Məhkəmə qərarları › İş №e-2-2(113)-8079/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8079/2025

23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8079/2025 23.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cavabdehə avans olaraq ödənilmiş ƏDV daxil 3.540 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 55,40 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC və Cavabdeh MMC elektron məhkəmə informasiya sisteminə barışıq sazişi təqdim edərək, təsdiq olunmasını xahiş etdilər. Məhkəməyə təqdim edilmiş, 16 yanvar 2026-cı il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Tərəflər öz hüquq və vəzifələrini aşağıdakı kimi müəyyən edirlər:

1. Tərəflər razılaşırlar ki, Cavabdeh MMC 2026-cı ilin fevral ayının 12-dək ƏDV daxil 3540 (üç min beş yüz qırx) manat borc məbləğini və iddiaçı tərəfindən iddia qaldırılarkən dövlət rüsumu qismində ödənilmiş 55.40 manat, ümumilikdə 3,595.40 (üç min beş yüz doxsan beş manat qırx qəpik) məbləğində pul vəsaitini İddiaçı MMC-nin bank hesabına tam olaraq ödəyir.

2. Tərəflər razılaşırlar ki, mühasibat uçotunun və maliyə sənədlərinin tamlığını təmin etmək məqsədilə, onlar arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli 64/XM/23 saylı Podrat müqaviləsi üzrə faktiki olaraq Cavabdeh tərəfindən yerinə yetirilmiş ƏDV-siz 3500.00 (üç min beş yüz) manat dəyərinə ekvivalent olan təftiş işlərinə münasibətdə, cavabdeh tərəfindən həmin işlərin yerinə yetirilməsinə dair müvafiq təhvil-təslim aktı və eqaimə 12 fevral 2026-cı il tarixinədəktərtib edilərək iddiaçıya təqdim ediləcək və müvafiq olaraq iddiaçı tərəfindən təsdiq ediləcək.

3. Cavabdeh tərəfindən bu Sazişin 1-ci və 2-ci bəndində müəyyən olunmuş şərtlərin pozulması bu barışıq sazişi üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və Barışıq sazişinin məcburi icraya yönəldilməsi ilə nəticələnəcək. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış aşağıdakı məzmunda olan 16 yanvar 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin: Tərəflər öz hüquq və vəzifələrini aşağıdakı kimi müəyyən edirlər:

1. Tərəflər razılaşırlar ki, Cavabdeh MMC 2026-cı ilin fevral ayının 12-dək ƏDV daxil 3540 (üç min beş yüz qırx) manat borc məbləğini və iddiaçı tərəfindən iddia qaldırılarkən dövlət rüsumu qismində ödənilmiş 55.40 manat, ümumilikdə 3,595.40 (üç min beş yüz doxsan beş manat qırx qəpik) məbləğində pul vəsaitini İddiaçı MMC-nin bank hesabına tam olaraq ödəyir.

2. Tərəflər razılaşırlar ki, mühasibat uçotunun və maliyə sənədlərinin tamlığını təmin etmək məqsədilə, onlar arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli 64/XM/23 saylı Podrat müqaviləsi üzrə faktiki olaraq Cavabdeh tərəfindən yerinə yetirilmiş ƏDV-siz 3500.00 (üç min beş yüz) manat dəyərinə ekvivalent olan təftiş işlərinə münasibətdə, cavabdeh tərəfindən həmin işlərin yerinə yetirilməsinə dair müvafiq təhvil-təslim aktı və eqaimə 12 fevral 2026-cı il tarixinədəktərtib edilərək iddiaçıya təqdim ediləcək və müvafiq olaraq iddiaçı tərəfindən təsdiq ediləcək.

3. Cavabdeh tərəfindən bu Sazişin 1-ci və 2-ci bəndində müəyyən olunmuş şərtlərin pozulması bu barışıq sazişi üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və Barışıq sazişinin məcburi icraya yönəldilməsi ilə nəticələnəcək. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar