Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-877/2021 18.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 343.921,56 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 vəsatət təqdim edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında yaranan kommersiya mübahisələrinə dair hakim Fərrux Qasımovun icraatında olan 2- 2(113)-640/2021 saylı və hakim Aytən Əliyevanın icraatında olan 2-2(113)-877/2021 saylı işlər üzrə iddia tələblərinin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış, ünvan 1 və 15 ünvanlarındakı obyektdə təmir-tikinti işlərinə dair podrat işlərinin yerinə yetirilməsilə bağlı podrat müqavilələri üzrə podratçı Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklər pozulduğu üçün İddiaçı MMC tərəfindən podratçıya qarşı pul tələbinə dair iddia ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda, Cavabdeh MMC-dən İddiaçı MMC-yə qarşı Bilgəh qəsəbəsi, Salahzadə küçəsi 9, ev 4,5,7,11,14 və 15 ünvanında yerləşən torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Hazırda bu mübahisəyə dair 2-2(113)-640/2021 saylı iş Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır. Həmçinin, İddiaçı MMC Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçəsi, 17 və 19 (və ya A.Zeynallı küç., 65) ünvanlarında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan binada podrat işlərinin yerinə yetirilməsi üçün İddiaçı MMC Cavabdeh MMC arasında bağlanmış podrat müqavilələri üzrə İddiaçı MMC-nin podratçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddia tələbi üzrə e-2-2( 113)-877/2021 saylı iş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi X1 icraatında olan e-2-2(113)-640/2021 saylı iş və hazırkı e-2-2(113)-877/2021 saylı iş bir-biri ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə xüsusi olaraq qeyd edir ki, məhkəmənin icraatında bir biri ilə əlaqədar olan işlərin tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin hərtərəfli araşdırılması, prosessual qənaət mənafeyinə uyğun olaraq və qəbul ediləcək məhkəmə aktlarının birbirinə zidd olma riskini nəzərə alaraq bir məhkəmədə baxılmalı və bir qətnamə çıxarılmalıdır. Bu məhkəməyə imkan verir ki, işi düzgün həll etmək üçün mövcud sübutları və faktiki materialları bir icraatda toplasın və onlara birlikdə qiymət versin. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair hakim Fərrux Qasımovun icraatında olan e-2- 2(113)-640/2021 saylı iş İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair e-2- 2(113)-877/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-640/2021 saylı iş Aytən Əliyevanın icraatında olan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-877/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-877/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-877/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver