Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-849/2025 12.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmdəzadə Nilgün Azər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) 6190 (altı min yüz doxsan) manat məbləğində əsas pul vəsaiti, 1197,25 (bir min yüz doxsan yeddi manat iyirmi beş qəpik) manat məbləğində hesablanmış dəbbə pulu və 94,25 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə, 7481,53 (yeddi min dörd yüz səksən bir manat əlli üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələvin dəqiqləşdirərək iddia tələbin 3-cü hissəsində “xx.xx.2020-cf sözlərinin “xx.xx.2018-ci” kimi oxunmasını və AZ/MİH/22/0073-0077 saylı sığorta şəhadətnaməsinə və CM-0031/2023-AKT1585/23 saylı sığorta aktına əsasən, “Hyundai İX 35” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 590 (beş yüz doxsan) manat məbləğində, AZ/MİC/20/0002 saylı sığorta şəhadətnaməsinə və CM-0089/2020-AKT3558/20 saylı sığorta aktına əsasən “MERCEDES BENZ” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4900 (dörd min doqquz yüz) manat məbləğində, AZ/MİL/17/4019/0099 saylı sığorta şəhadətnaməsinə və CM-115/2018 saylı sığorta aktına əsasən “LADA PRİORA” minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı İddiaçı ASC tərəfindən 700 (yeddi yüz) manat məbləğində sığorta ödənişinin, hər üç sığorta şəhadətnaməsi üzrə cəmi 6190 manat məbləğində sığorta ödənişinin verilməməsinə görə 11.01,2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək hesablanmış 1244.19 manat məbləğində dəbbə pulunun, RAZ********** saylı sığorta şəhadətnaməsinə və CFİ-0197/2023- AKT1869/23 saylı sığorta aktına əsasən 1279,75 (bir min iki yüz yetmiş doqquz manat yetmiş beş qəpik) manat məbləğində sığorta ödənişinin və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmış 112.64 (yüz on iki manat, altmış dörd qəpik) manat məbləğində dəbbə pulunun, Cəmi bütün tələblər üzrə 8826.58 (səkkiz min səkkiz yüz iyirmi altı manat, əlli səkkiz qəpik) manat pul və 128.25 (yüz iyirmi səkkiz manat, iyirmi beş qəpik) dövlət rüsumu olmaqla, 8954.83 (səkkiz min doqquz yüz əlli dörd manat, səksən üç qəpik) manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. xx.xx.2025-ci il tarixində cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə barışıq sazişi və iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixində barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə tərəflərin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. Sazişin şərtləri 1.1. İddiaçı "xxxx" ASC və cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğvetmə Komissiyası) aralarındakı mübahisəni qarşılıqlı güzəşt və sülh yolu ilə həll edərək^ razılaşırlar və qarşılıqlı qaydada təsdiq edirlər ki, aşağıdakı cədvəldə qeyd olunan sığorta hadisələr üzrə tərəflərin öhdəlikləri əvəzləşdirildikdən sonra Ləğv etmə prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin AzSığorta ASC-yə cəmi 299 (iki yüz doxsan doqquz) manat borcu vardır.
"xxxx" ASC-nin AR Dövlət Sığorta Kommersiya Şirkəti qarşısında öhdəliyi: AR DSKŞ-da iş "xxxx" ASC -də iş AR DSKŞ-də "xxxx"ASC müqavilə Ödəniş nömrəsi nömrəsi müqavilə nömrəsi nömrəsi məbləği, AZN 13076/2023 CML-1092/2023 KSK********** PAZ********** 2410 AZN 99LP905 99PH971 978/2023 CML-125/2023 KSK********** PAZ********** 2500 AZN 99PF253 99TT841 Texniki səhv nəticəsində köçürülmüş pul vəsaiti 981 AZN 5891 AZN
AR Dövlət Sığorta Kommersiya Şirkətinin "xxxx" ASC qarşısında öhdəliyi: AR DSKŞ-da "xxxx" ASC -də iş AR DSKŞ-də "xxxx"ASC müqavilə Ödəniş iş nömrəsi nömrəsi müqavilə nömrəs nömrəsi məbləği, AZN 12783/2023 CM-0031/2023 77KG743 AZ7MİH/22/0073-0077 590 AZN 99AU405 03208/2024 CM-0089/2023 99JV441 AZ/MİC/20/0002 4900 AZN 99JN137 01231/2024 CM-115/2018 90F0901 AZ/MİL/17/4019/0099 700 AZN 6190 AZN
1.2. Ləğv etmə prosesində olan Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğvetmə Komissiyası) öz öhdəsinə götürür ki, 299 manat pul vəsaitini hazırkı barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin müvafiq qərardadı qüvvəyə mindiyi andan ən geci bir iş günü ərzində "xxxx" ASC-nin bank hesabına köçürəcək. 1.3. Tərəflər razılığıa gəlir ki, işlə əlaqədar çəkilmiş məhkəmə xərcləri özlərinə aid edilir. 1.4. "xxxx" ASC-nin bank hesabı: H/H:AZ67AZFİ35090AZ**********031 VÖEN: ********** Bankın adı: "xxxx" ASC VÖEN:**********, KOD:503217 M/H: AZ81NABZ******************** SWİFT BİC: AZFİAZ22
2. Yekun qaydalar
2.1. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır. 2.2. Bu saziş bağlandığı andan qüvvəyə minir. 2.3. Bu saziş 03 (üç) nüsxədə tərtib olundu, 01 (üç) nüsxəsi Bakı Kommersiya Məhkəməsinə təqdim edilmək üçün və 02 (iki) nüsxəsi hər bir tərəfə verildi. 2.4. Tərəflər Azərbaycan Respublikasının MPM-nin 153.2.2, 191 və 261 -ci maddələrinin nəticələrini tam anlayaraq bu Sazişi bağlayıblar. Hər bir tərəf bu sazişi oxuyub və onun düzgünlüyünü öz imzası ilə təsdiq edir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Namazova