Məhkəmə qərarları › İş №e-2-2(113)-8051/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8051/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8051/2025 06.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X2 İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iş materiallarını nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə vurulmuş 100 000 (bir yüz min) manat həcmində maddi zərərin və Müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 61 344,0 (altmış bir min üç yüz qırx dörd) manat həcmində cərimə məbləği də daxil olmaqla, ümumilikdə 161 344,0 (bir yüz altmış bir min üç yüz qırx dörd) manat həcmində pul məbləğinin və 453,0 (dörd yüz əlli üç) manat dövlət rüsumunun tutularaq tam şəkildə İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Sifarişçi” İddiaçı MMC ilə “İcraçı” Cavabdeh arasında XM 16-25 nömrəli, 06 Yanvar 2025-ci il tarixli Xidmət Müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Həmin Müqavilənin 2.2.1-ci bəndində qeyd edilmişdir ki, “İcraçı” “Sifarişçi” tərəfindən təyin edilmiş məsul şəxsin tapşrıqlarına və göstərişlərinə əməledir. Həmin Müqavilənin 2.2.13-cü bəndində qeyd edilmişdir ki, “İcraçı”yerinə yetirmiş işləri tam və keyfiyyətli şəkildə və vaxtında icra edib, üçüncü şəxslərin hüquqlarından və ya iddalarından azad şəkildə akt əsasında təhvil verməlidir və icra etdiyi işlərin keyfiyyətinə qanunvericiliklə müəyyən edilmiş müddətdə (ən azı 1 (bir) il) zəmanət verir. Həmin Müqavilənin 8.1-ci bəndində qeyd edilmişdir ki,öhdəliklərini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən tərəf onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Müqavilənin 8.2-ci bəndində qeyd edilmişdir ki,Tərəflər hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam olaraq ödəyir. Həmin Müqavilənin 8.8-ci bəndində qeyd edilmişdir ki,“İcraçı”, işlərin bu Müqavilə ilə nəzərdə tutulmuş təhvil verilmə müddətinin pozulmasına görə “Sifarişçi”yə, hər gecikmə günü üçün xidmətlərinin dəyərinin 1% məbləğində cərimə ödəyir. Həmin Müqavilənin 8.9-cu bəndində qeyd edilmişdir ki, Müqavilənin“Sifarişçi” və ya onun təyin etdiyi şəxs tərəfindən, işlərdə və konstruksiyalarda müəyyən olunmuş qüsurların, Tərəflərlə razılaşdırılmış vaxtda aradan qaldırılmadığı təqdirdə, “İcraçı” “Sifarişçi”yə, qüsurları ləğv edənə qədər ötən hər gün üçün xidmətlərin dəyərinin 1% məbləğində cərimə ödəyir. Həmin Müqavilənin 8.10-cu bəndində qeyd edilmişdir ki, bu Müqavilənin 8.8 və 8.9-cu bəndlərində nəzərdə tutulmuş tələblər 30 (otuz) gündən artıq müddət ərzində yerinə yetirilmədiyi təqdirdə “İcraçı” “Sifarişçi”yə hər gecikmə günü üçün xidmətlərin dəyərinin 3% məbləğində cərimə ödəyir. Həmin Müqavilənin 8.11-ci bəndində qeyd edilmişdir ki,“İcraçı” və ya onun işçiləri“Sifarişçi”yə hər hansı bir zərər vurarsa, dəymiş zərərin 3 (üç) misli dəyərində “Sifarişçi” yə dəymiş ziyanı tam şəkildə ödəməyi öz üzərinə götürür və təsdiq edir ki, lazım olduğu təqdirdə “Sifarişçi” tərəfindən ödəniləcək məbləğdən dəymiz ziyanıçıxa bilmək hüququna malikdır. Qeyd olunanlar oğurluq, “İcraçı”nın məsuliyyətsizliyi, bədbəxt hadisə və sair halların baş verdiyi təqdirdə tədbiq olunacaqdır. Həmin Müqavilənin 8.12-ci bəndində qeyd edilmişdir ki, “İcraçı”nın müqavilə öhdəliklərini tam, vaxtında və ya düzgün icra etmədiyi təqdirdə “Sifarişçi”nin digər şəxslər qarşısında maddi və digər öhdəlikləri yaranarsa həmin öhdəliklərə görə “İcraçı” “Sifarişçi” qarşısında tam şəkildə məsuliyyət daşıyır. Həmin Müqavilənin 8.13-cü bəndində qeyd edilmişdir ki,“İcraçı” müqavilənin xitamı barədə niyyətini 30 (otuz) gün əvvəldən yazılı şəkildə “Sifarişçi”yə bildirmədiyi halda, həmin müddət ərzində “Sifarişçi”-nin bununla əlaqədar məruz qaldığı bütün risklərə görə məsuliyyət daşıyır. Hesab edirik ki, həmin Müqavilənin 2.2.1-ci, 2.2.6-cı, 2.2.7-ci, 2.2.13cü, 7.3-cü, 8.1-ci, 8.2-ci, 8.5-ci, 8.6-cı, 8.8-ci, 8.9-cu, 8.10-cu, 8.11-ci, 8.12- ci və 8.3-cü bəndlərinə əsasən “İcraçı” Cavabdeh üzərinə götürdüyü öhdəliklər “İcraçı” tərəfindən davamlı və kobud şəkildə pozulmuşdur. Bu səbəbdən də, Müqavilənin 8-ci maddəsinə əsasən “İcraçı” Cavabdeh tərəfindən İddiaçı MMC-yə vurulmuş maddizərər tam şəkildə ödənilməlidir. Belə ki, diqqətinizə çatdırırıq ki, “İcraçı” Cavabdeh tərəfindən Müqavilə şərtləri kobud şəkildə pozularaq, Müqavilənin müddəti bitmədən və “Sifarişçi” İddiaçı MMC-yə rəsmi qaydada məlumat verilmədən texnikalar özbaşına olaraq xidmət ərazisindən çıxarılmış, Müqavilə üzrə “İcraçı” Cavabdeh üzərinə götürdüyü öhdəliklər tam və keyfiyyətli şəkildə icra edilməmiş, nəticədə İddiaçı MMC-nin digər Şirkətlər qarşısında üzərinə götürdüyü öhdəliklərin vaxtında icrasında ciddi problemlər və gecikmələr yaranmış və bu səbəbdən də, “İcraçı” Cavabdeh Müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə, İddiaçı MMC-yə ən azı 100 000 (bir yüz min) manat həcmində maddizərər dəymişdir. Eyni zamanda, nəzərinizə çatdırırıq ki, Müqavilə şərtlərini kobud şəkildə pozaraq, “İcraçı” Mamedov X1 müddəti bitmədən və “Sifarişçi” İddiaçı MMC-yə rəsmi qaydada məlumat vermədən texnikaları özbaşına olaraq xidmət ərazisindən çıxardığına və nəticədə “İcraçı” Mamedov X3 üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etmədiyinə görə əlavə olaraq hal-hazırda tərəfimizdən hesablanmış 61 344,0 (altmış bir min üç yüz qırx dörd) manat həcmində cərimə məbləğinin Müqavilə şərtləri əsasında tutulmasını “İcraçı” Cavabdeh sözügedən Müqaviləni imzalamaqla öhdəlik kimi qəbuletmişdir. Bu hal “Sifarişçi” İddiaçı MMC-nin qanunla və müqavilə ilə qorunan hüquqlarını pozaraq, sahibkarlıq fəaliyyəti zamanı onun həm işgüzar nüfuzuna, həm də maddi baxımdan fəaliyyətinə mənfi təsir edir. Tərəflər arasında bağlanmış XM 16-25 nömrəli, 06 Yanvar 2025-ci il tarixli Xidmət müqaviləsinin 10.1-cı maddəsinə görə, Müqavilə Azərbaycan Respublikasının qanunlarına əsasən tənzimlənir və şərh olunur. AZEMİS-dən əladə olunan məlumata görə, cavabdeh Mamedov X4 rayonu, Lev kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə müstəsna aidiyyətlə bağlı normalar tətbiq edilə bilməz, və hazırki tələbə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə yurisdiksiyasında baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Cavabdeh qeydiyyatda olduğu Kəlbəcər rayonu Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, iddiaçıya ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Dəmir Yumruq TT” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** qəbz üzrə ödənilmiş 453 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar