Məhkəmə qərarları › İş №e-2-2(113)-954/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-954/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-954/2021 14.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi vəkil X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, görülmüş işlərin müqabilində ödənilməyən ƏDV daxil 277,229.69 AZN (iki yüz yetmiş yeddi min iki yüz iyrimi doqquz manat, altmış doqquz qəpik) manatın, MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 39,343.83 (otuz doqquzmin üç yüz qırx üç manat, səksən üç qəpik) manat məbləğin, ümumilikdə cəmi 316,573.52 (üç yüz on altı min beş yüz yetmiş üç manat, əlli iki qəpik) manat ödənişin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə və barışıq sazişi təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi barışıq sazişinin şərtləri ilə razı olduqlarını və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş, xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Bu Sazişin predmeti Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)- 954/2021 saylı kommersiya mübahisəsi üzrə Cavabdehin İddiaçıya olan borcunun barışıq əsasında hissəvi ödənilməsindən ibarətdir. 1.2. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya olan ümumi borcu 253.412,21 (iki yüz əlli üç min dörd yüz on iki manat, 21 qəpik) manat (199.842,10 manat əsas borc + 53.570,11 manat ƏDV borcu) təşkil edir. 2.1. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə- hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə İddiaçıya ödəyəcəkdir: 2.1.1. 60.000 (altmış min) manat əsas borc + 10.800 (on min səkkiz yüz) manat ƏDV borcu - 2-2(113)-954/2021 saylı iş üzrə Cavabdeh barəsində tətbiq olunmuş iddia təminetmə tədbirinin ləğv edilməsinə (Cavabdehin bank hesablarına qoyulmuş həbsin götürülməsinə) dair məhkəmə qərardadının icra olunduğu gündən sonrakı 1 (bir) iş günü ərzində; 2.1.2. xx xxx 2021-ci il tarixədək - 50.000 (əlli min) manat əsas borc + 10.870,74 (on min səkkiz yüz yetmiş manat, 74 qəpik) manat ƏDV borcu olmaqla, cəmi 60.870,74 (altmış min səkkiz yüz yetmiş manat, 74 qəpik) manat; 2.1.3. xx xxxx 2021-ci il tarixədək - 50.000 (əlli min) manat əsas borc + 10.870,74 (on min səkkiz yüz yetmiş manat, 74 qəpik) manat ƏDV borcu olmaqla, cəmi 60.870,74 (altmış min səkkiz yüz yetmiş manat, 74 qəpik) manat; 2.1.4. xx xxxx 2021-ci il tarixədək - 39.842,10 (otuz doqquz min səkkiz yüz qırx iki manat, 10 qəpik) manat əsas borc + 21.028.63 (iyirmi bir min iyirmi səkkiz manat, 63 qəpik) manat ƏDV borcu olmaqla, cəmi 60.870,73 (altmış min səkkiz yüz yetmiş manat, 73 qəpik) 2.2. İddiaçı öhdəlik götürür ki, bu Saziş imzalandıqdan sonrakı 1 (bir) iş günü ərzində Cavabdeh* barəsində tətbiq olunmuş iddia təminetmə tədbirinin ləğv edilməsi (Cavabdehin bank hesablarına qoyulmuş həbsin götürülməsi) barədə ərizə ilə məhkəməyə müraciət edəcəkdir. 2.3. Cavabdeh bu Sazişin 2.1.1, 2.1.2, 2.1.3, 2.1.4-cü bəndlərində göstərilən öhdəliklərindən hər hansı birini vaxtında icra etməzsə və ya qismən icra edərsə, iddiaçı bu saziş üzrə qalıq borcun tamamının (bütünlüklə) birdəfəyə cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədi ilə məhkəməyə müraciət edəcək və cavabdeh iddiaçının bu müraciətinə etiraz etməyəcəyi barədə öhdəlik götürür. 2.4. Bu sazişin məhkəmə qaydasında təsdiq olunması ilə iddiaçı cavabdehə qarşı iddia tələbinin digər hissəsindən (borcun gecikdirilməsinə görə faizlərin ödənilməsi) tamamilə imtina edir. 3.1. Bu saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.1. Bu Sazişin predmeti Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)- 954/2021 saylı kommersiya mübahisəsi üzrə Cavabdehin İddiaçıya olan borcunun barışıq əsasında hissəvi ödənilməsindən ibarətdir. 1.2. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya olan ümumi borcu 253.412,21 (iki yüz əlli üç min dörd yüz on iki manat, 21 qəpik) manat (199.842,10 manat əsas borc + 53.570,11 manat ƏDV borcu) təşkil edir. 2.1. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə- hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə İddiaçıya ödəyəcəkdir: 2.1.1. 60.000 (altmış min) manat əsas borc + 10.800 (on min səkkiz yüz) manat ƏDV borcu - 2-2(113)-954/2021 saylı iş üzrə Cavabdeh barəsində tətbiq olunmuş iddia təminetmə tədbirinin ləğv edilməsinə (Cavabdehin bank hesablarına qoyulmuş həbsin götürülməsinə) dair məhkəmə qərardadının icra olunduğu gündən sonrakı 1 (bir) iş günü ərzində; 2.1.2. xx xxx 2021-ci il tarixədək - 50.000 (əlli min) manat əsas borc + 10.870,74 (on min səkkiz yüz yetmiş manat, 74 qəpik) manat ƏDV borcu olmaqla, cəmi 60.870,74 (altmış min səkkiz yüz yetmiş manat, 74 qəpik) manat; 2.1.3. xx xxxx 2021-ci il tarixədək - 50.000 (əlli min) manat əsas borc + 10.870,74 (on min səkkiz yüz yetmiş manat, 74 qəpik) manat ƏDV borcu olmaqla, cəmi 60.870,74 (altmış min səkkiz yüz yetmiş manat, 74 qəpik) manat; 2.1.4. xx xxxx 2021-ci il tarixədək - 39.842,10 (otuz doqquz min səkkiz yüz qırx iki manat, 10 qəpik) manat əsas borc + 21.028.63 (iyirmi bir min iyirmi səkkiz manat, 63 qəpik) manat ƏDV borcu olmaqla, cəmi 60.870,73 (altmış min səkkiz yüz yetmiş manat, 73 qəpik) 2.2. İddiaçı öhdəlik götürür ki, bu Saziş imzalandıqdan sonrakı 1 (bir) iş günü ərzində Cavabdeh* barəsində tətbiq olunmuş iddia təminetmə tədbirinin ləğv edilməsi (Cavabdehin bank hesablarına qoyulmuş həbsin götürülməsi) barədə ərizə ilə məhkəməyə müraciət edəcəkdir. 2.3. Cavabdeh bu Sazişin 2.1.1, 2.1.2, 2.1.3, 2.1.4-cü bəndlərində göstərilən öhdəliklərindən hər hansı birini vaxtında icra etməzsə və ya qismən icra edərsə, iddiaçı bu saziş üzrə qalıq borcun tamamının (bütünlüklə) birdəfəyə cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədi ilə məhkəməyə müraciət edəcək və cavabdeh iddiaçının bu müraciətinə etiraz etməyəcəyi barədə öhdəlik götürür. 2.4. Bu sazişin məhkəmə qaydasında təsdiq olunması ilə iddiaçı cavabdehə qarşı iddia tələbinin digər hissəsindən (borcun gecikdirilməsinə görə faizlərin ödənilməsi) tamamilə imtina edir. 3.1. Bu saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar