Məhkəmə qərarları › İş №e-2-2(113)-8334/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8334/2025

13.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8334/2025 13.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən 52.483,73 manat maddizərər , 10000 manat mənəvi zərərin alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Türkiyə Cümhuriyyətindən ümumi 18.981,46 ABŞ dolları dəyərində bədən spreyisifariş etmişlər, lakin,Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən sunimaneələr yaradılaraq qeyd edilən malları onları daşıyan nəqliyyat vasitələri ilə birlikdə gömrükdə saxlanılır. O, dəfələrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edərək malların və nəqliyyat vasitələrinin buraxılmasını xahiş etsələr də, müraciətləri nəticəsiz qalmışdır. Bildirmək istəyirlər ki, 27 oktyabr 2024-cü il tarixdən nəqliyyat vasitəsi kömrükdə saxlanılmışdır. Tətbiq edilən qaydalara görə hər gecikdirilən günə görə nəqliyyat vasitəsini idarə edən sürücüyə 100 ABŞ dolları ödənilməlidir. Əlavə olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə nəqliyyat vasitəsində olan malların saxlanc yerinə verilməsini və nəqliyyat vasitəsinin buraxılması barədə müraciət edilmişdir, lakin yenə də, müraciəti cavabsız qalmışdır. Bundan başqa, əvvəllər eyniadlı malları gömrükdən 40 sent ödəməklə ölkəyə gətirmələrinə baxmayaraq, hazırda Bakı Baş Gömrük İdarəsi ondan hər mala görə qanunsuz olaraq 1 ABŞ dolları tələb edir. Bundan sonra, təkrar olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etmiş və Bakı Baş Gömrük İdarəsinə məktubla bildirilmişdir ki, onun iştirakı ilə eyniləşdirmə aparılsın, lakin Bakı Baş Gömrük İdarəsi qeyd edilən tapşırığı yerinə yetirməmişdir. İddiaçı bildirmişdir ki, eyniləşdirilmənin aparılması zəruridirsə, eyniləşdirmədən qabaq qeyd edilən mallara görə Bakı Baş Gömrük İdarəsi gömrük xərcini necə 1 ABŞ dolları olduğunu hesablamış və ondan tələb etmişdir. Bakı inzibati məhkəməsinə müraciət edilmişdir və Bakı İnzibati Məhkəməsininxx.xx.2025-ci il tarixli, 2- 1(112)-4666/2025 saylı qərarı ilə iddia təmin edilmişdir. Lakin bildirirəm ki, mallar anbarda saxlanıldığından məhkəmə qərarınıəldə etdikdən sonra malların çoxunun isti hava şəraitində qaldığı üçün məhv olmuş, bir qismi isə yük altında qaldığından sıradan çıxmışdır. Gömrük orqanınınnda malları küçirərkən məndən 11795,25 manat miqdarında əlavə xərclərimiz çıxmışdır. Müvəqqəti saxlanc bəyannaməsinə görə günü 60 manat olmaqla cəmi 1200 manat pul verilmişdir. Gömrük orqanı məqsədli şəkildə malları gömrükdə saxlamış və tərtib edilən aktdan görünür ki, sürücüyə hər gecikən günə 100 ABŞ dolları olmaqla cəmi 3400 ABŞ dolları verilmişdir. Gömrük orqanı tərəfindən anbarım blomlamışdır ona görədə anbarı istifadə edə bilməmişəm, lakin hər ay 180 manat olmaqla 8 ay müddətində 1440 manat ödənilmişdir. Hesab edirik ki, malların böyük qismi məhv olduğu üçün malların dəyəri olan 18.981,46 ABŞ dollar bizə maddi ziyan olaraq ödənilməlidir. Bundan başqa bu məsələlərə görə iş başlayandan getmədiyim orqan, qurum qalmamışdır, bu işin stresindən anju olunmuşam, diaqnozum kəskin hipasiya olmuşdur və İstanbul NS klinikasında müalicə alıram. Mənə mənəvi zərər olaraq 10000 manat mənəvi zərər dəymişdir. Mənə ümumilikdə 52.483,73 manat maddizərər , 10000 manat mənəvizərər dəymişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 45.1-ci maddəsinə əsasən, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 45.2-ci maddəsinə əsasən, əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. 47.1-ci maddəsinə əsasən, hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. 48.1-ci maddəsinə əsasən, hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. 09 yanvar 2004-cü il tarixli Azərbaycan Respublikası hüquqi şəxslərlə dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanununun 2.0.3-cü maddəsinə əsasən hüquqi şəxs almaq istəyən qurum-hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupudur. 2.0.8-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində vahid məlumatlar məcmusudur. 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. 13.1-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd-dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Qeyd olunan sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Bakı Baş Gömrük İdarəsinin hüquqi şəxs statusuna malik olması qənaətinə gəlmək üçün əsas yoxdur. Belə ki, hər hansı bir qurumun hüquqi şəxs hesab edilməsi və mülki hüquq münasibətlərində subyekt kimi iştirak etməsi üçün onun müəyyən əlamətlərə malik olması mütləqdir : 1. təşkilati vahidliyi, 2. mülkiyyətində ayrıca əmlakın olması, 3. mülki dövriyyədə müstəqil surətdə öz adından çıxış etməsi, 4. məhkəmədə iddiaçı və cavabdeh olmaq imkanı. Hüquqi şəxsin yaradılması dedikdə ona dövlət tərəfindən tanınaraq hüquq subyektliyi verilməsi başa düşülür. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradıla bilər. (MM 45.1) Lakin iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 2 saylı Əlavəsinin 2.1.1-ci bəndinə əsasən cavabdeh Bakı Baş Gömrük İdarəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlara aiddir. İş materiallarından görünür ki, cavabdeh hüquqi şəxs kimi qanunla müəyyənləşdirilən qaydada müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdeh hüquqi şəxs olmadığı üçün hazırkı mübahisənin tərəfi ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “pul” tələbinə dair ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddia verilərkən ********** nömrəli qəbzə əsasən ödənilmiş 280 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar