Məhkəmə qərarları › İş №e-2-2(113)-82/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-82/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-82/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, təhvil aktları, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə və X3 iştirakları ilə, İddiaçı Firmasının Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Firması (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 16.727.361,60 manat işin dəyəri və 1.210.925,09 manat ƏDV omaqla, cəmi 7.938.286,69 manat pulun, həmin pulun ödənilməsi ilə bağlı icranı gecikdirdiyinə görə 7.938.286,69 manatın illik 5 faiz olmaqla, 2 il üçün cəmi 793.828,67 manat, 3.5157 manat məbləğində dövlət rüsumunun və 400 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 8.737.672,36 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 10 oktyabr 2022-ci il tarixli, AK-10/2022-01saylı Podrat müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən “Podratçı” qismində "xxxx" MMC, “Subpodratçı” qismində "xxxx" MMC çıxış etmişdir. Tərəflər arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli, AK-10/2022-01 saylı Podrat müqaviləsinə əsasən Subpodratçı podratçının təchiz etdiyi metal materialı ilə podtarçının istehsal sahəsində müqavilənin əlavəsində qeyd edilən metal konstruksiya (qaynaq emalı, metal konstruksiyanın yığılması, emalatxanadan iş sahəsinə daşınması və quraşdırılması) işlərinin görülməsi və xidmətlərinin göstərilməsini, Podratçı isə işlərin yerinə yetirilməsinin əvəzində Subpodratçıya haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü maddəsinə əsasən müqavilənin qiyməti və işlərin həcmi bu müqavilənin əlavəsindəki qiymətləərə əsasən, yerinə yetiriləcək işlərə müvafiq olaraq müəyyən ediləcəkdir. Subpodratçı tərəfindən iş sahəsində istənilən növ materialın quraşdırılması işin miqdarının bir hissəsi kimi qəbul olunacaq və qiymət razılaşma protokolundakı razılaşdırılmış qiymət ilə hesablanacaqdır. Müqavilənin imzalandıqdan sonra Podratçı mobilizasiya işlərinin yerinə yetirilməsi üçünSubpodratçıya Müqavilə qiymətinin 20%-i məbləğində avans ödənişi həyata keçirəcəkdir. Ödənişin qalan hissəsi yerinə yetirilmiş işlərin qəbulu aktı (forma 2) əsasında hər forma 2 məbləğindən müvafiq avans ödənişi saxlanılmaqla elektron qaimə əsasında 10 təqvim günü ərzində təmin ediləcəkdir. Tərəflər arasında Müqavilənin Əlavəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli X2 əsasən ümumi dəyəri ƏDV daxil 294292 azn olan Metal konstruksiyaların yığılması və quraşdırılması işlərinin görülməsi nəzərdə tutulmuşdur. Subpodratçı tərəfindən aşağıda qeyd edilən ardıcıllıq üzrə işlər görülmüş və elektron qaimələr göndərilmişdir: 1. 2022-ci ilin oktyabr ayı üzrə görülən işlərlə bağlı xx.xx.2022-ci il tarixli EBCİ 116332 saylı elektron-qaiməyə əsasına ƏDV daxil 57471 AZN məbləğində (bu qaimə üzrə borc tam ödənilmişdir); 2. 2022-ci ilin noyabr və dekabr ayları üzrə görülən işlərlə bağlı xx.xx.2023-cü il tarixli EBCM 716246 saylı elektronqaiməyə əsasına ƏDV daxil 109463 AZN məbləğində; 3. 2023-cü ilin yanvar ayı üzrə görülən işlərlə bağlı xx.xx.2023-cü il tarixli EBCO 918901 saylı elektron-qaiməyə əsasına ƏDV daxil 48203 AZN məbləğində; 4. 2023-cü ilin fevral və aprel ayları üzrə görülən işlərlə bağlı xx.xx.2023-cü il tarixli EBDİ 773003 saylı elektron-qaiməyə əsasına ƏDV daxil 43857,06 AZN məbləğində. Podratçı tərəfindən xx.xx.2022-ci il tarixli EBCİ 116332 saylı elektron-qaiməyə əsasına ƏDV daxil 57471 AZN məbləğində borc tam şəkildə ödənilmiş, xx.xx.2023-cü il tarixli EBCM 716246 saylı elektron-qaiməyə əsasına ƏDV daxil 109463.43 AZN məbləğində borc üzrə isə 100799,98 AZN (84102,17 AZN əsas borc və 16697,81 AZN ƏDV olmaqla) ödəniş edilmiş və8663,45 AZN əsas borc qalmışdır. Həmçinin,xx.xx.2023-cü il tarixli EBCO 918901 saylı elektron-qaiməyə əsasına ƏDV daxil 48203 AZN məbləğində borc üzrəisə 7353 AZNƏDV ödənişi həyata keçirilmiş və 40850 AZN əsas borcisə ödənilməmişdir.xx.xx.2023-cü il tarixli EBDİ 773003 saylı elektronqaiməyə əsasına ƏDV daxil 43857,06 AZN məbləğində borcüzrə isə heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunan elektron qaimələr üzrə Podratçı tərəfindən ümumilikdə 93370,51 (86680,45 AZN əsas borc və 6690,06 AZN ƏDV borcu) AZN məbləğdə borc bu günədək ödənilməmişdir. Daha sonra İddiaçı (Subpodratçı) tərəfindənxx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilmiş qalıq borc olan 93370,51 (86680,45 AZN əsas borc və 6690,06 AZN ƏDV borcu) AZNvəsaitin ödənilməsi xahiş edilmişdir. Pretenziya məktubu xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin elektron sistemi üzərindən göndərilmiş və qarşı tərəfə çatdırılmışdır. Lakin Cavabdeh tərəfindən pretenziya məktublarına da heç bir münasibət bildirilməmiş və qalıq borc üzrə heç bir ödəniş edilməmişdir. Cavabdeh ödənilməmiş ümumi borc olan93370,51 (86680,45 AZN əsas borc və 6690,06 AZN ƏDV borcu) AZNməbləği, əsas borca görə əlavə 5% hesablanmaqla, 1493.24 AZN məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Operativ xidmət göstərən, daim müasir standartlarla çalışan bir şirkət kimi bizə məxsus olan pul vəsaitinin vaxtında bizə ödənilməməsi bəzi ödənişlərin (kommunal, icarə haqqı, əmək haqqı və s.) vaxtında edilməsində çox böyük çətinliklər yaratdı, vergi və dövlət sosial müdafiə fonduna olan borcların ödənilməsində yaranmış gecikmələrə görə dəbbə pulu tərəfimizdən ödənildi, həmçinin bir sıra layihələrdə şirkət olaraq iştirak etməyimizi mümkünsüz hala gətirdi. Yaranmış bu çətinlik şirkət daxilində gərginlik yaratdı və işçilər arasında motivasiyanın aşağı düşməsinə səbəb oldu. Bu səbəbdən əldən çıxmış faydanı minimum 19 221.0 AZN olaraq dəyərləndirirlər. Cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə öhdəliklərinə əməl etmir və iddiaçıya pul vəsaitini ödəmir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən iddiaçının xeyrinə 6.762.137,32 manat işin dəyəri və 1.217.184,9 manat ƏDV omaqla, cəmi 7.979.323,22 manat pulun, həmin pulun ödənilməsi ilə bağlı icranı gecikdirdiyinə görə 7.938.286,69 manatın illik 5 faiz olmaqla, 2 il üçün cəmi 793.828,67 manat, 5157 manat məbləğində dövlət rüsumunun və 400 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 8.778.708,89 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri ödənilsə də, müqavilə üzrə işlər icra edilərkən cavabdehin sifarişi əsasında icra edilmiş əlavə işlərin dəyəri ödənilməmiş, həmin işlərin görülməsi barədə tapşırıqlar icra edilmiş, dəyərinin ödəniləcəyi barədə vədlər verilsə də, ödənilməmişdir. Hazırda iddiaçının vergi məsələləri ilə bağlı problemləri yarandığı üçün cavabdehə yalnız 2023-cü ildə elektron qaimələr təqdim edilmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ş.Quluzadə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri tam şəkildə tərəflərindən ödənilmişdir. Əlavə işlər tərəflərindən sifariş edilib cavabdeh tərəfindən icra edilsə də, həmin işlərə dair ayrıca yazılı müqavilə bağlanmadığı üçün dəyəri ödənilməmişdir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi M.Məhərrəmov iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri tam şəkildə tərəflərindən ödənilmişdir. Həmin layihə üzrə o, cavabdehin layihə rəhbəri olmuşdur. Həmin müqavilə üzrə işlərin icrasına 2017-ci ildə başlanılmış, 2019-cu ilin sonunda bitmişdir. Əlavə işlər tərəflərindən sifariş edilib cavabdeh tərəfindən icra edilsə də, həmin işlərə dair ayrıca yazılı müqavilə bağlanmadığı və dəyəri razılaşdırılmadığı üçün dəyəri ödənilməmişdir. İddiaçının təqdim etdiyi təhvil aktlarında göstərilmiş bütün işlərin cavabdehin şifahi sifarişləri əsasında tam icra edildiyini təsdiqləyir, lakin həmin işlərin görülməsi müvafiq dövlət orqanları ilə razılaşdırılmadığı, rəsmiləşdirilmədiyi və dövlət büdcəsindən bununla bağlı vəsait ayrılmadığı üçün dəyərinin ödənilməsi mümkün olmamışdır.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı tərəfindən verilmiş Xırdalan şəhər su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində İddiaçı firması tərəfindən icra olunmuş əlavə işlərin reyestrindən görünür ki, ümumilikdə 7.938.286,72 manat məbləğində iş görülmüşdür.

10. Xırdalan şəhərinin su təchizatı və X1 və yenidən qurulması üzrə 2020-ci ilin dekabr ayınadək yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, ümumilikdə ƏDV daxil 67492,85 manat məbləğində iş görülmüşdür.

11. Xırdalan şəhərinin su təchizatı və X1 və yenidən qurulması üzrə 2020-2021-ci illər ərzində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, ümumilikdə ƏDV daxil 3.410.137,77 manat məbləğində iş görülmüşdür.

12. Xırdalan şəhərinin su təchizatı və X1 və yenidən qurulması üzrə 2020-ci ilin dekabr ayınadək yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, ümumilikdə ƏDV daxil 812916,21 manat məbləğində iş görülmüşdür.

13. Xırdalan şəhərinin su təchizatı və X1 və yenidən qurulması üzrə 2020-ci ilin dekabr ayınadək yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, ümumilikdə ƏDV daxil 59353,88 manat məbləğində iş görülmüşdür.

14. Xırdalan şəhərinin su təchizatı və X1 və yenidən qurulması üzrə 2020-ci ilin dekabr ayınadək yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, ümumilikdə ƏDV daxil 19761,13 manat məbləğində iş görülmüşdür.

15. Xırdalan şəhərinin su təchizatı və X1 və yenidən qurulması üzrə 2020-ci ilin dekabr ayınadək yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, ümumilikdə ƏDV daxil 14647,14 manat məbləğində iş görülmüşdür.

16. Xırdalan şəhərinin su təchizatı və X1 və yenidən qurulması üzrə 2020-ci ilin dekabr ayınadək yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, ümumilikdə ƏDV daxil 107301,08 manat məbləğində iş görülmüşdür.

17. Xırdalan şəhərinin su təchizatı və X1 və yenidən qurulması üzrə 2020-ci ilin dekabr ayınadək yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, ümumilikdə ƏDV daxil 215262,94 manat məbləğində iş görülmüşdür.

18. Xırdalan şəhərinin su təchizatı və X1 və yenidən qurulması üzrə 2020-2021-ci illər ərzində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, ümumilikdə ƏDV daxil 3.231.413,70 manat məbləğində iş görülmüşdür.

19. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il 07/07-1/2/6639 nömrəli məktubdan görünür ki, “Xırdalan şəhəri su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrasının tamamlanması məqsədilə əlavə vəsaitin ayrılmasına ehtiyac yaranmşdır. Tələb olunan əlavə vəsaitin alınması üçün hal-hazırda Cavabdeh ASC tərəfindən müvafiq tədbirlər görülür. Vəsaitin ayrılması halında şirkətiniz tərəfindən icra olunmuş əlavə işlərin dəyərinin ödənilməsi məsələsinə baxılacaqdır.

20. Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə Cavabdeh ASC və “ALKE-İnshaat&Neftchi-Kirs” Birgə müəssisəsi arasında imzalanmış müqaviləyə 1 saylı Əlavə barədə arayışdan görünür ki, Cavabdeh ASC-nin tələblərinə uyğun olaraq, layihəyə əlavələrin edilməsi, su təchizatı və kanalizasiya sistemlərinin iş həcmlərinə dəyişikliklərin olunmasını nəzərə alaraq podratçı və məsləhətçi şirkətlərin müraciətləri əsasında podrat müqaviləsinin müddəti 167 gün uzadılması və dəyərinin artırılması zərurəti yaranmışdır.Müqaviləyə 1 saylı X6 Fondunun 21 aprel 2019-cu il tarixli OD-2019/2/860 nömrəli razılaşma məktubu əsasında hazırlanmışdır.

21. Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə cavabdeh və “ALKE-İnshaat&Neftchi-Kirs” Birgə müəssisəsi arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə 5/619-1 nömrəli 07 iyul 2017-ci il tarixli müqaviləyə 01 saylı əlavəyə əsasən sifarişçi və podraçı 2017-ci il 07 iyul tarixdə Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi layihəsi çərçivəsində Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin yerinə yetirilməsi məqsədi ilə 107.808.797,78 manat məbləğində 5/619-1 nömrəli podrat müqaviləsini imzalamışdır.

22. Əlavənin 8-ci bəndinə əsasən tərəflər müqavilənin müddətinin uzadılması, dəyərinin artırılması və iş həcmləri cədvəlinə düzəlişlərin edilməsi ilə bağlı razılığa gəldilər.

23. Əlavənin 1.1-ci bəndinə əsasən müqavilənin müddəti 30 dekabr 2019-cu il tarixdək uzadılmışdır.

24. Əlavənin 1.3-cü bəndinə əsasən müqavilənin dəyəri 18 % ƏDV daxil 126.049.016 manat həcmində müəyyən edilmişdir.

25. Xırdalan şəhəri su təchizatı və X1 və yenidən qurulması layuihəsi çərçivəsində İddiaçı firması tərəfindən vurulmuş asfaltın hesabatından görünür ki, dəyəri ödənilməyən asfaltın sahəsi 152939 m2 təşkil edir.

26. Cavabdeh (sifarişçi) və "xxxx" Birgə Müəssisəsi (podratçı) arasında bağlanmış Xırdalan şəhərinin Su Təchizatı və X1 və Yenidən Quraşdırılması üzrə 07 iyul 2017-ci il tarixli 5/619-1 nömrəli müqaviləyə əsasən sifarişçi Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması kimi müəyyən olunan işlərin podratçı tərəfindən həyata keçirilməsini istəyir və bu işlərin həyata keçirilməsi və tamamlanması və burada istənilən qüsurların aradan qaldırılması üçün podratçı tərəfindən təqdim edilmiş ƏDV daxil 107.808.797,78 manat və nəzərdə tutulmayan xərclər ƏDV daxil 3.015.596,96 ABŞ dolları məbləğində tender təklifini qəbul etmişdir.

27. Müqavilənin 3-cü bəndinə əsasən sifarişçi tərəfindən podratçıya ediləcək ödəmələr nəzərə alınmaqla podratçı işlərin həyata keçirilməsi və müqavilənin şərtlərinə bütünlüklə uyğun olmaqla, qüsurların aradan qaldırılması üçün sifarişçi ilə müqavilə bağlayır.

28. 22 iyun 2017-ci il tarixli 04/04-2/1/10394 nömrəli qalib olmaq barədə bildiriş aksept məktubundan görünür ki, 07 oktyabr 2016-cı il tarixli 5/619-1 nömrəli müqaviləyə 22 iyun 2017-ci il tarixdə verilmiş “Xırdalan şəhərinin su təchizatı və X1 və yenidən qurulması layihəsinin icrası üçün verilmiş 107.808.797,78 manat olan və iddiaçılar üçün təlimata uyğun dəyişdirilmiş təklif Cavabdeh ASC tərəfindən qəbul edilmişdir.

29. “Alke İnşaat Sanayi ve Ticaret A.Ş”, "xxxx" MMC və İddiaçı firması arasında bağlanmış birgə müəssisə sazişinə əsasən birgə müəssisə tərəfindən görüləcəkə işlər əvvəlcədən müqavilə adalandırılan və yuxarıda göstərilən layihə ilə əlaqədar işəgötürənlə bağlanmış sazişdən və hər hansı dəyişiklik sifarişlərindən və ya əlavə razılaşmalardan ibarətdir və “Alke-İnsaatçı və Neftçi-Kirs” BM adı altında fəaliyyət göstərən birgə müəssisə tərəfindən həyata keçirilməlidir.

30. Xırdalan iş həcmlərin cədvəlləri yekunundan görünür ki, ümumilikdə məbləğ 102.675.045,50 manat təşkil edir.

31. İddiaçı tərəfindən təqdim edilmiş 26 saylı kanalizasiya nasos stansiyası ərazisində siyirtmə və əks klapanlar üçün kameranın tikintisi işlərinə dair forma 2-yə əsasən görülmüş işlərin dəyəri 34776,72 manat, ƏDV dəyəri 6259,81 manat, ümumilikdə 41036,53 manat təşkil edir.

32. İddiaçı tərəfindən cavabdehə EBDC 578705 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 587183 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 586522 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 580326 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 580037 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 585732 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 583960 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 581084 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 579597 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimələr təqdim edilmişdir.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli 3-16-16-2/10/6715-9/6907 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan məlumatlara, foto şəkillərə, layihə sənədlərinə əsasən sifarişçi Cavabdeh ASC, icraçı İddiaçı Firması qeyd edilmiş yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktlarında (Forma 2) qeyd edilmiş işlər iddiaçı tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Baxış zamanı əldə olunmuş və iş materiallarında olan məlumatlara, foto şəkillərə əsasən sifarişçi cavabdeh icraçı iddiaçı kimi qeyd edilmiş avadanlıqlar iddiaçı tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin və avadanlıqlarının ümumi dəyəri icra edildiyi və quraşdırıldığı dövr üçün orta bazar qiyməti (istifadə edilmiş material və usta haqqı daxil olmaqla) nəzərə almaqla 7918369,7 manat məbləğində müəyyən olunmuşdur. Eyni zamanda iş materiallarında qeyd olunmayan, lakin baxış zamanı təqdim olunmuş və İddiaçı Firması tərəfindən görülmüş əlavə tikinti-təmir işlərinin ümumi dəyəri ƏDV-siz 34776,72 manat, ƏDV ilə 41036,53 manat məbləğində müəyyən olunur. Qeyd olunur ki, Forma 2 aktlarında göstərilən qiymətlər araşdırılarkən həmin qiymətlərin bazar qiymətlərinə uyğun olduğu müəyyən olunmuşdur.

34. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

38. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

39. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

41. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

42. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

43. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

44. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə podrat müqaviləsi, xx.xx.2019-cu ildə əlavə imzalanmış, iddiaçı öz öhdəliklərini lazımınca yerinə yetirsə də, cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi, sifariş verilmiş və görülmüş əlavə işlərin dəyərini ödəməməsi iddiaçıya həmin podrat müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

45. Belə ki, iddia ərizəsində iddiaçı görülmüş işlərin dəyərinin ƏDV daxil olmaqla ümumilikdə 7979323,22 manat olmasını göstərilsə də, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli 3-16-16-2/10/6715-9/6907 nömrəli ekspert rəyi nəzərə alınmaqla iddianın təmin edilməli olması qənaətinə gəlir.

46. Göstərilən rəy tərəflərin nümayəndələri tərəfindən də mübahisələndirilməmişdir.

47. Belə ki, adıçəkilən rəydə görülmüş işlərin dəyəri 6745258,96 manat, ƏDV hissəsi isə 1214146,61 manat (Xırdalan şəhəri, 1 saylı KNS-in yenidən qurulması – 57197,33 manat, ƏDV 10295,52 manat, Xırdalan şəhəri, 12(26) saylı KNS-in yenidən qurulması – 2873067,90 manat, ƏDV 517152,22 manat, B.Səfəroğlu küçəsi və ətrafında kanalizasiya xətlərinin çəkilişi – 688912,04 manat, ƏDV 124004,17 manat, Xırdalan şəhəri, çoxmərtəbəli binaların yeni kanalizasiya sisteminə qoşulması – 50299,90 manat, ƏDV 9053,98 manat, H.Əliyev prospektində DN325 təzyiqli polad kanalizasiya xəttinin çəkilişi – 16746,72 manat, ƏDV 3014,41 manat, 2020-ci ilin dekabr ayınadək su şəbəkəsi tikintisi – 12412,83 manat, ƏDV 2234,31 manat, Masazır su anbarında yerinə yetirilmiş işlər – 90933,12 manat, ƏDV 16367,96 manat, Sulutəpə qəsəbəsində su xəttinin çəkilişi – 182426,22 manat, ƏDV 32836,72 manat, asfalt örtüyünün bərpası – 2738486,18 manat, ƏDV 492927,51 manat, iddiaçı tərəfində görülmüş digər işlər (DN280/225 PE su xətti) – 34776,72 manat, ƏDV 6259,81 manat) müəyyən edilmişdir.

48. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 793828,67 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

49. İddiaçı iddia tələbində cavabdehdən iki il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 793828,67 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 793828,67 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olubolmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.

50. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6745258,96 manat əsas borc, 1214146,61 manat ƏDV tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 5157 manat dövlət rüsumu cavabdehə, 400 manat mediasiyaya dair xərc isə iddiaçının özünə aid edilməlidir.

53. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 6745258,96 manat əsas borc, 1214146,61 manat ƏDV, ödənilmiş 5157 manat dövlət rüsumu, ümumilikdə 7964562,57 (yeddi milyon doqquz yüz altmış dörd min beş yüz altmış iki manat əlli yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Firmasına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 400 (dörd yüz) manat mediasiyaya dair xərc İddiaçı Firmasının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar