Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-929/2020 12.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil Şəmsəddin oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 47522,51 manat borc pulun, 1699 manat hesablanmış faiz məbləği, 300 manat hüquqi yardıma üçün çəkilən xərcin və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 49551,51 manat məbləğin Cavabdeh MMC-dən tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi, Vəkil Şəmsəddin oğlu iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16619,91 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, səlahiyyətli nümayəndələrin iştirakı ilə Cavabdeh MMC ilə, İddiaçı MMC arasında müqavilənin qüvvədə olduğu müddət ərzində Subpodratçı tərəfindən Bakı Sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt Sərnişin-Xırdalan- Biləcəri-Bakı Sərnişin dairəvi yolunun yenidən qurulması layihəsi çərçivəsində Muxtarov avtomobil alt keçidinin tikintisi ilə bağlı 2019-cu ilin may ayında 1000 mm olan svayların qazılması barədə Bakı şəhərində, xx xxxxxx 2019-cu il tarixdə subpodrat müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 3.1-ci bəndinə əsasən 1000 mm olan svayın qazılması ƏDV xaric olmaqla 25 manata razılaşdırılmış, eləcə də həmin müqavilənin 3.2ci bəndinə əsasən işlərin görülməsinə görə ödəniş köçürmə yolu ilə cavabdeh (sifarişçi) tərəfindən iddiaçıya (subpodratçı) ödənilməsi göstərilmişdir. Həmin müqavilənin əsasında işin görülməsi ilə bağlı tərəflər arasında Forma 2 imzalanmışdır. Qeyd olunan sənədə 2019-cu ilin may ayında görülmüş işlər barəsində arayış əlavə edilmişdir. Həmin arayışa əsasən iddiaçı tərəfindən görülmüş işlərlə bağlı olaraq, cəmi 62022,50 manat, 11164,05 manat ƏDV olmaqla, ümumilikdə 73186,55 manat pulun Cavabdeh MMC tərəfindən, İddiaçı MMC-yə ödənilməsi öhdəliyi təsdiqlənmişdir. Qeyd olunan sənəd tərəflərin səahiyyətli nümayəndələrinin imzası və eləcə də, cəmiyyətlərə məxsus möhürlə təsdiq edilmişdir. Cavabdeh qeyd olunan məbləğin ƏDV dəyərini tam ödəmiş, əsas məbləğdən isə cəmi 14500 manat ödəmişdir. Bununla bağlı olaraq qarşı tərəfin iddiaçıya olan borcu ümumilikdə 47522,51 təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubları, telefon zəngləri və mümkün digər üsullarla əlaqə yaratmağa çalışsaq da, bu günə qədər cavabdeh tərəfindən ödənişin ödənilməsi istiqamətində hər-hansı bir addım atılmamışdır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər müqavilə öhdəliklərinin pozulması və lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbayan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil Şəmsəddin oğlu iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, məhkəmə gedişatında tərəflər arasında xx.xx.2020-ci il tarixli borc öhdəliyinin ötürülməsi ilə bağlı müqavilə imzalamış və Cavabdeh MMC İddiaçı MMCyə əvvəlki iddia tələbində olan 49551,51 manat məbləğində borcun olduğunu təsdiq etməklə xx.xx.2020-ci il tarixə həmin borcdan 16619,91 manat məbləğində qalıq borcun qaldığını etiraf etdiklərini, lakin müqavilə şərtlərinə görə həmin borcu 10 gün müddətində ödəmədiklərinə görə tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2019-cu il tarixli, 002/19 nömrəli subpodrat müqaviləsindən görünür ki, (sifarişçi) Cavabdeh MMC ilə, iddiaçı (subpodratçı) İddiaçı MMC arasında müqavilənin qüvvədə olduğu müddət ərzində Subpodratçı tərəfindən Bakı Sərnişin-Sabunçu-Pirşağı- Sumqayıt Sərnişin-Xırdalan-Biləcəri-Bakı Sərnişin dairəvi yolunun yenidən qurulması layihəsi çərçivəsində Muxtarov avtomobil alt keçidinin tikintisi ilə bağlı 2019-cu ilin may ayında 1000 mm olan svayların qazılması barədə Bakı şəhərində, xx xxxxxx 2019-cu il tarixdə subpodrat müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 3.1-ci bəndinə əsasən 1000 mm olan svayın qazılması ƏDV xaric olmaqla 25 manata razılaşdırılmış, eləcə də həmin müqavilənin 3.2-ci bəndinə əsasən işlərin görülməsinə görə ödəniş köçürmə yolu ilə cavabdeh (sifarişçi) tərəfindən iddiaçıya (subpodratçı) ödənilməsi göstərilmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər müqavilə öhdəliklərinin pozulması və lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbayan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Tərəflər arasında imzalanmış və hər iki MMC-nin möhürü ilə təsdiq edilmiş 2019-cu ilin may ayında yerinə yetirilmiş işlər haqqında arayışdan (Forma 2) görünür ki, iddiaçı tərəfindən görülmüş işlərlə bağlı olaraq, cəmi 62022,50 manat, 11164,05 manat ƏDV olmaqla, ümumilikdə 73186,55 manat pulun Cavabdeh MMC tərəfindən, İddiaçı MMC-yə ödənilməsi öhdəliyi təsdiqlənmişdir. xx xxxxxxx 2020-ci il tarixli borc öhdəliyinin ötürülməsinə dair 3 tərəfli müqavilədən görünür ki, Tərəf-2 Cavabdeh MMC təsdiq edir ki, onunla Kreditor - “X1” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 002/19 nömrəli subpodrat müqaviləsinə əsasən Tərəf-2-nin Kreditora 47522,51 manat əsas borcu, 1699 manat hesablanmış faiz məbləği, 300 manat hüquqi yardıma üçün çəkilən xərc və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 49551,51 manat məbləğində borcu vardır. Həmin müqavilənin 1.1-ci və 1.2-ci bəndlərini nəzərə almaqla Kreditor və Tərəf-2 razılaşırlar ki, qarşılıqlı olan pul öhdəlikləri əvəzləşdirilməklə 16619,91 manat məbləğində qalıq borc “Tərəf-2”dən Kreditorun xeyrinə müqavilə imzlandıqdan sonra 10 gün ərzində ödənilməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.3, 385.1, 386.1, 442, 443.1, 448.1, 449.1, 449.2, 752.1, 756.1 və 756.2ci maddələri). Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh MMC görülən işin müqabilində yaranmış borcun yalnız bir hissəsini ödəməklə üzərinə düşən öhdəliklərini tam həcmdə yerinə yetirməmişdir. Daha sonra məhkəmə gedişatında tərəflər arasında xx.xx.2020-ci il tarixdə borc öhdəliyinin ötürülməsi ilə bağlı müqavilə imzalanmış, həmin müqavilədə Cavabdeh MMC İddiaçı MMC-yə 49551,51 manat məbləğində olan borcdan (ilkin tələbin həcmi) xx.xx.2020-ci il tarixə 16619,91 manat məbləğində qalıq borcun olduğunu etiraf etsə də, 10 gün müddətində borcun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da, cavabdeh tərəfindən borc kimi etiraf edilən və iddiaçı tərəfindən tələb olunan 16619,91 manat məbləğində qalıq borcu ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən 16619,91 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 16619,91 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-929/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-929/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver