Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8680/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (“X1” MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 01/04-25 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilə üzrə yaranmış 42480 (qırx iki min dörd yüz səksən) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” MMC və Cavabdeh MMC arasında xx.xx.2025 tarixli 01/04-25 saylı xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən iddiaçı cavabdehin ərazisində torpaq qazma işləri yerinə yetirməyi, cavabdeh isə bu xidməti qəbul edib, onun dəyərini müqavilə şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xodmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Ümumilikdə iddiaçı tərəfindən cavabdehə 4 müxtəlif qaimə üzrə ümumilikdə 42480 manat borc hesablanmışdır. Borcun hesablanması aşağıdakı kimi olmuşdur: 1. Qaimə 1 - Seriya: MT2505 Nömrə: 11078210 Tarix: xx.xx.2025 - HYUNDAİ ROBEX 170W-7 (50AB198) üzrə xidmət – müddəti 1 ay – ƏDV daxil - 10620 manat; 2. Qaimə 2 - Seriya: MT2506 Nömrə: 10530452 Tarix: xx.xx.2025 - HYUNDAİ ROBEX 170W-7 (50AB198) üzrə xidmət – müddəti 1 ay – ƏDV daxil - 10620 manat; 3. Qaimə 3 - Seriya: MT2507 Nömrə: 10589612 Tarix: xx.xx.2025 - HYUNDAİ ROBEX 170W-7 (50AB198) üzrə xidmət – müddəti 1 ay – ƏDV daxil - 10620 manat; 4. Qaimə 4 - Seriya: MT2508 Nömrə: 12010683 Tarix: xx.xx.2025 - HYUNDAİ ROBEX 170W-7 (50AB198) üzrə xidmət – müddəti 1 ay – ƏDV daxil - 10620 manat. Müqavilənin şərtlərinə görə aylıq iş cədvəli 26 gün olaraq hesablanır. Ödənişlər 30 gün ərzində iddiaçının bank hesabına ödənməli idi. Müqavilə üzrə işlərin icra edilməsinə baxmayaraq, cavabdeh tərəf bugünədək öz öhdəliklərini icra etməmişdir. AR Mülki Məcəlləsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab olunur ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən 23480 manat pulun tutularaq “X1” MMC-yə ödənilməsi barədə qətnamə qət edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin razılığını nəzərə alaraq işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcraçı qismində “X1” MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında 07 aprel 2025-ci il tarixli, 01/04-25 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı sifarişçinin ərazisində torpaq qazma işlərini yerinə yetirməyi; sifarişçi isə bu xidməti qəbul edib onun dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürür, icra ediləcək işlərin dəyəri lahiyə cizgilərindəki ölçülərə əsasən hesablanacaq və qarşılıqlı imzalanmış aktla təsdiq olunacaqdır. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları), həmçinin tabel forması ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən göstərilən xidmətlərin qiyməti tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı göstərilmiş xidmətlərlə bağlı tərtib olunmuş akt ilə müəyyənləşir. Texnikalar iizrə qiymətlər bu müqavilənin əlavələri ilə müəyyən edilir. Əlavələr müqavilənin ayrılmaz tərkib hissəsidir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən aylıq iş cədvəli 26 gün olaraq hesablanır. Akt (Aktlar, Forma 2 və. s) sənədlər imzalandıqdan sonra ödənişlər 30 gün (növbəti ay ərzində) müddətində icraçının bank hesabına sifarişçi tərəfindən ödənilir. - 07 aprel 2025-ci il tarixli, 01/04-25 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə xx.xx.2025-ci il tarixli, 01 nömrəli əlavənin məzmunundan müəyyən olunur ki, tərəflər 07 aprel 2025-ci il tarixli, 01/04-25 nömrəli müqavilə üzrə Əlavə 1-də adıçəkilən (1 ədəd, Ekskavator, Hyundai Robex 170W-7, **-AB-*** dövlət qeydiyyat nişanlı, qiymət – 9000 manat, 26 gün) və ümumi dəyəri 10620 manat (18% ƏDV daxil) olan texnika barədə razılığa gəlmişlər. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2025-ci il tarixli, MT2505 seriyalı, 11078210 nömrəli elektron qaimədən müəyyən edilir ki, “X1” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 10620 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli, MT2506 seriyalı, 10530452 nömrəli elektron qaimədən müəyyən edilir ki, “X1” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 10620 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli, MT2507 seriyalı, 10589612 nömrəli elektron qaimədən müəyyən edilir ki, “X1” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 10620 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli, MT2508 seriyalı, 12010683 nömrəli elektron qaimədən müəyyən edilir ki, “X1” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 10620 manat təşkil edir. - İddiaçı tərəfindən iş materiallarına elektron qaimələrin əsasında dayanan yalnız icraçı - “X1” MMC tərəfindən imzalanaraq möhürlənmiş təhvil-təslim aktları əlavə edilmişdir - "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş “X1” MMC-nin AZ82ACAB******************** nömrəli hesabından çxıarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC tərəfindən “X1” MMC-nin hesabına 9000 manat məbləğində (hazırkı mübahisəyə aiddiyyatı olmayan başqa elektron qaimə üzrə) pul vəsaiti köçürülmüşdür və Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********017497 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən “X1” MMC-nin (VÖEN: **********) hesabına qeyd olunan məbləğin ƏDV-si olan 1620 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşrıığından görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC tərəfindən “X1” MMC-nin AZ82ACAB******************** nömrəli hesabına 19000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - “X1” MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 07 aprel 2025-ci il tarixli, 01/04-25 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Sözügedən müqaviləyə əsasən icraçı müqavilə üzrə öhdəliklərini icra etmiş, cavabdeh isə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, ona görə də iddiaçının hazırkı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 23480 (iyirmi üç min dörd yüz səksən) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ilkin olaraq iddiaçının tələbi 42480 manat olmuş, daha sonra həmin məbləğdən 19000 manat ödənilmiş, qalıq məbləğ 23480 (42480-19000=23480) manat təşkil etmişdir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 23480 (iyirmi üç min dörd yüz səksən) manat məbləğində pul vəsaiti “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-8680/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-8680/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver