Məhkəmə qərarları › İş №e-2-2(113)-8571/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8571/2025

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8571/2025 05.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 oktyabr 2024-cü il tarixli, “XM 112/24-HG” nömrəli xidmət müqaviləsinə əsasən 4202.21 (dörd min iki yüz iyirmi iki manat) manat və 63 manat ödənilmiş dövlət rüsumu məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC ilə bağladığı 22 oktyabr 2024-cü il tarixli, “XM 112/24-HG saylı Xidmət müqaviləsinə əsasən cavabdehə məxsus avtonəqliyyat vasitəsinə texniki xidmət göstərilmişdir. İddiaçı cavabdehlə razılaşdırılmış öhdəliklərini tam və əksiksiz olaraq icra etmişdir. Lakin, cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmiş, ödəniş tam icra olunmamışdır. Göstərilmiş xidmətlərin nəticəsində hər iki tərəfin nümayəndəsinin imzaladığı “Təmir karttlarına” (təhvil-təslim aktlarına) əsasən xx.xx.2024-cü il tarixli, 10797828 nömrəli elektron qaimə cavabdehə göndərilmiş, e-qaimə heç bir müzakirə və mübahisə olmadan təsdiq olunmuş, həmin elektron qaiməyə əsasən cavabdeh tərəfindən 2360 manat (ƏDV ilə birlikdə) ödəniş həyata keçmişdir. Həmin tarixin üstündən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən geri qalan 4202.21 manat məbləğ bu günə qədər ödənilməmişdir. Cavabdeh tərəfə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışlar. Hal-hazırda isə telefon zənglərinə belə cavab vermirlər. Qeyd olunanlara və müvafiq sənədlərə əsasən qeyd edirəm ki, Cavabdeh MMC, İddiaçı MMC-nin xeyrinə aşağıdakı məbləğdə vəsaiti ödəməyə borcludur. 22 oktyabr 2024-cü il tarixli, “XM112/24-HG” saylı xidmət müqaviləsinə əsasən 4202.21 (dörd min iki yüz iyirmi iki) manat - əsas borc.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

7. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında imzalanmış 22 oktyabr 2024-cü il tarixli XM 112/24-HG saylı xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən icraçı müntəzəm olaraq Sifarişçiyə məxsus və ya Sifarişçinin İcraçıya təqdim etdiyi nəqliyyat vasitəsinə və ya xüsusi təyinatlı texnikalara (bundan sonra “Avtomobil” adlandınlacaq - təyinatından asılı olmayaraq bütün texniki vasitələr) zəruri texniki xidmətləri göstərməyi (bundan sonra “Xidmətlər” adlandınlacaq),həmçinin nəqliyyat vasitəsinə və xüsusi təyinatlı texnikalara lazım olan ehtiyyat hissələrin təqdim edilməsini həyata keçirir. Sifarişçi isə, bu Xidmətlərin və təqdim olunan ehtiyyat hissələrinin əvəzini (dəyərini) Müqavilədə nəzərdə tutulan qaydada və müddətdə İcraçıya ödəməyi öz öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən icraçı göstərilən xidmətlər üçün iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 iş günü ərzində xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında təhvil-təslim aktı tərtib olunur,imzalanır və möhürlənir. - 6.1.-ci bəndində qeyd olunmuşdur ki,icraçı tərəfindən yerinə yetirilmiş Xidmətlər üçün (Hissələrinin dəyəri daxil olmaqla) ona ödəniləcək xidmət haqqı (bundan sonra “Xidmət Haqqı” adlandırılacaq) “Servis Hesabı”ında və (və ya) Qüsur Aktında göstəriləcəkdir. Sifarişçi, İcraçının göstərdiyi texniki xidmətin haqqını, müqavilədə göstərilən qaydada və müddətdə ödəməyə borcludur.. - 6.2-ci bəndinə əsasən xidmət Haqqına əlavə dəyər vergisi (ƏDV) daxil deyildir və bu vergi Sifarişçi tərəfindən Xidmət Haqqına əlavə olaraq İcraçının təqdim etdiyi sənədlər əsasında ödənilməlidir.. - 6.5-ci bəndinə əsasən sifarişçi Xidmət Haqqım və Ödəniş Sənədində göstərilən müvafiq ödənişləri Ödəniş Sənədini əldə etdikdən sonra 10 (on) iş günü ərzində İcraçının Ödəniş Sənədində və ya digər yazılı formada göstərdiyi bank hesabına ödəməlidir. Əgər bu cür ödənişlər hər hansı səbəbdən bank hesabına köçürülmə vasitəsi ilə ödəmək mümkün olmazsa, İcraçımn seçiminə əsasən Sifarişçi bu ödənişləri nağd qaydada ödəyə bilər. İcraçı tələb edə bilər ki, Sifarişçi nağd qaydada edilən ödənişi onun müəyyən etdiyi yerə gəlməklə ödəsin. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

8. İddiaçı tərəfindən cavabdehə MT2411 10797828 saylı xx.xx.2024-cü il tarixli 6362.216 manat məbləğində elektron qaimələr göndərilmişdir.

9. 22.10.2024-cü il tarixli təhvil-təslim aktları ilə (İddiaçıMMC tərəfindən Cavabdeh MMC avtomobil təmir xidməti edilditi tərəflərin nümayəndələrinin imzalalrı ilə təsdiq edilmişdir.

10. "xxxx" ASC tərəfindən verilmiç (İddiaçıMMC-yə aid) hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixindən iddiaçıya 2000 manat ödənilmişdir. 11.

12. İş materiallarında olan pretenziya məktubundan görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu 3 gün ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. V. Tətbiq edilən hüquq:

13. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

17. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

20. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 22 oktyabr 2024-cü il tarixli XM 112/24-HG saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş xidmətləri göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Qeyd edilən hal məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında imzalanan müqavilə, təhvil-təslim aktları və elektron qaimə ilə təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən cavabdehə MT2411 10797828 saylı xx.xx.2024-cü il tarixli 6362.216 manat məbləğində elektron qaimə göndərilmiş, cavabdeh tərəfindən 2000 manat ödəniş edilmiş, qalıq məbləğlə bağlı ödəniş edilməmişdir. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan əsas borcu 4202.21 manat təşkil edir.

21. Cavabdeh tərəfindən iddia tələbinə dair heç bir sübut təqdim edilməmişdir.

22. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

24. 27. Belə ki, iddia ərizəsi yazılı sübutlar (sənədlərə) əsaslanmalıdır. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olub-olmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməməsi, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir.Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 4202.21 manat tutulması hissəsində tam əsaslı olduğundan, tələbin əsaslı olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından təmin edilməlidir.

26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 63 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

27. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 63 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 4202.21 (dörd min iki yüz iki manat iyirmi bir qəpik) manat məbləğində əsas borc və 63 (altmış üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər .

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar