Məhkəmə qərarları › İş №e-2-2(113)-8943/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8943/2025

04.11.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8943/2025 04.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, Ərizəçi Tələbkar ASC-nin maraqlı şəxs Borclunə qarşı “digər” barədə ərizəsi və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ASC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi18 sentyabr 2018-ci il tarixli 2-2(81)-763/2018 saylı Qiyabi Qətnaməsini ləğv edərək işi təzələyərək mahiyyəti üzrə yenidən baxılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı LPO TələbkarASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu”Dəmirçi ” Şirkətinə qarşı ”borcun tutulmasıvə tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinəmüraciət etmişdir.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi18 sentyabr 2018ci il tarixli 2-2(81)-763/2018 saylı Qiyabi Qətnamə qət etmişdir. Diqqətinizə catdırmaq istəyirəm ki LPO TələbkarASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun”Dəmirçi ” Şirkətinə qarşı ”borcun tutulmasıvə tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi əsasında keçirdilən məhkəmə prosesi barədə məlumatımız olmayıb.”Dəmirçi ” Şirkəti məhkəmə tərəfindən hec bir bildiriş almayıb. ”Dəmirçi ” Şirkətinin təmsilçisi olaraq məni Binəqədi rayon İcra şöbəsinə dəvət etdilər və xx.xx.2025-ci il tarixində orada icra məmurunun qəbulunda olarkən mənə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi18 sentyabr 2018-ci il tarixli 2-2(81)- 763/2018 saylı Qiyabi Qətnaməsi əsasında İcra Vərəqəsi təqdim etdilər. Binəqədi rayon İcra şöbəsində izzahat yazaraq bildirdim ki 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi18 sentyabr 2018-ci il tarixli 2- 2(81)-763/2018 saylı Qiyabi Qətnaməsin almamışıq .”Dəmirçi ” Şirkəti olaraq xx.xx.2025-ci il tarixində Bakı Kommersiya Məhkəməsinə məktubla müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi18 sentyabr 2018-ci il tarixli 2-2(81)-763/2018 saylı Qiyabi Qətnaməsini bizə təqdim edilməsini xahiş etdik və həmin Qətnamə xx.xx.2025-ci il tarixində bizə təqdim edildi. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində öz əksini tapmalıdır. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 276.1-ci maddəsinə əsasən Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin hazırki tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli 2-2(81)-763/2018 saylı Qiyabi Qətnaməsini ləğv edərək işi təzələyərək mahiyyəti üzrə yenidən baxılmasından ibarətdir. Belə ki, qeyd olunan tələbə nə əmr icraatı, nə də ki iddia icraatı qaydasında baxıla bilməz. MPM-nin 244-cü maddəsinə görə cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yəni madənin məzmumuna görə cavabdeh qiyabi qətnamənin ləğvi ilə bağlı ayrıca ərizə verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Tələbkar ASC-nin maraqlı şəxs Borclunə qarşı “digər” tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar