Məhkəmə qərarları › İş №e-2-2(113)-9306/2024

Bakı Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(113)-9306/2024

23.12.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2-2(113)-9306/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, Kreditor Borclu Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, Müəyyən etdim: Kreditor məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Borclu Məhdud Məsuliyyətli Cəmiyyətindən 12214,02 manat əsas borc və 127 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12341,02 manat (on iki min üç yüz qırx bir manat iki qəpik) pulun tutularaq iddiaçı Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor ilə borclu arasında satıcı – Kreditor MMC ilə alıcı - Borclu MMC arasında xx.xx.2022-ci il tarixli, 0722/06/239 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcıya yük avtomobilləri üçün ehtiyyat hissələri, motor və sürtgü yağları və digər bu kimi malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Malın növü, çeşidi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. xx.xx.2024-cü il tarixli, EBCB seriyalı, 564760 nömrəli elektron qaimədə Kreditor MMC tərəfindən Borclu MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1880 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 797860 nömrəli elektron qaimədə Kreditor MMC tərəfindən Borclu MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2454,99 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10261066 nömrəli elektron qaimə-fakturada Kreditor MMC tərəfindən Borclu MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6437 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10747728 nömrəli elektron qaimə-fakturada Kreditor MMC tərəfindən Borclu MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3293,99 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10747732 nömrəli elektron qaimə-fakturada Kreditor MMC tərəfindən Borclu MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2879 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 10654757 nömrəli elektron qaimə-fakturada Kreditor MMC tərəfindən Borclu MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2615 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur. Kreditor MMC və Borclu MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Borclu MMC-nin xx.xx.2024-cü il tarixə Kreditor MMC-yə 15753,99 manat borcunun olduğu qeyd edilmişdir. Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Kreditor MMC və Borclu MMC arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış. Barışıq sazişində qeyd edilmişdir ki, 1) Borclu MMC ilə Kreditor MMC arasında 20 iyul 2022-ci il tarixli, 0722/06/239 nömrəli müqavilə bağlanılmışdır. 2) Tərəflər həmin müqavilə üzrə Borclu MMC-nin Kreditor MMC-yə ƏDV məbləği də daxil olmaq üzrə, ümumilikdə 12214,02 manat (on iki min iki yüz on dörd manat iki qəpik) məbləğində borcunun olduğunu etiraf və qəbul edirlər. 3) Tərəflər müqaviləyə bu saziş üzrə öhdəliklər tam olaraq icra edildiyi tarixdən qarşılıqlı razılıq əsasında xitam verirə bilərlər. 4) Saziş qüvvəyə mindiyi tarixdən etibarən 30 noyabr 2024-cü il tarixədək Borclu MMC bu müqavilənin 2-ci maddəsində göstərilən məbləği Kreditor MMC-yə tam həcmdə ödəyəcəkdir. 5) Bu saziş hər iki tərəfin onu imzaladığı və möhürlə təsdiqlədiyi tarixdən qüvvəyə minir. 6) Tərəflər bu sazişin müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 7) Bu saziş burada istinad edilən bütün sənədlər tərəflərin tam razılığım özündə əks etdirir. 8) Bu sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. 9) Tərəflər təsdiq edir ki. hazırkı barışıq sazişinin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə müqavilə üzrə bir-birilərinə qarşı heç bir iddiaları qalmayacaqdır. 10) Bu saziş 2 (iki) nüsxədə tərtib edilir və onlardan hər biri müvafiq olaraq tərəflərdə saxlanılır. Barışıq sazişi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Borclu müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda kreditora borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları, üzləşmə aktıvə barışıq sazişi ilə öz təsdiqini tapır. Odur ki, kreditor borcludan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2 və 276.2.2-ci maddəəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. 280-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, Əmr etdim: AZ1003, ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) Borclu Məhdud Məsuliyyətli Cəmiyyətindən AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayilov (Biləcəri qəs.), ev 11, mənzil 39 (VÖEN: **********) Kreditor xeyrinə 12214,02 manat (on iki min iki yüz on dörd manat iki qəpik) əsas borc və ödənilmiş dövlət rüsumuna görə 126,64 manat olmaqla, cəmi 12340,66 manat (on iki min üş yüz qırx manat altmış altı qəpik) məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar