Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8247/2024 11.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı şirkətinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı şirkətinin Cavabdeh QSC-yə qarşı “zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “123.127-TX.TEO” adlı texniki-iqtisadi əsaslandırma sənədinin və onun ayrı-ayrı hissələrinin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və təqdim edilməsinin Cavabdeh QSC-yə qadağan edilməsi, “İddiaçı” MMC-nin xeyrinə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 55.000 (əlli beş min) manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı şirkəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə vəsatətlə müraciət edərək hazırki işin e-2-2(113)- 3125/2024 saylı işə birləşdirilməsini xahiş etmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə vəsatətlə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3125/2024 və e-2-2(113)- 8247/2024 saylı işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı şirkətinin nümayəndəsi və vəkili Nümayəndə1 vəsatəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq, hesab edir ki, işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsaəsn əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı S.R.O qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(113)-3125/2024 saylı iş xx.xx.2024-cü il tarixdə, hazırkı iş isə 04 noyabr 2024-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında olan e-2-2(113)-3125/2024 saylı və hazırkı e-2-2(113)-8247/2024 saylı işdə eyni tərəflərin iştirak etdiyini və eyni müqavilədən irəli gələn mübahisə olmasını nəzərə alaraq, işin daha tez yekunlaşması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlər bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı şirkətinin Cavabdeh QSC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair e- 2-2(113)-8247/2024 saylı iş, iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı S.R.O qarşı “borcun ödənilməsi” tələbinə dair e-2-2(113)-3125/2024 saylı işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X1 verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8247/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8247/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver