaviləsinə uyğun olacaq və qüsurlu olmayacaq. X12 üzrə təchiz edilən qüsurlu material(lar) və/və ya zəif işçilik səbəbindən dəyən ziyanın aradan qaldırılmasına görə məsuliyyət daşıyır. Subpodrat Müqaviləsinə uyğun olmayan hər hansı İşlər Podratçının heç bir xərc çəkməməsi şərtilə Subpodratçı tərəfindən düzəldiləcək. 6.2-ci bəndinə əsasən Subpodrat Müqaviləsi üzrə İşlər 5.4.1-ci bəndə (qüsurların aradan qaldırılması müddəti) uyğun olaraq əsas işlərin tamamlanması sertifikatının verilməsi tarixindən sonra subpodratçının 24 aydan ibarət olan zəmanət əsasında olmalıdır. MEP müqaviləsi və ya Subpodrat Müqaviləsi üzrə işlərin tərkib hissəsi olduğu bölməsi və ya bölmələri əsasında qüsurların aradan qaldırılması müddətinin başlanmasından sonra Subpodratçı Podratçının MEP Müqaviləsi əsasında etməli olduğu kimi, oxşar müddət üzrə və ya Podratçının MEP Müqaviləsi üzrə məsuliyyət daşıdığı şərtlərlə Subpodrat Müqaviləsi üzrə İşlərdə mövcud olan qüsurları, çatışmazlıqları və ziyanları aradan qaldırır. 6.3-cü bəndinə əsasən Subpodratçı yerdə qalan hər hansı işi əsas işlərin tamamlanması sertifikatının verilməsi tarixində Podratçı tərəfindən müəyyən edilən vaxt müddətlərində başa çatdırır və Podratçı tərəfindən tələb olunduqda təmir, düzəliş, bərpa, hər hansı və bütün qüsurların, natamamlıqların və nöqsanların aradan qaldırılması (qüsurların aradan qaldırılması müddəti ərzində təbii köhnəlmə və dağılma və/və ya gözlənilən səhv istifadə və qeyri-düzgün istismar) ilə bağlı bütün işləri yerinə yetirir. Podratçının yazılı icazəsinin olduğu hallar istisna olmaqla, Subpodratçı hər hansı qüsur, çatışmazlıq və yə ziyanın aradan qaldırılması işlərini saxlamamalı və yubatmamalıdır. Subpodratçının bu müddəaya əməl etməməsi Podratçıya bu qüsur, çatışmazlıq və ya ziyanları Subpodratçının xərc çəkməsi, risk və məsuliyyət daşıması şərtilə aradan qaldırmaq və ya başqasına bunu etdirmək hüququnu verəcək. 6.4-cü bəndinə əsasən qüsurlar, çatışmazlıqlar və ya ziyanların hər zaman MEP Müqaviləsin və yə onun hər hansı hissəsi əsasında İşlərin təhlükəsizliyinin qorunması, yaxud Subpodrat Müqaviləsi üzrə İşlərin, MEP Müqaviləsinin və ya bu qüsurlar, çatışmazlıqlar və ya ziyanların nəticəsində təhlükəyə məruz qalan əmlakın və ya şəxslərin təhlükəsizliyinin təmin edilməsi; yaxud MEP Müqaviləsi və ya onun hər hansı hissəsi əsasında aparılacaq İşlərin tamamlanmasında gecikməyə yol verilməməsi və ya bunun azaldılması şərtilə, Podratçı bu qüsur, çatışmazlıq və ya ziyanları Subpodratçının xərc çəkməsi, risk və məsuliyyət daşıması şərtilə və Subpodratçını öz zəmanət öhdəliklərindən azad etmədən aradan qaldıra və ya Podratçının adından başqasına bunu etdirə bilər. 6.5-ci bəndinə əsasən Subpodrat Müqaviləsi üzrə İşlər MEP Müqaviləsi üzrə Yekun Qəbulun uğurlu şəkildə tamamlanmasından sonra yekun qəbul edilmiş hesab olunur. 10.2-ci bəndinə əsasən podratçı aşağıdakı hallarda Subpodrat Müqaviləsinə istənilən vaxt birtərəfli qaydada xitam verməklə bağlı bütün hüquqlarını qoruyub saxlayır: (i) Sifarişçi və ya Baş Podratçı Subpodrətçını təsdiq etmədikdə və ya onun kənarlaşdırılmasını tələb etdikdə; (ii) Subpodratçı Layihə Qrafikinə uyğun olaraq Subpodrat Müqaviləsi üzrə işləri yerinə yetirə bilmədikdə və gecikməni 7 (yeddi) gün ərzində aradan qaldıra bilmədikdə; (iii) Subpodratçı irəliləyiş edə bilmədikdə və gecikmə Podratçının MEP Müqaviləsi əsasında fəaliyyətinə təhlükə törətdikdə; (iv) X4 hər hansı müddəasını pozduqda və ya Subpodrat Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirə bilmədikdə; (v) Subpodratçı müflis olduqda və ya müflis olması barədə məhkəmənin qərarı olduqda (iş qaldırıldıqda) və ya onun kreditorlarının xeyrinə razılaşma bağladıqda, ləğvetmə mərhələsinə daxil olduqda; (vi) Subpodratçı işgüzar əməliyyatları üçün qanunla tələb olunan hər hansı lisenziya və ya icazəni təmin edə bilmədikdə və ya bu lisenziya və icazə ləğv olunduqda və ya təxirə salındıqda; yaxud (vii) Subpodratçı hər hansı səbəbdən Azərbaycanda işini həyata keçirmək iqtidarında olmadıqda və ya hər hansı cinayət əməli törətdikdə. 10.2.1-ci bəndinə əsasən əgər Subpodrat Müqaviləsinə yuxarıda göstərilən hər hansı səbəbdən xitam verildikdə, Subpodratçı tərəfindən verilən Zəmanətlər və Zəmanət Məbləği və/və ya digər təminatlar Podratçı tərəfindən ləğv edilə bilər və Subpodratçı Podratçının xitama və qüvvədə olan cərimələrə görə çəkdiyi xərclər və ziyanlar çıxılmaqla, Baş Podratçı və Sifarişçi tərəfindən təsdiq edilən, Subpodrat Müqaviləsi üzrə tamamlanmış İşlərə görə ödənişlərdən başqa digər ödənişlər əldə etmək hüququna malik deyil. Subpodratçı çıxılmamış avans ödənişini Azərbaycan Respublikasının Mərkəzi Bankının illik faiz dərəcələri ilə dərhal geri qaytarır. 13.1-ci bəndinə əsasən X2nə, o cümlədən onun Əlavələrinə və istinad edilən standartlarına uyğun olaraq Subpodrat Müqaviləsi üzrə İşi yerinə yetirmək məsuliyyəti mütləqdir. Subpodratçı gecikmələrə yol vermədən Subpodrat Müqaviləsi üzrə işlərin icrası üçün tələb oluna biləcək hər hansı lisenzıya(lar), icəzə(lər) və sertifikət(lar)ı əldə etməyə görə məsuliyyət daşıyır. 13.2-ci bəndinə əsasən subpodratçı Subpodratçının işçiləri üçün tətbiq edilən bütün əmək qanunlarına, o cümlədən Əmək Qanunvericiliyi, Sosial Təminat haqqında Qanun və onların məşğulluğu, sağlamlığı, təhlükəsizliyi, rifahı, immiqrasiyası və emiqrasiyası ilə bağlı hər hansı digər qüvvədə olan qanunlara əməl edir və onlara Azərbaycanda və digər müvafiq yerlərdə şamil olunan hüquqlar verir. Subpodratçı öz işçilərinin əmək haqqı və sosial təminatı ilə bağlı ödənişləriin aylıq uçotunu təqdim etməyə görə məsuliyyət daşıyır. 13.3-cü bəndinə əsasən X12 üzrə Subpodratçının adından hər hansı İşləri həyata keçirən işçiləri, sub-subpodratçılar, təchizatçılar və bütün digər şəxslər və təşkilatların hərəkəti və hərəkətsizliyinə görə müstəsna məsuliyyət daşıyır. 13.4-cü bəndinə əsasən X12 üzrə öz öhdəliklərini yerinə yetirməklə Subpodratçı tərəfindən onun işçilərinə və ya üçüncü tərəflərə və ya Podratçının və ya üçüncü tərəflərin əmlakına dəyən ziyan(lar)a görə məsuliyyət daşıyır. Əlavə podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. Müqaviləyə 7 sayl əlavə - Layihənin cədvəlindən görünür ki, müqavilə üzrə görüləcək işlər xx.xx.2020-ci il tarixinədək təhvil verilməli idi. Əlavə 07 podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. Məsuliyyət matrisindən (8 saylı Əlavə) görünür ki, həmin əlavədə ilkin iddiaçı (podratçı) tərəfindən ilkin cavabdeh (subpodratçının) işçilərinə yemək, içməli su təminatı, keçid kartının zədələnməsi və ya itirilməsi, tullantıların idarə edilməsi və sətəm icra heyəti xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur Əlavə 08 podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının ƏDV sub-uçot hesabından Cavabdeh MMC-yə avansa uyğun ƏDV ödənişi üzrə 11.006,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2020-ci il tarixli **********94 saylı ödəmə qəbzi ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə avans ödənişinə görə 50.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli **********47 saylı ödəmə qəbzi ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə müqaviləyə əsasən avans ödənişinə görə 61.147,24 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının ƏDV sub-uçot hesabından Cavabdeh MMC-yə avans ödənişi üzrə 9.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2020-ci il tarixli 850 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 257484 nömrəli elektron qaiməyə əsasən 89.310,79 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli 851 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 257484 nömrəli elektron qaimə üzrə ƏDV-yə görə 16.075,94 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli 908 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 728979 nömrəli elektron qaiməyə əsasən 130.128,06 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının ƏDV sub-uçot hesabından Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 728979 nömrəli elektron qaiməyə əsasən ƏDV ödənişi üzrə 23.423,05 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2020-ci il tarixli 943 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 990953 nömrəli elektron qaiməyə əsasən 53.434,54 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının ƏDV sub-uçot hesabından Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 990953 nömrəli elektron qaiməyə əsasən ƏDV ödənişi üzrə 9.618,22 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 02 may 2020-ci il tarixli, M-03/04.20 nömrəli əmək qanunvericiliyinə əməl olunmaması və işlərin icrasının gecikdirilməsi ilə əlaqədar 11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsi üzrə öhdəliklərin mütəmadi və kobud pozulması haqqında və 14 may 2020-ci il tarixli, M-04/05.20 nömrəli əmək qanunvericiliyinə əməl olunmaması, işlərin icrasının gecikdirilməsi və istehsalatın normal gedişinə maneələr törədilməsi ilə əlaqədar müqavilə öhdəlikləri pozuntularının davam etməsi haqqında bildirişxəbərdarlıqlardan görünür ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə pozuntuların davam etdiyi müddət ərzində firmalarına həyata keçirilməli olan ödənişləri təxirə salmaq və/və ya pozuntular aradan qaldırılana qədər hər gün üçün müqavilə dəyərinin 1%-i məbləğində cərimə tutmaq və/ və ya hazırki bildirişxəbərdarlığın təqdim edildiyi tarixdən sonra pozuntular 7 təqvim günü ərzində davam edərsə, subpodrat müqaviləsinə birtərəfli qaydada xitam verməklə dəymiş bütün zərərin əvəzinin ödənilməsini firmalarından tələb etmək yaxud ilk ödənişdən tutmaq və tərəflərindən verilmiş zəmanət məbləğləri yaxud digər təminatlardan faydalanmaq barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli pul tələbləri və öhdəlikləri haqqında üzləşmə aktına əsasən xx.xx.2020-ci il tarixə İddiaçınin ilkin Cavabdeh MMC-nin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına 11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsindən irəli gələn pul öhdəliklərinin (borcunun) məbləği xx.xx.2020-ci il tarixədək İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilmiş xidmətlərlərin dəyəri də daxil olmaqla 157.599,40 manat təşkil etmiş, həmin pul öhdəliyinin (borcun) tərkibinə podratçı tərəfindən müqaviləyə bir saylı əlavənin 4.2-ci bəndinə əsasən öhdəliklərin təminatı olaraq tutulmuş 40.970 manat zəmanət məbləği də daxildir. Odur ki, xx.xx.2020-ci il tarixə Cavabdeh MMC-nin İddiaçınin Azərbaycan Respublikasındakı Filialına yekun borcu 68.605,53 ABŞ dolları (157.599,40 - 40.970 = 116.629,40/1,70) təşkil edir. Akt podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 005_ANEL MoT saylı Subpodrat Müqaviləsindən irəli gələn pul tələblərinin yönəldilə biləcəyi əmlak və əşyalar haqqında 16 may 2020-ci il tarixli sazişin (subpodrat müqaviləsinə əlavənin) layihəsindən: 2.1-ci maddəsinə əsasən tərəflər arasında xx.xx.2020-ci il tarixində imzalanmış “xx.xx.2019-cu il tarixli 005_ANEL MoT saylı Subpodrat Müqaviləsindən irəli gələn pul tələbləri və öhdəlikləri haqqında Üzləşmə Aktı”na əsasən, Subpodratçının Podratçı qarşısında pul öhdəliyi (borcu) yaranmışdır. X25 mənsub olan, Podratçının pul tələblərinin yönəldilə və Podratçıya güzəşt edə biləcəyi əmlakının (əşyalarının) qarşılıqlı şəkildə razılaşdırılmış siyahısını ehtiva edir. 2.2-ci maddəsinə əsasən tərəflər razılaşır və qəbul edirlər ki, Subpodratçının Podratçı qarşısında olan pul öhdəliyi (borcu) Subpodrat Müqaviləsinə xitam veriləcəyi tarixə qədər tamamilə aradan qalxmazsa, Subpodratçı bu Sazişin 2.3-cü maddəsində sadalanan əmlakını (əşyalarını) tam yaxud həmin pul öhdəliyinin (borcunun) qalıq məbləğinə mütənasib qisimdə Podratçıya güzəşt edəcəkdir. 3.1-ci maddəsinə əsasən hazırkı Saziş imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Layihə subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 005_ANEL MoT saylı Subpodrat Müqaviləsindən irəli gələn pul tələblərinin əmlak kirayəsi ilə qismən əvəzləşdirilməsi haqqında 16 may 2020-ci il tarixli sazişin (subpodrat müqaviləsinə əlavənin) layihəsindən: 2.1-ci maddəsinə əsasən Tərəflər arasında xx.xx.2020-ci il tarixində imzalanmış “xx.xx.2019-cu il tarixli 005_ANEL MoT saylı Subpodrat Müqaviləsindən irəli gələn pul tələbləri və öhdəlikləri haqqında Üzləşmə Aktı”na (bundan sonra “Üzləşmə Aktı”) əsasən, Subpodratçının Podratçı qarşısında pul öhdəliyi (borcu) yaranmışdır. X25 mənsub olan maşın, avadanlıq və alətlərin (bundan sonra "Əşyalar") Podratçıya kirayəyə verilməsi yolu ilə Podratçının həmin Subpodrat Müqaviləsindən irəli gələn pul tələblərinin qismən əvəzləşdirilməsi məqsədilə imzalanmışdır. 2.2-ci maddəsinə əsasən subpodratçı ona mənsub olub bu Sazişin 2.5-ci maddəsində sadalanan Əşyaları Podratçının istifadəsinə verməyi, Podratçı isə bunun müqabilində Subpodratçıya qarşı irəli sürə biləcəyi pul tələbinin miqdarını Əşyalardan istifadə etdiyi müddətdə aylıq 8500 (səkkiz min beş yüz) manat məbləğində azaltmağı öz əhdəsinə götürür. Tamamlanmamış ay üzrə hesablama aparılarkən həmin məbləğ 30 (otuza) bölündükdən sonra Əşyalardan istifadə olunmuş günlərin sayına vurulur. 2.3-cü maddəsinə əsasən pul tələblərinin əmlak kirayəsi ilə qismən əvəzləşdirilməsi xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək davam edəcəkdir. Bu müddət bitdikdən sonra X14 geri qaytarır. 3.1-ci maddəsinə əsasən hazırkı Saziş imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Sazişin layihəsi podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilməmişdir. 18 may 2020-ci il tarixli 04/05.20 nömrəli məktubdan görünür ki, Cavabdeh MMC İddiaçınin Azərbaycan Respublikasındakı Filialının bildiriş-xəbərdarlıq məktubuna cavab olaraq bildirmişdir ki, 13 may 2020 ci il tarixində baş vermiş hadisə ilə bağlı (Layihəyə cəlb etdikləri 60 nəfər işçinin işi dayandırması) onları da təəsüfləndirir, bu cür halın baş verməsinin podratçı ilə əməkdaşlıqlarına xələl gətirməsi ilə yanaşı şirkətlərinin biznes imicinə də təsir edəcək amil kimi dəyərləndirirlər. Lakin bunun baş verməsinin əsas səbəbi podratçının müqavilə üzrə ödəmə öhdəliklərinin müqavilədə qeyd edilmiş şərtlərə uyğun olaraq zamanında yerinə yetirməməsindən qaynaqlanır. Xatırladırlar ki, 01 saylı Əlavənin 4 cü bəndinə uyğun olaraq Podratçı tərəfindən ödəmələr Subpodratçının ay ərzində icra edərək təhvil verdiyi işin həcminə mütənasib miqdarda həyata keçirilir. Subpodratçı razılaşdırılmış qrafikə uyğun işləri təhvil verməsinə baxmayaraq, podratçı ödəməli olduğu ilkin avans daxil olmaqla, ödənişləri mütəmadi gecikdirmişdir. Lakin ödənişlərin gecikdirilməsinə baxmayaraq, işçilər tərəfindən bu cür halların baş verməsi uyğunsuz haldır və bunun yenidən təkrarlanmaması üçün podratçı ilə birgə tədbirlər görülmüş, artıq 14 nəfərin əmək müqaviləsinə xitam verilmiş, insan resursları üzrə məsul şəxs dəyişdirilmişdir. COVİD-19 pandemiyası ilə əlaqədar Subpodratçıya dəymiş ziyanın qarşılığı olaraq podratçı ilə xx.xx.2020 tarixdə imzalanmış 02 nömrəli Əlavəyə əsasən 32 900 ABŞ dolları məbləği ödənilməsi öhdəliyi götürülmüş, lakin hələ də ödənilməmişdir. Bildirişdə qeyd edilən Azərbaycan Respublikasında karantin rejimi elan edilməmişdən öncə subpodratçının subpodrat işlərini gecikdirməsi və qrafıkdən kənarlaşması halları əsassızdır. Belə ki, podratçı ilə mütəmadi aparılan elektron yazışmalardan və məlumat mübadilələrindən də göründüyü kimi Subpodratçı subpodrat işlərini heç bir halda gecikdirməmiş və podratçı tərəfindən də işlərin gecikdirilməsi ilə bağlı heç bir müraciət daxil olmamışdır. Beləliklə, podratçı tərəfindən qeyd edilən ödəniş gecikdirmələrinə baxmayaraq, subpodratçı tərəfindən heç bir subpodrat işlərinin gecikdirilməsi və ya ləngiməsi olmamış, bununla bağlı podratçı tərəfində alınmış qeydə daxil olmamışdır. Aprel ayı boyunca tikintidə podratçının tələbi ilə sahəyə çıxardılacaq işçilərin sayı məhdudlaşdırılsa belə, bu günə qədər işlərin icrası zamanı subpodratçı ilə əlaqədar heç bir gecikmə qeydə alınmamışdır. X32 MMC olaraq subpodrat işlərinin icrası tarixlərində digər subpodratçı şirkətlərdən öndə olduqları üçün COVİD - 19 pandemiyası ilə əlaqədar hazırlanmış xüsusi iş qrafiki cədvəlində Odeion Group MMC-dən daha az işçi çıxarılması tələbi yazılı şəkildə bildirilmişdir. xx.xx.2020-ci il tarixli 995 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 086095 nömrəli elektron qaiməyə əsasən 40.508,55 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının ƏDV sub-uçot hesabından Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 086095 nömrəli elektron qaiməyə əsasən ƏDV ödənişi üzrə 7.291,54 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2020-ci il tarixli subpodratçının işin gedişatı üzrə ödəniş hesabatından (hakediş raporu) görünür ki, 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən Vergilər Nazirliyi, Qüllə layihəsi çərçivəsində (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) üzrə ödəniş nömrəsi 06 və son ödəniş tarixi xx.xx.2020-ci il olmaqla işlərin ümumi miqdarı (54.103,80 ABŞ dolları ƏDV xaric) bugünə qədər 300.576,68 ABŞ dolları, əvvəlki ödəniş 264.878,62 ABŞ dolları, bu aralıq ödəniş 35.698,06 ABŞ dolları, çıxılmaların (tutmaların) ümumi həcmi bugünə qədər 91.100,75 ABŞ dolları, əvvəlki ödəniş 75.701,11 ABŞ dolları, bu aralıq ödəniş hesabatı üzrə 15.399,64 ABŞ dolları olmaqla, ödənilməli məbləğ (ƏDV xaric) bugünə qədər 209.475,93 ABŞ dolları, əvvəlki ödəniş hesabatları üzrə 189.177,51 ABŞ dolları, bu ödəniş hesabatı üzrə 20.298,42 ABŞ dolları təşkil edir. Ödəniş hesabatı (hakediş raporu) podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh MMC 01 iyun 2020-ci il tarixli 01/06.20 nömrəli bildiriş-xəbərdarlıq məktubu ilə İddiaçınin Azərbaycan Respublikasındakı Filialına müraciət edərək qeyd etmişdir ki, xx.xx.2020 tarixli M-03/04.20 nömrəli və xx.xx.2020 tarixli M-04.05/20 nömrəli bildirişxəbardarlıq məktubları üzrə apardıqları danışıqlara və razılaşmalara əsasən onlar, “Odeion Group" MMC olaraq öz üzərilərinə düşən öhdəlikləri yerinə yetirdilər və icra etməyə davam edirlər. Belə ki, podratçının tövsiyyəsi üzrə sahədə davranışları ilə problem yaradan, bununla da ümumi işin gedişatına və podratçı ilə əməkdaşlıqlarına, eləcə də işgüzar nüfuzlarına xələl gətirən 36 nəfər işçinin may ayı ərzində əmək müqaviləsinə xitam verilmiş və müvafiq olaraq may ayı ərzində 46 nəfər işçi işə götürülmüşdür. Lakin buna baxmayaraq, podratçı Müqavilədə razılaşdırılmış Subpodrat işlərinin bir hissəsini üçüncü tərəf Subpodratçıya (Azvent) vermiş və bununla bağlı cari Subpodratçını, Odeion Group MMC-ni məlumatlandırmamışdır. Subpodratçının zamanında məlumatlandırılmaması iş həcminə uyğun işçi sayının tənzimlənməməsinə və bununla da əlavə xərclərin yaranmasına səbəb olmuşdur. Həmçinin xx.xx.2020-ci il tarixindən etibarən subpodratçının mühəndis heyətindən heç bir işçi podratçı tərəfindən sahəyə buraxılmır. Bununla da podratçı subpodratçıya Müqavilənin 2.8. ci bəndi üzrə öhdəliyinin icrasına mane olur. Podratçı “X29 Taahhüt ve Ticaret Anonim Şirkefi Azərbaycan Respublikasındakı filialı müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirdiyi müddətdə Cavabdeh MMC olaraq subpodratçı da müqavilə üzrə öhdəlikləri yerinə yetirməyə davam etmək üçün bütün qarşılıqlı və anlaşıqlı əməkdaşlığa açıq olduqlarını bir daha diqqətlərinə çatdırır, lakin müqavilə üzrə hüquqlarının pozulması davam edəcəyi təqdirdə hüquqi müstəvidə tədbir görəcəkləri barədə bir daha xəbərdarlıq etmək istəyirlər. xx.xx.2020-ci il tarixli 1035 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 280016 nömrəli elektron qaiməyə əsasən 53.434,54 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının ƏDV sub-uçot hesabından Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 280016 nömrəli elektron qaiməyə əsasən ƏDV ödənişi üzrə 1.479,57 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2020-ci il tarixli 1037 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 408542 nömrəli elektron qaiməyə əsasən 53.434,54 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının ƏDV sub-uçot hesabından Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 408542 nömrəli elektron qaiməyə əsasən ƏDV ödənişi üzrə 6.211,32 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2019-cu il tarixli 005_ANEL MoT saylı Subpodrat Müqaviləsinə dəyişikliklər edilməsi haqqında 30 iyun 2020-ci il tarixli protokolun (subpodrat müqaviləsinə əlavənin) layihəsinin: 2.1-ci maddəsinə əsasən tərəflər razılaşır və qəbul edirlər ki, xx.xx.2020-ci il tarixindən etibarən: 2.1.1. Subpodrat Müqaviləsində nəzərdə tutulmuş Santexnika, İstilik-Soyutma və X16 Quraşdırılması işlərinin (bundan sonra “Subpodrat İşləri”) dəyərinin müəyyən edilməsi üçün tətbiq olunmuş “vahid qiymətləri” meyarı “adam-saat” meyarı ilə əvəz edilir; 2.1.2. X9 aid olan vəzifə və öhdəlikləri aşağıdakılarla məhdudlaşır: 2.1.2.1. Subpodratçı öz vəsaiti hesabına Podratçını işçi qüvvəsi ilə təmin edir (bundan sonra “İşçi qüvvəsi”). İşçi qüvvəsi santexnika, istilik-soyutma və X16 quraşdırılması sahəsində peşə ixtisaslarına sahib olan iş icraçıları və ustalardan, həmçinin ixtisassız fəhlə heyətindən ibarət olacaqdır. Tələb olunan İşçi qüvvəsinin günlük, həftəlik, aylıq və rüblük sayı, onların ixtisasları və dərəcələri, eləcə də iş rejimi Podratçı tərəfindən müəyyən edilir və Subpodratçıya elektron poçt vasitəsilə bildirilir. Həmin bildiriş Subpodratçının elektron poçt ünvanına daxil olduğu andan 2 (iki) iş günü ərzində: (İ) Subpodratçı müvafiq işçilərlə əmək müqaviləsi bağlayaraq onları qanunvericiliklə nəzərdə tutulan qaydada işə götürür; (İİ) onların soyadı, adı, vəzifəsi, peşəsi və işə başlayacağı tarixi əks etdirən cədvəli Podratçının elektron poçt ünvanına göndərir; (İİİ) onları Subpodrat İşlərinin icrası üçün Podratçıya təqdim edir. 2.1.2.2. İşçi qüvvəsinin əməyinin ödənilməsinə aid olan bütün xərclər (əmək haqları, tarif maaşları, əlavələr, mükafatlar, sair ödənclər), həmçinin İşçi qüvvəsinin işə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulan bütün icbari ödəmələr (məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, tibbi sığorta və sair məcburi ödənişlər) Subpodratçının öz vəsaiti hesabına ödənilir. 2.1.2.3. Subpodratçı İşçi qüvvəsinin sayını Podratçının tələbi ilə azaltmağa borcludur. İşçi qüvvəsinin sayının və ştatlarının ixtisarı nəticəsində yaranan bütün məsrəflər (işdənçıxarma müavinətləri, təzminat, icbari sığorta ödəmələri, sair ödənclər) Subpodratçının öz vəsaiti hesabına ödənilir. 2.1.2.4. İşçi qüvvəsi Podratçının iş icraçıları və sahə rəislərinin rəhbərliyi altında çalışaraq onların tələb və göstərişlərinə, həmçinin Subpodrat Müqaviləsinin 01 saylı Əlavəsində nəzərdə tutulmuş Layihə sahəsinin qaydalarına əməl edir. Subpodratçı, İşçi qüvvəsinin bu tələblərə əməl etməsinə nəzarət edir və buna görə məsuliyyət daşıyır. 2.1.4. Subpodrat İşlərinin ay ərzində yerinə yetirilmiş miqdarının və dəyərinin müəyyən edilməsi aşağıdakı qaydada həyata keçiriləcəkdir: 2.1.4.1. Bu Protokolun 2.1.3-cü maddəsinə uyğun olaraq Saatlıq tariflə çalışacaq İşçi qüvvəsinin aylıq adam-saatlarının miqdarı Podratçı və Subpodratçı tərəfindən ayrıayrılıqda müəyyən olunur və yekun miqdar Tərəflər arasında yazılı formada razılaşdırılır. Daha sonra hər bir işçinin işləmiş olduğu adam-saatların miqdarı onun Saatlıq tarifinə vurularaq hər bir işçi üzrə aylıq şərti məbləğ müəyyən olunur. Aylıq tariflə çalışacaq işçi üzrə aylıq məbləğ onun ay ərzində işlədiyi günlərin sayına mütənasib qaydada hesablanır və bu qaydada aylıq tariflə çalışacaq hər bir işçi üzrə aylıq şərti məbləğ müəyyən olunur. Yekunda bütün şərti məbləğlər toplanır. 2.1.4.2. Bu Protokolun 2.1.4.1-ci maddəsində göstərilən şərti məbləğlərin cəmi (toplamı) 1,35-ə (bir tam yüzdə otuz beşə) vurulmaqla Podratçı tərəfindən Subpodratçıya ödənilməli olan aylıq məbləğ müəyyən olunur. Bu məbləğdən Subpodrat Müqaviləsi və onun əlavələri ilə tutulması şərtləndirilmiş məbləğlər çıxıldıqdan sonra, qalan məbləğ Podratçı tərəfindən X10 ay ərzində yerinə yetirilmiş miqdarı üçün ödəniləcək yekun məbləğdir. Həmin işlər üçün Podratçı bu məbləğdən başqa, Subpodratçıya heç bir əlavə ödəniş etmir. 3.1-ci maddəsinə əsasən tərəflər hazırkı Protokolun 1 və 2-ci maddələrinin müddəalarına uyğun olaraq Subpodrat Müqaviləsi və onun Əlavələrinə müvafiq məzmunda dəyişikliklər etmək barədə razılığa gəldilər. 3.2-ci maddəsinə əsasən subpodrat Müqaviləsinin müddəaları bu Protokolun 2.1-ci maddəsində nəzərdə tutulan tarixdən sonra görülən Subpodrat İşlərinə münasibətdə aşağıda sadalanan dəyişikliklərin tətbiq edilməsi şərti ilə şamil olunur və qüvvəsini saxlayır: 3.2.1. Subpodrat Müqaviləsinin 1-ci səhifəsində 3, 4, 5-ci cümlələr (2 və 3-cü abzaslar) çıxarılır; 3.2.2. Subpodrat Müqaviləsinin 2-ci səhifəsinin 2-ci abzasında “və onlara zəmanət verməyi” sözləri çıxarılır və "Subpodrat Müqaviləsinin 06 saylı Əlavəsində göstərilən vahid qiymətləri əsasında və vahid" sözləri "Tərəflərin qarşılıqlı razılaşma ilə müəyyən edəcəkləri adam-saat qiymətləri əsasında və adam-saat" sözləri ilə əvəz edilir; 3.2.3. Subpodrat Müqaviləsinin 2-ci səhifəsinin 3-cü abzasında "Subpodrat Müqaviləsinin 06 saylı Əlavəsində göstərilən vahid qiymətləri Subpodrat Müqaviləsi üzrə İşlərin düzgün icrası və Baş Podratçı və Sifarişçinin tam razı qalacağı şəkildə qüsurların aradan qaldırılması və" sözləri "Adam-saat qiymətləri" sözləri ilə əvəz edilir. 3.2.4. Subpodrat Müqaviləsinin 2-ci səhifəsinin 4-cü abzası ləğv edilir. 3.3-cü maddəsinə əsasən subpodrat Müqaviləsinin 01 saylı Əlavəsinin müddəaları bu Protokolun 2.1-ci maddəsində nəzərdə tutulan tarixdən sonra görülən Subpodrat İşlərinə münasibətdə aşağıda sadalanan dəyişikliklərin tətbiq edilməsi şərti ilə şamil olunur və qüvvəsini saxlayır: 3.3.1. 01 saylı Əlavənin 2.2 - 2.4, 2.9, 2.9.1, 4.1.4, 4.2, 4.2.1, 4.2.2, 5.1, 5.1.1 - 5.1.4, 5.2 - 5.4, 5.4.1 - 5.4.5, 6.1 - 6.7, 8.1, 8.3, 8.4, 9.1 - 9.7, 16.2, 16.4, 16.6-ci bəndləri, 2.9.2-ci bəndin “d” yarımbəndi, 10.2-ci bəndin “ii” və “iii” yarımbəndləri ləğv edilir; 3.3.2. 01 saylı Əlavənin 2.6-cı bəndinin 1-ci və 3-cü cümlələri, 3-cü bəndinin 5-ci, 7-ci və 8-ci cümlələri, 10.2.3-cü bəndinin 2 və 3-cü cümlələri, 12.1-ci bəndinin sonuncu cümləsi, 13.1-ci bəndinin 1-ci cümləsi çıxarılır; 3.3.3. 01 saylı Əlavənin 1.1-ci bəndinin 1-ci cümləsindən “, buna zəmanət verilməsi və bununla bağlı qüsurların aradan qaldırılması” sözləri çıxarılır; 3.3.4. 01 saylı Əlavənin 1.1-ci bəndinin 2-ci cümləsində “, müayinə, istismar, istifadəyə vermə və zəmanətlə” sözləri “ilə” sözü ilə əvəz edilir; 3.3.5. 01 saylı Əlavənin 1.2-ci bəndinin 2-ci cümləsində "ingilis" sözü "İngilis və ya Azərbaycan" sözləri ilə əvəz edilir, “və ingilis dili bu Müqavilənin tənzimləyici dili hesab olunur” sözləri çıxarılır, 4-cü cümləsində "ingilis" sözü " İngilis yaxud Azərbaycan" sözləri ilə əvəz edilir; 3.3.6. 01 saylı Əlavənin 2.1-ci bəndindən “və Podratçını, Baş Podratçını və Sifarişçini bu cür əsasnamə, sərəncam, qanun və normativ qaydaların, yaxud qərarların pozulmasına görə hər növ cərimə və öhdəliklərdən qoruyur” sözləri çıxarılır; 3.3.7. 01 saylı Əlavənin 3-cü bəndinin 1-ci cümləsində “Subpodrat Müqaviləsinin 06 saylı Əlavəsində göstərilən smeta sənədində nəzərdə tutulan vahid” sözləri "Tərəflərin qarşılıqlı razılaşma ilə müəyyən edəcəkləri adam-saat" sözləri ilə əvəz edilir; 3.3.8. 01 saylı Əlavənin 4.1.3-cü bəndinin 1-ci cümləsindən “Subpodrat Müqaviləsi üzrə İşlərin gedişatına nisbətdə” sözləri çıxarılır, 2-ci cümləsində "və Sifarişçi tərəfindən təsdiq edilən miqdarlar üçün 06 saylı Əlavədə verilən vahid" sözləri "tərəfindən təsdiq edilən adam-saat miqdarı və" sözləri ilə, “hər ayın 25-ci günündə” sözləri “müvafiq ay tamamlandıqdan sonra növbəti ayın 5-ci gününə qədər” sözləri ilə, 3-cü cümləsində “müraciət tarixində (hər ayın 25-ci günü) göstərilən tarixdən sonra 2 (iki) iş günü müddətində” sözləri “göstərilən müraciət tarixindən (növbəti ayın 5-ci günündən)” sözləri ilə əvəz edilir; 3.3.9. 01 saylı Əlavənin 4.1.5-ci bəndinin 1-ci cümləsində “Subpodrat Müqaviləsi üzrə İşlərin Sifarişçi və Baş” sözləri "adam-saat miqdarı və qiymətlərinin" sözləri ilə əvəz edilir və 2-ci cümləsi aşağıdakı yeni məzmunda verilir: - “Podratçı hesab-fakturanı əldə etdikdən sonra təsdiqlənmiş hesabfakturanın dəyərini 3 (üç) hissəyə bölməklə hər bir hissəni ayrı-ayrılıqda ödəyir və həmin hesabfakturanın ödənilməsini 30 (otuz) gün ərzində tamamlayır.”; 3.3.10. 01 saylı Əlavənin 4.1.6-cı bəndinin “ii” yarımbəndində "4.3-cü" sözü " 4.2-1-ci" sözü ilə əvəz edilir; 3.3.11. 01 saylı Əlavənin 7-ci bəndinin 1-ci abzası ləğv edilərək aşağıdakı yeni məzmunda 1 və 2-ci abzaslar əlavə dilir: - “Bütün bildirişlər və yazışmalar (Subpodrat Müqaviləsinin əlavələri və hesab-fakturalar istisna olmaqla) elektron poçt vasitəsilə, doğru və aktiv kimi qəbul edilən aşağıdakı e-poçt ünvanlarına göndəriləcəkdir: - Podratçıya: Elektron ünvan 1 və ya Elektron ünvan 2 Subpodratçıya: Elektron ünvan 3 və ya Elektron ünvan 4 Subpodrat Müqaviləsinin əlavələri və Subpodrat Müqaviləsi ilə bağlı veriləcək hesab-fakturalar kuryer vasitəsilə şəxsən və ya sifarişli poçt vasitəsilə Tərəflərin aşağıdakı ünvanlarına çatdırılır:”; 3.3.12. 01 saylı Əlavənin 7-ci bəndinin sonuncu abzasında Subpodratçının ünvanı aşağıdakı yeni məzmunda verilir: “Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 32a, “VİP Business Center” 2-ci mərtəbə.”; 3.3.13. 01 saylı Əlavənin 10.1-ci bəndindən “; və Baş Podratçının tələbi ilə bu Müqavilə üzrə bütün zəmanətlər Baş Podratçıya və ya Sifarişçiyə verilə bilər" sözləri çıxarılır; 3.3.14. 01 saylı Əlavənin 10.3-cü bəndindən “Subpodratçı tərəfindən yerinə yetirilən və Podratçı və Baş Podratçı tərəfindən qəbul edilən İşlərə; və Subpodrat Müqaviləsi üzrə" və “və Podratçı və Baş Podratçı tərəfindən qəbul edilən" sözləri çıxarılır; 3.3.15. 01 saylı Əlavənin 11-ci bəndindən aşağıdakı abzaslar çıxarılır: “03. İşlərin həcmi
04. Texniki Spesifikasiyalar (elektron surət kimi daxil edilən) 05. İstinad nömrələri olan çertyojlar siyahısı (elektron surət kimi daxil edilən) 06. Smeta 07. Layihə qrafiki”. 3.4-cü maddəsinə əsasən subpodrat Müqaviləsinin 01 saylı Əlavəsinə aşağıdakı məzmunda 4.2-1 bəndi əlavə olunur: “4.2-1. Aktlaşdırılmış borc məbləği və çıxılan kirayə (icarə) ödənişləri - Tərəflər arasında xx.xx.2020-ci il tarixində imzalanmış “xx.xx.2019-cu il tarixli 005_ANEL MoT saylı Subpodrat Müqaviləsindən irəli gələn pul tələbləri və öhdəlikləri haqqında Üzləşmə Aktı” ilə Subpodratçının Podratçı qarşısında müəyyən olunmuş pul öhdəyili (borcu) tamamilə aradan qalxana qədər həmin borcun tədrici silinməsi məqsədilə Subpodrat Müqaviləsi qüvvədə olduğu müddət ərzində Subpodratçıya ödənilməli olan aralıq aylıq məbləğlərdən aşağıdakı məbləğlər çıxılır: - aralıq aylıq məbləğin 15% (on beş faizi) və - kirayə və ya icarə müqaviləsi əsasında Podratçı tərəfindən Subpodratçıya ödənilməli olan (varsa) aylıq kirayə və icarə haqlarının məbləğləri. X7rşısında olan pul öhdəliyinin məbləğinin cari hissəsi (beh (avans) qalığı istisna olmaqla) mütənasib miqdarlarda azalmış sayılacaqdır. Subpodratçının Podratçı qarşısında olan bütün digər pul öhdəlikləri aradan qalxdıqdan sonra Podratçı tərəfindən Subpodratçıya ödənilmiş behin (avansın) qalığına tutmalar tətbiq olunacaqdır.”. 4.1-ci maddəsinə əsasən hazırkı Protokol 05 imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Protokol podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilməmişdir. xx.xx.2020-ci il tarixli subpodratçının işin gedişatı üzrə ödəniş hesabatından (hakediş raporu) görünür ki, 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən Vergilər Nazirliyi, Qüllə layihəsi çərçivəsində (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) üzrə ödəniş nömrəsi 07 və son ödəniş tarixi xx.xx.2020-ci il olmaqla görülmüş işlərin ümumi məbləği, bugünə qədər 317.983,58 ABŞ dolları, o cümlədən, əvvəlki hesabatlar üzrə 300.576,68 ABŞ dolları, bu aralıq ödəniş hesabatı üztə 17.406,90 ABŞ dolları, çıxılmaların (tutmaların) ümumi məbləği 91.100,75 ABŞ dolları olmaqla, ödənilməli məbləğ (ƏDV xaric) bugünə qədər 226.882,83 ABŞ dolları, o cümlədən əvvəlki hesabatlar üzrə 209.475,93 ABŞ dolları, bu hesabat üzrə 17.406,90 ABŞ dolları təşkil edir. Aralıq ödəniş hesabatı (hakediş raporu) podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. 01-A nömrəli aralıq ödəniş sənədindən (ödəniş hesabatına əlavədən) görünür ki, xx.xx.2020-ci il tarixənədək 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən icra olunmalı olan işlərin (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) dəyəri cəmi 675.700 ABŞ dolları, görülmüş işlərin dəyəri 65.669,70 ABŞ dolları, o cümlədən əvvəlki aralıq ödəniş sənədləri üzrə 0.00 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 65.669,70 ABŞ dolları təşkil edir. Sənəd podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. 02 nömrəli aralıq ödəniş sənədindən (ödəniş hesabatına əlavədən) görünür ki, xx.xx.2020-ci il tarixənədək 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən icra olunmalı işlərin (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) dəyəri - 675.700 ABŞ dolları, görülmüş işlərin dəyəri 183.979,20 ABŞ dolları, o cümlədən əvvəlki aralıq ödəniş sənədi üzrə 65.669,70 ABŞ dolları, bu aralıq ödəniş sənədləri üzrə 118.309,50 ABŞ dolları təşkil edir. Sənəd podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. 03 nömrəli aralıq ödəniş sənədindən (ödəniş hesabatına əlavədən) görünür ki, xx.xx.2020-ci il tarixənədək 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən icra olunmalı olan (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) işlərin ümumi dəyəri (seysmik qorunma ilə) cəmi 690.678,88 ABŞ dolları, görülmüş işlərin dəyəri 235.006,06 ABŞ dolları, o cümlədən əvvəlki aralıq ödəniş sənədləri üzrə 183.979,20 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 51.026,86 ABŞ dolları təşkil edir. Sənəd podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. 04 nömrəli aralıq ödəniş sənədindən (ödəniş hesabatına əlavədən) görünür ki, xx.xx.2020-ci il tarixənədək 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən icra olunmalı olan işlərin (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) ümumi dəyəri (seysmik qorunma ilə) cəmi 690.678,88 ABŞ dolları, görülmüş işlərin dəyəri 235.006,06 ABŞ dolları, o cümlədən əvvəlki aralıq ödəniş sənədləri üzrə 235.006,06 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 0.00 ABŞ dolları, dəyişikliyə əsasən subpodratçının zərərlərinin kompensasiyası ödənilməli olan məbləğ cəmi 23.828,56 ABŞ dolları, o cümlədən əvvəlki aralıq ödəniş sənədləri üzrə 0.00 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 23.828,56 ABŞ dolları təşkil edir. Sənəd podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. 05 nömrəli aralıq ödəniş sənədindən (ödəniş hesabatına əlavədən) görünür ki, xx.xx.2020-ci il tarixənədək 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən icra olunmalı olan işlərin (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) ümumi dəyəri (seysmik qorunma ilə) submüqavilə üzrə cəmi 690.678,88 ABŞ dolları, görülmüş işlərin dəyəri 241.050,06 ABŞ dolları, o cümlədən əvvəlki aralıq ödəniş sənədləri üzrə 235.006,06 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 6.044 ABŞ dolları; dəyişikliyə əsasən subpodratçının zərərlərinin kompensasiyası olaraq ödənilmiş məbləğ 23.828,56 ABŞ dolları,o cümlədən əvvəlki aralıq ödəniş sənədləri üzrə 23.828,56 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 0.00 ABŞ dolları təşkil edir. Sənəd podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. 06 nömrəli aralıq ödəniş sənədindən (ödəniş hesabatına əlavədən) görünür ki, xx.xx.2020-ci il tarixənədək 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən icra olunmalı olan işlərin (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) dəyəri (seysmik qorunma ilə) cəmi 690.678,88 ABŞ dolları, görülmüş işlərin dəyəri 276.748,12 ABŞ dolları, o cümlədən əvvəlki aralıq ödəniş sənədləri üzrə 241.050,06 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 35.698,06 ABŞ dolları; dəyişikliyə əsasən subpodratçının zərərlərinin kompensasiyası məbləği 23.828,56 ABŞ dolları, o cümlədən əvvəlki aralıq ödəniş sənədləri üzrə 23.828,56 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 0,00 ABŞ dolları təşkil edir. Sənəd podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. Çıxılmalar barədə 06 nömrəli aralıq ödəniş sənədindən (ödəniş hesabatına əlavədən) görünür ki, "xxxx" şirkəti tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin dəyəri – 35.751,13 ABŞ dolları görülmüş işlərə görə ödənilməli olan məbləğdən çıxılmışdır. Sənəd podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. 07 nömrəli aralıq ödəniş sənədindən (ödəniş hesabatına əlavədən) görünür ki, xx.xx.2020-ci il tarixənədək 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən görülmüş işlərin (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) dəyəri (seysmik qorunma ilə) 294.155,02 ABŞ dolları, o cümlədən əvvəlki aralıq ödəniş sənədləri üzrə 276.748,12 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 17.406,90 ABŞ dolları; dəyişikliyə əsasən subpodratçının zərərlərinin kompensasiyası məbləği 23.828,56 ABŞ dolları, o cümlədən əvvəlki aralıq ödəniş sənədi üzrə 23.828,56 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 0.00 ABŞ dolları təşkil edir. Sənəd podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli subpodratçının işin gedişatı üzrə 8 saylı aralıq ödəniş hesabatından (hakediş raporu) görünür ki, 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən Vergilər Nazirliyi, Qüllə layihəsi çərçivəsində (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) son ödəniş tarixi xx.xx.2020-ci il olmaqla müqavilə üzrə görülmüş işlərin ümumi məbləği – ƏDV xaric 294.155,02 ABŞ dolları, müqavilədən kənar görülmüş işlərin dəyəri ƏDV xaric 48.828,56, o cümlədən bu aralıq ödəniş (hakediş) hesabatı üzrə ƏDV xaric 25.000 ABŞ dolları, görülmüş işlərin dəyəri cəmi ƏDV xaric 342.983,58 ABŞ dollar; çıxılmalar - avans məbləği 27.674,81 ABŞ dolları, zəmanət məbləği 27.674,81 ABŞ dolları, zəmanət, tikinti ilə bağlı çıxılmalar 35.751,81 ABŞ dolları, çıxılmaların (tutmaların) ümumi məbləği ƏDV xaric 91.100,75 ABŞ dolları təşkil edir. Ödənilməli məbləğ (ƏDV xaric) cəmi 251.882,83 ABŞ dolları, o cümlədən əvvəlki ödəniş hesabatları üzrə 226.882,83 ABŞ dolları, bu ödəniş 25.000 ABŞ dolları təşkil edir. Ödəniş hesabatı (hakediş raporu) podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. 08 nömrəli aralıq ödəniş sənədindən (hesabata əlavədən) görünür ki, xx.xx.2020-ci il tarixənədək 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən görülmüş işlərin (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) dəyəri (seysmik qorunma ilə) 294.155,02 ABŞ dolları, əvvəlki aralıq ödəniş sənədi üzrə 294.155,02 ABŞ dolları, bu aralıq ödəniş sənədləri üzrə 0.00 ABŞ dolları, subpodratçının zərərlərinin kompensasiyası kumulativ üzrə 23.828,56 ABŞ dolları, əvvəlki aralıq ödəniş sənədləri üzrə 23.828,56 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 0.00 ABŞ dolları, qabaqcadan ödəmə (subpodratçının yekun hesabından çıxılacaqdır) 25.000 ABŞ dolları, əvvəlki ödəniş sənədi üzrə 0.00 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 25.000 ABŞ dolları təşkil edir. Sənəd podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli subpodratçının işin gedişatı üzrə 9 saylı aralıq ödəniş hesabatından (hakediş raporu) görünür ki, 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən Vergilər Nazirliyi, Qüllə layihəsi çərçivəsində (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) müqavilə üzrə görülmüş işlərin ümumi dəyəri – ƏDV xaric 294.155,02 ABŞ dolları, müqavilədən kənar görülmüş işlərin dəyəri ƏDV xaric 73.828,56 ABŞ dolları, o cümlədən bu aralıq ödəniş (hakediş) hesabatı üzrə 25.000 ABŞ dolları, görülmüş işlərin dəyəri cəmi 367.983,58 ABŞ dollar; çıxılmalar, -avans məbləği 27.674,81 ABŞ dolları, zəmanət məbləği 27.674,81 ABŞ dolları, , tikinti ilə bağlı çıxılmalar 35.751,81 ABŞ dolları, çıxılmaların (tutmaların) ümumi məbləği ƏDV xaric 91.100,75 ABŞ dolları təşkil edir. Ödənilməli məbləğ (ƏDV xaric), bu hesabat üzrə 276.882,83 ABŞ dolları, o cümlədən əvvəlki ödəniş hesabatları üzrə 251.882,83 ABŞ dolları, bu ödəniş hesabatı üzrə 25.000 ABŞ dolları təşkil edir. Ödəniş hesabatı (hakediş raporu) podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. 09 nömrəli aralıq ödəniş sənədindən (hesabata əlavədən) görünür ki, xx.xx.2020-ci il tarixənədək 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən görülmüş işlərin (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) dəyəri (seysmik qorunma ilə) 294.155,02 ABŞ dolları, o cümlədən əvvəlki aralıq ödəniş sənədi üzrə 294.155,02 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 0,00 ABŞ dolları; subpodratçının zərərlərinin kompensasiyası məbləği cəmi 23.828,56 ABŞ dolları, o cümlədən əvvəlki aralıq ödəniş sənədi üzrə 23.828,56 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 0.00 ABŞ dolları, qabaqcadan ödəmə (subpodratçının yekun hesabından çıxılacaqdır) 50.000 ABŞ dolları, o cümlədən əvvəlki ödəniş sənədi üzrə 25.000 ABŞ dolları, bu aralıq ödəniş sənədi üzrə 25.000 ABŞ dolları təşkil edir. Sənəd podratçı və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli əşyaların siyahısından (malzeme listesi) görünür ki, tikintidə İddiaçı tərəfindən tədarük edilmiş, eləcə də Cavabdeh MMC-yə məxsus olan 81 adda malmaterial vəa vadanlıqlar mövcuddur. Bəzi əmlaklar, o cümlədən 1 ədəd 380 qaynaq aparatı və 1 ədəd pafta (vitrax) yararsız vəziyyətdədirlər. Siyahı İddiaçınin adından Məhəmməd Özgül və Cavabdeh MMC-nin adından Levent Çiçek tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 428468 nömrəli elektron qaiməyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən (5.326,51 manat ƏDV daxil) 34.918,24 manat dəyərində işlərin görülməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçınin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. xx.xx.2020-ci il tarixli 1083 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli 07 nömrəli hakediş (ödəniş sənədi) üzrə 29.591,73 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli 1084 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli 07 nömrəli hakedişə (ödəniş sənədinə) əsasən ƏDV üzrə 5.326,51 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 850909 nömrəli elektron qaiməyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən (7.650 manat ƏDV daxil) 50.150 manat dəyərində işlərin görülməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçınin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 727007 nömrəli elektron qaiməyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən (7.650 manat ƏDV daxil) 50.150 manat dəyərində işlərin görülməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçınin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. xx.xx.2020-ci il tarixli 1087 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 727007 nömrəli elektron qaimə üzrə 42.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli 1088 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 727007 nömrəli elektron qaimə üzrə ƏDV-yə görə 7.650 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli 1103 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətə görə 42.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının ƏDV sub-uçot hesabından Cavabdeh MMC-yə göstərilmiş xidmətə görə avans ƏDV ödənişinə əsasən 7.650 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 29 iyul 2020-ci il tarixli, M-07/07.20 nömrəli 11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında 11 noyabr 2019-cu il tarixində imzalanmış 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə xx.xx.2020-ci il tarixində podratçı tərəfindən müqavilənin 01 saylı əlavənin 10.2-ci bəndinin (ii), (iii) və (iv) yarımbəndləri əsasında, müqavilədə nəzərdə tutulmuş aşağıdakı şərtlər daxilində birtərəfli qaydada xitam verilmişdir; - müqavilənin subpodratçının davam edən öhdəliklərinə aid olan müddəaları (subpodrat işlərinin yerinə yetirilmiş qisimlərinin zəmanətinə və zəmanətdən irəli gələn maddi məsuliyyətinə, qüsurlarının aradan qaldırılmasına, beh (avans) məbləğinin yekun hesablaşmadan sonra qalacaq qisminin podratçıya geri ödənilməsinə, podratçı tərəfindən subpodratçının xeyrinə üçüncü şəxslərə ödənilmiş bütün əmtəələrin və xidmətlərin dəyərinin podratçıya geri ödənilməsinə, xitam nəticəsində podratçıya dəyən zərərin əvəzinin podratçıya ödənilməsinə və sair öhdəlikləri), eləcə də podratçının bu öhdəliklərin icrasına yönəldə biləcəyə tələb hüquqları öz qüvvəsini tam həcmdə saxlayır. xx.xx.2020-ci il tarixli yekun ödəniş hesabatının layihəsindən görünür ki, həmin hesabata əsasən 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən Vergilər Nazirliyi, Qüllə layihəsi çərçivəsində (santexnika, istilik-soyutma, yanğınsöndürmə quraşdırma işləri) üzrə 10 nömrəli son ödəniş sertifikatı və son ödəniş tarixi xx.xx.2020-ci il olmaqla işlərin ümumi miqdarı (ƏDV xaric) bugünə qədər 367.983,58 ABŞ dolları, əvvəlki ödəniş 367.983,58 ABŞ dolları, bu aralıq ödəniş 0.00 ABŞ dolları, çıxılmaların (tutmaların) ümumi həcmi 245.740,29 ABŞ dolları olmaqla, ödənilməli məbləğ (ƏDV xaric) bugünə qədər 122.243,29 ABŞ dolları, əvvəlki ödəniş 276.882,83 ABŞ dolları, bu ödəniş -154.639,55 ABŞ dolları təşkil edir. Ödəniş hesabatı (hakediş raporu) podratçı və subpodratçı tərəfindən təsdiq edilməmişdir. xx.xx.2020-ci il-xx.xx.2021-ci il tarixlərində subpodratçı - Cavabdeh MMC ilə (mailto:a.tolgaatici@meyft.comElektron ünvan 3) podratçı - İddiaçınin Azərbaycan Respublikasındakı Filialı (Elektron ünvan 4) arasında aparılmış “e-mail” yazışmaları ilə təsdiq edilir ki, tərəflər arasında “e-mail” vasitəsilə müəyyən sənədlər, o cümlədən subpodrat müqaviləsinin əlavələri (xx.xx.2019-cu il tarixli 005_ANEL MoT saylı Subpodrat Müqaviləsindən irəli gələn pul tələblərinin yönəldilə biləcəyi əmlak və əşyalar haqqında 16 may 2020-ci il tarixli saziş (subpodrat müqaviləsinə əlavə), xx.xx.2019-cu il tarixli 005_ANEL MoT saylı Subpodrat Müqaviləsindən irəli gələn pul tələblərinin əmlak kirayəsi ilə qismən əvəzləşdirilməsi haqqında 16 may 2020-ci il tarixli saziş (subpodrat müqaviləsinə əlavə) və xx.xx.2019-cu il tarixli 005_ANEL MoT saylı Subpodrat Müqaviləsinə dəyişikliklər edilməsi haqqında 30 iyun 2020-ci il tarixli protokol (subpodrat müqaviləsinə əlavə)) göndərilsə də, tərəflər həmin sənədlərlə razılaşmamış, o cümlədən subpodratçı - Cavabdeh MMC həmin yazışmalara cavabında sözügedən sənədləri və tərəflərindən vurulmuş ziyanı heç bir şəkildə qəbul etmədiklərini, ancaq İddiaçı olaraq Cavabdeh MMC-yə dəymiş olan bütün zərərlərin protokol qaydasında qeyd etdikləri təqdirdə razılaşa biləcəklərini bildirmişdir. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı 18 avqust 2020-ci il tarixli, M-05/08.20 nömrəli subpodrat işlərinin tamamlanması məqsədilə subpodratçıya məxsus qurğu, avadanlıq və materialların istifadəsinə dair bildirişlə Cavabdeh MMC-yə müraciət edərək qeyd edilmişdir ki, müqaviləyə onda nəzərdə tutulmuş şərtlər çərçivəsində birtərəfli qaydada xitam verilmiş, müqavilənin 01 saylı əlavəsinin 10.2.3-cü bəndinə görə “10.2.3, 10.2-ci bənddə təsvir olunan istənilən halda X18 üzrə işləri özü tamamlamaq və ya bunun üçün subpodratçının adından müvafiq hesab etdiyi başqa bir subpodratçını işə cəlb etmək hüququna malikdir. Podratçı və ya digər subpodratçı bu tamamlanma üçün subpodrat müqaviləsinin müddəaları əsasında işlərin icrası və tamamlanması üçün müstəsna olaraq saxlanması nəzərdə tutulan, podratçı tərəfindən müvafiq hesab edilən subpodratçının işləri, qurğusu, avadanlıqları və materiallarından istifadə edə bilər. Subpodrat müqaviləsi üzrə podratçı tərəfindən həyata keçirilən iş və subpodratçının adından icra olunan digər işlər üzrə bütün xərclərin əvəzi subpodratçı tərəfindən ödənilir. Bununla da bildirirlər ki, subpodratçının qurğuları, avadanlıqları və materialları müqavilə ilə nəzərdə tutulmuş subpodrat işlərini tamamlamaqdan ötrü podratçı tərəfindən istifadə olunacaqdır. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2019xx.xx.2020-ci illəri əhatə edən dövr ərzində İddiaçınin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-nin hesabına müvafiq olaraq xx.xx.2020-ci il tarixdə avans ödənişi kimi 50.000 manat, xx.xx.2020-ci il tarixdə müqaviləyə əsasən avans ödənişi kimi 61.147,24 manat, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 257484 nömrəli elektron qaiməyə əsasən 89.310,79 manat, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli EBAH seriyalı, 728979 nömrəli elektron qaiməyə əsasən 130.128,06 manat, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli EBAİ seriyalı, 990953 nömrəli elektron qaiməyə əsasən 53.434,54 manat, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli EBAK seriyalı, 086095 nömrəli elektron qaiməyə əsasən 40.508,55 manat, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 280016 nömrəli elektron qaiməyə əsasən 8.219,84 manat, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 408542 nömrəli elektron qaiməyə əsasən 34.507,31 manat, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli 07 nömrəli ödəməyə əsasən 29.591,73 manat, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 727007 nömrəli elektron qaiməyə əsasən 42.500 manat, xx.xx.2020-ci il tarixdə göstərilmiş xidmətə görə 42.500 manat ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 489849 nömrəli elektron qaiməyə əsasən müəyyən edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən (13.512,02 manat ƏDV daxil) 88.578,77 manat dəyərində xidmətlərin göstərilməsinə (11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən göstərilmiş xidmətlərin qalıq dəyəri) dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 711892 nömrəli elektron qaiməyə əsasən müəyyən edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən (5.795,06 manat ƏDV daxil) 37.989,86 manat dəyərində xidmətlərin göstərilməsinə (11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinə əsasən göstərilmiş xidmətlərin qalıq dəyəri (may-iyun ayları üçün)) dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MMC İddiaçınin Azərbaycan Respublikasındakı Filialına müraciət edərək, heç bir əsas olmadan yazılmış (5.795,06 manat ƏDV daxil) 37.989,86 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2020ci il tarixli, EBAT seriyalı, 711892 nömrəli elektron qaimə sistemə gec baxdıqları üçün sistem tərəfindən təsdiq edildiyini, onlar belə bir əməliyyat olduğunu təsdiq etməsiklərini əsas göstərərək qaimənin ləğv olunmasını xahiş etmiş, əks təqdirdə vergi orqanına şikayət edəcəklərini bildirmişlər. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi elektron qaimə-fakturanın ləğv edilməsi barədə müraciətə cavab məktubundan görünür ki, elektron qaimə-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır və elektron qaiməfaktura ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir, bu səbəbdən vergi ödəyicisi tərəfindən elektron qaimə-fakturanın ləğv edilməsi və ya düzəliş edilməsi vergi orqanının səlahiyyətlərinə aid edilməmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 19 fevral 2021-ci il tarixli, **********548200 nömrəli məktubuna qoşma edilmiş məlumatlarından görünür ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının ƏDV depozit hesabından xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Cavabdeh MMC-nin ƏDV depozit hesabına müvafiq olaraq xx.xx.2020-ci il tarixdə 9.000 manat (avans ödənişi), xx.xx.2020ci il tarixdə 11.006,50 manat (avansa uyğun ƏDV ödənişi), xx.xx.2020-ci il tarixdə 16.075,90 manat (xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 257484 nömrəli elektron qaiməyə əsasən ƏDV ödənişi), xx.xx.2020-ci il tarixdə 23.423,10 manat (xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 728979 nömrəli elektron qaiməyə əsasən ƏDV ödənişi), xx.xx.2020-ci il tarixdə 9.618,20 manat (xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 990953 nömrəli elektron qaiməyə əsasən ƏDV ödənişi), xx.xx.2020-ci il tarixdə 7.291,50 manat (xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 086095 nömrəli elektron qaiməyə əsasən ödəniş), xx.xx.2020-ci il tarixdə 1.479,60 manat (xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 280016 nömrəli elektron qaiməyə əsasən ödəniş), xx.xx.2020-ci il tarixdə 6.211,30 manat (xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 408542 nömrəli elektron qaiməyə əsasən ödəniş), xx.xx.2020-ci il tarixdə 5.326,50 manat (xx.xx.2020-ci il tarixli 07 nömrəli ƏDV ödənişi), xx.xx.2020-ci il tarixdə 7.650 manat (xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 727007 nömrəli elektron qaiməyə əsasən ƏDV ödənişi) və xx.xx.2020-ci il tarixdə 7.650 manat (göstərilmiş xidmətə görə avans ƏDV ödənişi) olmaqla cəmi 104.732,70 manat məbləğ ödənilmişdir. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş 09 mart 2021-ci il tarixli, A-03/03.21 nömrəli cavabdehə (subpodratçı) ödənilmiş pul vəsaitləri haqqında arayışdan görünür ki, həmin arayışa əsasən 11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsi əsasında podratçı tərəfindən subpodratçıya ödənilmiş pul vəsaitlərinin əsas məbləğləri (ƏDV-siz) cəmi 581.848,06 manat təşkil edir. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş 09 mart 2021-ci il tarixli, A-04/03.21 nömrəli cavabdehə (subpodratçı) ödənilmiş ƏDV haqqında arayışdan görünür ki, həmin arayışa əsasən 11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsi əsasında podratçı tərəfindən subpodratçıya ödənilmiş əlavə dəyər vergisi (ƏDV) cəmi 104.732,65 manat təşkil edir. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş 09 mart 2021-ci il tarixli, A-05/03.21 nömrəli cavabdehin (subpodratçı) tələblər və öhdəliklərinin balans (saldosu) haqqında arayışdan görünür ki, həmin arayışa əsasən subpodratçının 11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinin icrasından irəli gələn tələblər və öhdəliklərin balansı (saldosu) haqqında məlumatlar aşağıdakı kimidir: İşlərin dəyəri (ƏDV-siz): - subpodratçı tərəfindən görülmüş işlərin dəyəri (təsdiqedici sənəd - 09 nömrəli ödəniş sertifikatı) 294.155,02 ABŞ dolları (500.063,53 manat); - karantin rejimi dövrü üçün maddi dəstək (işlərin dəyərindən əlavə) (təsdiqedici sənəd – müqaviləyə 02 nömrəli düzəliş) 23.828,56 ABŞ dolları (40.508,55 manat), cəmi məbləğ 317.983,58 ABŞ dolları (540.572,09 manat); Tutmalar (ƏDV-siz): - zəmanət müddəti üçün ayırma (10%) (təsdiqedici sənəd - 09 nömrəli ödəniş sertifikatı) 29.415,50 ABŞ dolları (50.006,35 manat); - podratçı tərəfindən təmin edilmiş xidmətlər və əmtəələr (təsdiqedici sənəd – 06 nömrəli ödəniş sertifikatı (əlavəsi ilə birlikdə) 35.751,13 ABŞ dolları (60.776,92 manat; - podratçı tərəfindən təmin edilmiş xidmətlər və əmtəələr (təsdiqedici sənəd – üzləşmə aktı və 489849 nömrəli elektron qaimə) 44.156,92 ABŞ dolları (75.066,77 manat); - podratçı tərəfindən xx.xx.2020-xx.xx.2020-ci il dövrlərdə təmin edilmiş xidmətlər və əmtəələr (təsdiqedici sənəd – 711892 nömrəli elektron qaimə) 18.938,12 ABŞ dolları (32.194,80 manat), cəmi məbləğ 128.261,67 ABŞ dolları (218.044,84 manat); Ödənilmiş pul vəsaitləri (ƏDV-siz): - subpodratçıya ödənilmiş pul vəsaitləri (təsdiqedici sənəd – ödəniş tapşırıqları, qəbzlər) 342.263,56 ABŞ dolları (581.848,06 manat); - qarant tərəfindən qarantiya məktubu əsasında qaytarılmış avans məbləği (təsdiqedici sənəd – SWİFT bildirişi) -44.492,97 ABŞ dolları (-75.638,05 manat), cəmi məbləğ 297.770,59 ABŞ dolları (506.210,01 manat) olmaqla, Subpodratçının cəmi ƏDV-siz borcu -108.048,69 ABŞ dolları (-183.682,77 manat) ƏDV daxil (108.048,69*18%=19.448,76 ABŞ dolları (33.062,90 manat)) -127.497,45 ABŞ dolları (-216.745,67 manat) təşkil edir. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş 09 mart 2021-ci il tarixli, A-06/03.21 nömrəli cavabdeh (subpodratçı) üçün təmin edilmiş xidmətlər və əmtəələr üzrə cavabdehin (subpodratçının) borclarına dair arayışdan görünür ki, həmin arayışa əsasən 11 noyabr 2019-cu il tarixli 005_ANEL MoT nömrəli Subpodrat Müqaviləsinin 08 saylı Əlavəsi əsasında podratçı tərəfindən noyabr 2019-cu ildən iyun 2020-ci illəri əhatə edən dövr üzrə subpodratçı üçün təmin edilmiş xidmətlər və əmtəələrin məbləğləri (ƏDV-siz) haqqında məlumatlar aşağıdakı kimidir: - 06 nömrəli ödəniş sertifikatının əlavəsi ilə təsdiq edilmiş borclar 60.776,92 manat; - xx.xx.2020-ci il tarixli üzləşmə aktı ilə təsdiq edilmiş borclar 75.066,77 manat; - xx.xx.2020-ci il tarixli elektron qaimə ilə təsdiq edilmiş borclar 32.194,80 manat olmaqla cəmi məbləğ 168.038,49 manat təşkil edir. 340 saylı material üzrə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X13 30 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X26 və X11 ərizələri əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün, cinayət işinin başlanması rədd edilmişdir. 30 aprel 2021-ci il tarixli qərarda qeyd edilmişdir ki: - aparılmış araşdırma zamanı İddiaçınin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Atilla Canpolat, xx.xx.2021-ci il tarixli M-07/04.21 nömrəli məktubla Nərimanov RPİ-nin Təhqiqat şöbəsinə müraciət edərək, Cavabdeh MMC ilə rəhbəri olduğu şirkət arasında imzalanmış xx.xx.2019-cu il tarixli 005 Anel Mot saylı subpodrat müqaviləsinə əsasən, subpodratçıya məxsus olan avadanlıq, qurğu və alətlərin ona geri qaytarılmasının hal-hazırda mümkün olmadığını bildirmişdir. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş (EMİS-ə yüklənmiş) subpodratçı Cavabdeh MMC-yə məxsus olan, subpodrat işlərinin tamamlanması üçün podratçı tərəfindən istismara cəlb olunmuş avadanlıqların və alətlərin siyahısından görünür ki, həmin siyahıda aşağıdakı əşyalar qeyd edilmişdir: - 1 ədədi 350 manat dəyərində olan 32 ədəd iskele 2.3-3.5 m, 1 ədədi 450 manat dəyərində olan 2 ədəd iskele 3 m-5 m, - 1 ədədi 100 manat dəyərində olan 4 ədəd A tipi nərdivan (9 pilləli), - 1 ədədi 120 manat dəyərində 4 ədəd A tipi nərdivan (11 pilləli), - 1 ədədi 100 manat dəyərində olan 8 ədəd Məngənə (dəzgah tipi), - 1 ədəd yararsız vəziyyətdə 380 v. qaynaq aparatı, - 1 ədədi 250 manat dəyərində olan 1 ədəd 220 v. qaynaq aparatı, - 1 ədəd yararsız vəziyyətdə olan pafta (vitrax), - 1 ədədi 1400 manat dəyərində olan 1 ədəd yiv makinası (Rothenberger), - 6 ədəd dn 50 (2”) - 4 ədəd dn 40 (1 ½”) ölçüdə boru açarlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün əlavə materialların təqdim olunması barədə ekspert vəsatəti ilə müəyyən edilir ki, qərardadda göstərilən əşyaların qiymətləndirilməsi üçün zəruri olan hər bir əşya üzrə onun markası, modeli, əmtəə görünüşü (təzə və köhnə, hansı üsulla hazırlanması), texniki göstəriciləri (ölçüsü, istehsal ili, istismar müddəti, hansı materialdan hazırlanması və s) hansı vəziyyətdə olması, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalması, təyinatı, miqdarı, alınmasına dair qaimə (faktura) və zədələnmiş əşyaların təmir-bərpasına çəkiləçək xərcin miqdarı barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə ekspertin vəsatətinin təmin edilməsi məqsədi ilə, qərardadda göstərilən əşyaların qiymətləndirilməsi üçün zəruri olan hər bir əşya üzrə onun markası, modeli, əmtəə görünüşü (təzə və köhnə, hansı üsulla hazırlanması), texniki göstəriciləri (ölçüsü, istehsal ili, istismar müddəti, hansı materialdan hazırlanması və s) hansı vəziyyətdə olması, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalması, təyinatı, miqdarı, alınmasına dair qaimə (faktura) və zədələnmiş əşyaların təmir-bərpasına çəkiləçək xərcin miqdarı barədə məlumatın 20 iyun 2022-ci il tarixədək məhkəməyə təqdim edilməsi tərəflərdən tələb olunsa da, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tələb olunan məlumatları yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmiş, Cavabdeh MMC isə həmin məlumatları ümumiyyətlə təqdim etməmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 4/813-9/3902 saylı ekspert rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmişişin işin 1-ci cildinin 74-cü və 76-cı vərəqlərində olan 08 və 09 nömrəli Cavabdeh MMC-nin ödəniş sertifikatlarının aşağı sol hissələrində “Subcontractor” qrafalarında olan imzalar; işin 1-ci cildinin 70-ci və 72-ci vərəqlərində olan xx.xx.2020- ci il tarixli 08 və 09 nömrəli “Anel elektirik proje taahhüt və ticaret anonim şirkətinin Azərbaycan Respublikasındakı filialı Ministry of taxes tower taşeron hakediş raporları”nın aşağı sol hissələrində “Taşeron: qrafalarında olan imzalar öz aralarında – eyni şəxs tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, işin 1-ci cildinin 74-cü və 76-cı vərəqlərində olan 08, 09 nömrəli Cavabdeh MMC-nin ödəniş sertifikatlarının aşağı sol hissələrində “Subcontractor” qrafalarında olan imzaların - Tolga Atıcı tərəfindən icra olunubolunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin 2.1-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 2.2. Ekspertizaya təqdim edilmiş işin 1-ci cildinin 70-ci və 72-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli 08 və 09 nömrəli “Anel elektirik proje taahhüt və ticaret anonim şirkətinin Azərbaycan Respublikasındakı filialı Ministry of taxes tower taşeron hakediş raporları”nın aşağı sol hissələrində “Taşeron:” qrafalarında olan imzalar ilə işin 3-cü cildinin 33-35-ci səhifələrində olan 05, 06, 07 nömrəli Cavabdeh MMC-nin ödəniş sertifikatlarının kserosurətlərinin aşağı sol hissələrində “Subcontractor” qrafalarında əks olunmuş imzaların - öz aralarında eyni bir şəxs tərəfindən icra olunub - olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2.2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 2.3. Ekspertizaya təqdim edilmiş, işin 1-cı cildinin 70-ci və 72-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli 08 və 09 nömrəli “Anel elektirik proje taahhüt və ticaret anonim şirkətinin Azərbaycan Respublikasındakı filialı Ministry of taxes tower taşeron hakediş raporları”nın aşağı sol hissələrində “Taşeron:” qrafalarında olan imzalar ilə işin 3-cü cildinin 43-cü və 44-45-ci səhifələrində olan 01 iyun 2020-ci il tarixli və 18 may 2020-ci il tarixli “Bildiriş xəbərdarlıq məktubları”nın “Direktor qrafalarında olan imzalar və 18 may 2020-ci il tarixli məktubun aşağı sağ küncündə olan imzanın - öz aralarında eyni bir şəxs tərəfindən icra olunub - olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2.3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Eyni zamanda ekspert tərəfindən əmlakın qiymətləndirilməsi məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün qərarda göstərilən əşyaların qiymətləndirilməsi üçün zəruri olan hər bir əşya üzrə onun markası, modeli, əmtəə görünüşü (təzə və köhnə, hansı üsulla hazırlanması), texniki göstəriciləri (ölçüsü, istehsal ili, istismar müddəti, hansı materialdan hazırlanması və s) hansı vəziyyətdə olması, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalması, təyinatı, miqdarı, alınmasına dair qaimə (faktura) və zədələnmiş əşyaların təmir-bərpasına çəkiləçək xərcin miqdarı barədə məlumat barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. İddiaçınin Azərbaycan Respublikasındakı Filialının pretenziya məktubları ilə təsdiq edilir ki, Cavabdeh MMC-yə sözügedən subpodrat müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh MMC-nin pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-dən vurulmuş 107.823 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəmə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
Əsaslandırıcı hissə:
Məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh X29 Taahhüt ve Ticaret Anonim Şirketinin AR filialı (podratçı) ilə Cavabdeh MMC (subpodratçı) arasında xx.xx.2019-cu il tarixli 005_ANEL MoT saylı subpodrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2020-ci il tarixdə həmin müqaviləyə podratçı tərəfindən subpodratçının müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməsi əsası ilə birtərəfli qaydada xitam verilmişdir. Məhkəmə əvvəla mübahisəli subpodrat müqaviləsinin X29 Taahhüt ve Ticaret Anonim Şirketinin AR filialı tərəfindən bağlanmasına baxmayaraq ilkin iddia tələbinin X29 Taahhüt ve Ticaret Anonim Şirketinin özü tərəfindən irəli sürülməsi, eləcə də qarşılıqlı iddia tələbinin X29 Taahhüt ve Ticaret Anonim Şirketinə qarşı yönəldilməsi məsələsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin: 43.1-cü maddəsinin tələblərinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 53.2-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Mülki Məcəllənin yuxarıda istinad olunan normalarının məzmunundan da göründüyü kimi hüquqi şəxsin filialı onun struktur bölməsi olmaqla hüquqi şəxs statusu yoxdur. Filial hüquqi şəxs olmadığından özünəməxsus mülki hüquq qabiliyyətinə malik deyil, yəni müstəqil olaraq həyata keçirdiyi mülki hüquqlara, o cümlədən öz əmlakına, eləcə də hüquqi şəxs tərəfindən onun balansına verilmiş əmlak üzərində sərəncam vermək hüququna malik deyil, eləcə də mülki vəzifələr, o cümlədən müqavilə öhdəliklərini icra etmək vəzifəsi daşımır. Filial mülki dövriyyədə müstəqil olaraq iştirak edə bilmədiyindən filialın fəaliyyəti nəticəsində əldə olunan bütün hüquqlar filialın aid olduğu hüquqi şəxsə məxsusdur, eləcə də daşıdığı bütün vəzifələr də həmin hüquqi şəxs tərəfindən icra edilməlidir. Hazırkı halda mübahisəli suböpodrat müqaviləsi tərəf qismində X29 Taahhüt ve Ticaret Anonim Şirketinin AR filialı tərəfindən imzalansa da, filial həmin müqaviləni mülki dövriyyənin müstəqil iştirakçısı qismində deyil, hüquqi şəxsin struktur bölmələri qismində, yəni X29 Taahhüt ve Ticaret Anonim Şirketinin adından bağlamışdır. Odur ki, həmin müqavilə üzrə podratçı tərəfin öhdəliklərini icra etməli olan, eləcə də subpodratçıdan müqavilə üzrə öhdəliklərinin icra edilməsini və öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs X29 Taahhüt ve Ticaret Anonim Şirketidir. Odur ki, ilkin iddiaçı X29 Taahhüt ve Ticaret Anonim Şirketi mübahisəli subpodrat müqaviləsinə əsaslanaraq iddia irəli sürməyə dair subyektiv hüquqa malikdir. Eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin həmin müqaviləyə əsaslanaraq X29 Taahhüt ve Ticaret Anonim Şirketinə qarşı irəli sürdüyü qarşılıqlı iddia isə həmin iddiaya cavab verməli olan şəxsə qarşı yönəldilmişdir. İlkin iddiaya münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddiaçı X29 Taahhüt ve Ticaret Anonim Şirketi (podratçı) subpodrat müqaviləsi çərçivəsində ilkin cavabdehə (subpodratçıya) müxtəlif xidmətlər (subpodratçının işçi heyətinin yemək, su təminatı, elektrik enerjisi istehlakı, tullantılarının daşınması, dezinfeksiya, texniki təhlükəsizlik və əməyin mühafizəsi, inşaat sahəsinin təmizlənməsi və işçi heyətinin təlimi xidmətlə və s.) göstərdiyini, lakin həmin xidmətlərin dəyəri olan 126.568,63 manat məbləğində pul vəsaitinin onlara ödənilmədiyini, eləcə də subpodratçıya ödənilmiş əlavə iş avansının (100.300 manat) onlara qaytarılmadığını əsas göstərərək cəmi 127.497,45 ABŞ dolları məbləğində pulun ilkin cavabdehdən tutulmasını tələb edir. İlkin Cavabdeh MMC və 2020ci ilin may ayından sonrakı dövrdə ilkin iddiaçı tərəfindən onlara xidmətlərin göstərilməsini, eyni zamanda ilkin iddiaçının avans qismində ödədiyini iddia etdiyi pulun avans məbləği olmasını inkar edir və iddianın rədd edilməsini tələb edir. Göründüyü kimi ilkin iddia tələbinin bir hissəsi müqavilə çərçivəsində ilkin iddiaçı tərəfindən ilkin cavabdehə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlıdır. Göstərilən tələblə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli subpodrat müqaviləsinə “Məsuliyyət matrisi” adlanan 8 saylı əlavədə ilkin iddiaçı (podratçı) tərəfindən ilkin cavabdehin (subpodratçının) işçilərinə yemək, içməli su təminatı, keçid karının zədələnməsi və ya itirilməsi, tullantıların idarə edilməsi və sətəm icra heyəti xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. İlkin iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin bir hissəsi 6 saylı aralıq ödəniş hesabatına əsasən ilkin iddiaçının ilkin cavabdehə olan müqavilə üzrə borcundan çıxılmış və göstərilən məsələ ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Hazırda ilkin iddiaçı dəyərinin ödənilməsini tələb etdiyi cəmi ƏDV daxil 126.568,63 manat məbləğində xidmətlərə gəldikdə ilkin cavabdeh göstərilən məbləğdə xidmətlərin göstərilməsini faktını qəbul etmir. İlkin iddiaçı isə həmin faktı sübuta yetirmək üçün göstərilməsi iddia edilən xidmətlərə görə ilkin cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiq edilmiş iki ədəd - xx.xx.2020-ci il tarixində ƏDV daxil 88.578,77 manat, xx.xx.2020ci il tarixində isə ƏDV daxil 37.989,86 manat məbləğində elektron qaimələrə istinad edir. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli elektron qaimədə göstərilmiş ƏDV daxil 88.578,77 manat dəyərində xidmətlərin ilkin iddiaçı tərəfindən göstərilməsi faktı sözügedən elektron qaimə ilə yanaşı hər iki tərəfin təsdiq etdikləri xx.xx.2020-ci il tarixli üzləşmə aktı ilə də müəyyən edilir. Belə ki, sözügedən üzləşmə aktının məzmunundan da göründüyü kimi həmin aktda təsdiq edilmiş borca üzləşmə aktının tərtib edildiyi tarixə ilkin iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri də daxildir. İkinci qaiməyə (xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 711892 nömrəli) gəldikdə həmin qaimə ilə əhatə edilmiş 15 may 2020-cu il tarixdən sonrakı dövrdə xidmətlərin göstərilməsi faktı ilkin cavabdeh tərəfindən qəbul edilməmiş, bununla bağlı xx.xx.2020-ci il tarixdə ilkin cavabdeh tərəfindən vergi orqanına məktub ünvanlanaraq sözügedən elektron qaiməfakturanın ləğv edilməsi xahiş edilmişdir. İlkin iddiaçı isə mübahisəli qaimə ilə əhatə edilmiş xidmətlərin göstərilməsini, eləcə də göstərilməsini iddia etdiyi xidmətlərin həcmini təsdiq edən heç bir əlavə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın: 1.2-ci bəndinə görə elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.3-cü bəndinə görə bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.2-ci bəndinə görə elektron qaimə-fakturada həmin fakturanın verilməsi əsası (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.) əks etdirilməldir. 3.7-ci bəndinə görə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Odur ki, hazırkı halda xx.xx.2020-ci il tarixli mübahisəli elektron qaimə əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktları və ya digər ilkin sənədlər durmadığından həmin qaimə-faktura müvafiq qaimələrin barəsində tərtib edildiyi xidmətlərin göstərilməsi faktının, eləcə də göstərilmiş xidmətlərin həcminin və dəyərinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün kifayət etmir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, ilkin iddiaçı ödənilməsini tələb etdiyi məbləği, o cümlədən göstərilmiş xidmətlərin dəyəri olan ƏDV daxil 126.568,63 manat məbləğində pulu ABŞ dolları ilə ifadə etmiş və həmin məbləğdə ödənişin edildiyi gün rəsmi məzənnəyə əsasən manatla tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, subpodrat müqaviləsi üzrə işlərin görülməsi barədə hesablaşmalar aralıq ödəniş hesabatlarında və s. sənədlərdə) ABŞ dolları ilə ifadə edilsə də, ilkin iddiaçı tərəfindən ilkin cavabdehə göstərilmiş yemək, su təminatı və digər xidmətlər üzrə hesablaşmaların ABŞ dolları ilə aparılması iş materiallarına əsasən öz təsdiqini tapmır, belə ki, xidmətlərin göstərilməsi barədə elektron qaimələrdə, eləcə də üzləşmə aktında həmin xidmətlərin dəyəri manatla müəyyən edilmişdir. Odur ki, həmin xidmətlərə görə ilkin cavabdehdən tutulacaq məbləğin ABŞ dolları ilə müəyyən edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia göstərilmiş xidmətlərin dəyərinin tutulması hissəsində qismən təmin edilməli, ilkin iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə ƏDV daxil 88.578,77 manat məbləğində borc ilkin cavabdehdən tutulmalıdır. İlkin iddiaçının avans qismində ödənilməsini iddia etdiyi ƏDV xaric 50.000 ABŞ dolları (ƏDV daxil 100.300 manat) məbləğində pulun qaytarılmasına dair tələbə gəldikdə məhkəmə qeyd edilir ki, sözügedən pul vəsaitinin ödənilməsi tərəflər arasında imzalanmış 8 və 9 saylı aralıq ödəniş hesabatlarında və aralıq ödəniş sənədlərində öz əksini tapmışdır. 8 və 9 saylı aralıq ödəniş hesabatlarında həmin ödənişlər (iki dəfə ƏDV xaric 25.000 dollar məbləğində) avans bölməsində deyil, müqavilədən kənar görülmüş işlər qrafasında öz əksini tapmışdır. Beləliklə, tərəflər həmin aralıq ödəniş hesabatlarını imzalamaqla göstərilən ödənişlərin avans qismində deyil, görülmüş işlərə görə edildiyini qəbul etmişlər. Digər tərəfdən 8 və 9 saylı aralıq ödəniş sənədlərində (hesabatlara əlavələrdə) göstərilmiş məbləğlərin avans qismində ödənilməsi qeyd edilmiş və həmin vərəq də hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin dövrdə ilkin Cavabdeh MMC-nin qanuni təmsilçisi olmuş T.Atıcı tərəfindən həmin sənədlərin onun tərəfindən imzalanması mübahisələndirilsə də, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə ödəniş hesabatı və ödəniş sənədlərindəki Cavabdeh MMC-nin adından icra edilmiş imzaların eyni şəxs tərəfindən imzalanması müəyyən edilmişdir. T.Atıcının aralıq ödəniş hesabatlarını imzalamasını qəbul etdiyini nəzərə alsaq göstərilən hal dolayı yolla da olsa, aralıq ödəniş sənədlərinin də Cavabdeh MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmasını təsdiq edir. Bununla yanaşı Cavabdeh MMC tərəfindən görülmüş işlərə görə X29 Taahhüt ve Ticaret Anonim Şirketinin AR filialına hər biri ƏDV daxil 50.150 manat məbləğinə dair olmaqla xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 727007 nömrəli və xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 850909 nömrəli elektron qaimələr göndərilmişdir. Həmin qaimələrə X29 Taahhüt ve Ticaret Anonim Şirketi tərəfindən etiraz edilməmiş, əksinə həmin qaimələr əsasında hər biri ƏDV daxil 50.150 manat məbləğində olmaqla ödənişlər edilmiş və ödəniş tapşırıqlarının birində ödənişin təyinatı qismində EBAM seriyalı 727007 saylı elektron qaiməyə istinad edilmiş, digər ödəniş tapşırığında isə ödənişin təyinatı “göstərilmiş xidmətlərə görə ödəniş” kimi qeyd edilmişdir. Göründüyü kimi aralıq ödəniş sənədlərində ƏDV xaric 50.000 ABŞ dolları (85.000 manat) məbləğinin avans qismində ödənilməsi göstərilsə də, iş materiallarında olan digər sənədlərin məcmusu ilə, o cümlədən 8 və 9 saylı aralıq ödəniş hesabatları, elektron qaimələr və həmin qaimələr əsasında edilmiş ödənişləri təsdiq edən ödəniş tapşırıqları ilə həmin mübahisəli məbləğin avans qismində ödənilməsi təkzib edilir. Odur ki, işin yuxarıda göstərilən halları ilə 50.000 ABŞ dolları məbləğinin avans qismində ödənilməsi öz təsdiqini tapmadığından iddiaçı həmin məbləğin cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində dəymiş maddi zərər qismində tutulmasını tələb etməkdə haqlı olmamışdır. Sonuncu məhkəmə baxışı iclasında ilkin iddiaçının nümayəndəsi və vəkilinin istinad etdiyi – ilkin cavabdehin ödənilmiş 50.000 ABŞ dolları məbləğində ödənişin müqabilində işlərin görülməsi faktını sübuta yetirə bilməməsi, belə olan halda ilkin cavabdeh müvafiq işləri görmədiyi halda həmin pul vəsaitini almaqla əsassız varlanması barədə dəlilinə münasibətdə qeyd edir ki, əvvəla tərəflər arasında formalaşmış işgüzar adətə uyğun olaraq 50.000 ABŞ dolları məbləğində işlərin görülməsi faktı hər iki tərəfin imzaladığı 8 və 9 saylı aralıq ödəniş hesabatları ilə təsdiq edilmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, ilkin iddiaçı həmin hissədə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 385.1, 443, 448-ci maddələrinə istinad etmiş, yəni ƏDV daxil 100.300 manat pulun cavabdehdən tutulması tələbinə dair iddiasını əsassız varlanmaya əsaslanaraq irəli sürməmiş, belə olan halda isə göstərilən tələbə məhkəmə tərəfindən əsassız varlanmadan irəli gələn tələb kimi qiymət verilə bilməz. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh MMC X29 Taahhüt ve Ticaret Anonim Şirkətinə qarşı verdiyi qarşılıqlı iddia ərizəsində mübahisəli subpodrat müqaviləsinə xitam verildikdən sonra tikinti sahəsindən çıxarılarkən ona məxsus mal-materialların həmin sahədə qaldığını, eləcə də 2020-ci ilin may ayının 15-də həmin mal, material və avadanlıqların kirayəyə verilməsi barədə qarşı tərəflə müqavilə bağladığını, eləcə də həmin tarixdən tərəflərin subpodrat müqaviləsi üzrə işlərin saat hesabı ödəniləcəyi barədə razılığa gəldiklərini, müqavilə üzrə işlərin görülməsi ilə bağlı müəyyən xərclər çəkdiyini, forma iki üzrə görülmüş işlərin dəyərinin bir hissəsinin ödənilmədiyini əsas göstərərək ona məxsus mal-material, avadanlıqların qaytarılması, onlar olmadıqda dəyərlərinin tutulması, həmin əşyaların kirayəsinə görə kirayə haqqının, eləcə də subpodrat müqaviləsi üzrə tərəfindən görülmüş əlavə işlərin dəyərinin, forma 2 üzrə ödənilməmiş qalmış məbləğin, DSMF-ə olan borclarının, işçilərin maaşlarının, işçilərin işdən azad edilməsi ilə bağlı, eləcə də iş vaxtından artıq işləməyə görə ödənilmiş məbləğlərin, işçilərin giriş kartları, liftin işləməməsi ilə bağlı çəkilmiş xərclərin, bankın zəmanət məktubu üzrə qarşı tərəfə qaytarılmış 76.500 manat pulun, müqavilə üzrə qarşılıqlı cavabdeh tərəfindən tutulmuş müqavilə dəyərinin 10% - 47,071.00 manat zəmanət məbləğinin, eləcə də dəymiş maddi və mənəvi zərərin tutulmasını tələb edir. Qarşılıqlı cavabdeh X29 Taahhüt ve Ticaret Anonim Şirketi qarşılıqlı iddiaya etirazını tərəflər arasında mal-material və avadanlıqların kirayə müqaviləsinin bağlanmaması, müqavilə şərtlərinə əsasən qarşılıqlı iddiaçıya məxsus əşyaları saxlamaq və onlardan istifadə etmək hüquqlarının olmaması, müqaviləyə subpodratçının öhdəliklərini pozması ilə bağlı xitam verildiyindən müqavilə dəyərinin 10% məbləğində zəmanətin onlarda qalmalı olması, eləcə də qarşılıqlı iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırır. Qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin irəli sürdüyü birinci iddia tələbi onlara məxsus mal-materiallar və avadanlıqların (əşyaların), əşyalar mövcud olmadıqda isə onların dəyərinin qaytarılmasından, eyni zamanda həmin əşyalardan istifadəyə görə kirayə haqqının tutulmasından ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh MMC tikinti sahəsini tərk edərkən ona məxsus mal-material və avadanlıqların həmin sahədə qarşılıqlı cavabdehin istifadəsində saxlanılması işin mübahisəsiz halını təşkil edir. Mübahisəli hal isə həmin əşyaların tərkibi və dəyəri ilə bağlıdır. Qarşılıqlı iddiaçı 58 adda əşyanın cavabdehin istifadəsində qalmasını iddia etsə də, cavabdehdə qalmasını iddia etdiyi ona məxsus əşyaların tərkibini və sayını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tikintidə saxlanılmış əşyaların tərkibi və sayını təsdiq etmək üçün qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli tarixli əşyaların siyahısının (malzeme listesi) surətinə gəldikdə həmin siyahıda siyahının tərtib edildiyi tarixdə tikintidə mövcud olan əşyaların tərkibi və sayları müəyyən edilmiş, lakin həmin əşyaların hamısının Cavabdeh MMC məxsus olması göstərilməmişdir. Əksinə sənədin sonunda sözügedən əşyaların “Anel” tərəfindən tədarük edilmiş və ya Cavabdeh-a məxsus olan əşyalar olması qeyd edilmiş və əşyaların hansı hissəsinin qarşılıqlı iddiaçıya, hansı hissəsinin qarşılıqlı cavabdehə məxsus olması dəqiqləşdirilməmişdir. Odur ki, həmin akta əsasən aktda qeyd edilmiş əşyaların hansı hissəsinin Cavabdeh MMC-yə məxsus olması müəyyən edilmir. İkincisi, yuxarıda da qeyd edildiyi kimi sözügedən akt xx.xx.2020-ci il tarixində tərtib edilmişdir, subpodrat müqaviləsinə xitam verilməklə Cavabdeh MMC-nin tikinti sahəsini tam tərk etməsi isə 2020-ci ilin iyul ayının sonuna təsadüf edir. Odur ki, həmin akt tərtib edildiyi vaxtdan Cavabdeh MMC-nin tikinti sahəsini tərk edənədək olan 2 aydan artıq müddət ərzində tikinti sahəsində qalmış əşyaların tərkibinin dəyişməsi - əşyaların bir qisminin tikintidə istifadə edilməsi, yararsız vəziyyətə düşməsi və Cavabdeh MMC tərəfindən başqa tikinti sahələrinə daşınması ehtimalı mövcud olduğundan sözügedən akt əsasında qarşılıqlı iddiaçının tikinti sahəsini tərk edərkən tikintidə saxlanılmış əşyaların tərkibi barədə əsaslı nəticəyə gəlmək mümkün deyil. Məhkəmə onu da qeyd edir ki, qarşılıqlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya məxsus əşyaların tərəflərindən saxlanılaraq tikintidə istifadə edilməsi faktı məhkəmə iclasında etiraf edilmiş və tərəflərindən saxlanılmış qarşılıqlı iddiaçıya məxsus əşyaların siyahısı müstəqil tələb irəli sürməyən şəxs (filial) tərəfindən məhkəməyə təqdim edilmişdir. Belə olan halda qarşılıqlı iddiaçının qaytarılmasını tələb etdiyi əşyaların tərkibini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyini nəzərə alan məhkəmə qarşılıqlı cavabdeh tərəfindən saxlanılmış qarşılıqlı iddiaçıya məxsus əşyaların tərkibinin və sayının üçüncü şəxsin təqdim etdiyi siyahılara əsasən müəyyən edilməsini mümkün sayır. Digər tərəfdən qarşılıqlı cavabdeh həmin hissədə qarşılıqlı iddiaya etirazına əsas kimi ona istinad etmişdir ki, tərəflər arasında bağlanmış subpodrat müqaviləsində müqavilədə göstərilmiş əsaslarla podratçı tərəfindən müqaviləyə birtərəfli qayda xitam verildikdə podratçının subpodratçıya məxsus əşyaları saxlamaq və tikintidə istifadə etmək hüququ nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilənin 1 saylı Əlavəsinin istinad edilən 10.2.3-cü bəndində podratçının saxladığı avadanlıqlara mülkiyyət hüququnun yaranması nəzərdə tutulmamış, yalnız mübahisəli tikintidə işləri tamamlamaq məqsədilə istifadə etmək hüququna malik olması nəzərdə tutulmuşdur. Odur ki, mübahisəli əşyaların müqavilənin istinad edilən bəndinə əsasən saxlanılması tikinti başa çatdıqdan, yəni həmin əşyaların saxlanılması üçün müqavilə əsası aradan qalxdıqdan sonra sözügedən əşyaların mülkiyyətçiyə geri qaytarılmalı olmasını istisna etmir. Qarşılıqlı cavabdehin tikintinin hal-hazıradək tam başa çatmaması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli subpodrat müqaviləsində nəzərə tutulmuş işlər AR İqtisadiyyat Nazirliyinin (Vergilər Nazirliyinin) yeni inzibati binasında yerinə yetirilməli idi. Odur ki, sözügedən binanın tikintisinin başa çatması və xx.xx.2021-ci il tarixdə binanın rəsmi açılışının keçirilməsi hamıya bəlli olan hal olduğundan, eləcə də qarşılıqlı cavabdeh hazırda binada tikinti işlərinin davam etdirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə həmin dəlilləri əsassız hesab edir. MPM-in 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İddia tələbinin mahiyyətə gəldikdə məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı halda üçüncü şəxs tərəfindən təqdim edilmiş siyahıda göstərilmiş əşyaların qarşılıqlı iddiaçıya məxsus olması, eləcə də həmin əşyaların hazırda onların istifadəsində və sahibliyində olması faktları qarşılıqlı cavabdeh tərəfindən etiraf edilmişdir. Qarşılıqlı cavabdehin sahibliyinin qanuni olub-olmaması məsələsinə gəldikdə isə işin yuxarıda göstərilən hallarından göründüyü kimi qarşılıqlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya məxsus əşyalar müqavilə şərtlərinə uyğun olaraq tikintidə istifadə edilməsi məqsədilə saxlanılsa da, yəni həmin əşyalar saxlanıldığı vaxt əşyalar qarşılıqlı cavabdehin qanuni sahibliyində olsa da, tikinti işləri başa çatdıqdan sonra qarşılıqlı cavabdehin həmin əşyalara sahiblik etməsi üçün qanuni əsas aradan qalxmışdur. Odur ki, qarşılıqlı iddiaçı mülkiyyətində olan göstərilən əşyaların qaytarılmasını qarşılıqlı cavabdehdən tələb etməkdə haqlıdır. Bu zaman qeyd edilməlidir ki, üçüncü şəxs (filial) tərəfindən təqdim edilmiş siyahıda qarşılıqlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya məxsus 2 ədəd 3 -5 m. ölçüdə iskelenin saxlanılması qeyd olunsa da, iddiaçı qarşılıqlı iddia ərizəsində göstərilən adda və ölçüdə əmlakın geri qaytarılması tələbi irəli sürülməmişdir. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, 2 ədəd 3 -5 m. ölçüdə iskelelər çıxılmaq şərti ilə üçüncü şəxs tərəfindən təqdim edilmiş siyahılarda göstərilən digər əmlaklar - 1 ədədi 350 manat dəyərində olan 32 ədəd iskele 2.3-3.5 m, 1 ədədi 100 manat dəyərində olan 4 ədəd A tipi nərdivan (9 pilləli), 1 ədədi 120 manat dəyərində 4 ədəd A tipi nərdivan (11 pilləli), 1 ədədi 100 manat dəyərində olan 8 ədəd Məngənə (dəzgah tipi), 1 ədəd yararsız vəziyyətdə 380 v. qaynaq aparatı, 1 ədədi 250 manat dəyərində olan 1 ədəd 220 v. qaynaq aparatı, 1 ədəd yararsız vəziyyətdə olan pafta (vitrax), 1 ədədi 1400 manat dəyərində olan 1 ədəd yiv maşını (Rothenberger) , 6 ədəd dn 50 (2”) və 4 ədəd dn 40 (1 ½”) ölçüdə boru açarlar Cavabdeh MMC-yə geri qaytarılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, həm üçüncü şəxs tərəfindən verilmiş arayışlarda, həm tərəflərin nümayəndələrinin imzaladıqları (və qarşılıqlı iddiaçının mübahisələndirmədiyi) xx.xx.2020-ci il tarixli əşyaların siyahısında (malzeme listesində) qaytarılması qət edilmiş əmlaklardan ikisinin - 1 ədəd 380 v. qaynaq aparatı və 1 ədəd paftanın yararsız vəziyyətdə olması göstərilmişdir. Odur ki, həmin əşyalar qarşılıqlı cavabdehin sahibliyinə və istifadəsinə keçdiyi vaxt artıq yararsız vəziyyətdə olduğundan onlar qarşılıqlı iddiaçıya yararsız vəziyyətdə qaytarılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, MPM-nin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Hazırkı halda qətnamənin icra olunacağı vaxt qarşılıqlı iddiaçıya qaytarılması qət edilmiş əmlakların mövcud olmaması ehtimalı olduğundan qaytarılacaq əmlakların dəyərinin məhkəmə tərəfindən müəyyən edilməsi zəruridir. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində tutulmasını tələb etdiyi hər bir əmlakın ayrı-ayrılıqda dəyərini göstərməmiş, yalnız ümumi dəyərini göstərmiş, eləcə də tələb etdiyi əmlakların dəyərlərinin iddia etdiyi məbləğdə olmasını sübuta yetirə bilməmişdir. Əşyaların dəyərinin müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsi tərəflərin qiymətinin müəyyən edilməsi üçün əşyalar barədə zəruri olan məlumatları təqdim etməməsi (qarşılıqlı cavabdeh tərəfindən məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməməsi) səbəbindən mümkün olmamışdır. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı cavabdehin qaytarmalı olduğu əmlakların dəyəri də üçüncü şəxsin təqdim etdiyi siyahıda göstərilən məbləğlərdə (yəni qarşılıqlı cavabdehin etiraf etdiyi məbləğlərdə) müəyyən edilməlidir. Bu zaman qeyd olunmalıdır ki, qətnamə icra olunan vaxt alınması qət edilmiş əmlakların naturada mövcud olmaması müəyyən edilərsə, MPM-in 222.1-ci maddəsinin tələbləri baxımından icra mərhələsində qarşılıqlı cavabdehdən mövcud olmayan əmlakların əvəzində onların dəyəri tutulmalıdır. İstifadə edilmiş əşyalara görə kirayə haqqının tutulması hissəsində qarşılıqlı iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, birincisi, tərəflər arasında bağlanmış subpodrat müqaviləsində həmin müqavilənin 10.2.3-cü bəndinə əsasən subpodratçıya məxsus əmlaklardan podratçı tərəfindən istifadə edilməsinə görə haqq tutulmalı olması nəzərdə tutulmamışdır. İkincisi, qarşılıqlı iddiaçı həmin hissədə iddiasını tərəflər arasında ona məxsus avadanlıq və mal-materialların kirayəyə verilməsinə dair müqavilənin bağlanması ilə əsaslandırsa da, belə bir müqavilənin bağlanmasını sübuta yetirə bilməmişdir. Belə ki, qarşılıqlı iddiaçı tərəfindən həmin halı təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş email yazışmaları və birtərəfli qaydada imzalanmış müqavilə layihəsi yalnız tərəflər arasında sözgedən müqavilənin bağlanması ilə bağlı danışıqlar aparılmasını təsdiq etməklə tərəflərin müqavilənin mühüm şərtləri barədə razılığa gəlməsini , yəni müqavilənin bağlanmasını sübuta yetirmir. Eynilə DSMF borcunun, əlavə işlərinin dəyərinin, işçilərin maaşlarının, iş vaxtından artıq işləməyə görə məbləğlərin, işdənçıxarma ilə bağlı ödəmələrin, eləcə də çəkdiyi digər müxtəlif xərclərin tutulması barədə qarşılıqlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı həmin hissədə iddia tələblərinin əsası kimi istinad etdiyi halları, yəni podratçının sifarişi ilə tərəfindən əlavə işlər görülməsini, xx.xx.2020-ci il tarixdən müqavilə üzrə tərəfindən görülmüş işlərin saathesabı olaraq ödənilməsi, çəkilmiş müxtəlif xərclərin (maaş, işdənçıxarma müavinatları, iş vaxtından artıq işlərə görə ödənilən məbləğlər və s, eləcə də subpodratçının DSMF borclarının) isə podratçı tərəfindən ödənilməli olması barədə tərəflər arasında razılaşmanın mövcud olmasını, eləcə də onun tərəfindən yuxarıda göstərilən xərclərin çəkilməsini sübuta yetirə bilməmişdir. Bank qarantiyası məbləğinin, eləcə də müqavilə dəyərinin 10% məbləğində zəmanətin qaytarılması barədə iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 1 saylı Əlavəsinin 4.1.2-ci bəndində podratçı tərəfindən müqavilə dəyərinin 10%-i avans qismində subpodratçıya ödənilməsi və həmin avansın qaytarılması ilə bağlı bank tərəfindən bank zəmanəti verilməsi, 10.2.1-ci bəndində isə müqavilə xitam verilərkən çıxılmamış avans məbləğinin podratçıya qaytarılmalı olması nəzərdə tutulmuşdur. İş materiallarından isə görünür ki, müqavilənin şərtlərinə uyğun olaraq qarşılıqlı iddiaçı tərəfindən avans ödənişi edilmiş və müqaviləyə subpodratçının öhdəliklərini pozması ilə bağlı xitam verildikdən sonra bank qarantiyası vermiş bank tərəfindən görülmüş işlərin dəyərindən çıxılmamış avans həddində qarantiya məbləği qarşılıqlı cavabdehə ödənilmişdir. Hazırda qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində bank qarantiyasına əsasən qarşılıqlı cavabdehə ödənilmiş qarantiya məbləğinin onun xeyrinə tutulması tələb etsə də, həmin hissədə tələbinin nə faktiki, nə qanuni əsasını göstərməmişdir. Odur ki, həmin hissədə qarşılıqlı iddia əsassızdır. İşlərin dəyərindən tutulmuş zəmanət məbləğinin qaytarılması tələbi ilə bağlı qeyd edilməlidir ki, müqavilə üzrə öhdəliklərin icra edilməsinin təminatı kimi müqavilənin 1 saylı Əlavəsinin 4.2-ci bəndinə əsasən hər bir aralıq ödənişin 10% məbləğində zəmanətin subpodratçının aylıq aralıq ödənişindən çıxılması, həmin məbləğdə işlər tamamlandıqdan sonra subpodratçıya ödənilməsi, 10.2.1-ci bəndində podratçının müqaviləyə 1 saylı Əlavəsinin 10.2-ci bəndində göstərilən əsaslarla xitam verildikdə zəmanət məbləğinin ləğv edilə bilməsi (ingilis variantında to be forfeited – götürülməsi, müsadirə edilməsi) nəzərdə tutulmuşdur. Hazırkı halda müqaviləyə podratçı tərəfindən müqavilənin 1 saylı Əlavənin 10.2-ci bəndinin iv yarımbəndində göstərilən əsasla (subpodratçı müqavilənin hər hansı müddəasını pozduqda və ya subpodrat müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirə bilmədikdə) xitam verildiyindən podratçı 10.2.1-ci bəndinə uyğun olaraq subpodratçı tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin (tərəflərin təsdiq etdiyi sonuncu – 9 saylı aralıq ödəniş sertifikatındə ƏDV xaric 294.155,02 ABŞ dolları məbləğində müəyyən edilmişdir) 10%-i – 29.415 ABŞ məbləğində zəmanət məbləği müqavilənin 1 saylı Əlavəsinin subpodratçıya edilməli olan ödənişdən tutmuşdur. Müqavilə üzrə öhdəliklərin tərəfindən pozulmaması barədə qarşılıqlı iddiaçının dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdə qarşılıqlı cavabdeh tərəfindən mübahisəli podrat müqaviləsinə subpodratçının (qarşılıqlı iddiaçının) öhdəlikləri lazımi qaydada icra etməməsi əsası ilə xitam verilməsi barədə qarşılıqlı iddiaçıya bildiriş göndərilsə də, qarşılıqlı iddiaçı tərəfindən həmin bildirişə hər hansı bir etiraz bildirməmiş, müqaviləyə qarşılıqlı cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsinin əsaslılığı və qanuniliyi qanunla nəzərdə tutulmuş qaydada mübahisələndirilməmişdir. İkincisi, qarşılıqlı iddiaçı müqaviləyə xitam verilənədək olan dövrdə qarşılıqlı cavabdehin bildirişlərinə cavab məktublarında müqavilə üzrə öhdəliklərinin pozulması faktlarını (işçilərin işi dayandırması və s.) təsdiq etmişdir. Həmin məktublarda qarşılıqlı iddiaçı tikinti işlərində baş verən ləngimələri qarşılıqlı iddiaçı tərəfindən ödənişlərin gecikdirilməsi ilə əlaqələndirsə də, qarşılıqlı iddiaçının istinad etdiyi göstərilən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, xx.xx.2020-ci il tarixli 6 saylı aralıq ödəniş hesabatına əsasən həmin tarixə podratçı tərəfindən subpodratçıya ödənilməli olan məbləğ (tutulmalar çıxılmaqla) ƏDV xaric 209.478,93 ABŞ dolları (356.114,18 manat) təşkil etdiyi halda iş materiallarında olan ödəniş sənədlərinə əsasən xx.xx.2020-ci il tarixədək (yəni qarşılıqlı iddiaçının yuxarıda istinad edilən məktubunun tarixi) olan dövrdə qarşılıqlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya ƏDV xaric 384.020,63 manat məbləğində ödənişlər edilməsi müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə qarşılıqlı iddiaçının (subpodratçının) təqsiri üzündən xitam verildiyindən qarşılıqlı cavabdeh (podratçı) müqavilə şərtlərinə uyğun olaraq görülmüş işlərin dəyərindən 10% zəmanət məbləğini tutmaq hüququna malik olmuşdur. Həmin məbləğin qaytarılması barədə qarşılıqlı iddia ərizəsi isə əsassızdır. Qarşılıqlı iddia tələbinin forma iki üzrə ödənilməmiş pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin təsdiq etdiyi sonuncu – 9 saylı aralıq ödəniş hesabatı ilə qarşılıqlı iddiaçı tərəfindən müqavilə üzrə ƏDV xaric 294.155,05 ABŞ dolları məbləğində və müqavilədən kənar ƏDV xaric 73.828,56 ABŞ dolları məbləğində olmaqla cəmi 367.983,58 ABŞ dolları məbləğində işlərin görülməsi təsdiq edilmiş, eyni zamanda işlərin dəyərindən 35.751,13 ABŞ dolları məbləğində xərclərin (podratçı tərəfindən göstərilmiş yemək, su təminatı və d. xidmətlərin dəyərinin) tutulmalı olması razılaşdırılmışdır. Bununla yanaşı yuxarıda da göstərildiyi kimi müqavilə şərtlərinə əsasən müqaviləyə subpodratçının təqsiri üzündən vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar görülmüş işlərin 10% - 29415,5 ABŞ dolları subpodratçıya ödənilmiş məbləğdən çıxılmalıdır. Odur ki, tərəflərin təsdiq etdikləri sonuncu aralıq ödəniş hesabatı ilə görülməsi təsdiq edilmiş işlərə görə qarşılıqlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya cəmi ƏDV xaric 302.816,95 ABŞ dolları (367.983,58 – 35.751,13-29.415,5) pul vəsaiti ödənilməli idi. Digər tərəfdən qarşılıqlı cavabdeh tərəfindən müqavilə üzrə ƏDV xaric 581848,06 manat (342.263,56 ABŞ dolları) ödəniş edilmişdir ki, həmin məbləğin 75. 638,05 manat (44.492,97 ABŞ dolları) hissəsi bank tərəfindən bank qarantiyasına əsasən qaytarılmışdır. Beləliklə, qarşılıqlı cavabdeh müqavilə üzrə ödənişi cəmi ƏDV xaric 297.770,59 ABŞ dolları (342.263,56-44.492,97) təşkil edir. İşin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, qarşılıqlı cavabdehin qarşılıqlı iddiaçıya podrat müqaviləsi üzrə görülmüş işlərə görə ƏDV xaric 5.046,36 ABŞ dolları ( 302.816,95 ABŞ dolları - 297.770,59 ABŞ dolları) borcu qalmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Odur ki, hazırkı halda qarşılıqlı iddiaçı mübahisəli subpodrat müqaviləsi üzrə tərəfindən görülmüş və dəyəri ödənilməmiş podrat işlərinə görə ƏDV xaric 5.046,36 ABŞ dolları (ƏDV daxil 5.954,70) – manatla ƏDV xaric 8.578,81 manat (ƏDV daxil 10123 manat) məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Qarşılıqlı iddianın maddi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə öhdəliklərinin icra edilməməsindən (lazımi qaydada icra edilməməsindən) irəli gələn maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin müqavilə üzrə öhdəliklərin təqsirli pozuntusuna yol verilməsi, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusu ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcud olması müəyyən edilməlidir. Hazırkı halda qarşılıqlı iddiaçı tərəfindən nə qarşılıqlı cavabdehin müqavilə öhdəliklərini pozması, nə də qarşılıqlı cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində ona real zərər və ya əldən çıxmış fayda formasına maddi zərərin dəyməsi faktlarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, maddi zərərin ödənilməsi hissəsində də qarşılıqlı iddia əsassızdır. Mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 3-cü bəndinə görə isə mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Belə olan halda hazırkı halda qarşılıqlı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində qarşılıqlı iddiaçının qanunla qorunan hüquqlarının pozulması faktının müəyyən edilmədiyi, eləcə də qarşılıqlı iddiaçının hüquqi şəxs olmaqla «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malik olmadığı hazırkı halda mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə ilkin və qarşılıqlı iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul vəsaitinin 62 manat hissəsi iilkin iddiaçı, qarşılıqlı cavabdehdən və 62 manat hissəsi ilkin cavabdeh, qarşılıqlı iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X17, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun iddiaçının təmin edilmiş hissəsinə mütənasib hissəsi - 10 manat məbləğində pul vəsaiti ilkin cavabdehdən tutularaq ilkin iddiaçıya ödənilməli, qarşılıqlı iddianın qiymətinin 98% yaxın hissəsi rədd edildiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. İlkin Cavabdeh MMC-dən ƏDV daxil 88.578,77 manat məbləğində borc və 10 manat məbləğində dövlət rüsumu tutularaq ilkin İddiaçınə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə məxsus 1 ədədi 350 manat dəyərində olan 32 ədəd iskele 2.3-3.5 m, 1 ədədi 100 manat dəyərində olan 4 ədəd A tipi nərdivan (9 pilləli), 1 ədədi 120 manat dəyərində 4 ədəd A tipi nərdivan (11 pilləli), 1 ədədi 100 manat dəyərində olan 8 ədəd Məngənə (dəzgah tipi), 1 ədəd yararsız vəziyyətdə 380 v. qaynaq aparatı, 1 ədədi 250 manat dəyərində olan 1 ədəd 220 v. qaynaq aparatı, 1 ədəd yararsız vəziyyətdə olan pafta (vitrax), 1 ədədi 1400 manat dəyərində olan 1 ədəd yiv makinası (Rothenberger) , 6 ədəd dn 50 (2”) və 4 ədəd dn 40 (1 ½”) ölçüdə boru açarlar qarşılıqlı cavabdeh İddiaçındən alınaraq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə qaytarılsın. Qarşılıqlı cavabdeh İddiaçındən ƏDV daxil 10.123 manat məbləğində borc tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 124 manat pul məbləğinin 62 manat hissəsi ilkin iddiaçı, qarşılıqlı cavabdehdən, qalan 62 manat hissəsi isə ilkin cavabdeh, qarşılıqlı iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X17, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva