Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-799/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi vəkil X10, İlkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil Ağaməmməd oğlunun iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “xxxx” Azərbaycan-X7rşı “borcun ödənilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Azərbaycan-X4rşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “xxxx” Azərbaycan-X7rşı “borcun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9450 manat borcun və 2000 manat mənəvi ziyan olmaqla cəmi 11450 manat pulun “xxxx” Azərbaycan- X8 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Kaspi -Yıldız" Azərbaycan -X12 ilə onun arasında xx xxxx 2017-ci il tarixdə 5 saylı ,xx xxxx 2018-ci il tarixdə isə 06 saylı xidmət müqavilələri imzalanmışdır. O "İcraçı "olaraq aralarında olan müqavilələrə əsasən, "Sifarişçinin" safarişi əsasında Astara şəhəri Su Təchizatı və X1 Lahiyəsi çərçivəsində qazıntı-torpaq işlərini yerinə yetirməli idi və o bu işi müqavilə şərtlərinə əməl etməklə vaxtında yerinə yetirmişdir. Bununla bağlı Sifarişçi ilə aralarında təhvil-təslim aktı imzalanmışdır və müqavilə. şərtlərinə uyğun olaraq onun gördüyü işə görə 57081,62 manat kasa məxaric orderi ilə nağd şəkildə,37418,38 manat isə onun xxxxda olan bank hesabına köçürmə yolu ilə ödənilmişdir. Hər iki müqavilənin 3.2-ci bəndinə əsasən işlər tam təhvil verilənə qədər hər Forma 2 -yə görə ödəniləcək məbləğdən təminat olaraq 10% pul saxlanılmalıdır. Təminat olaraq Sifarişçi tərəfndən saxlanılan həmin 10% məbləğdəki pullar 2017-ci il üzrə 5969,60 manat ,2018-ci il üzrə isə 3280,40 manat olmaqla cəmi 5969,60+3480,40=9450 manat təşkil edir. Onun tərəfindən olunan çox saylı şifahi və yazılı müraciətlərə baxmayaraq Sifarişçi bu günədək həmin pulu ona ödəməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Azərbaycan-X4rşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 77342 manat pulun və dövlət rüsumunun “xxxx” Azərbaycan-X9 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli 05 saylı müqavilə üzrə təhvil-təslim aktına Forma 2-də qeyd olunur ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən görülmüş işin ümumi məbləğ cəmi 27938,02 manat olmuşdur. Beləliklə 1-ci müqavilə üzrə ümumi məbləğin 10 faizi (27938x10faiz) 2793,8 manat təşkil edir. İş materiallarına əlavə edilmiş sübutlardan və ilkin iddiaçının etiraflarından məlum olur ki, 05 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə görə İddiaçı bank hesabına xx.xx.2017-ci ildə 27938,02 manat pul köçürülmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq tərəflər arasında rəsmiləşdirilmiş təhvil-təslim aktına, yəni Forma 2-yə görə İddiaçı gördüyü işin ümumi məbləği 27938,02 manat olmuşdur. İlkin iddiaçının etiraf etdiyi kimi onun bank hesabına 37418,38 manat pul köçürülmüşdür. İlkin iddiaçının gördüyü işin həcminə uyğun olaraq onun bank hesabına 27938,02 manat xx.xx.2017-ci ildə köçürülmüş və daha sonra xx.xx.2018-ci il tarixdə İddiaçı 9480,36 manat pul köçürülmüşdür. Gördüyü işə görə İddiaçı bank hesabına onun öz etirafına uyğun olaraq həqiqətən bank hesabına 37418,38 manat pul vəsaiti köçürülmüş və sonuncu onu qəbul etmişdir. Əslində hər iki müqaviləyə görə sifarişçinin ilkin iddiaçıya heç bir borcu qalmamışdır. Lakin buna baxmayaraq ilkin iddiaçı ona 9450 manat faiz borcun ödənilmədiyini iddia edir. Beləliklə tərəflər arasında tərtib olunmuş Forma 2-yə təhvil-təslim aktına görə 2017-ci il tarixli müqavilə üzrə işin həcmi 27938 manat olmasını tərəflər akt əsasında razılaşdıqları üçün bu məbləğin xx xxxxx 2793,8 manat təşkil edir. Tərəflər arasında rəsmiləşdirilmiş 2018-ci il tarixli 06 saylı müqaviləyə görə görülən işin həcmini tərəflər öz aralarında şifahi razılaşdırmaqla akt tərtib etməmişlər. İkinci, yəni 2018-ci il tarixli müqaviləyə görə də İddiaçı gördüyü işin dəyəri 9480,36 manat razılaşılmışdır. Beləliklə 05 və 06 saylı müqavilələr üzrə əsas məbləği aldığını İddiaçı təqdim etdiyi iddia ərizəsi üzrə etiraf edir. Lakin görülən ümumi işlərin dəyərindən ona ödənilməli olan 9450 manatın ümumi məbləğin 10 faizi hazırki vaxta qədər ona ödənilmədiyini iddia edərək, həmin məbləği tələb edir. İlkin İddiaçı iddia ərizəsində etiraf edir ki, ona kassa məxaric orderi əsasında nağd şəkildə 57081 mant pul təqdim olunmuşdur. 2017-ci il tarixli 05 saylı müqavilə üzrə ilkin İddiaçı gördüyü işin ümumi məbləği tərəflər arasında təhvil-təslim aktı Forma 2 əsasında 27938,02 manat müəyyən olunduğundan, bu məbləğin 10 faizi ilkin iddiaçının iddia etdiyi kimi 5969,60 manat deyil, 2793,8 manat təşkil edir. İlkin iddiaçı tərəfindən 2018-ci il tarixli 06 saylı müqavilə üzrə görülmüş işlərin ümumi həcmi 9480,36 manat olduğu halda, ilkin İddiaçı heç bir əsas olmadan 10 faiz məbləğində 3480,40 manat ola verilməli olduğunu iddia edir.İlkin iddiaçının saxlanılan 10 faiz məbləğin 9450 manat iddia etməsi tamamilə əsassız və yanlışdır. Çünki 27938,02 manat ümumi məbləğin xx xxxxx 2793,8 manat, 9480,36 manat ümumi məbləğin 10 faizi isə 948 manat təşkil etməklə, ilkin iddiaçının hər iki müqavilə üzrə ümumi saxlanılan məbləği 3741,8 manat təşkil edir. Əgər ilkin iddiaçının öz etirazını nəzərə alınsa, yəni ,akir Həsənova nağd qaydad 57081,62 manat pulu nağd olaraq almasa idi, onda həqiqətən İddiaçı müəssisədən 3741,8 manat tələb edə bilərdi. Lakin ilkin İddiaçı müəssisədən nağd qaydada götürdüyü 57081,62 manat məbləğ müqabilində müəssisə üçün iş görməli olduğu halda, iş görməmiş və nağd aldığı məbləği müəssisəyə geri qaytarmamışdır. Beləliklə ilkin İddiaçı tərəfindən 57081,62 manat müəssisədən nağd qaydada götürdüyü vəsait həcmində sonradan müvafiq iş görmədən pul vəsaitini özündə saxladığı üçün, faktiki olaraq onun qeyd olunan həcmdə müəssisəyə borcu qalmışdır. Yəni gördüyü işin həcmindən çox pul götürmüş, sonradan həmin məbləği geri qaytarmamış, yaxud həmin məbləğ müqabilində iş görməmişdir. İlkin iddiaçının faktiki gördüyü (27938,02+9480,36) 37418,38 manat həcmində işin 10 faiz məbləği 3741,8 manat təşkil etdiyindən, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hazırki vaxta (57081,62 nağd aldığı məbləğ-3741,8 gördüyü işinn ümumi məbləğin 10 faizi) 53339,82 manat müəssisəyə borcu olduğundan, həmin pul məbləğini 3 il ərzində müəssisəyə qaytarmadığı üçün, bank uçot dərəcəsinə əsasən cavabdeh İddiaçı 24000 manat (illik 15 faiz dərəcəsi ilə) olmaqla, cəmi 77342 manat tutularaq müəssisəyə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirdi ki, onunla cavabdeh arasında 2017 və 2018-ci illərdə iki müqavilə bağlanıb. Müqavilə əsasında o Astarada işləmişdir. Müqavilədə nəzərdə tutulmuşdu ki, ona çatacaq pulun 10 faizi saxlanılır və 1 ildən sonra qaytarılacaq. O, dəfələrlə Çingiz müəllimə müraciət edərək demişdir ki, o artıq işləyə bilmir. Onlar ona öz kassa məxaric orderləri əsasında pul veriblər. 51112 manat kassa məxaric orderi əsasında, 43388 manat isə bank hesabı əsasında veriblər. Pulu aldığını inkar etmir, o, ümumi məbləğin 10 faizini tələb edir. Qeyd edilənlərə əsasən, ilkin iddia tələbinin təmin qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi vəkil X14 bildirdi ki, müqavilənin 2.1-ci bəndində tərəflərin hüquq və vəzifələri əks olunub. Qeyd olunub ki, sifarişçi işlərin görülməsinə nəzarət etməlidir. Müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulanda tərəf müqaviləni vaxtından əvvəl xitam etməyə haqlıdır. Bundan başqa lazım olan icazələri də sifarişçi özü həll etməli idi. Amma sifarişçi bu öhdəliyini yerinə yetirməmiş və müvafiq icazələr də icraçı tərəfindən alınmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqaviləyə görə icraçı tərəfindən forma 2 əsasında görülmüş bütün işlər sifarişçi tərəfindən ödənilir. Yəni, iş görülmədiyi halda pul ödənilə bilməz. Həmçinin qeyd olunmuşdur ki, məbləğin 10 faizi təminat olaraq saxlanacaqdır. Təmsil etdiyi şəxs qeyd edir ki, yalnız bir təhvil-təslim aktı ona verilmişdir. Ödənilən pulun bir hissəsi - 51112 manat nağd şəkildə, 43388 manat isə bank hesabı ilə köçürülüb. İddia ərizəsində texniki səhv olaraq rəqəmlər bir qədər fərqli göstərilib. Əgər hazırki iddia qaldırılmasa heç qarşı tərəf istinad etdiyi pulu geri tələb etməyəcəkdi. Amma Şakir dəfələrlə həm şifahi, həm də yazılı formada pulun qaytarılması üçün müraciət edib. Qarşılıqlı iddia tələbi əsassızdır. İlkin iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil Ağaməmməd oğlu bildirdi ki, müqavilə üzrə köçürülməli məbləğlərlə bağlı tərəflər arasında mübahisə yoxdur. Təhvil-Təslim aktı birinci müqavilə üzrə var, ikinci üzrə yoxdur. Əsas borc mübahisələndirilmir, mübahisələndirilən faiz borcudur. İddiaaçı qeyd edir ki, 51112 manat pul alıb. O pulun alınmasına dair tərəflər arasında öhdəlik mövcud deyil. 51112 manat pul iddiaçıya ona görə verilib ki, o davamlı şəkildə işləsin, işləri təhvil versin. Lakin o işləri təhvil vermədən, yarımçıq qoyub getmişdir. Ona görə də ilkin iddia tələbi rədd edilməlidir, qarşılıqlı iddia tələbi isə təmin edilərək iddiaçıdan 77342 manat pul tutulmalıdır. İddiaçı sonradan iş görməyib, müqavilə bağlamayıb, pulu aldığını da etiraf edir. 2 müqavilə bağlanıb: xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələr. Hər iki müqavilə üzrə elektron qaimələri iddiaçı özü göndərmişdir. Pulu aldığını etiraf edir. Qeyd edilənlər mübahisə predmeti deyil. Əgər birinci müqavilə üzrə faizi almamışdısa, ikinci müqaviləni bağlamazdı. Qeyd edilənlərə əsasən, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümyəndələrinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Azərbaycan-X13 (sifarişçi) ilə İddiaçı (icraçı) arasında bağlanan 5 saylı xx xxxx 2017-ci il tarixli xidmət müqaviləsindən görünür ki, icraçı sifarişçinin sifarişi ilə Astara şəhəri Su Təchizatı və X1 Layihəsi çərçivəsində qazıntı-torpaq işləri yerinə yetirməyi və texnikaların təmirini öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən İşlərin görülməsinə nəzarət etmək və lazım olan icazələri idarələrdən almaq sifarişçinin hüquq və öhdəlikləridir. Müqavilənin 2.2-ci bəndinə əsasən, sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl etmək icraçının hüquq və öhdəliklərinə aiddir və iş gedən ərazinin uyğun mühafizə materialları ilə təşkil edilməsi icraçıya aidddir. Müqvailənin 3.1-ci bəndinə əsasən, bu müqaviləyə görə icraçı tərəfindən Forma 2 əsasında görülmüş bütün işlər Sifarişçi tərəfindən ödənilir. Müqavilənin 3.2-ci bəndinə əsasən, işlər tam təhvil verilənə qədər hər Forma 2-yə görə icraçıya ödəniləcək məbləğdən təminat olaraq 10 faiz saxlanılacaqdır. Müqavilənin 5.1-ci maddəsinə əsasən, icraçı tərəfindən yerinə yetirilən işlər hər ayın sonunda tərəflərin nümayəndələrinin iştirakı ilə təhvil-təslim aktı (Forma 2) əsasında təhvil verilir. “xxxx” Azərbaycan-X13 (sifarişçi) ilə İddiaçı (icraçı) arasında bağlanan 06 saylı xx xxxx 2018-ci il tarixli xidmət müqaviləsindən görünür ki, icraçı sifarişçinin sifarişi ilə Astara şəhəri Su Təchizatı və X1 Layihəsi çərçivəsində qazıntı-torpaq işləri yerinə yetirməyi və texnikaların təmirini öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən İşlərin görülməsinə nəzarət etmək və lazım olan icazələri idarələrdən almaq sifarişçinin hüquq və öhdəlikləridir. Müqavilənin 2.2-ci bəndinə əsasən, sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl etmək icraçının hüquq və öhdəliklərinə aiddir və iş gedən ərazinin uyğun mühafizə materialları ilə təşkil edilməsi icraçıya aidddir. Müqvailənin 3.1-ci bəndinə əsasən, bu müqaviləyə görə icraçı tərəfindən Forma 2 əsasında görülmüş bütün işlər Sifarişçi tərəfindən ödənilir. Müqavilənin 3.2-ci bəndinə əsasən, işlər tam təhvil verilənə qədər hər Forma 2-yə görə icraçıya ödəniləcək məbləğdən təminat olaraq 10 faiz saxlanılacaqdır. Müqavilənin 5.1-ci maddəsinə əsasən, icraçı tərəfindən yerinə yetirilən işlər hər ayın sonunda tərəflərin nümayəndələrinin iştirakı ilə təhvil-təslim aktı (Forma 2) əsasında təhvil verilir. “xxxx” Azərbaycan-X13 və İddiaçı arasında bağlanan təhvil-təslim aktından görünür ki, 05 saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə “xxxx” Azərbaycan-X5 sifarişi əsasında Astara şəhəri Su Təchizatı və X1 Lahiyəsi çərçivəsində qazıntı-torpaq işlərin yerinə yetirilməsinin dəyəri cəmi 27938,02 manat təşkil edir. EAAL seriyalı 228890 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimədən görünür ki, “xxxx” Azərbaycan-X13 tərəfindən 05 saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə 9480,36 manat pul ödənilməli idi. EAAL seriyalı 842262 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimədən görünür ki, “xxxx” Azərbaycan-X13 tərəfindən 06 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 5970 manat pul ödənilməli idi. İddiaçı “xxxx” ASC-də olan bank hesabından çıxarışdan görünür ki, “xxxx” Azərbaycan-X13 xx.xx.2017-ci il tarixli müqavilə üzrə xx.xx.2017-ci il tarixdə 27938,02 manat, xx.xx.2018-ci il tarixdə 9480,36 manat, xx.xx.2018-ci il tarixdə 5970 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sifarişçi “xxxx” Azərbaycan- X13 və icraçı İddiaçı arasında 5 saylı xx xxxx 2017-ci il tarixli və 06 saylı xx xxxx 2018-ci il tarixli xidmət müqavilələri bağlanmışdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, 5 saylı xx xxxx 2017-ci il tarixli və 06 saylı xx xxxx 2018-ci il tarixli xidmət müqavilələrinin hər ikisi tərəflərin iradə ifadəsinin təzahürü kimi, hər iki tərəf üçün hüquq və öhdəliklər əmələ gətirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən hər iki müqavilə üzrə tərəflər razılığa gəlmişlər ki, müqaviləyə görə icraçı tərəfindən Forma 2 əsasında görülmüş bütün işlər Sifarişçi tərəfindən ödənilir və işlər tam təhvil verilənə qədər hər Forma 2-yə görə icraçıya ödəniləcək məbləğdən təminat olaraq 10 faiz saxlanılacaqdır. İcraçı tərəfindən yerinə yetirilən işlər hər ayın sonunda tərəflərin nümayəndələrinin iştirakı ilə təhvil-təslim aktı (Forma 2) əsasında təhvil verilir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, “xxxx” Azərbaycan-X13 və İddiaçı arasında bağlanan təhvil-təslim aktına əsasən, 05 saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə “xxxx” Azərbaycan-X5 sifarişi əsasında Astara şəhəri Su Təchizatı və X1 Lahiyəsi çərçivəsində qazıntı-torpaq işlərin yerinə yetirilməsinin dəyəri cəmi 27938,02 manat təşkil etmişdir. Həmin məbləğ isə xx.xx.2017-ci il tarixdə bank hesabı vasitəsi ilə iddiaçıya ödənilmişdir. Daha sonra icraçı İddiaçı EAAL seriyalı 228890 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimə göndərərək “xxxx” Azərbaycan-X3 tərəfindən 05 saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə 9480,36 manat pul ödənilməsini tələb etmişdir ki, həmin məbləğ də xx.xx.2018-ci il tarixdə İddiaçı bank hesabına ödənilmişdir. İddiaçı EAAL seriyalı 842262 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimə ilə isə “xxxx” Azərbaycan-X3 06 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 5970 manat pulun ödənilməsini tələb etmişdir və həmin məbləğ xx.xx.2018-ci il tarixdə sifarişçi tərəfindən ödənilmişdir. Bundan əlavə məhkəmə iclasında İddiaçı müqavilələr üzrə “xxxx” Azərbaycan-X3 51112 manat da nağd şəkildə pul aldığını bildirmişdir. Cavabdeh “xxxx” Azərbaycan-X5 nümayəndəsi də həmin məbləğin İddiaçı verildiyini bildirmişdir, lakin həmin məbləğin hansı müqavilə əsasında verildiyi ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, “xxxx” Azərbaycan-X13 tərəfindən İddiaçı hər iki müqavilə üzrə 94500,38 (27938,02+9480,36+5970+51112) manat ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər qeyd edilən təhvil-təslim aktından başqa təhvil təslim aktı məhkəməyə təqdim etməmişdir. Lakin “xxxx” Azərbaycan-X13 müqavilələr üzrə görülmüş işlərə görə ödəniş etmişdir və hər iki müqavilənin şərtinə əsasən işlərin görülməsinə nəzarət etmək sifarişçinin öhdəliyidir. “xxxx” Azərbaycan-X5 nümayəndəsi İddiaçı tərəfindən işlərin görülmədiyini və müqavilələr üzrə öhdəliklərini icra etmədiyini bildirsə də, ödənişin mövcudluğu görülmüş işlərin sifarişçi tərəfindən qəbul edildiyini göstərir. Bu isə İddiaçı müqavilələr üzrə öhdəliyini yerinə yetirməsinin və müqavilələrin şərtində nəzərdə tutulan təminat kimi saxlanılan 10 faiz məbləği tələb etmək hüququnun əsasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, xx xxxx 2017-ci il tarixli və 06 saylı xx xxxx 2018-ci il tarixli müqavilələr üzrə ödənilən 94500,38 manat məbləğin xx xxxxx 9450 manat “xxxx” Azərbaycan-X3 tutularaq İddiaçı ödənilməlidir. İlkin iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə gəlincə isə məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı, iztirab keçirməsini müəyyən etmək mümkün olmadığından həmin hissədə iddia təmin edilə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə İddiaçı 53339,82 manat borcu və həmin pul məbləğini 3 il ərzində müəssisəyə qaytarmadığı üçün, bank uçot dərəcəsinə əsasən 24000 manat ((illik 15 faiz dərəcəsi ilə) pul tələb edir. Lakin İddiaçı tələb edilən borcun hansı əsasla yaranması barədə sübut məhkəməyə təqdim etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə verilən məbləğ müqavilə öhdəliklərindən irəli gəlmişdir və yuxarıda qeyd edildiyi kimi, işin görülməsinin nəticəsində ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrdə isə işlər görülməmişdən əvvəl ödəniş edilməsi nəzərdə tutulmamışdır. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, “xxxx” Azərbaycan-X8 9450 (doqquz min dörd yüz əlli) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Azərbaycan-X4rşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. “xxxx” Azərbaycan-X8 9450 (doqquz min dörd yüz əlli) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Azərbaycan-X4rşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-799/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-799/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver