Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-911/2022 27.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının qanuni təmsilçisi X3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə və X4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı 06.07.2021-ci il tarixli, Q21-003 saylı və 06.07.2021-ci il tarixli, Q21- 004 saylı xidmət müqavilələri üzrə pul vəsaitinin tutulması və vurulmuş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 06.07.2021-ci il tarixli № Q21-003 saylı və 06.07.2021-ci il tarixli № Q21-004 saylı xidmət müqavilələri üzrə iddiaçı tərəfindən təhvil verilmiş işlərə görə cavabdehin ödəməli olduğu 105.562,04 manat, iddiaçının əldən çıxdığı faydaya görə 105.562,04 manat, cavabdehin ödənişi gecikdirməsi ilə əlaqədar vaxtında ödənilməmiş vergilərə görə iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyanın əvəzi olaraq 6.230,74 manat, cavabdehin ödənişi gecikdirilməsi ilə əlaqədar əmək haqqının verilməsində çətinlik yarandığı üçün işçilərin əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və vergi öhdəliklərinin icrasını gecikdirdiyi üçün iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 100.000 manat, cəmi 318.585,82 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin hesablaşma hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (Sifarişçi) və İddiaçı MMC (İcraçı) arasında 06.07.2021-ci il tarixdə imzalanmış №Q21-003 saylı xidmət müqaviləsinin 1-ci maddəsinə əsasən, tərəflər razılığa gəlmişdirlər ki, icraçı keyfiyyətə nəzarət yoxlamaları və müayinələri, bütün sənədləşmə işlərini, işin icra üsullarının tərtibatını, Material keyfiyyətinin yoxlanılması və təslimat işlərini, bütün test işlərini və bütün təslimat işlərini əhatə edən xidmətləri göstərəcək, sifarişçi isə bunun müqabilində razılaşdırılmış xidmət haqqını icraçıya ödəyəcək. Bu Müqavilənin 3.2-ci maddəsinə əsasən, xidmətlər tam təhvil verildikdən və hesab-faktura (qaimə-faktura) təqdim edildikdən sonra sifarişçi 10 gün ərzində xidmət haqqının 100%-ni icraçıya ödəməlidir. İcraçı bu müqavilə üzrə öhdəliklərini vicdanla, vaxtında və tam şəkildə icra edərək nəticələri 2 və 3 nömrəli formalar əsasında sifarişçiyə təhvil vermiş, sifarişçi isə bu nəticələri qeyri-şərtsiz qəbul edərək müvafiq sənədlərə imza etmişdir. Belə ki, 07-31 iyul 2021-ci il tarixdə İcraçı 16.714,23 manat dəyərində icra edilmiş işlərə dair aylıq icra bəyannaməsini, görülən işlər üzrə məbləğ bəyannaməsini, işçilərin davamiyyət bəyannaməsini, 2 və 3 nömrəli formaları sifarişçiyə təqdim etmiş və sifarişçi bu nəticələri qeyri-şərtsiz qəbul edərək müvafiq sənədlərə imza etmişdir. 01-31 avqust 2021-ci il tarixdə icraçı 26.353,38 manat dəyərində icra edilmiş işlərə dair aylıq icra bəyannaməsini, görülən işlər üzrə məbləğ bəyannaməsini, işçilərin davamiyyət bəyannaməsini, 2 və 3 nömrəli formaları sifarişçiyə təqdim etmiş və sifarişçi bu nəticələri qeyri-şərtsiz qəbul edərək müvafiq sənədlərə imza etmişdir. 01-30 sentyabr 2021-ci il tarixdə icraçı 25.262,85 manat dəyərində icra edilmiş işlərə dair aylıq icra bəyannaməsini, görülən işlər üzrə məbləğ bəyannaməsini, işçilərin davamiyyət bəyannaməsini, 2 və 3 nömrəli formaları sifarişçiyə təqdim etmiş və sifarişçi bu nəticələri qeyri-şərtsiz qəbul edərək müvafiq sənədlərə imza etmişdir. 01-29 oktyabr 2021-ci il tarixdə İcraçı 24.570,20 manat dəyərində icra edilmiş işlərə dair sylıq icra bəyannaməsini, görülən işlər üzrə məbləğ bəyannaməsini, işçilərin davamiyyət bəyannaməsini, 2 və 3 nömrəli formaları sifarişçiyə təqdim etmiş və sifarişçi bu nəticələri qeyri-şərtsiz qəbul edərək müvafiq sənədlərə imza etmişdir. Beləliklə, 06.07.2021-ci il tarixli №Q21-003 saylı xidmət müqaviləsi üzrə icraçı tərəfindən təhvil verilmiş işlərə görə Sifarişçi İcraçıya 92.900,66 manat xidmət haqqı ödəməliidi. Cavabdeh MMC (sifarişçi) və İddiaçı MMC (icraçı) arasında 06.07.2021-ci il tarixdə imzalanmış №Q21-004 saylı xidmət müqaviləsinin 1-ci maddəsinə əsasən, tərəflər razılığa gəlmişdirlər ki, icraçı bütün SƏTƏM yoxlamaları, Giriş təlimatları, SƏTƏM planının tərtibatı və risklərin qiymətləndirilməsini əhatə edən SƏTƏM xidmətlərini göstərəcək, sifarişçi isə bunun müqabilində razılaşdırılmış xidmət haqqını icraçıya ödəyəcək. Bu Müqavilənin 3.2-ci maddəsinə əsasən, xidmətlər tam təhvil verildikdən və hesab-faktura (qaimə-faktura) təqdim edildikdən sonra Sifarişçi 10 gün ərzində xidmət haqqının 100%-ni icraçıya ödəməlidir. İcraçı bu müqavilə üzrə öhdəliklərini vicdanla, vaxtında və tam şəkildə icra edərək nəticələri 2 və 3 nömrəli formalar əsasında sifarişçiyə təhvil vermiş, sifarişçi isə bu nəticələri qeyri-şərtsiz qəbuledərək müvafiq sənədlərə imza etmişdir. Belə ki, 07-31 iyul 2021-ci il tarixdə icraçı 16.120 manat dəyərində icra edilmiş işlərə dair aylıq icra bəyannaməsini, görülən işlər üzrə məbləğ bəyannaməsini, işçilərin davamiyyət bəyannaməsini, 2 və 3 nömrəli formaları sifarişçiyə təqdim etmiş və sifarişçi bu nəticələri qeyri-şərtsiz qəbul edərək müvafiq sənədlərə imza etmişdir. 01-31 avqust 2021-ci il tarixdə icraçı 33.794,38 manat dəyərində icra edilmiş işlərə dair aylıq icra bəyannaməsini, görülən işlər üzrə məbləğ bəyannaməsini, işçilərin davamiyyət bəyannaməsini, 2 və 3 nömrəli formaları sifarişçiyə təqdim etmiş və sifarişçi bu nəticələri qeyri-şərtsiz qəbul edərək müvafiq sənədlərə imza etmişdir. 01-30 sentyabr 2021-ci il tarixdə icraçı 14.931 manat dəyərində icra edilmiş işlərə dair aylıq icra bəyannaməsini, görülən işlər üzrə məbləğ bəyannaməsini, işçilərin davamiyyət bəyannaməsini, 2 və 3 nömrəli formaları sifarişçiyə təqdim etmiş və sifarişçi bu nəticələri qeyri-şərtsiz qəbul edərək müvafiq sənədlərə imza etmişdir. Beləliklə, 06.07.2021-ci il tarixli №Q21-004 saylı xidmət müqaviləsi üzrə icraçı tərəfindən təhvil verilmiş işlərə görə sifarişçi icraçıya 64.845,38 manat xidmət haqqı ödəməli idi. Göründüyü kimi hər iki müqavilə üzrə təhvil verilmiş işlərə görə sifarişçi icraçıya 157.746,04 manat xidmət haqqı ödəməli olsa da bu məbləği tam olaraq hələ də ödəməmişdir. Bununla bağlı icraçı sifarişçiyə dəfələrlə şifahi və 19, 25 və 30 oktyabr 2021ci il tarixli yazılı müraciətlərində narazılığını və xəbərdarlığını bildirsə də, sifarişçi heç bir səbəb gətirmədən öhdəliyini icra etməkdən imtina etmiş və xidmət haqqını hələ də ödəməmişdir. Mübahisənin danışıqlar yolu ilə həll edilməsi məqsədi ilə cavabdehə dəfələrlə şifahi və 14, 19, 25 və 30 oktyabr 2021-ci il tarixdə yazılı müraciətlər edilsə də, cavabdeh heç bir səbəb gətirmədən öhdəliyini icra etməmişdir. 18.11.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilsə də, bu pretenziya üzrə cavabdeh heç bir ödəniş etməmişdir. 03.12.2021-ci il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilsə də, cavabdeh heç bir ödəniş etməmişdir. 27.12.2021-ci il tarixdə ilkin mediasiya sessiyasında Qanuni nümayəndə cavabdehin direktoru qismində iştirak edərək, mübahisənin məhkəməyə qədər həll edəcəyinə söz vermiş, lakin cavabdeh hələ də heç bir ödəniş etməmişdir. Həmçinin İddiaçı MMC müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə verərək Cavabdeh "xxxx" ASC-də və "xxxx" ASC-də olan hesablaşma hesablarında olan pul vəsaitlərinə, habelə valyuta sərvətlərinə iddia tələbi 318.585,82 manat həddində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.03.2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-nin "xxxx" ASC-də (Bank kodu: 506924; Bankın VÖEN-i **********; SWİFT: JBBKAZ22; M/H: AZ27NABZ********************; H/H: AZ18JBBK**********0176319A63) və "xxxx" ASC-də (Bank kodu: 505141; Bankın VÖEN-i **********; SWİFT: PAHAAZ22XXX; M/H: AZ30PAHA40030AZNHC**********; H/H: AZ82NABZ********************) olan hesablaşma hesabındakı pul vəsaitlərinin və valyuta sərvətlərinin üzərinə cəmi 105.562,04 manat (yüz beş min beş yüz altmış iki manat dörd qəpik) həcmində həbs qoyulmuş, hesablaşma hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan icra edilməsi, qalan hissədə ərizənin rədd edilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 20.04.2022-ci il tarixli e-2-2(113)-911/2022 saylı qərardadı ilə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçının icra edilərək təhvil verdiyi işlərə görə cavabdehin iddiaçıya ödəməli olduğu 06.07.2021-ci il tarixli № Q21-003 saylı xidmət müqaviləsi üzrə 66.349,66 manat, 06.07.2021-ci il tarixli № Q21-004 saylı xidmət müqaviləsi üzrə 39.212,38 manat (cəmi 105.562,04 manat) iddiaçının əldən çıxdığı faydaya görə 105.562,04 manat, cavabdehin ödənişi gecikdirilməsi ilə əlaqədar DSMF-yə ödənişlərin gecikdirilməsinə görə iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyasının əvəzi olaraq 6.230,74 manat, cavabdehin ödənişi gecikdirməsi ilə əlaqədar əmək haqqının verilməsində çətinlik yarandığı üçün işçilərin əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və vergi öhdəliklərinin icrasını gecikdirdiyi üçün iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 100.000 manat, cəmi 318.585,82 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin hesablaşma hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil1 həmçinin bildirdi ki, məhkəmə iclaslarında cavabdeh tərəf layihə rəhbəri olan və təhvil-təslim aktlarını imzalayan Vüsal Məlikovun müvafiq xidmətlər göstərildiyi dövrdə Cavabdeh MMC-də çalışmadığını iddia etsə də, lakin onların təqdim etdiyi sənədlər bunun əksini sübuta yetirir. Xidmətlərin keyfiyyəti ilə bağlı Cavabdeh MMC tərəfindən iddiaçıya hər hansı iradnamə bildirilməmişdir. Cavabdeh 52.000 manat məbləği işləri qismən təhvil alması ilə bağlı ödəmişdir. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. T.Əhmədova məhkəmə iclasında ona verilən suallara cavab olaraq bidirdi ki, 157.000 manat tərəflərindən görülən işlərin ümumi dəyəridir. Elektron qaimələrin təqribən 104.000 manat məbləğinə verilmişdir. Təqribən 52.000 manat məbləğində vəsait cavabdeh nağd şəkildə ödənilmişdir. Cavabdeh MMC həftəsonu onlara nağd şəkildə ödəniş etmiş və bildirmişdir ki, bazar ertəsi "xxxx" MMC onlara ödəniş etdikdən sonra sistem vasitəsi ilə köçürmə edəcəkdir. Onlar 52.000 manat məbləği köçürmə edildikdən sonra geri qaytaracaqdılar. Həmin məbləğ cavabdeh tərəfindən işçilərin əmək haqqısı kimi avans olaraq ödənilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini əsassız hesab edir. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından göründüyü kimi işlərin qəbul edilməsinə səlahiyyəti olmayan şəxs imza etmiş, MMC-nin rəhbəri tərəfindən isə həmin aktlara imza edilməmişdir. Rəhbərin təhvil-təslim aktlarını imza etməməsinin səbəbi isə görülmüş işlərlə razı olmaması və xidmətlərin keyfiyyətsiz olması olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə şərtlərindən biri də görülmüş işlərin təhvil verilməsidir. İddiaçı tərəfindən isə müqavilədə göstərilmiş qaydada işlər təhvil verilməmiş və buna görə də cavabdeh tərəfindən ödənişlər edilməmişdir. İddiaçının xidmətlərini həyata keçirdiyi tikintinin sifarişçisi "xxxx" MMC-dir. Cavabdeh MMC isə tikinti işlərini aparan Podratçı şirkətdir. İddiaçı tərəfindən tikintinin keyfiyyətinə vaxtında nəzarət edilmədiyinə görə, hal-hazırda "xxxx" MMC podratçı tərəfindən görülmüş tikinti işlərini qəbul etmir, yəni bildirmək istəyir ki, iddiaçı müqavilə öhdəliyini lazımınca icra etmədiyinə görə, həmin işlər Cavabdeh MMC-nin rəhbəri tərəfindən qəbul edilməmişdir. Sətəm xidmətlərinin göstərilməsi ilə bağlı müqaviləyə sentyabr ayında xitam verilib. Buna baxmayaraq təhvil-təslim aktında iddiaçı öz mülahizəsinə uyğun məbləğ göstərmişdir. Göstərilən xidmətlər fiziki olaraq görünən xidmətlər deyil. İddiaçı ustalara və tikinti sahəsində çalışan şəxslərə nəzarət etməli, görülmüş işlərin keyfiyyətini yoxlamalı idi. Müqavilələr üzrə hər hansı ödəniş edilməyib. Məbləğ tikinti sahəsində çalışan şəxslərin əmək haqqısı kimi ödənilib. Yığıncaqların protokollarında Vüsal Məlikovun MMC-nin adından çıxış etməsi məsələsinə münasibətdə nümayəndə qeyd etdi ki, göstərilən hal V.Məlikovun səlahiyyətli olması mənasını vermir. Həmçinin protokolların həqiqi olubolmaması şübhə doğurur. Sonda nümayəndə və vəkil iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndələri Nümayəndə və X7 izahatlarında bildirmişlər ki, iddianın təmin və ya rədd edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. A.Mustafayev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, Vüsal Məlikov yığıncaqlarda Cavabdeh MMC-nin adından iştirak edib, yığıncaqların tarixlərini dəqiq bilmir. Cavabdeh MMC tərəfindən görülmüş işlər qüsurlu olduğundan təhvil-təslim aktı yoxdur. Faktiki olaraq Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə işlər təhvil verilməyib. İşlərdə qüsurların olması ilə bağlı cavabdehə şifahi məlumat verilib. Podrat işlərində qüsür olması keyfiyyətə nəzarətdə də qüsür olması deməkdir. Binanın 20, 21, 28, 29, 29i mərtəbələrdə, S12, S13( şaxtalar), podiumda, Roundabout - Dairəvi yolayrıcısında, Bridge - Körpüdə və Utility - Kommunal xidmət binasında qüsurlar olduğu müəyyən edilmişdir. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 07.07.2021-ci il tarixdən 01.11.2021-ci il tarixədək İddiaçı MMC-də keyfiyyətə nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışmış. Hazırda “Herm” şirkətində çalışır. Otel 33 mərtəbədən ibarət idi. O 29-cu mərtəbənin tikildiyi vaxtdan, sadəcə 4 mərtəbənin tikilməsində iştirak etmişdir. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, görülmüş işlərin təhvil verilməsində iştirak etmişdir. Görülmüş işlərin keyfiyyətini əvvəl onlar yoxlayırdı. Daha sonra Cavabdeh MMC-də layihə rəhbəri olan Vüsal Məllikova və sahə rəisinə təhvil verirdilər. Sadəcə təhviltəslim aktı imzalandıqdan sonra "xxxx" MMC-nin nümayəndələrini yoxlamaya dəvət edirdilər. İddiaçı MMC-də yalnız “Aypara” layihəsində çalışmış, dəmir-beton, torpaq kipləşmə, izolyasiya işlərinin keyfiyyətinə nəzarət edirdi. İşlərin bitib-bitməməsi barədə məlumatı yox idi. O, işdən ayrıldığı zaman körpü, nasosxananın birinci mərtəbəsi bitmiş, ikinci mərtəbəsi qalmışdı, binanın son üç mərtəbəsi bitməmişdi. Təhvil-təslim aktlarını Vüsal Məllikova təhvil vermişdi. Cavabdeh MMC-nin layihədə rolu icraçı olub. "xxxx" MMCnin layihədə rolu sifarişçi olub. Qeyd edilən işlərin icrasını Dəniz Vağzalının yaxınlığında etmişlər. Görülmüş işləri Cavabdeh MMC-nin adından sahə rəisləri və layihə rəhbəri Vüsal Məlikov qəbul edirdi. Bu işləri "xxxx" MMC adından Fuad Babayev, Əndər Bahadır, Elşən Hacıyev, Furkan Dəmirçioğlu təhvil alıb. İşlərin təhvil-qəbulu sənədlərini təhvil-qəbulda iştirak edən hamı imzalayırdı. Cavabdeh MMC bu işləri qəbul etməsəydi, "xxxx" MMC bu işləri qəbul etməzdi. Bu işlərin bəzilərinin təhvil-təslimində FHN iştirak edirdi. FHN mənfi rəy verməyib. İddiaçı MMC-nin gördüyü işlər ilə bağlı nə Cavabdeh MMC, nə də ki "xxxx" MMC ona iradnamə göndərməyib. Əmək haqqının ödənilməsinin gecikdirilməsi İddiaçı MMC-ni tərk etməsinə səbəb olmuşdur. Vüsal Məlikovun imzası olmasa idi, "xxxx" MMC Cavabdeh MMC-dən işləri təhvil almazdı, V.Məlikovun imzası olmadığı halda "xxxx" MMC işləri təhvil almağa gəlmirdi. Təxmini 14.07.2021-ci il tarixdə yığıncaq keçirilmişdir. Cavabdeh MMC-ni yığıncaqlarda Vüsal Məlikov layihə rəhbər olaraq təmsil etmişdir. Cavabdeh MMC-nin direktoru yığıcaqlarda iştirak etmirdi. Təhvil-təslim sənədlərini o hazırlayırdı. İlk öncə Vüsal Məlikov imzalayırdı, daha sonra "xxxx" MMC-nin nümayəndələri. Həmin sənədlərin əslləri Cavabdeh MMC-dədir. X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 13.05.2021-ci il tarixdən 25.09.2021-ci il tarixədək İddiaçı MMC-də laborant vəzifəsində çalışmışdır. Vəzifəsi betonun keyfiyyətinə nəzarət etməkdən ibarət idi. Hazırda məktəbdə müəllim vəzifəsində çalışır. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, nasosxanada, körpüdə və oteldə tökülən betona nəzarət etmişdir. İnşaat sahəsinə getmirdi, sadəcə betonu qəbul edirdi. O sadəcə betonu təhvil alırdı. Cavabdeh MMC-də betona nəzarət edən yox idi. Betonun keyfiyyətinin qüsurlu olması ilə bağlı İddiaçı MMC-yə iradnamə göndərilməyib. İşlərin təhvil-təslimi ilə bağlı onda sənəd yoxdur. İş materiallarına əlavə edilmiş: 06 iyul 2021-ci il tarixli, Q21-003 saylı xidmət müqaviləsindən görünür ki, sifarişçi (Cavabdeh MMC) xidmətlərin göstərilməsini icraçıya (İddiaçı MMC) sifariş verdi və razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada sifariş olunmuş aşağıda qeyd olunmuş xidmətəri göstərməyi öhdəsinə götürür. - Keyfiyyətə nəzarət yoxlamaları və müayinələri - Bütün sənədləşmə işləri - İşin icra üsullarının tərtibatı - Material keyfiyyətinin yoxlanılması və təslimat işləri - Bütün test işləri - Bütün təslimat işləri Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Əlavə (və ya Əlavələr) ilə müəyyənləşdirilir. 1.3-cü bəndinə əsasən icraçı müqaviləyə uyğun olaraq xidmətin nəticələrini sifarişçiyə vaxt cedveli ve aylıq hakediş (Forma 2 ve 3) ilə birlikdə təqdim edir. Sifarişçi xidməti qəbul edirsə, icraçı tərəfindən təqdim olunmuş vaxt cedveli ve aylıq hakediş (Forma 2 ve 3) imzalayır. 2.2.1-ci bəndinə əsasən xidmətləri qüsursuz, peşəkar qaydada, lazımi keyfiyyətlə və hazırki müqavilə ilə müəyyən olunmuş qaydada, şərtlərlə, habelə müəyyən olunmuş müddətdə yerinə yetirərək təhvil vermək və bu xidmətlərin icra olunmasında bütün ağlabatan sənətkarlıq, qayğı və çalışqanlıqdan istifadə etmək; 2.2.3-cü bəndinə əsasən xidmətləri Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktlara, qayda və standartlara, həmçinin bu müqaviləyə uyğun olaraq tam dəqiqliklə sifarişçinin tələblərinə əsasən keyfiyyətlə icra edərək təhvil vermək icraçının vəzifələrindəndir. 3.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi və xidmətlərin göstərilməsinə dair xidmət haqqı bu müqaviləyə əlavə edilən Əlavə (və ya Əlavələr) ilə müəyyənləşdirilir. 3.2-ci bəndinə əsasən bu müqavilə çərçivəsində sifarişçi icraçıya xidmət haqqını aşağıdakı qaydada bank köçürülməsi ilə ödəyəcək: - 100% - müqavilə üzrə xidmətlər qənaətbəxş şəklində tərəflər arasında imzalanmış vaxt cedveli ve aylıq hakedişler (Forma 2 ve 3) əsasında tam təhvil verildikdən sonra düzgün hazırlanmış və sifarişçiyə təqdim edilmiş müvafiq hesab-faktura əsasında 10 iş günü ərzində nağdsız hesablaşma qaydasında. 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən xidmətlər tərəflər arasında razılaşdırılmış müddət ərzində icraçı tərəfindən yerinə yetirilməlidir. 4.2-ci bəndinə əsasən bu müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 5.1-ci bəndinə əsasən icraçı yerinə yetirilən işlərin, istifadə olunan material və avadanlıqların keyfiyyətinə görə məsuliyyət daşıyır. Yerinə yetirilmiş işlərin keyfiyyətində meydana çıxan qüsur və çatışmamazlıqları icraçı tərəfindən təmənnasız aradan qaldırılır. 5.2-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə göstəriləcək xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyırlar. 5.3-cü bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməli və bildirişlə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. 5.5-ci bəndinə əsasən icraçının xidmətlərin icrası zamanı müvafiq qanun və qaydalara riayət etməməsinə, yol verdiyi qüsurlara və buraxdığı səhvlərə görə sifarişçi məsuliyyət daşımır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Q21-003 saylı müqaviləyə 1 saylı əlavədən (xidmətlərin siyahısı) görünür ki, 06.07.2021-ci il tarixli xidmət müqaviləsinə əsasən göstəriləcək xidmətlər və onların qiymətləri əks olunmuş cədvəl tərtib edilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 06 iyul 2021-ci il tarixli, Q21-004 saylı xidmət müqaviləsindən görünür ki, sifarişçi (Cavabdeh MMC) xidmətlərin göstərilməsini icraçıya (İddiaçı MMC) sifariş verdi və razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada sifariş olunmuş aşağıda qeyd edilmiş SƏTƏM xidmətəri göstərməyi öhdəsinə götürür. - Bütün SƏTƏM yoxlanmaları - Giriş təlimatları - SƏTƏM planının tərtibatı - Risklərin qiymətləndirilməsi Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Əlavə (və ya Əlavələr) ilə müəyyənləşdirilir. 1.3-cü bəndinə əsasən icraçı müqaviləyə uyğun olaraq xidmətin nəticələrini sifarişçiyə vaxt cedveli ve aylıq hakediş (Forma 2 ve 3) ilə birlikdə təqdim edir. Sifarişçi xidməti qəbul edirsə, icraçı tərəfindən təqdim olunmuş vaxt cedveli ve aylıq hakediş (Forma 2 ve 3) imzalayır. 2.2.1-ci bəndinə əsasən xidmətləri qüsursuz, peşəkar qaydada, lazımi keyfiyyətlə və hazırki müqavilə ilə müəyyən olunmuş qaydada, şərtlərlə, habelə müəyyən olunmuş müddətdə yerinə yetirərək təhvil vermək və bu xidmətlərin icra olunmasında bütün ağlabatan sənətkarlıq, qayğı və çalışqanlıqdan istifadə etmək; 2.2.3-cü bəndinə əsasən xidmətləri Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktlara, qayda və standartlara, həmçinin bu müqaviləyə uyğun olaraq tam dəqiqliklə sifarişçinin tələblərinə əsasən keyfiyyətlə icra edərək təhvil vermək icraçının vəzifələrindəndir. 3.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi və xidmətlərin göstərilməsinə dair xidmət haqqı bu müqaviləyə əlavə edilən Əlavə (və ya Əlavələr) ilə müəyyənləşdirilir. 3.2-ci bəndinə əsasən bu müqavilə çərçivəsində sifarişçi icraçıya xidmət haqqını aşağıdakı qaydada bank köçürülməsi ilə ödəyəcək: - 100% - müqavilə üzrə xidmətlər qənaətbəxş şəklində tərəflər arasında imzalanmış vaxt cədvəli ve aylıq hakedişlər (Forma 2 ve 3) əsasında tam təhvil verildikdən sonra düzgün hazırlanmış və sifarişçiyə təqdim edilmiş müvafiq hesab-faktura əsasında 10 iş günü ərzində nağdsız hesablaşma qaydasında. 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən xidmətlər tərəflər arasında razılaşdırılmış müddət ərzində icraçı tərəfindən yerinə yetirilməlidir. 4.2-ci bəndinə əsasən bu müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 5.1-ci bəndinə əsasən icraçı yerinə yetirilən işlərin, istifadə olunan material və avadanlıqların keyfiyyətinə görə məsuliyyət daşıyır. Yerinə yetirilmiş işlərin keyfiyyətində meydana çıxan qüsur və çatışmamazlıqları icraçı tərəfindən təmənnasız aradan qaldırılır. 5.2-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə göstəriləcək xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyırlar. 5.3-cü bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməli və bildirişlə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. 5.5-ci bəndinə əsasən icraçının xidmətlərin icrası zamanı müvafiq qanun və qaydalara riayət etməməsinə, yol verdiyi qüsurlara və buraxdığı səhvlərə görə sifarişçi məsuliyyət daşımır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Q21-004 saylı müqaviləyə 1 saylı əlavədən (xidmətlərin siyahısı) görünür ki, 06.07.2021-ci il tarixli xidmət müqaviləsinə əsasən göstəriləcək xidmətlər və onların qiymətləri əks olunmuş cədvəl tərtib edilmişdir. 26.07.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, 06.07.2021-ci il tarixli Q21-003 saylı müqavilə üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 16.714,23 manat təşkil edir. X11 tərəfindən imzalanmışdır. 07 iyul 2021-ci il tarixindən 31 iyul 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 16.714,23 manat məbləğində işlər görülmüşdür. Forma 2 podratçı Cavabdeh MMC-nin adından Vüsal Məlikovun (layihə rəhbəri kimi qeyd edilmişdir) imzası və subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 07 iyul 2021-ci il tarixindən 31 iyul 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 16.714,23 manat təşkil edir. Forma 3 subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 07.09.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, 06.07.2021-ci il tarixli Q21-003 saylı müqavilə üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 43.067,62 manat, əski əvvəlki aylar üzrə xalis dəyərləndirmə 16.714,23 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 26.353,38 manat təşkil edir. X11 tərəfindən imzalanmışdır. 1 avqust 2021-ci il tarixindən 31 avqust 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 26.353,38 manat məbləğində işlər görülmüşdür. Forma 2 podratçı Cavabdeh MMC-nin layihə rəhbərinin (Vüsal Məlikov) imzası və subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 1 avqust 2021-ci il tarixindən 31 avqust 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 26.353,38 manat təşkil edir. Forma 3 subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 01.10.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, 06.07.2021-ci il tarixli Q21-003 saylı müqavilə üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 67.167,23 manat, əvvəlki aylar üzrə xalis dəyərləndirmə 41.904,38 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 25.262,85 manat təşkil edir. X11 tərəfindən imzalanmışdır. 1 sentyabr 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 25.262,85 manat məbləğində işlər görülmüşdür. Forma 2 podratçı Cavabdeh MMC-nin adından Vüsal Məlikovun (layihə rəhbəri kimi qeyd edilmişdir) imzası və subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 1 sentyabr 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 25.262,85 manat təşkil edir. Forma 3 subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 29.10.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, 06.07.2021-ci il tarixli Q21-003 saylı müqavilə üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 91.737,43 manat, əski əvvəlki aylar üzrə xalis dəyərləndirmə 67.167,23 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 24.570,20 manat təşkil edir. X11 tərəfindən imzalanmışdır. 1 oktyabr 2021-ci il tarixindən 29 oktyabr 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 24.570,20 manat məbləğində işlər görülmüşdür. Forma 2 podratçı Cavabdeh MMC-nin adından Vüsal Məlikovun (layihə rəhbəri kimi qeyd edilmişdir) imzası və subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 1 oktyabr 2021-ci il tarixindən 29 oktyabr 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 24.570,20 manat təşkil edir. Forma 3 subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 26.07.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, 06.07.2021-ci il tarixli Q21-004 saylı müqavilə üzrə icra olunmuş işlərin məbləği, o cümlədən bu günə qədər xalis dəyərləndirmənin məbləği, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 16.120 manat təşkil edir. X11 tərəfindən imzalanmışdır. 07 iyul 2021-ci il tarixindən 31 iyul 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 16.120 manat məbləğində işlər görülmüşdür. Forma 2 podratçı Cavabdeh MMC-nin adından Vüsal Məlikovun (layihə rəhbəri kimi qeyd edilmişdir) imzası və subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 07 iyul 2021-ci il tarixindən 31 iyul 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 16.120 manat təşkil edir. Forma 3 subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 07.09.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, 06.07.2021-ci il tarixli Q21-004 saylı müqavilə üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 49.914,38 manat, əvvəlki aylar üzrə xalis dəyərləndirmə 16.120 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 33.794,38 manat təşkil edir. X11 tərəfindən imzalanmışdır. 1 avqust 2021-ci il tarixindən 31 avqust 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 33.794,38 manat məbləğində işlər görülmüşdür. Forma 2 podratçı Cavabdeh MMC-nin adından Vüsal Məlikovun (layihə rəhbəri kimi qeyd edilmişdir) imzası və subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 1 avqust 2021-ci il tarixindən 31 avqust 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 33.794,38 manat təşkil edir. Forma 3 subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 01.10.2021-ci il tarixli aylıq icra bəyənnaməsindən görünür ki, 06.07.2021-ci il tarixli Q21-004 saylı müqavilə üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 64.845,38 manat, əvvəlki aylar üzrə xalis dəyərləndirmə 49.914,38 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 14.931 manat təşkil edir. X11 tərəfindən imzalanmışdır. 1 sentyabr 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 14.931 manat məbləğində işlər görülmüşdür. Forma 2 podratçı Cavabdeh MMC-nin adından Vüsal Məlikovun (layihə rəhbəri kimi qeyd edilmişdir) imzası və subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 1 sentyabr 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Q21-004 saylı müqavilə üzrə cəmi ödəniləcək məbləğ 14.931 manat təşkil edir. Forma 3 subpodratçı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X13 Cavabdeh MMC-də layihə rəhbəri vəsifəsinə 01.10.2021-ci il tarixdən təyin edilmiş və əmək müqaviləsinin müddətinin qurtardığı tarix 31.12.2021-ci ildir. AZ-İİ 263748 nömrəli 21.04.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 06.04.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 27.09.2021-ci il tarixli K-23/21 nömrəli əmrdən görünür ki, İddiaçı MMC-nin laborantı X5 ilə bağlanmış əmək müqaviləsinə 27.09.2021-ci il tarixindən xitam verilmişdir. 01.11.2021-ci il tarixli K-27/21 nömrəli əmrdən görünür ki, İddiaçı MMC-nin keyfiyyətə nəzarət üzrə şöbənin rəhbəri X9 ilə bağlanmış əmək müqaviləsinə 01.11.2021-ci il tarixindən xitam verilmişdir. EBBK seriyalı, 522247 saylı, 11.10.2021-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 06.07.2021-ci il tarixli Q21-003 saylı müqavilə üzrə 40.616 manat dəyərində xidmət göstərilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. EBBL seriyalı, 820947 saylı, 03.11.2021-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 06.07.2021-ci il tarixli Q21-003 saylı müqavilə üzrə 24.570,20 manat dəyərində xidmət göstərilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. EBBK seriyalı, 521784 saylı, 11.10.2021-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 06.07.2021-ci il tarixli Q21-004 saylı müqavilə üzrə 39.211,81 manat dəyərində xidmət göstərilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 10.10.2021-ci il və 30.10.2021-ci il tarixli məktubda göstərilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə göstərilmiş xidmətlər üzrə 2 aydan çox müddət keçməsinə baxmayaraq ödənişlər edilməmiş, ilkin olaraq heç bir ödəniş edilmədiyi təqdirdə müqavilələrə xitam verilməsi üçün 10 gün əvvəlcədən xəbərdarlıq edirlər. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 18.11.2021-ci il tarixli pretenziya məktubu ilə müəyyən edilir ki, Cavabdeh MMC-dən 10 təqvim günü ərzində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin 05.07.2021-ci il, 12.07.2021-ci il və 24.08.2022-ci il tarxli iclaslarda iştirak edən şəxslərin siyahısından görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi qismində həmin iclaslarda Vüsal Məlikov iştirak etmişdir. Əsaslandırıcı hissə: İşin halları ondan ibarətdir ki, İddiaçı MMC (icraçı) ilə cavabdeh “Amazone“ MMC (sifarişçi) arasında 06.07.2021-ci il tarixli Q21-003 saylı və Q21-004 saylı xidmət müqavilələri bağlanmış, Q21-003 saylı müqaviləyə əsasən icraçı keyfiyyətə nəzarət yoxlamaları və müayinələri, bütün sənədləşmə işlərini, işin icra üsullarının tərtibatını, material keyfiyyətinin yoxlanılması və təslimat işlərini, test işlərini əhatə edən xidmətlərin göstərilməsini, Q21-004 saylı müqaviləyə əsasən SƏTƏM yoxlamaları, giriş təlimatları, SƏTƏM planının tərtibatı və risklərin qiymətləndirilməsini əhatə edən SƏTƏM xidmətlərinin göstərilməsini, sifarişçi isə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsini üzərinə götürmüşdür. Hazırda İddiaçı MMC xidmət müqavilələrinə əsasən Cavabdeh MMC-nin podratçı olduğu tikintidə SƏTƏM və keyfiyyətə nəzarət xidmətlərini göstərdiyini, lakin iki müqavilə üzrə göstərilmiş xidmətlərə görə 105.562,04 manat məbləğində xidmət haqqının cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək cavabdehdən xidmət müqavilələrindən irəli gələn borcun ödənilməsini, eləcə də cavabdehin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində ona dəymiş real maddi zərərin, əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərin tutulmasını tələb edir. Cavabdeh MMC isə İddiaçı MMC tərəfindən göstərilməsi iddia edilən xidmətlərin keyfiyyətsiz (qüsurlu) olması ilə əlaqədar həmin xidmətlərin tərəflərindən qəbul edilmədiyini və xidmət haqqının ödənilməsindən imtina edildiyini, iddiaçının xidmət göstərilməsi barədə öhdəliklərini lazımi qaydada icra etmməəsi ilə əlaqədar tərəflərindən görülmüş tikinti işlərində qüsurların yarandığını və göstərilən səbəbdən həmin tikinti işlərinin sifarişçi "xxxx" MMC tərəfindən hal-hazıradək qəbul edilmədiyini, eyni zamanda İddiaçı MMC tərəfindən mübahisəli müqavilələr üzrə müəyyən xidmətlərin göstərilməsi ehtimal edilsə belə, həmin xidmətlərin iddiaçının göstərdiyi həcmdə olmadığını, cavabdeh tərəfindən təsdiqlənməmiş aktlarda xidmətlərin həcminin və xidmət haqqının məbləğinin iddiaçının mülahizəsinə uyğun göstərildiyini bildirərək iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı Mülki Məcəllədə xidmət müqaviləsini tənzimləyən xüsusi normalar olmadığından məhkəmə oxşar hüquqi münasibətləri - podrat müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən normaların hazırkı mübahisəyə tətbiq edilməsini mümkün sayır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göstərilən normanın məzmunundan da göründüyü kimi podrat müqaviləsi üzrə sifarişçi tərəfindən podratçıya razılaşdırılmış muzdun ödənilməsi müqavilədə nəzərdə tutulmuş işin (hazırkı halda xidmətin) görülməsi (göstərilməsi) ilə şərtləndirilir. Odur ki, podratçının podrat müqaviləsi (hazırda xidmət müqavilələri) üzrə muzdun ödənilməsini tələb etmək hüququ həmin müqavilədə nəzərdə tutulmuş işləri (xidmətləri) və ya onların bir hissəsini icra etdikdən sonra (müqavilədə qabaqcadan ödəniş nəzərdə tutulduğu hallar istisna olmaqla) yaranır. Hazırkı halda isə iddiaçı tərəfindən mübahisəli xidmət müqavilələri üzrə cəmi 105.562,04 manat dəyərində SƏTƏM və keyfiyyətə nəzarət xidmətərinin göstərilibgöstərilməməsi işin mübahisəli halını təşkil edir. Göstərilən mübahisəli halla bağlı məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqavilələrinin şərtlərinə əsasən icraçı göstərdiyi xidmətlərin nəticələrini sifarişçiyə vaxt cədvəli və aylıq hakediş ilə birlikdə təqdim etməli olduğu və sifarişçi xidməti qəbul etdikdə təqdim edilmiş vaxt cədvəli və aylıq hakedişi imzalamalı olduğu halda İddiaçı MMC məhkəməyə həmin müqavilələr üzrə göstərilmiş xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən sənədləri təqdim edə bilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi aylıq bəyannamələr, görülmüş işlər üzrə arayışlar cavabdehin adından Vüsal Məlikov adlı şəxs tərəfindən imzalanmış, üzərinə cavabdeh şirkətin möhürü vurulmamış, görülmüş işlərin məbləği barədə sənədlər isə cavabdehin adından ümumiyyətlə imzalanmamışdır. Arayış və bəyannamələri cavabdehin adından imzalamış Vüsal Məlikovun cavabdehin adından təhvil-təslim aktlara imza etmək səlahiyyətinə malik olmasını təsdiq edən sənəd isə məhkəməyə təqdim edilməmişdir, bundan əlavə aktların əksəriyyətinin imzalandığı dövrdə (01.10.2021-ci il tarixədək olan dövrdə) V.Məlikovun Cavabdeh MMC-nin işçisi olması da iş materialları ilə öz təsdiqini tapmır. İddiaçının V.Məlikovun səlahiyyətli şəxs olmasını sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi "xxxx" MMC-də təşkil edilmiş 05.07.2021-ci il, 12.07.2021-ci il və 24.08.2022ci il tarixli iclaslarda V.Məlikovun Cavabdeh MMC-nin adından layihə rəhbəri qismində iştirak etməsini təsdiq edən iclasda iştirak edən şəxslərin siyahısının surətinə gəldikdə məhkəmə qeyd edir ki, əvvəla həmin siyahıların həqiqiliyi cavabdehin nümayəndəsi və vəkili tərəfindən mübahisələndirilmiş, sənədin əsli isə məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən göstərilən siyahıların həqiqi olması ehtimal edilsə belə, həmin dövrdə cavabdehin rəsmi işçisi belə olmayan V.Məlikovun cavabdehi iclaslarda təmsil etməsi faktı həmin şəxsin cavabdehin adından görülmüş xidmətləri qəbul etmək, onların həcminin və dəyərini təsdiq etmək səlahiyyətinə malik şəxs olmasının müəyyən edilməsi üçün kifayət etmir. Belə ki, Mülki Məcəllənin: 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Hazırkı halda cavabdehin adından göstərilmiş xidmətləri qəbul etmək səlahiyyəti Vüsal Məlikova etibarnamə əsasında verilməmişdir, eləcə də sonuncunun belə bir səlahiyyətə malik olması qanun normalarından və hüquqi şəxsin nizamnaməsindən irəli gəlmir. Odur ki, iddiaçının təqdim etdiyi arayış və bəyannamələr cavabdeh tərəfindən mübahisəli xidmət müqavilələrinə əsasən göstərilmiş xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsini, həmin xidmətlərin həcmini və dəyərini təsdiq edən və cavabdeh üçün mülki hüquq və vəzifələri bilavasitə yaradan sənəd kimi qəbul edilməsi üçün əsas yoxdur. Digər tərəfdən tikintinin İddiaçı MMC tərəfindən keyfiyyətə nəzarət xidmətlərin göstərilməli olduğu mərtəbələrində və digər hissələrində görülmüş tikinti işlərində sifarişçi "xxxx" MMC tərəfindən qüsurlar aşkar edilməsi və göstərilən səbəbdən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nin gördüyü həmin tikinti işlərinin qəbul edilməməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrin məhkəmədə verdiyi izahatlarla da öz təsdiqini tapmışdır. Göstərilən hal da mübahisəli xidmətlərin qüsurlu olması əsası ilə tərəflərindən qəbul edilməməsi barədə Cavabdeh MMC-nin dəlillərinin əsaslılığına dəlalət edir. Məhkəmə tərəflər arasında xidmətlərin qəbul edilməsinə dair ikitərəfli aktın mövcud olmaması məsələsinə münasibətdə onu da qeyd etməyi hesab edir ki, mübahisəli müqavilələrdə nəzərdə tutulmuş xidmətlər qeyri-maddi xarakterli xidmətlər olmaqla həmin xidmətlərin nəticəsi maddi ifadə formasına malik olmur(məs, xidmətlərin nəticəsində maddi olaraq mövcud əşya dəyişdirilmir). Həmin xidmətlər yalnız həyata keçirildiyi məqamda realizə olunur və istehlak olunur. Bundan əlavə müqavilələrdə həmin xidmətlərə görə haqq aylıq sabit məbləğ kimi deyil, göstərilmiş xidmətlərin həcmindən asılı olaraq dəyişən məbləğ kimi müəyyən edilmişdir. Bu baxımdan hazırkı halda sözügedən müqavilələr üzrə göstərilmiş xidmətlərin həcmini və məbləğini müəyyən etmək üçün təhviltəslim aktlarının mövcud olması xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında bağlanmış Q21-003 saylı müqavilələrdə keyfiyyətə nəzarət yoxlamaları və müayinələri, bütün sənədləşmə işlərini, işin icra üsullarının tərtibatını, material keyfiyyətinin yoxlanılması və təslimat işlərini, test işlərini əhatə edən xidmətlərin göstərilməsini, Q21-004 saylı müqaviləyə əsasən SƏTƏM yoxlamaları, giriş təlimatları, SƏTƏM planının tərtibatı və risklərin qiymətləndirilməsi xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Artıq qeyd edildiyi kimi adıçəkilən xidmətlərin nəticələri spesifikasına görə gözlə görünməsə də, həmin xidmətlərin bəzilərinin icra prosesi kağız daşıyıcıda və elektron sənədlərdə əks olunmalı olduğu halda (məsələn, yoxlama və müayinələrin nəticələri, işin icra üsullarının tərtibatı, giriş təlimatları, SƏTƏM planının tərtibatı və risklərin qiymətləndirilməsi işləri) həmin xidmətlərin icra prosesinin aparılmasını təsdiq edən sənədlər də (məsələn, tərtib edilmiş Sətəm planı, giriş təlimatı, müayinələrin nəticələrinə dair aktlar və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə dindirilmiş şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən ifadələr yalnız İddiaçı MMC tərəfindən cəlb edilmiş mütəxəssislərin tikinti sahəsinə gedib-gəlməsi faktını təsdiq edir (halbuki göstərilən hal cavabdeh tərəfindən mübahisələndirilmir), xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsi faktını, eləcə də göstərilməsi iddia edilən xidmətlərin həcmini və məbləğini sübuta yetirmir. Bundan əlavə iddiaçı xidmət haqqı tələbinin əsaslılığını sübuta yetirmək üçün göstərilmiş xidmətlərə görə cavabdehə təqdim edilmiş cəmi 104.398,81 manat məbləğində elektron qaimələri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Sözügedən qaydaların 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur; Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Beləliklə, hazırkı halda məhkəmə elektron mübahisəliqaimə-fakturalara işdəki digər sübutlarla əlaqəli şəkildə qiymət verərək belə qənaətə gəlir ki, elektron qaimə-fakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi (imzaladığı) vaxt cədvəli ve aylıq hakedişlər (Forma 2 ve 3) durmadığından həmin qaimə-fakturalar müvafiq xidmətlərin təqdim edilməsini rəsmiləşdirən sənəd kimi qəbul edilə bilməz. Digər tərəfdən onu da vurğulamaq lazımdır ki, məhkəməyə təqdim edilmiş işlərin görülməsi barədə arayış və xidmətlərin məbləği barədə sənədlərinə əsasən mübahisəli müqavilələr üzrə göstərilməsi iddia edilən xidmətlərin cəmi məbləği 157.746,04 manat (Q21-003 saylı müqavilə üzrə 92900,66 və Q21-003 saylı müqavilə üzrə 64845,38 manat) təşkil etdiyi halda iddia tərəfindən mübahisəli müqavilələr üzrə cavabdehə cəmi 104.398,81 manat (Q21-003 saylı müqavilə üzrə 65187 manat və Q21-004 saylı müqavilə üzrə 39.211,81) manat məbləğində elektron qaimələr göndərilmişdir. Göstərilən hal ona dəlalət edir ki, iddiaçının göstərilmiş xidmətlərin həcmini və məbləğini təsdiq etmək üçün təqdim etdiyi sənədlər qeyri-mötəbər olmaqla yanaşı ziddiyyətlidirlər. İş materiallarından həmçinin görünür ki, iddiaçı "xxxx" MMC iddia tələblərinin əsaslılığını sübuta yetirmək üçün həmçinin Cavabdeh MMC tərəfindən mübahisəli müqavilələr üzrə təxminən 52.000 manat məbləğində ödəniş edilməsinə istinad etmişdir. İddiaçının nümayəndəsi və vəkili sözügedən məbləğin müqavilələr üzrə göstərilmiş xidmətlərə görə ödəniş kimi edildiyini iddia etdiyi halda iddiaçının qanuni təmsilçisi məhkəməyə verdiyi izahatında həmin məbləğin işçilərin əmək haqqısına görə avans qismində ödənildiyini bildirmişdir. Cavabdehin nümayəndəsi də verdiyi izahatında sözügedən məbləğin mübahisəli müqavilələr üzrə göstərilmiş xidmətlər müqabilində cavabdehə ödəniş qismində deyil, tikintidə işləyən işçilərə əmək haqqı olaraq ödənildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, əvvəla tərəflərdən heç biri sözügedən ödənişlərin nağd və köçürmə yolu ilə edilməsini təsdiq edən hər hansı bir sənədi (ödəniş tapşırığı, kassa mədaxil orderi və s.) təqdim etmədiyindən ödənişlərin aparılması əsaslarının (hansı müqavilə üzrə, hansı məqsədlə edilməsinin (görülmüş işlər və ya avans şəklində) müəyyən edilməsi mümkün olmamışdır. Digər tərəfdən sözügedən ödənişlərin mübahisəli müqavilələr üzrə göstərilmiş xidmətlər üzrə edilməsi ehtimal edilsə belə müqavilələr üzrə göstərilmiş xidmətlərin həcmini və məbləğini təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən göstərilən hala əsaslanaraq cavabdehin iddiaçıya mübahisəli müqavilələr üzrə borcunun olubolmamasının müəyyən edilməsi də qeyri-mümkündür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" MMC tərəfindən mübahisəli xidmət müqavilələri üzrə cəmi 105.562,04 manat dəyərində SƏTƏM və keyfiyyətə nəzarət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsi faktlarını sübuta yetirə bilmədiyindən xidmət haqqının ödənilməsi hissəsində həmin hissədə iddianın təmin edilməsi üçün əsasların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmir. İddiaçı MMC-nin iddiasının maddi zərər (real zərər və əldən çıxmış fayda) hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin yuxarıda göstərilən halları ilə cavabdehin mübahisəli müqavilələr üzrə öhdəliklərini pozması öz təsdiqini tapmadığından iddiaçının müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulmasına əsaslanaraq irəli sürdüyü maddi zərər tələbi də əsassızdır. Belə ki, Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İşgüzar nüfuza dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən 3-cü maddəsinə əsasən hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin: 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı nə cavabdehin hüquqazidd, təqsirli əməlləri nəticəsində onun işgüzar nüfuzunun ləkələndiyini, nə də həmin əməllər nəticəsində ona maddi zərər dəyməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda isə işgüzar nüfuza dəymiş zərərin ödənilməsi tələbinə dair hissədə də ilkin iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 06.07.2021-ci il tarixli, Q21-003 saylı və 06.07.2021-ci il tarixli, Q21-004 saylı xidmət müqavilələri üzrə pul vəsaitinin tutulması və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-911/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-911/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver