Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-89/2024 25.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb edilməklə) pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, zərərin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X14 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb edilməklə) pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdehlər “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “X13 Hovuz and Spa” MMC) və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 223071 (iki yüz iyirmi üç min yetmiş bir) manat pul vəsaitinin, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 (dörd yüz) manat, 113,07 manat dövlət rüsumunun, hüquqi xidmətə görə 300 (üç yüz) manat haqqın tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Firması ilə cavabdeh “X13 Hovuz and Spa” MMC arasında podrat müqaviləsi (sonradan “podrat müqaviləsi”) bağlanmışdır. Həmin müqavilənin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh müəssisənin qanuni təmsilçisi Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinin 3.2.1-ci bəndinə əsasən işləri hazırkı müqavilənin şərt və müddəalarına müvafiq olaraq qüsursuz yerinə yetirmək və hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktı ilə sifarişçiyə təhvil vermək podratçının vəzifəsidir. Müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə razılaşmanın 5-ci bəndində göstərilir ki, işlər 15 fevral 2022-ci il tarixinə qədər yekunlaşmadıqda hər gecikmiş ay üçün icraçı sifarişçiyə 1000 (min) manat məbləğində cərimə ödəməlidir. Müqavilənin icrası icraçının təqsirinə görə gecikdikdə sifarişçinin hüququ çatır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin və dəymiş zərəri tələb etsin. Müqaviləyə xx.xx.2022-ci il tarixli 2 saylı əlavə razılaşmanın 3-cü bəndinə əsasən müqavilənin əvvəlki şərtlərində təsbit olunmuş sifarişçinin pul öhdəlikləri tam icra olunmuş, lakin icraçının öhdəlikləri tam icra olunmamışdır. Buna baxmayaraq, sifarişçi xoş məram və anlayış göstərərək müqavilədə müəyyən olunan sanksiyaların tətbiq olunmasını tələb etmir və icraçıya öhdəliklərini icra etmək üçün əlavə vaxt və ödəniş etməyə qərar verir. Bu səbəbdən də tərəflər razılaşırlar ki, icraçının öhdəliklərinin icrası üçün xx.xx.2022-ci il tarixinə qədər vaxt müəyyən olunsun və icraçıya aşağıda müəyyən olunmuş əlavə ödənişlər edilsin: 15 mart 2022-ci il tarixində 2000 (iki min) manat, 15 aprel 2022-ci il tarixində 2000 (iki min) manat, 15 may 2022-ci il tarixində 2000 (iki min) manat, 15 iyun 2022-ci il tarixində 6000 (altı min) manat, 15 iyul 2022-ci il tarixində 2000 (iki min) manat yekun məbləğ. Həmin əlavə razılaşmanın 5-ci bəndinə əsasən bu müqavilə üzrə işlər 15 iyun 2022-ci il tarixinə qədər yekunlaşmadıqda hər gecikmiş ay üçün icraçı sifarişçiyə 1000 (min) manat məbləğincə cərimə ödəməlidir. Müqavilənin icrası icraçının təqsirinə görə gecikdikdə sifarişçinin hüququ çatır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin və dəymiş zərəri tələb etsin. İcraçının müqavilə öhdəliklərini vaxtında icra edə bilməməsi tikinti sahəsini tərk edərək işi davam etməməsi üçün əsas vermir. Cavabdehlərə göndərilmiş birinci pretenziya məktubunun məzmunundan görünür ki, “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müəyyən olunmuş müddət ərzində öhdəliklər icra olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzləri və maliyyə arayışlarından görünür ki, "xxxx" Firması tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 2021ci il ərzində 123813 manat, 2022-ci il ərzində isə 99258 manat, cəmi 223071 manat ödəniş edilmişdir. Cavabdehin natamam icra etdiyi iş keyfiyyətsiz və tikinti normalarına uyğun olmamış, bu səbəbdən həmin işlərə sərf olunmuş tikinti materialları zərər getməklə yenidən başqa podratçı tərəfindən icra edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, təmir tikinti işləri qüsurla icra olunmuşdur. Göründüyü kimi, cavabdeh “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə razılaşdırılmış pul vəsaitini tam almış, lakin öhdəliklərini natamam və qüsurlu şəkildə icra etmiş, bu səbəbdən də iddiaçıya külli miqdarma maddi zərər dəymişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1, 448.4, 1097.1-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, xidmət və podrat müqavilələrinə görə cavabdehlər “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 244792 (iki yüz qırx dörd min yeddi yüz yetmiş iki) manat pul vəsaitinin, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə cavabdeh “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyətindən 10000 (on min) manat pul vəsaitinin, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 (dörd yüz) manat, 113,07 manat dövlət rüsumunun, hüquqi xidmətə görə 300 (üç yüz) manat haqqın tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehlərin nümayəndəsi və vəkili iddiaya etiraz etmişdir. xx.xx.2024-cü il tarixli etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi işə əlavə etdikləri xx.xx.2022-ci il tarixli özəl mütəxəssis rəyinə istinad edir. Məhz bu rəyə etdiyi etirazlar əsasında məhkəmənin təyin etdiyi mühəndis texniki ekspertiza nəticəsində verilmiş rəydən də görünür ki, iddiaçının verdiyi xx.xx.2022-ci i tarixli özəl mütəxəssis rəyində və iddiaçının iddia ərizəsində göstərilənlərin heç biri öz təsdiqini tapmır. İddiaçıdan dəfələrlə təsdiq olunmuş layihəni tələb etsə də, həmin layihə verilmədi, xx.xx.2023-cü il tarixli Məhkəmə Ekspertizası rəyində də deyilir ki, layihə tələb olunsa da, iddiaçı layihəni təqdim etmədi. Bu durumda iddiaçı, işlərin layihəyə uyğun icra edimədiyini deyə bilməz. Belə ki, xx.xx.2022-ci il tarixli özəl mütəxəssis rəyində qeyd olunur ki, ofis binasında sifarişçinin istəyinə uyğun olaraq hörgü planları və pilləkən qəfəsləri təsdiq olunmuş layihədən fərqli olaraq yerinə yetirlimişdir. Hörgü işlərini və pilləkən qəfəsi firma (cavabdeh) tərəfindən icra olunmayıb. Bundan başqa, işləri layiqincə icra edə bilmək üçün dəfələrlə təsdiq olunmuş layihəni tələb etsə də, həmin layihə verilməmişdir. Bu səbəblə hər dəfə icra etdikləri işlərə digər podratçı firmalar tərəfindən zərər verilib, konstruksiyası dəyişdirilib, öz işlərini görüblər. Məsələn, alcıpan tavan işini gördükdən sonra havalandırma və mexanika podratçıları gəlib düzəltdikləri işlərə zərər verib öz işlərini gördülər. Bu barədə dəfələrlə sifarişçiyə məlumat vermiş və layihəni tələb etsə də, layihə verilmədi. Həmin işlərə indi sifarişçi qüsurludur deyir. Həmin işləri qəbul edib, pulunu da ödəmişlər. Əgər qüsurlu idisə, niyə qəbul və ödəniş ödəyirdi. Məhz məhkəmənin təyin etdiyi ekspertiza nəticəsində verilmiş xx.xx.2023cü il tarixli rəydə də deyilir ki, layihə tələb olunsa da, iddiaçı layihəni təqdim etmədi. Rəydə 1-ci qüsur kimi deyilən məsələ ilə bağlı bildirir ki, binanın mərtəbə səviyyəsində boşluqlar kərpicdən olan öz yükünü daşıyan arakəsmə divarlarının əksəriyyəti (müxtəlif təyinatlı otaqlar və əsasən də sanitar qovşaqlarında) öz şaquli vəziyyətində hörülməmişdir. Həmin divarları onlar hörməmişlər. Əvvəlki firma hörüb. Məsuliyyəti onlara aid deyildir. Həmin divarları hörmədikləri üçün onlarla bağlı əmələ gəlmiş 2-ci qüsurdan da məsul deyildir. Həmin əyri yerləri alcıpan ilə bağlamış və alcıpan ilə bağlamadan əvvəl bunu sifarişçiyə (iddiaçıya) demiş, o da qəbul etmişdir. Belə ki, əgər alcıpan ilə bağlamasa idi, divar ya əyri olacaq, yaxud çox qalın sıvaq gedəcək, bu da çatlamaya səbəb olacaqdı. Yaxud da divar sökülməli, yenidən tikməli idi. Buna da sifarişçi razı olmadı. Hər otaqda havalandırma borularının səviyyəsi fərqli olduğu üçün otaqlarda eyni səviyyədə alcıpan tavanını formalaşdırmaq üçün bəzi otaqlarda tavanı həddən artıq aşağı endirməli olacaqdı. Bunu sifarişçiyə və layihənin memarına bildirdi və onun razılığı ilə hər otaqda havalandırma borsuna görə tavanı formalaşdırdı. Bu səbəblə həmin səviyyə fərqi əmələ gəlib. Yəni buna sifarişci öncədən razı olmuşdur. Bunu şahid ifadələri və votsap yazışmaları sübut edir. Binanın bütün kanalizasiya boruları zirzəmidə ana boruya birləşərək çölə çıxmalı idi. Bu boruları onlar düzəltmədi, öncədən hazırlanmışdır. Çölə çıxan borunun da üst səviyyəsi nəzərə alınaraq sifarişci və layihə memarı ilə razılaşaraq beton tökdülər. Bu səbəblə betonun dərinlik (qalınlıq) səviyyəsi fərqli oldu. Belə ki, çölə cıxan boruya suyun axa bilməsi üçün uklon verilmişdi. Borunun uklon verilməsi işini və borunun döşənməsini onlar etməmişlər. Onlar təkcə betonu tökdülər. Lazım olsa, oranı qazıb göstərmək olar. Yəni zirzəmi və mərtəbələr arasındakı beton qatının qalın olmasının səbəbi zirzəmidən həmin uklon verilmiş kanalizasiya borusunun keçməsi olub. Bunu özəl rəyi verən mütəxəssislər görmədiyi üçün qalınlıq olduğunu bildirdirlər. Bunu sifarişçiyə və layihə müdirinə dedilər. Onların razılığı ilə bu iş görülüb və təhvil verilib. Orada başqa çarə də yox idi. Bunu qüsur hesab etmək doğru deyil. Oradan çıxarılandan sonra başqa briqada gətirilərək, həmin kafellər vurulub. Bu səbəblə həmin məsuliyyət onlara aid deyil. Vurduqları kafeller düz idi və onları təhvil alıb pulu ödəyiblər. Rəydə 6-ci qüsur kimi deyilən xaotik şəklin nə olduğunu başa düşmədilər. Oranı təhvil verib, pulu aldılar. Layihə memarı işi təhvil aldı. Votsap mesajları var. Bundan sonra nə baş verdiyini bilmirlər. Həmin xaotizim nədirsə, onu izah etsinlər, gedib düzəltməyə hazırdırlar. Rəydə 7-ci qüsur kimi deyiləni kim elədiyini bilmirlər. Orada palçıq onlardan sonra qarışdırılmış ola bilər. Bunu qəbul etmək mümkün deyil. Bunu təmizləmək də çətin bir məsələ deyil. Pilləkən qəfəsini düzəltmədikləri üçün bundan məsul deyillər. Pilləkən qəfəsini kim düzəldibsə, ondan soruşmaq lazımdır ki, tapdaq altlar niyə başqa ölçüdədir. Onlardan xahiş olundu ki, həmin ölçüləri alcipanla eyni səviyyəyə gətirsinlər. Onlar da pul almadan bunu etdilər. İndi pilləkən ölçülərindən məsul olmalı deyillər. Bütün rəydə olan bu təzadlı məqamları diqqətə alaraq rəyin sübut kimi nəzərə alınmamasını xahiş edir. İddiaçının xx.xx.2023-cü il tarixli Məhkəmə Ekspertizası rəyindən qeyd edilən məsələlər üzrə bildirir ki, layihə təqdim edilmədiyi üçün, işərin həcmini müəyyən etmək mümkün olmadı. Yəni cavabdeh hər hansı bir layihəni nə onlara, nə də ekspertə təqdim etməyib. Belə olan halda işin layihəyə uyğun icra edilmədiyini iddia etməsi qəbul edilən deyil. İddiaçı heç kimə məlumat vermədən gördüyü iddia edilən işləri sökmüş, yerinə başqa işlər icra etmişdir. Gördüyü işləri iddiaçı qəbul edib və pulunu ödəyib. İddiaçının özəl mütəxəssis rəyinə istinad edərək qüsur kimi göstərdiyi məsələlərin əksəriyyəti ona aid olmadığı kimi, ona aid olanları da iddiaçı ilə razılaşdırılaraq onun dediyi formada icra etmişlər. Belə olan halda onların gördüyü işlərin qüsurlu olduğunun iddia olunması absurddur, qəbul edilməzdir. xx.xx.2023-cü il tarixdə cavabdeh ekspert və "xxxx" MMC-nin vəkili ilə birlikdə "xxxx" MMC-nin iddia ərizəsində bildirdiyi qüsurları yerində təsbit etmək üçün inşaat sahəsinə getmişlər. Girişdə qarşılayan baş mühəndis dedi ki o, 1 il 6 aydır ki, bu inşaatda çalışır və biz bütün görülən işləri söküb yenidən görmüşlər. Bu səbəbdən "xxxx" MMC-nin binasına tam olaraq baxış keçirə bilmədilər. Bu durum aşağıdakı sualları meydana gətirir: bu qədər böyük miqdarda pul tələb edən "xxxx" MMC nə üçün 1 il 6 ay gözləyib, işi təhvil alıb ödənişi ödəyəndən sonra həmin işi başqasına verib, bu yeni şəxs görülmüş işləri sökərkən niyə onlara xəbər verməyib, niyə həmin işləri sökəndən sonra məhkəməyə iddia ərizəsi verib. İşləri madəm qüsurlu idi, nə üçün 2 il əvvəl bunu sübut etmək mümkün olduğu halda, həmin vaxt təhvil alıb və indi məhkəməyə müraciət edib. Bütün bunlar iddiaçının mülki hüquqlardan sui-istifadə edərək hərəkət etdiyini sübut edir. "xxxx" MMC müxtəlif tarixlərdə 4 dəfə müqaviləni yeniləyib. Madam işlər qüsurlu idi, nə üçün 4 dəfə müqavilə yeniləyib. Görülmüş bütün işlər "xxxx" MMC-nin nümayəndəsinin gündəlik nəzarəti altında olurdu, onlar ilə razılaşdırmadan heç bir iş görülmürdü. Madam işləri qüsurlu idi, həmin nümayəndələr niyə onlara hər hansı rəsmi və ya qeyri-rəsmi irad bildirmədi. Əksinə, işi təhvil alıb, ödəniş edildi. Belə ki, 15-20 gündən bir ödənişlər edilirdi. Madam iş qüsurlu idi, nə üçün ödəniş edilirdi. İnşaat sahəsinə hər gün layihə memarları gəlir və işlərə baxırdılar. Bundan başqa, hər ödəniş ödəniləndən sonra işin sahibi İsmayıl Məmmədov və Şahin Kərimov gəlib görülən işləri təkrar yoxlayırdı və qəbul edirdi. Buna orada çalışan işçilər də şahiddir. Bu da mühüm məsələdir ki, "xxxx" MMC nə üçün onlara xəbər vermədən FHN (özəl) mütəxssislərini dəvət edib, işdə qüsur axtarıblar. Qeyd edildiyi kimi, həmin qüsur kimi deyilən işlərin əksəriyyətini onlar görməmiş, başqa firma görüb. Həmin işlərin bəzilərini iddiaçı ilə razılaşdırılaraq düzəltməyə çalışdılar. Sonra da gördüyü işləri təhvil alıb ödəniş ödəyib, onlar ordan gedəndən sonra işlərində qüsurlu olduğunu bildirib. Bu, qəbul edilməzdir. xx.xx.2023-cü il tarixli özəl mütəxəssis rəyində həm də məntiqə sığmayan miqdarda alcıpan (2796 m2 təxminən 1000 ədəd), 33450 kq şpoklofkanın (təxminən 1700 torba), 23375 kq metlax yapıştırıcı (təxminən 1560 torba) və bir çox məntiqə sığmayan inşaat materialı sərf olunduğu yazılır ki, bu da, qəbul edilməzdir, həmin mütəxəssis rəyinin subyektiv olaraq iddiaçının tələbləri əsasında hazırlandığını sübut edir.
6. xx.xx.2024-cü il tarixli etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyətinin podrat müqaviləsi üzrə tikinti-təmir işini layiqincə icra etmədiyi üçün ödəmiş olduğu pulu geri qaytarılmasını tələb etdiyi kimi, cavabdeh Hasan Ataşkayadan da zamin olduğu öhdəliyi icra etməsini tələb edir. Belə ki, iddiaçı xahiş edir ki, xidmət və podrat müqavilələrinə görə cavabdehlər “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyətindən və (zamin) Cavabdeh2 244792 (iki yüz qırx dörd min yeddi yüz yetmiş iki) manat pul vəsaitinin, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə cavabdeh “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyətindən 10000 (on min) manat pul vəsaitinin, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 (dörd yüz) manat, 113,07 manat dövlət rüsumunun, hüquqi xidmətə görə 300 (üç yüz) manat haqqın tutularaq, İddiaçınə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. “X13 Hovuz and Spa” MMC iddianı qəbul etməməklə yanaşı zamin Hasan Ataşkaya ona qarşı olan tələb üzrə zaminlik müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir. Belə ki, iddiaçı işə iki zaminlik müqavləsi təqdim edib. Birincisi, xx.xx.2021-ci il tarixli olub, 30000 manat dəyərində ifadə olunur, ikincisi isə xx.xx.2021-ci il tarixli olub 200000 manat məbləğində ifadə olunur. Hər iki müqavilənin məzmunu eyni olub, 1.1-ci bədində deyilir ki, hazırkı zaminlik müqaviləsi kreditor ("xxxx" MMC) ilə borclu (“X13 Hovuz and Spa” MMC) arasında xx.xx.2021-ci il tarixli 01 saylı müqavilənin, eləcə də həmin müqaviləyə 1 və 2 saylı əlavə razılaşmaların tam məbləği, hər bir halda 200000 (xx.xx.2021-ci il tarixlidə 30000) manatdan artıq olmamaqla, dəyə biləcək zərər və cərimə tələbi üzrə borclunun öhdəliklərinin icrasını təmin etməsi üçün bağlanır. Buradan göründüyü kimi, zamin, "xxxx" MMC (hüquqi varisi olduğu "xxxx" MMC) ilə Kaya MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinə və həmin müqavilənin 1 və 2 saylı əlavələri üzrə “X13 Hovuz and Spa” MMC-yə zamin olub. İddiaçı "xxxx" MMC isə bu məhkəmə işi üzrə öz iddia tələbini “X13 Hovuz and Spa” MMC-yə qarşı xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ilə əsaslandırır. Məlum olduğu kimi, zamin “X13 Hovuz and Spa” MMC-nin xx.xx.2021-ci il tarixli podrat müqaviləsi və həmin müqavilənin 1 v 2 saylı əlavələri üzrə öhdəliyinə zamin olmayıb. Belə olan halda zaminin zaminlik müqavilələri üzrə iddiaçıya qarşı öhdəliyi yaranmayıb. Çünki iddiaçı iddia edir ki, borclu “X13 Hovuz and Spa” MMC podrat müqaviləsi üzrə öhdəliyini pozub, ona sifariş verilmiş işi layiqincə icra etməyib, icra edilmiş işdə qüsurlar var. İddiaçının bildirdiyi həmin tələbin xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi ilə heç bir əlaqəsi yoxdur. Məhz xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinə görə “X13 Hovuz and Spa” MMC-nin öhdəliyi bina inşa edib, və ya təmir edib təhvil vermək olmayıb, tikintiyə nəzarət olub. Buradan göründüyü kimi, qeyd edilən xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi və onun əlavələri üzrə borclu “X13 Hovuz and Spa” MMC-nin, "xxxx" MMC üçün hər hansı bir binanın tikib və ya təmir edib təhvil vermə öhdəliyi yoxdur. Digər tərəfdən "xxxx" MMC bu iddia tələbi ilə “X13 Hovuz and Spa” MMC-dən xx.xx.2023-cü il tarixli podrat müqaviləsi üzrə tikdiyi, təmir etdiyi binanın müqavilə üzrə razılaşdırılmış tələblərə cavab vermədiyi üçün ödədiyi pulu geri istəyir. Belə olan halda zamin Hasan Ataşkayanın cavabdeh “X13 Hovuz and Spa” MMC-nin xx.xx.2023-cü il tarixli podrat müqaviləsi üzrə öhdəliyinə də zamin olduğunu qəbul etmək Mülki Məcəllənin zaminlik ilə bağlı imperativ tələblərinə ziddir. Belə ki, MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə görə, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Göründüyü kimi, Hasan Aataşkaya ilə "xxxx" MMC arasında Hasan Ataşkayanın "xxxx" MMC ilə “X13 Hovuz and Spa” MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış podrat müqaviləsi üzrə “X13 Hovuz and Spa” MMC-nin ödəliklərinə də zamin olduğuna dair yazılı bir müqavilə mövcud deyildir.
7. Cavabdehlərin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddianı qəbul etməməklə birlikdə, zamin Hasan Ataşkaya ona qarşı olan tələb üzrə iddia müddətinin də tətbiq edilməsini xahiş edir. Belə ki, MM-nin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən 2 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məlum olduğu kimi, zaminlik müqaviləsi xx.xx.2022-ci il tarixində bağlanıb. İddiaçı isə məhkəməyə xx.xx.2023cü il tarixində müraciət edib. Göründüyü kimi, iddiaçı zaminə qarşı iddianı MM-nin 477.0.4cü maddəsində nəzərdə tutulan müddəti ötürəndən sonra verib. Bu səbəblə iddiaçının iddia tələbi üzrə iddia müddəti ötürdüyü üçün də zaminə qarşı iddia rədd olunmalıdır. MMnin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bütün bunlar əsasında iddiaçının cavabdeh zamin Hasan Ataşkayaya qarşı irəli sürdüyü iddia tələbinə iddia müddətinin şamil edilməsini və iddia müddəti ötdüyü üçün də iddiaçının həmin iddia tələbinin rədd olunmasını xahiş edir.
8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
9. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında etiraz ərizələrində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, İddiaçı MMC-də layihəçi olmuşdur. Hasan bəyi Radius layihəsində tanımışdır. Mübahisədən məlumatı vardır. Hasan bəyin gördüyü işlər sonradan bütünlüklə sökülmüşdür. Sökülmənin səbəbi işlərdə keyfiyyətin olmaması, yəni divarlarda əyriliyin olması, kafelin düzgün vurulmaması, tavanın səviyyəsinin düzgün olmaması ilə əlaqədardır. İş görülən zaman iradlar Hasan bəyə bildirilirdi. İradlar bildirilən zaman Hasan bəy cavabında inşaat prosesində belə hadisələrin olduğunu deyirdi, lakin sonda hər şeyin düzəldiləcəyini və ideal olacağını bildirirdi. Ümumiyyətlə inşaat gedişində Hasan bəy və ya işçiləri tərəfindən layihənin olmaması ilə əlaqədar hər hansı bir irad və yaxud narazıçılıq olmamışdır. Ümumi votsap qrupu var idi. Həmin qrupu kimin yaratdığını xatırlamır. Hər hansı bir sual yaranan zaman orada yazılır və anında cavablandırılırdı. Hər hansı bir yerin işlənilməsi ilə əlaqədar layihələr göndərilirdi. Layihə olmasa, hər hansı bir iş görülə bilməzdi. Layihədə Fövqəladə Hallar Nazirliyinin möhürü olur. Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət İdarəsinin möhürü inşaat işləri ilə əlaqədar layihələrə möhürü vurulur. Təmir və dizayn işləri ilə əlaqədar layihələrdə isə Fövqəladə Hallar Nazirliyinin möhürü olmur. Çünki dizayn və təmir işlərinə Fövqəladə Hallar Nazirliyi nəzarət etmir. İşlərdə olan iradları təkcə Hasan bəyə deyil, həm də işi gördürən Şahin bəyə də məlumat verirdi. Cavabdeh şirkətlə hər hansı bir əlaqəsi olmamış, ancaq bu layihədə tanımışdır. İşləri layihə olmadan görmək mümkün ola bilər.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, İddiaçı MMC-yə məxsus obyektin prorabıdır. İki il bundan qabaq mübahisəsi olan yanlışlıqlarla əlaqədar onu sözügedən obyektə çağırmışdılar. Ondan obyektdə olan inşaat zamanı yaranan səhvlikləri düzəltməyini istədilər. Ora gedən zaman Hasan bəylə görüşdü və iradları bildirdi. Lakin Hasan bəy heç bir qüsuru boynuna almadı. Hal-hazırda həmin obyekt işləyir. Demək olar ki, 99% görülən işlər sökülmüş və yenidən işlənilir. Bir gün ancaq Hasan bəylə görüşdü, iradları bildirdi və daha sonra Hasan bəyi görmədi. Sökülən zaman istifadə edilmiş materiallar yenidən yararlı olmadı. Sökülmüş materialları istifadə etmək mümkün olmadı. Bütün materiallar zibilə atıldı. Hasan bəy tərəfindən görülən işlərdən sökülmüş 99% işdən 1% saxlanıldı. Misal olaraq, zirzəmidəki metlak işləri. Bütün görülmüş işlərdə qüsurlar var idi. Heç bir şey düzgün deyildi. Bir sözlə, görülmüş işlər bərbad idi. İnşaatdan anlayışı olmayan insanlar demək olar ki, o obyektdə işləmişdir. 1995-ci ildən inşaatda işləyə-işləyə bu işi öyrənmişdir. Onu ora işə götürən adam Hasan bəy tərəfindən görülmüş qüsurlu işlərin bərpa edilməsini bildirdi. Görülən işlərin demək olar ki 99%-i düzəldilməsi mümkün olmadığından sökülməsi gərək oldu. Ona layihə verildi. Layihəsiz hər hansı bir iş görmək mümkün deyil. Təqdim edilmiş layihədə möhür var idi. O gəldikdən sonra həmin obyektə baxış keçirdi və ondan sonra görülmüş işlərdə qüsurların olduğunu aşkar etdi.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, İddiaçı MMC-yə məxsus obyektdə mühafizəçi işləyir. Hasan bəyin vaxtında görülən təmir işləri demək olar ki, hamısı söküldü. Hasan bəyə qüsurlar barədə iradlar bildirilmişdi. Hasan bəy qüsurların aradan qaldıracağını bildirsə də, heç bir qüsur aradan qaldırılmamışdı. Şahin bəy həmin obyekti təhvil aldı və hazırda həmin obyektdə işləyir. Hasan bəy həmin obyektə gəlib gedirdi, görülən işlərə baxırdı. Lakin hazırkı iş görən Şahin bəy səhərdən axşama kimi orada olur və tam nəzarət edir. Sökülən malların, materialların hamısı zibilliyə atıldı. Video görüntülərdə vardır. Tavanın ölçülərində fərqlər var idi, metlaklar əyri idi, kafellər düzgün vurulmamışdı. Ən birinci olaraq problem zirzəminin kafelinin düzgün vurulmamasından başladı. Daha sonra görülən digər işlərdə qüsurların aşkar edilməsindən sonra problem yarandı. Hasan bəy ancaq zirzəminin kafelini işləyib. Betonu tökməyib oraya. Rəhbərlikdən tapşırıq verildi ki, Hasan bəy həmin obyektə gəlməsin. Hasan bəyin özünə də bildirilmişdi.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, 20 ildən çoxdur ki Hasan bəyin yanında işləyir. Hasan bəyə bildirmişdi ki, əgər iş olarsa, məlumat versin. İlk öncə İddiaçı MMC-yə məxsus obyektdə ona işləmək üçün 100 m2 yer verildi. Daha sonra o, həmin yerdə kafel və metlak işlərini gördükdən sonra oranın müdiri İsmayıl bəy adında şəxs gəlib, onun işinə baxdı və bəyəndi. Bundan sonra həmin obyektin kafel və metlak işlərini ona həvalə etdilər. Orada işləyən zaman 15 gün işlədikdən sonra İsmayıl bəy gəlib baxırdı, təhvil-təslim edildikdən 2-3 gün sonra ödənişlər edilirdi. Son vaxtlarda ödənişlərdə gecikmələr olurdu. İşin sonuna 15-20 gün qalmış onu oradan çıxartdılar. Səbəbin soruşduqda görülən işlərdə nöqsanların olduğu bildirildi. Nöqsanların nədən ibarət olduğunu soruşduqda onun işində nöqsanlar tapılmadıqda, nöqsanın malyarın işində olduğu bildirildi. Ümumiyyətlə, hər hansı bir işə başlanılanda layihlər təqdim olunur və o layihəyə uyğun olaraq iş görülür. Ancaq sözügedən obyektdə layihə təqdim edilməmiş, yalnız hissə-hissə çertyojlar verilirdi ki, müəyyən hissələri işləsinlər. İlk 5 ay ödənişlərdə hər hansı bir problem olmamışdır. Hər 15 gündən bir işi görüb təhvil verirdi, görülmüş işlər yoxlanıldıqdan sonra ödənişlər edilirdi. Hasan bəy işi təhvil almırdı, sadəcə işlərə nəzarət edirdi. İşi təhvil alan şəxslər İsmayıl bəy və Şahin bəy olmuşdur. Hasan bəylə aralarında əmək müqaviləsi bağlanılırdı. İddiaçı MMC-yə məxsus obyektdə işləyən zaman Hasan bəyə məxsus şirkətin işçisi kimi işləyirdi. O, gördüyü işə arxayındır. Gördüyü iş kafel və metlak işidir. Həmin işlərdə heç bir problem ola bilməz. Gördüyü işdə hər hansı bir qüsur olmamışdır.
15. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində "xxxx" MMC (hazırkı İddiaçı MMC) ilə “X13 Hovuz and Spa” MMC arasında xx.xx.2021-ci tarixli, 01 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin Bakı şəhəri, Nizami rayonu, X17 küçəsi, 8 ünvanında yerləşən, öz xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində (sonrakı mətndə “inşaat sahəsi”) inşa etdiyi qeyri-yaşayış binalarında aşağıda sadalananlarla məhdudlaşmayan xidmətləri göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətini bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə xidmət haqqı 2500 (iki min beş yüz) manat məbləğində müəyyən olunur. Xidmət haqqına ƏDV daxildir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən nəzarət etdiyi podratçıların gördüyü işləri təhviltəslim aktı əsasında qəbul etdikdən sonrakı 10 (on) il ərzində həmin işlərin keyfiyyətində çatışmazlıq aşkar olunduqda sifarişçiyə dəymiş maddi zərərə görə icraçı podratçılarla birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilənin icra müddəti inşaat bitənə qədər, lakin hər bir halda xx.xx.2022-ci il tarixinə qədər davam edir.
16. Sifarişçi qismində İddiaçı MMC ilə podratçı qismində “X13 Hovuz and Spa” MMC arasında xx.xx.2021-ci tarixli, P-01 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən podratçı sifarişçinin Bakı şəhəri, Nizami rayonu, X17 küçəsində yerləşən, öz xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyi layihəsi üzrə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyən edilmiş işləri görüb (bundan sonra “işlər” adlandırılacaq) sifarişçiyə təhvil verməyi, sifarişçi isə bu işləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra “işlərin haqqı” adlandırılacaq) podratçıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən əlavə razılaşma işlərin və malların haqqını, təsvirini, miqdarını, ölçü vahidini, qiymətini və sairə məlumatları özündə əks etdirir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin şərtləri ilə ona əlavə edilmiş əlavə razılaşmaların şərtləri arasında ziddiyyət yarandıqda əlavə razılaşmaların şərtləri üstün tutulur. Bu müqaviləyə əlavə razılaşmaların şərtləri arasında ziddiyyət yarandıqda sonuncu imzalanmış əlavə razılaşmanın şərtləri üstün tutulur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə işlərin haqqı əlavə razılaşmada qeyd edilmişdir. Qiymətlərə ƏDV daxil deyil. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən podratçının bankında ödənilən bank haqları və komissiyaları podratçı tərəfindən ödənilir. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən işləri hazırkı müqavilənin şərt və müddəalarına müvafiq olaraq qüsursuz yerinə yetirmək və hər iki tərəfin təsdiq etdiyi tǝhvil-tǝslim aktı ilə sifarişçiyə təhvil vermək podratçının vəzifəsidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən podratçı bununla bəyan edir və zəmanət verir ki, bu müqavilə üzrə icra edilən işlər bu müqavilədə müəyyən edilmiş xüsusiyyətlərə uyğun, yararlı, keyfiyyətlə icra ediləcək və qüsursuz olacaq. İşlərin keyfiyyətsiz və ya qüsurlu icra edilməsi nəticəsində sifarişçiyə dəyən zərəri podratçı tam ödəməlidir və buna 10 (on il) müddətinə zəmanət verir.
17. “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci tarixli, 01 saylı müqaviləyə 1 saylı əlavə razılaşma imzalanmışdır. Razılaşmanın 3-cü bəndinə əsasən müqavilənin 2.1-ci bəndi dəyişdirilmiş və həmin bəndə aşağıdakı redaksiya verilmişdir: hazırkı müqavilə üzrə xidmət haqqı 01 Oktyabr 2021-ci il tarixindən etibarən 26000 (iyirmi altı min) manat məbləğində müəyyən olunur və aşağıdakı qrafik əsasında ödənilir: 15 oktyabr 2021-ci il tarixində 10000 (on min) manat - avans. 15 noyabr 2021-ci il tarixində 2000 (iki min) manat. 15 dekabr 2021-ci il tarixində 2000 (iki min) manat. 15 yanvar 2022-ci il tarixində 2000 (iki min) manat. 15 fevral 2021-ci il tarixində və ya müqavilə üzrə öhdəliklər tam icra olunduğu digər tarixdə 10000 (on min) manat - yekun məbləğ. Razılaşmanın 4-cü bəndinə əsasən müqaviləyə yeni 2.5-cü bənd əlavə edilmişdir: bu müqavilə üzrə işlər 15 mart 2022-ci il tarixinə qədər tamamlanmadıqda sonuncu ödəniş işlər yekunlaşana qədər dayandırılır. Razılaşmanın 5ci bəndinə əsasən müqaviləyə yeni 4.3-cü bənd əlavə edilmişdir: bu müqavilə üzrə işlər 15 fevral 2022-ci il tarixinə qədər yekunlaşmadıqda hər gecikmiş ay üçün icraçı sifarişçiyə 1000 (bir min) manat məbləğincə cərimə ödəməlidir. Müqavilənin icrası icraçının təqsirinə görə gecikdikdə sifarişçinin hüququ çatır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin və dəymiş zərəri tələb etsin.
18. “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə xx.xx.2021-ci tarixli, 01 saylı müqaviləyə 2 saylı əlavə razılaşma imzalanmışdır. Razılaşmanın 3-cü bəndinə əsasən müqavilənin əvvəlki şərtlərində təsbit olunmuş sifarişçinin pul öhdəlikləri tam icra olunmuş, lakin icraçının öhdəlikləri tam icra olunmamışdır. Buna baxmayaraq, sifarişçi xoş məram və anlayış göstərərək müqavilədə müəyyən olunan sanksiyaların tətbiq olunmasını tələb etmir və icraçıya öhdəliklərini icra etmək üçün əlavə vaxt və ödəniş etməyə qərar verir. Bu səbəbdən də tərəflər razılaşırlar ki, icraçının öhdəliklərinin icrası üçün xx.xx.2022-ci il tarixinə qədər vaxt müəyyən olunsun və icraçıya aşağıda müəyyən olunmuş əlavə ödənişlər edilsin: 15 mart 2022-ci il tarixində 4000 (dörd min) manat. 15 aprel 2022-ci il tarixində 3000 (üç min) manat. 15 may 2022-ci il tarixində 3000 (üç min) manat. 15 iyun 2022-ci il tarixində 2000 (dörd min) manat - yekun məbləğ. Razılaşmanın 4-cü bəndinə əsasən müqaviləyə yeni 2.5-cü bənd əlavə edilmişdir: bu müqavilə üzrə işlər 30 İyun 2022-ci il tarixinə qədər tamamlanmadıqda sonuncu ödəniş işlər yekunlaşana qədər dayandırılır. Razılaşmanın 5-ci bəndinə əsasən müqaviləyə yeni 4.3-cü bənd əlavə edilmişdir: bu müqavilə üzrə işlər 15 İyun 2022-ci il tarixinə qədər yekunlaşmadıqda hər gecikmiş ay üçün icraçı sifarişçiyə 1000 (bir min) manat məbləğincə cərimə ödəməlidir. Müqavilənin icrası icraçının təqsirinə görə gecikdikdə sifarişçinin hüququ çatır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin və dəymiş zərəri tələb etsin.
19. “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci tarixli, P-01 saylı müqaviləyə 1 saylı əlavə razılaşma imzalanmışdır. Razılaşmanın 3-cü bəndinə əsasən müqavilə üzrə işlərin qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: suvaq işləri 5 (beş) AZN, kərpic hörgü işi - 4 (dörd) AZN, hamarlayıcı beton (5-6 sm) - 7 (yeddi) AZN, hamarlayıcı beton (10 sm və yuxarı) - 10 (on) AZN, astar şpatlyovka işləri, üzlük şpatlyovka işləri və boya işləri - 11 (on bir) AZN, döşəmə metlaxları - 11 (on bir) AZN, divar kafelləri - 11 (on bir) AZN, alçipan asma tavan (sadə) - 7 (yeddi) AZN, alcipan asma tavan (fiqurlu) - 10 (on) AZN. Razılaşmanın 4-cü bəndinə əsasən bu əlavə razılaşmanın 3-cü bəndində qeyd olunmuş qiymətlər əsasında faktiki görülmüş işlərin haqqı hər ayın 30-cu gününə qədər icraçıya ödənilməlidir. Razılaşmanın 5-ci bəndinə əsasən müqavilə üzrə işlərin görülməsi üçün son müddət kimi 15 mart 2022-ci il müəyyən edilsin. Bu Müqavilə üzrə işlər 15 fevral 2022-ci il tarixinə qədər tamamlanmadıqda sonuncu ödəniş işlər yekunlaşana qədər dayandırılır. Razılaşmanın 6-cı bəndinə əsasən müqaviləyə yeni 4.3-cü bənd əlavə edilmişdir: bu müqavilə üzrə işlər 15 fevral 2022-ci il tarixinə qədər yekunlaşmadıqda hər gecikmiş ay üçün icraçı sifarişçiyə 1000 (bir min) manat məbləğində cərimə ödəməlidir.
20. Kreditor qismində İddiaçı MMC, zamin qismində X5 və borclu qismində “X13 Hovuz and Spa” MMC arasında xx.xx.2021-ci tarixli, 01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı zaminlik müqaviləsi kreditor ilǝ borclu arasında xx.xx.2021-ci il tarixli 01 saylı müqavilənin (sonradan “müqavilə”) tam məbləği, hər bir halda 30000 (otuz min) manatdan artıq olmamaqla dəyə biləcək zərər və cərimə tələbi üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi üçün bağlanılır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən hazırkı zaminlik müqaviləsi əsasında zamin bağlanmış müqavilə üzrə birgə məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə üzrə borclu öz öhdəliklərini tam icra etdikdən sonra kreditor zaminə qarşı hər hansı tələb irəli sürməyəcəyinə zəmanət verir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən müqavilə üzrə borclu öz öhdəliklərini tam icra etmədiyi təqdirdə zamin heç bir etiraz və mübahisə olmadan borclunun müqavilə üzrə öhdəliklərini onun əvəzinə tam icra edəcəyinə zəmanət verir.
21. Kreditor qismində İddiaçı MMC, zamin qismində X5 və borclu qismində “X13 Hovuz and Spa” MMC arasında xx.xx.2022-ci tarixli, 01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı zaminlik müqaviləsi kreditor ilǝ borclu arasında xx.xx.2021-ci il tarixli 01 saylı müqavilənin, eləcə də həmin müqaviləyə 1 və 2 saylı əlavə razılaşmalarının (sonradan “müqavilə”) tam məbləği, hər bir halda 200000 (iki yüz min) manatdan artıq olmamaqla dəyə biləcək zərər və cərimə tələbi üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi üçün bağlanılır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən hazırkı zaminlik müqaviləsi əsasında zamin kreditor və borclu arasında bağlanmış müqavilə üzrə birgə məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə üzrə borclu öz öhdəliklərini tam icra etdikdən sonra kreditor zaminə qarşı hər hansı tələb irəli sürməyəcəyinə zəmanət verir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən müqavilə üzrə borclu öz öhdəliklərini tam icra etmədiyi təqdirdə zamin heç bir etiraz və mübahisə olmadan borclunun müqavilə üzrə öhdəliklərini onun əvəzinə tam icra edəcəyinə zəmanət verir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən zaminliyin müddəti 5 (beş) il müəyyən olunur.
22. Borc verən qismində İddiaçı MMC ilə borclu qismində “X13 Hovuz and Spa” MMC arasında xx.xx.2022-ci tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu bu müqavilənin 2.2-ci bəndində göstərilmiş pul məbləğini (bundan sonra “borc” adlandırılacaq) bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən olunmuş şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borc verən öz növbəsində həmin borc məbləği tam həcmdə qaytarıldıqdan sonra borclu tərəfindən bu müqavilənin 2.1-ci bəndində göstərilmiş məbləğ ilə bağlı heç bir tələb və iddia irəli sürməyəcəyini təsdiq edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borclu bu müqaviləni imzalamaqla borc verənə aşağıda göstərilən borcunun olduğunu bǝyan, etiraf və təsdiq edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən nağd pul üzrə borc 10000 (on min) manat təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borclu bu müqaviləni imzalamaqla bəyan və tam təsdiq edir ki, aldığı və etiraf etdiyi borc məbləğini bu müqavilədə göstərilən müddət və şərtlərlə tam həcmdə, istisnasız və əskiksiz olaraq nəğd pul şəklində borc verənǝ qaytarılmasını təmin edəcəkdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bununla borclu borc verənə tam zəmanət verir ki, bu müqavilənin 2-ci maddəsində göstərilmiş borc məbləğinə görə özünə məxsus bütün daşınar və daşınmaz əmlakı ilə tam məsuliyyət daşıyır, lakin müqavilənin bu müddəası tərəflər arasında girov və ya ipoteka kimi başa düşülmür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən borclu bu müqavilə ilə etiraf etdiyi borcu 15 mart 2022-ci il tarixədək tam həcmdə borc verənə qaytarmasını öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən borcun vaxtından əvvəl qaytarılması qəbul edilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilənin 4.1-ci bəndində göstərilən tarix borcun qaytarılması üçün son müddətdir.
23. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, “X13 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 5000 manat ödəniş edilmişdir.
24. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 2500 manat ödəniş edilmişdir.
25. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 3999 manat ödəniş edilmişdir.
26. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 2500 manat ödəniş edilmişdir.
27. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 13920 manat ödəniş edilmişdir.
28. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 3145 manat ödəniş edilmişdir.
29. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 2500 manat ödəniş edilmişdir.
30. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 2500 manat ödəniş edilmişdir.
31. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 8617 manat ödəniş edilmişdir.
32. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 2500 manat ödəniş edilmişdir.
33. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 10000 manat ödəniş edilmişdir.
34. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 15967 manat ödəniş edilmişdir.
35. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 992 manat ödəniş edilmişdir.
36. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 2000 manat ödəniş edilmişdir.
37. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 2000 manat ödəniş edilmişdir.
38. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 14000 manat ödəniş edilmişdir.
39. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 2973 manat ödəniş edilmişdir.
40. xx.xx.2021-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 10000 manat ödəniş edilmişdir.
41. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, müqavilə öhdəliklərindən kənar, ustaların haqqını ödəmək məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 5037 manat ödəniş edilmişdir.
42. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, P- 01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 2500 manat ödəniş edilmişdir.
43. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, P- 01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 480 manat ödəniş edilmişdir.
44. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, P- 01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 674 manat ödəniş edilmişdir.
45. xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 1672,55 manat ödəniş edilmişdir.
46. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, P- 01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 2000 manat ödəniş edilmişdir.
47. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 4000 manat ödəniş edilmişdir.
48. xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 4000 manat ödəniş edilmişdir.
49. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 9808,10 manat ödəniş edilmişdir.
50. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, P- 01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 9808 manat ödəniş edilmişdir.
51. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 3000 manat ödəniş edilmişdir.
52. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 8913,25 manat ödəniş edilmişdir.
53. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 4000 manat ödəniş edilmişdir.
54. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 6359,32 manat ödəniş edilmişdir.
55. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 1062,50 manat ödəniş edilmişdir.
56. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 3000 manat ödəniş edilmişdir.
57. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 3500 manat ödəniş edilmişdir.
58. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 4965,59 manat ödəniş edilmişdir.
59. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 5000 manat ödəniş edilmişdir.
60. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 19465,32 manat ödəniş edilmişdir.
61. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 736 manat ödəniş edilmişdir.
62. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 2000 manat ödəniş edilmişdir.
63. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X13 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X13 Hovuz and Spa” MMC-yə 10000 manat ödəniş edilmişdir.
64. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun ünvan 2 ünvanda yerləşən İddiaçı MMC-yə məxsus qeyriyaşayış obyektinin ofis binasında aparılan təmir işlərinin vəziyyəti barəsində xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 nömrəli memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri , 3 nömrəli memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Tikintidə X3 Agentliyinin xx.xx.2022-ci il tarixli, 36/13196 nömrəli tapşırığına əsasən ünvan 2 ünvanda yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış obyektinin ofis binasına vizual baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış obyekti ofis binası, servis binası, anbar binası və yardımçı tikililərdən ibarət olmaqla, bir-birindən temperatur tikişi ilə ayrılmışdır. Binada halhazırda tamamlama işləri aparılır. Təmir işlərində yaranmış mübahisə ilə əlaqədar İddiaçı MMC-nin Tikintidə X3 Agentliyinə ünvanladığı müraciət məktubu ilə əlaqədar olaraq “ofis binasına” baxış keçirilmişdir. Ofis binası zirzəmili, 3 mərtəbəli olub, planda qabarit ölçüləri 45,0 x 24,0 metrdir. Binanın konstruktiv sxemi karkas qəbul edilmişdir. Damı yastı tipli olub, yumşaq materiallar ilə örtülmüşdür. Baxış zamanı binanın əsas yükdaşıyan konstruksiyalarında çat və deformasiyalar müşahidə edilmədi. Ofis binasında sifarişçinin istəyinə uyğun olaraq hörgü planları və pilləkən qəfəsləri təsdiq olunmuş layihədən fərqli olaraq yerinə yetirilmişdir. Ofis binasında hal-hazırda təmir işləri aparılır. Baxış zamanı ofis binasında aparılan təmir işləri ilə əlaqədar aşağıdakı qüsurlar müşahidə edildi: binanın mərtəbə səviyyələrində boşluqlu kərpicdən olan öz yükünü daşıyan arakəsmə divarların əksəriyyəti (müxtəlif təyinatlı otaqlarda ve əsasəndə sanitar qovşaqlarında) - öz şaquli vəziyyətində hörülməmişdir; arakəsmə divarları düzgün (öz şaquli vəziyyətində) hörülmədiyindən suvaq işləri başlamamışdan öncə divarlar müxtəlif sayda alçipan (bir neçə alçipan) ilə düzləşdirilmiş, sonradan suvaq işləri görülmüşdür; binanın bütün mərtəbələri üzrə falçipandan olan tavan hissəsi düzgün quraşdırılmamışdır. Belə ki, otaqların hamısında döşəmədən tavana qədər olan məsafələrdə 1-2 sm səviyyə fərqi vardır; ofis binasının zirzəmi mərtəbəsi ilə servis binasının döşəməsində (0.00 sǝv) 25,5 sm səviyyə fərqi vardır. Belə ki, ofis binasının zirzəmi mərtəbəsində təqribən 22+23 sm beton döşəmə qatı tökülmüş, üzərində isə metlax tavacıqlar quraşdırılmışdır. Beton hazırlıq qatının artıq tökülməsi nəticəsində mərtəbə hündürlüyü layihədən fərqli olaraq azalmışdır. Binanın sanitar qovşaqlarında divarlara kafeller əyri vurulduğundan tikişlər birbiri ilə uzlaşmır, kafellerin divara öz şaquli vəziyyətindən əyri vurulduğu aydın seçilir; zirzəmi mərtəbəsində döşəməyə vurulmuş metlax tavacıqların tikişləri arasına çəkilmiş dolğu materialı xaotik şəkildə yerinə yetirilmişdir. Zirzəmidə yeni vurulmuş metlax tavacıqların üzərində palçıq məhlulları qarışdırıldığından daxili bəzək elementləri yararsız vəziyyətə düşmüşdür; binanın pilləkən qəfəsinin tapdaq altı hissələrinin eni müxtəlif ölçüdədir. Fərqini aradan qaldırmaq üçün müxtəlif sayda alçipan materialı ilə tapdaqaltının kəllə (yan) hissələri üzlənmişdir. Yuxarıda qeyd olunan qüsurların aradan qaldırılması üçün aşağıda qeyd olunan tədbirlərin yerinə yetirilməsi məqsədəuyğun hesab edilir: 1. binanın bütün mərtəbələri səviyyəsində alçipandan olan tavan hissəsi sökülməli və yenidən quraşdırılmalı; 2. binanın sanitar qovşaqlarında olan kafel ve metlax tavacıqlar sökülərək yenidən vurulmalı; 3. mərtəbələr səviyyəsində öz yükünü daşıyan divarların əyri hissələri düzləşdirilməli; ofis binasının zirzəmi mərtəbəsindəki beton döşəmə qatı sökülərək layihə vəziyyətinə qaytarılmalı; 5. pilləkənlərin tapdaqaltı hissəsinin kəllə (yan ) hissələrinə vurulmuş alcipanlar sökülməli, fərq yaranmış hissələr suvaq qatı ilə düzləşdirilməlidir. 6. Ümumi sahələrdə yerə vurulmuş metlax tavacıqların dolğu məhlulları xüsusi kimyəvi maddələr ilə təmizlənməli, yaxud yenidən yeni metlaxlar vurulmalı.
65. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktında qeyd edilmişdir ki, "Radius Azerbaijan” MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış kompleksinin "ofis binası" hissəsində “X13 Hovuz and Spa" MMC tərəfindən aparılmış qüsurlu təmir işləri nəticəsində itkiyə getmiş tikinti materiallarına baxış keçirildi və “X13 Hovuz and Spa" MMC tərəfindən təmir-tikinti işlərinin qeyri-peşəkar icrası nəticəsindǝ tikinti materiallarının yararsız hala düşərək itkiyə getməsi müəyyən olundu.
66. xx.xx.2023-cü il tarixli tələbin güzəşti haqqında müqaviləyə əsasən bir tərəfdən sonradan “əvvəlki kreditor” adlandırılan Azərbaycan Respublikasının vətəndaşı X4 (FİN: 2D315QN), digər tərəfdən sonradan “yeni kreditor” adlandırılan Azərbaycan Respublikasında qeydiyyatda olan İddiaçı (VÖEN: **********) bu müqaviləni bağlamaqla aşağıdakılar barədə razılığa gəlirlər: əvvəlki kreditor “X13 Hovuz and Spa" MMC (sonrakı mətndə “borclu”) ilə yeni kreditor arasında xx.xx.2021-ci il tarixli 01 saylı xidmət müqaviləsi və xx.xx.2021-ci il tarixli P-01 saylı podrat müqaviləsi üzrə 244792 (iki yüz qırx dörd min yeddi yüz doxsan iki) manat məbləğində pul vəsaiti ödəmişdir. Əvvəlki kreditor “X13 Hovuz and Spa" MMC (sonrakı mətndə “borclu”) ilə yeni kreditor arasında xx.xx.2021-ci il tarixli 01 saylı xidmət müqaviləsi və xx.xx.2021-ci il tarixli P-01 saylı podrat müqaviləsi üzrə 244792 (iki yüz qırx dörd min yeddi yüz doxsan iki) manat məbləğində pul vəsaiti ödəmişdir.
67. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6346 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı və “X13 Hovuz and Spa" MMC arasında imzalanmış 01 oktyabr 2021-ci il tarixli podrat müqaviləsində, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində görüləcək işlərə dair layihə-smeta sənədləri olmadığından, eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərdövlətsənayelayihə" DLİ-nin mütəxəssislər tərəfindən tərtib edilmiş mütəxəssis rəyində, tədqiq olunan qeyri-yaşayış sahəsində görülmüş təmir işlərinin həcminə dair hər hansı məlumat olmadığından, Bakı şəhəri, Nizami rayonu, X17 küçəsi, 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “X13 Hovuz and Spa” MMC tərəfindən görülmüş işlərin həcminin nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nizami rayonu, X17 küçəsi, 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “X13 Hovuz and Spa” MMC tərəfindən görülmüş işlər sökülərək yenidən təmir işləri aparıldığından, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində görülmüş işlərdə qüsurların olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərdövlətsənayelayihə" DLİ-nin mütəxəssislər tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyri-yaşayış sahəsində aparılmış təmir işlərində qüsurların olduğu qeyd olunmuşdur. Bakı şəhəri, Nizami rayonu, X17 küçəsi, 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “X13 Hovuz and Spa” MMC tərəfindən görülmüş işlər söküldüyündən qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı.
68. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3- 21/2-1989/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “X13 Hovuz and Spa” MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə lisenziyanın verilməsi ilə bağlı məlumat reyestrdə qeydə alınmamışdır.
Tətbiq edilən hüquq
69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 768.1-ci maddəsinə əsasən podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1-ci maddəsinə əsasən sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2-ci maddəsinə əsasən sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3-cü maddəsinə əsasən podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2-ci maddəsinə əsasən əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
71. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış podrat, xidmət, zaminlik və borcun etirafı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. 72.İşin faktiki hallarından göründüyü kimi, sifarişçi göstərilən ünvanında yerləşən obyektdə işlərin görülməsini icraçıya sifariş vermiş, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada qeyd edilən işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İşlər görülmüş və dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı işlərin qüsurlu görüldüyünü iddia etmişdir. Məhkəmənin qənaətinə əsasən işlərin qüsurlu olması şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6346 saylı ekspert rəyində qeyd olunur ki, İddiaçı və “X13 Hovuz and Spa" MMC arasında imzalanmış 01 oktyabr 2021-ci il tarixli podrat müqaviləsində iddiaçıya məxsus qeyriyaşayış sahəsində görüləcək işlərə dair layihə-smeta sənədləri olmadığından, eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərdövlətsənayelayihə" DLİ-nin mütəxəssislər tərəfindən tərtib edilmiş mütəxəssis rəyində, tədqiq olunan qeyri-yaşayış sahəsində görülmüş təmir işlərinin həcminə dair hər hansı məlumat olmadığından, Bakı şəhəri, Nizami rayonu, X17 küçəsi, 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “X13 Hovuz and Spa” MMC tərəfindən görülmüş işlərin həcminin nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda rəydən müəyyən olunur ki, qeyri-yaşayış sahəsində “X13 Hovuz and Spa” MMC tərəfindən görülmüş işlər sökülərək yenidən təmir işləri aparılmış, ona görə də cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində görülmüş işlərdə qüsurların olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərdövlətsənayelayihə" DLİ-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyri-yaşayış sahəsində aparılmış təmir işlərində qüsurların olduğu qeyd olunmuşdur. 73.Beləliklə, cavabdeh işi qüsurlu görmüş, nəticədə iddiaçıya zərər dəymişdir. Cavabdeh tərəfin etirazında qeyd edilir ki, əyri yerləri alcıpan ilə bağlamış və alcıpan ilə bağlamadan əvvəl bunu sifarişçiyə (iddiaçıya) demiş, o da qəbul etmişdir. Belə ki, əgər alcıpan ilə bağlamasa idi, divar ya əyri olacaq, yaxud çox qalın sıvaq gedəcək, bu da çatlamaya səbəb olacaqdı. Yaxud da divar sökülməli, yenidən tikilməli idi. Buna da sifarişçi razı olmadı. Hər otaqda havalandırma borularının səviyyəsi fərqli olduğu üçün otaqlarda eyni səviyyədə alcıpan tavanını formalaşdırmaq üçün bəzi otaqlarda tavanı həddən artıq aşağı endirməli olacaqdı. Bunu sifarişçiyə və layihənin memarına bildirdi və onun razılığı ilə hər otaqda havalandırma borsuna görə tavanı formalaşdırdı. Bu səbəblə həmin səviyyə fərqi əmələ gəlib. Yəni buna sifarişci öncədən razı olmuşdur və s. 74.Həmin halla bağlı qeyd olunmalıdır ki, göstərilən maddi hüquq normalarının məzmunundan da göründüyü kimi, əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçının müqavilədən imtina etmək və vurulan zərərin əvəzini ödəməyi tələb etmək hüququ olmuşdur. Ona göə də cavabdeh məhz iddiaçının göstərişini nəzərə alaraq qüsurlu iş görməsinə haqq qazandıra bilməz. 75.Tərəflər arasında bağlanmış xx.xx.2021-ci tarixli, 01 nömrəli müqavilənin 4.1-ci bəndinə əsasən nəzarət etdiyi podratçıların gördüyü işləri təhvil-təslim aktı əsasında qəbul etdikdən sonrakı 10 (on) il ərzində həmin işlərin keyfiyyətində çatışmazlıq aşkar olunduqda sifarişçiyə dəymiş maddi zərərə görə icraçı podratçılarla birgə məsuliyyət daşıyır. 76.Tərəflər arasında bağlanmış xx.xx.2021-ci tarixli, P-01 nömrəli podrat müqaviləsinin 3.2.1-ci bəndinə əsasən işləri hazırkı müqavilənin şərt və müddəalarına müvafiq olaraq qüsursuz yerinə yetirmək və hər iki tərəfin təsdiq etdiyi tǝhvil-tǝslim aktı ilə sifarişçiyə təhvil vermək podratçının vəzifəsidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən podratçı bununla bəyan edir və zəmanət verir ki, bu müqavilə üzrə icra edilən işlər bu müqavilədə müəyyən edilmiş xüsusiyyətlərə uyğun, yararlı, keyfiyyətlə icra ediləcək və qüsursuz olacaq. İşlərin keyfiyyətsiz və ya qüsurlu icra edilməsi nəticəsində sifarişçiyə dəyən zərəri podratçı tam ödəməlidir və buna 10 (on il) müddətinə zəmanət verir. 77.Podrat münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifarişçi muzd ödəməli, podratçı isə sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 78.Beləliklə, cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş, podratın nəticəsi qüsurlu olmuş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, görülmüş işlər sökülərək yenidən təmir işləri aparılmışdır. Ona görə də iddiaçı qüsurlu işlərə görə dəymiş zərər kimi, qüsurlu işlərə görə ödədiyi məbləğlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır.
79. İddia tələbinin bir hissəsini cavabdehlərdən 244792 manat pul vəsaitinin tutulması təşkil edir.
80. İş materiallarında olan kassa mədaxil orderləri və maliyyə arayışları ilə iddiaçı tərəfindən cavabdeh “X13 Hovuz and Spa” MMC-yə göstərilən ödənişlərin edilməsi öz təsdiqini tapır. 81.Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, cavabdehin müqavilədə nəzərdə tutulan xidmətin lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığını və vurduğu zərərin əvəzini ödəməli olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş maddi ziyana görə 200000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. 82.İddiaçı cavabdehlərdən 244792 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi bildirmişdir ki, görülən işlərdən yalnız təxminən 5 faiz hissəsi saxlanılmışdər. Məhkəmə iclasında ifadə verən şahid də bildirmişdir ki, demək olar ki, 99% görülən işlər sökülmüş və yenidən işlənilir. Hasan bəy tərəfindən görülən işlərdən sökülmüş 99% işdən 1% saxlanıldı. Bütün görülmüş işlərdə qüsurlar var idi. Heç bir şey düzgün deyildi. Görülən işlərin demək olar ki 99%-i düzəldilməsi mümkün olmadığından sökülməsi gərək oldu. 83.Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı görülən, saxlanılan işlər üçün ödədiyi məbləğlərin zərər kimi geri qaytarılmasını tələb edə bilməz. Həmin məbləği müəyyən etmək mümkün olmadığından, eyni zamanda iddiaçının zəzərə məruz qaldığı müəyyən olunduğundan məhkəmə hesab edir ki, 200000 (iki yüz min) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. 84.Eyni zamanda nəzərə alınır ki, Kreditor qismində İddiaçı MMC, zamin qismində X5 və borclu qismində “X13 Hovuz and Spa” MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli, 01 nömrəli zaminlik müqaviləsinə əsasən zamin X5 kreditor ilǝ borclu arasında xx.xx.2021-ci il tarixli 01 saylı müqavilənin, eləcə də həmin müqaviləyə 1 və 2 saylı əlavə razılaşmalarının (sonradan “müqavilə”) tam məbləği, hər bir halda 200000 (iki yüz min) manatdan artıq olmamaqla dəyə biləcək zərər və cərimə tələbi üzrə borclunun öhdəliklərinin icrasını təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür.
85. Cavabdeh tərəf Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad edərək iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirsə də, bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən zaminlik müqaviləsinin 1.5-ci bəndinə əsasən zaminliyin müddəti 5 il müəyyən olunmuşdur. Göründüyü kimi zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarmamışdır.
86. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehlərin tərəflər arasında bağlanmış müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada tam icra etmədiyini, nəticədə həmin müqavilələr üzrə iddiaçıya zərər dəydiyini, belə olan halda isə iddiaçının ödədiyi pul vəsaitini zərər kimi cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və cavabdehlər “X13 Hovuz and Spa” Məhud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 birgə qaydada 200000 manat pul tutularaq iddiaçıya ödənilməlidir.
87. Bundan əlavə, iddiaçı mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə cavabdeh “X13 Hovuz and Spa” Məhdud Məsuliyyətli Cəmiyyətindən 10000 (on min) manat pul vəsaitinin tutulmasını xahiş etmişdir.
88. Müəyyən olunmuşdur ki, Borc verən qismində İddiaçı MMC ilə borclu qismində “X13 Hovuz and Spa” MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən cavabdeh 10000 manat məbləğində borcunun olduğunu etiraf və təsdiq etmişdir. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin olunmalı, cavabdeh “X13 Hovuz and Spa” MMC-dən xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə 10000 məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
89. Eləcə də, iddiaçı ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 manat, 113,07 manat dövlət rüsumunun, hüquqi xidmətə görə 300 manat məbləğin xeyrinə tutulmasını xahiş edir.
90. Məhkəmə hesab edir ki, 300 manat hüquqi yardım xərci, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 422,87 manat cavabdeh “X13 Hovuz and Spa” MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
91. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh “X13 Hovuz and Spa” Məhud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 birgə qaydada 200000 (iki yüz min) manat məbləğində pul vəsaiti İddiaçı Məhud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh “X13 Hovuz and Spa” Məhud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə 10000 (on min) manat məbləğində borc, 300 (üç yüz) manat hüquqi yardım xərci, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 422,87 manat (dörd yüz iyirmi iki manat səksən yeddi qəpik) olmaqla, ümumilikdə 10722,87 manat (on min yeddi yüz iyirmi iki manat səksən yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı Məhud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova