Məhkəmə qərarları › İş №e-2-2(113)-8120/2024

Bakı Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(113)-8120/2024

28.10.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2-2(113)-8120/2024 28.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızı, Kreditor MMC-nin (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.73), Borclu MMC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küç., ev 10, mənzil 61) qarşı borcun məcburi qaydada alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor MMC 2 saylı Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək, Borclundən 15694,00 manat (ƏDV daxil olmaqla) məbləğində əsas borcun və 138 manat məbləğində dövlət rüsumunun, cəmi 15.832 manat pulun tutularaq iddiaçı Kreditor MMC-yə ödənilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, kreditor tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, satıcı qismində Kreditor ilə alıcı qismində Borclu arasında bağlanmış 07 sentyabr 2023-cü il tarixli 0923/01/353 nömrəli alqı-satqı müqaviləsinə əsasən borclu malları almağın əvəzində ödənişlər edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən borclu kreditordan yük avtomobilləri üçün ehtiyat hissələri və digər mallar satın almışdır. Satın alınan mallar müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirilmiş və alıcı olan borcluya təhvil verilmişdir. Borclu MMC təhvil aldığı Malların 15694 manatının (ƏDV daxil olmaqla) ödənişini etməmişdir. Bununla əlaqədar olaraq, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş 25 iyun 2024-cü ildə üzləşmə aktı tərtib edilmişdir. İşdə olan, xx.xx.20244-cü il tarixli “04 sentyabr 2023-cü il tarixli, 0923/01/353 saylı alqı-satqı müqaviləsi üzə” 1 saylı üzləşmə aktına əsasən müqavilə üzrə alıcının satıcıya xx.xx.2024-cü il tarixə borcu ƏDV daxil 15694 manat olması hər iki tərəfin imza və möhürü ilə təsdqlənmişdir. İşdə olan sənədlərdən məlum olur ki, yaranmış borc Borclu MMC tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanır, malların təhvil-təsliminə və mövcüd borcun üzləşdirilməsinə dair aktlar ərizəyə əlavə edilmişdir. Ona görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq, ƏMRETDİ: Ərizə təmin olunsun. Borclu MMC-dən (VÖEN: **********, Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küç., ev 10, mənzil 61) 15694 manat məbləğində əsas borc və 138 manat dövlət rüsumu olmaqla, cəmi 15832 (on beş min səkkiz yüz otuz iki) manat məbləğində pul vəsaiti Kreditor MMC-nin (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.73) xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir və icra sənədidir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar