Məhkəmə qərarları › İş №e-2-2(113)-9260/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9260/2024

19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9260/2024 19.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh MMC-yə qarşı Cavabdeh MTK-dan X2 məxsus Bakı şəhəri Xətai ray, Əhmədli qəsəbəsi 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə ödənilmiş 1204.48 manat sığorta ödənişi və ödənilmiş 32.04 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Belə ki,dövlət rüsumunun hesablanması kalkulyatorundan görünür ki, iş üzrə 32.04 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə,********** saylı qəbz üzrə 12,04 manat məbləğində dövlət rüsumu oödənilmişdir. İş materiallarına əlavə olunan ********* saylı qəbz üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu e-2-2(113)-4242/2021 saylı iş üzrə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1 və 152.1.5-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. ********** saylı qəbz üzrə 12,04 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması buna səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar