Məhkəmə qərarları › İş №e-2-2(113)-988/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-988/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-988/2022 29.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə2, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pulu köçürülmüş, lakin görülməmiş və təhvil verilməmiş işlər üçün 671315 manat, 186 ton armatur çatışmazlığı üzrə 289926 manat, müqavilə üzrə görülən işlər üzrə nöqsanların aradan qaldırılması üçün çəkilmiş xərclər 193773 manat, çəkilmiş əlavə nəzarət və digər xərclər üçün 50.000 manat, müqavilənin 8-ci bəndinə müvafiq olaraq 433565 manat dəbbə pulunun, mediasiya xərcləri və dövlət rüsumu üçün ödənilmiş olan 900 manat pulun, ümumilikdə, 1.584.979 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında AG-39/20 saylı 15 sentyabr 2020-ci il tarixli Tikintidə subpodrat müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmetini cavabdeh tərəfindən iddiaçının sifarişi əsasında Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 ədəd binada dəmir-beton işlərinin görülməsi, iddiaçının isə bu müqavilənin şərtlərinə uyğun olaraq bu işlər üzrə müvafiq haqqın ödənilməsi münasibətləri təşkil edir. Lakin tikinti zamanı köçürülmüş vəsait hesabına cavabdeh məlum olmayan səbəblərdən tam olaraq dəmir beton konstruksiya işlərini görməmiş və AG-39/20 saylı 15 sentyabr 2020-ci il tarixli müqavilə üzrə yerinə yertiməli olduğu öhdəlikləri tam olararaq icra etməmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etməmiş, edilən yazılı və şifahi tələblərə baxmayaraq müqavilə öhdəliklərini icra etməmişdir. İddiaçı tərəfindən köçürülən pul qarşılığında az miqdarda işlər görmüş, həmçinin həmin işləri tam keyfiyyətsiz həyata keçirmişdir. Görüləcək işlər və alınacaq mal material üçün üçün iddiaçı tərəfindən cavabdehə 2.502.718 manat pul vəsaiti müqavilə üzrə qeyd edilmiş rekvizitlər üzrə köçürülmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh tərəfindən görüləcək işlər müqavilənin Əlavələrində müəyyən olunmuş müddətdə və mövcud normalar, qaydalar, standartlar və bu Müqavilə şərtlərinə uyğun yerinə yetirilməli idi. Müqavilə üzrə cavabdehə Gəncə şəhəri , Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha torpaq sahəsində - 3, 4, 5 , 6 və 7saylı yaşayış binalarnın tikintisində beton konstruksiya işləri üçün ümumilikdə 2502718,87 manat və ƏDV 450489,4 manat pul vəsaiti köçürülsə də, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, tikinti, quraşdırma və mal material tam alınmamışdır. Öhdəliklərin icra edilməməsi faktı cavabdeh tərəfindən etiraf edilmişdir. Bundan başqa, öhdəliklərin tam icrası üçün tərəflər arasında razılaşdırılmış son icra müddəti də bitmişdir. Bununla da müqavilə, onun əlavələri və ödənilmiş maddi vəsait qarşılığında cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi səbəbindən iddiaçının müqavilə üzrə tələb hüququ yaranmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə ümumilikdə ******* manat (ƏDV daxil) pul köçürülmüş, bunun müqabilində isə təhvil verilmiş işlərin dəyəri ******* manat təşkil edir, bunu tərəflər arasında imzalanmış Forma 2-lər də təsdiq edir. Cavabdeh tərəfindən onlara ümumilikdə ******* manat (ƏDV daxil) dəyərində görülmüş işlərin tam təhvil verildiyini elektron qaimlərin təsdiq etməsi barədə dəlili ilə razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə, habelə daha əvvəlki görülmüş işlərə münasibətdə təhvil-təslim işləri Forma-2-lərlə qəbul edilmişdir. Çatışmayan məbləğə dair isə Forma-2 yoxdur. Bundan əlavə, tikintidə yubanmaların qarşısını almaq üçün cavabdehə əlavə olaraq naturada 186 ton armatur təhvil verilmişdir. Tərəflər arasında bağlanmış üzləşmə aktı da bunu təsdiq edir və müqavilənin tərkib hissəsidir, aktda həmin armaturun ya naturada qaytarılacağı, ya da hesablaşma gününə olan qiyməti nəzərə alınmaqla dəyərinin ödənilməsi razılaşdırılmışdır. Cavabdehə təhvil verilmiş armatur onlar tərəfindən ƏDV daxil olmaqla dəyəri ödənilməklə əldə edilmişdir. Hazırda 1 ton armaturun orta bazar qiyməti ƏDV daxil olmaqla 1300-1500 manat təşkil edir. Belə ki, onlar həmin armaturu "xxxx" MMC-dən 01.12.2020-ci il tarixli müqavilə əsasında ƏDV ödəməklə alıb cavabdehə verildiyini, tərəflər arasında bağlanmış üzləşmə aktına əsasən həmin armatur qaytarılmadıqda, hesablaşma gününə olan dəyərinin ödənilməli olduğunu, hazırda ölkədə əsas armatur istehsalçısının “X1” QSC olduğunu, həmin QSC-dən verilmiş arayışa əsasən 27.04.2022-ci il tarixinə armaturun 1 tonunun qiymətinin 1320 manat (ƏDV-siz), 1557,60 manat (ƏDV daxil) olmasının nəzərə alınmasını xahiş edir. Bundan əlavə, tərəflərindən müqavilənin 8-ci bəndinə əsasən öhdəliklərin gecikdirilməsinə görə hesablanmış 433565 manat dəbbə pulu da tələb edilir. Bundan əlavə, cavabdeh tərəfindən görülmüş işlərdə ciddi nöqsanlar aşkar edilmiş, bu barədə qüsur aktları tərtib edilmişdir. Həmin qüsurların aradan qaldırılmasına çəkilmiş xərclərin də ödənilməsi tələb edilir. İşlər cavabdeh tərəfindən müəyyən edilmiş vaxtda görülmədiyi üçün onların tələbi ilə cavabdeh oranı tərk etmiş, işlərin görülməsi başqa şirkətə həvalə edilmişdir. Hazırda həmin binalarda işlər yekunlaşıb təhvil verilmək üzrədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 iddia tələbinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlara iddiaçı tərəfindən ümumilikdə ******* manat (ƏDV daxil) pul köçürülmüş, həmin pulun müqabilində də işlər görülüb təhvil verilmişdir. Belə ki, ******* manat dəyərində olan işlərin görülməsini tərəflər arasında imzalanmış Forma 2-lər də təsdiq edir, qalan məbləğə dair isə iddiaçı forma-2 imzalamaqdan imtina etmişdir. Lakin bununla belə həmin işlərin təhvil verildiyini iddiaçıya göndərilmiş elektron qaimələr təsdiq edir. Belə ki, iddiaçı həmin qaimələri təsdiq etmiş, bununla da işlərin tam təhvil verildiyini qəbul etmişdir. Bundan əlavə, üzləşmə aktında olan imza ona məxsus olsa da, iddiaçı tərəfindən ona dəqiq olaraq nə qədər armatur təhvil verildiyini bilmir, bundan əlavə, armatur ona təhvil verilən vaxt onun dəyəri 900 manat civarında olmuşdur. Hazırda isə armaturun bazar dəyəri 1500 manat olsa da, onlardan hazırkı qiymətlə deyil, aktın tarixi əsas götürülməklə dəyərinin ödənilməsi tələb edilə bilər. Bundan əlavə, görülmüş işlərin təhvil verilməsinə dair aktlarda iddiaçı tərəfindən işlər qəbul edilmiş, işlərin görüldüyü dövrdə onlara nöqsanlarla bağlı irad bildirilməmiş, onlar həmin binada işləri iddiaçının tələbi ilə yarımçıq qoyub oranı tərk etdikdən bir neçə ay sonra onların iştirakı olmadan birtərəfli qüsur aktları tərtib edilmişdir. Belə ki, iddiaçının da bildirdiyi kimi həmin binalarda olan işlər artıq yekunlaşmaq üzrədir. Onlardan sonra binada bir neçə podratçı şirkət çalışmış, həmin nöqsanlara da məhz onlar tərəfindən yol verilməsi barədə iddiaçının dəlili ilə razılaşmır. Belə ki, həmin nöqsanlar vardısa, niyə onlardan işlər təhvil alınmış, sonrakı mərtəbələrdə işlərin görülməsinə imkan verilmişdir. Qüsur aktlarında olan fotoşəkillərin harada, hansı binada, hansı mərtəbədə çəkildiyi məlum deyildir. Onlar sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq orada monitorinqlər keçirilmiş, həmin nöqsanlar olduğu təqdirdə, bu barədə onlara bildirilərdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hər mərtəbədə dəmir-beton işləri görüldükdən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılıb müvafiq rəy verilir, daha sonra növbəti mərtəbədə işlər görülür. Bununla da, iddiaçının görülmüş işlərdə qüsurların olması barədə dəlili əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli AG-39/20 nömrəli tikintidə subpodrat müqaviləsinə əsasən subpodratçı (cavabdeh), podratçının (iddiaçı) tapşırığı ilə özünün və/və ya podratçının materiallarından və avadanlıqlarında istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama işəsalma və sair işlərini həmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsini götürür. Müqavilənin 1.4-cü maddəsinə əsasən müqavilə üzrə görüləcək işlərin maksimal həcmi 4.335.651,11 manat (ƏDV daxil) məbləğində müəyyən edilir. Müqavilənin 5.1-ci maddəsinə əsasən işlərin qiyməti Əlavə ilə razılaşdırılır və ödənişi təhvil-təslim aktı əsasında aparılır. Müqavilənin 5.2-ci maddəsinə əsasən işlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır. Müqavilənin 5.3-cü maddəsinə əsasən əlavədə başqa ödəniş qaydası da (beh, avans ödəmə, aralıq hesablaşmaları və s.) nəzərdə tutula bilər. Podratçı işlərin qiymətinin 25%-i miqdarında avans yolu ilə subpodratçının ilkin xərclərinin ödənilməsində iştirak edə bilər. Avansın alınması üçün subpodratçı podratçıya avansın 100 % məbləğində bank təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalır. Aralıq hesablaşmaların dəyəri işlərin qiymətinin 90 % qədər təşkil edə bilər. Məbləğin son 10%-lik hissəsi obyekt təhvil verilən tarixdən sonrakı 1 il ərzində yarana biləcək çatışmazlıqların podratçının öz qüvvəsi ilə aradan qaldırılmasının təmin edilməsi məqsədi ilə bu müddət ərzində ödənməyəcək və yalnız bu müddət keçdikdən sonra istifadə edilməyəcək məbəğ miqdarında subpodratçıya ödənəcək. Müqavilənin 6.1-ci maddəsinə əsasən işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu Tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpodratçı tərəfindən 2 saylı Formanın təqdim edilməsi ilə təsdiq edilir. Müqavilənin 8.2-ci bəndinə əsasən subpodratçı müqavilədə/əlavədə nəzərdə tutulan müddət ərzində işləri təhvil verməzsə, podratçı hər gecikdirilmiş günə görə işlərin qiymətinin 0,1 faizi məbləğində dəbbə pulu ödənilməsini Subpodratçıdan tələb edə bilər. 15.09.2020-ci il tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 1 saylı əlavədə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 3 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 911827,31 manat təşkil edir. 15.09.2020-ci il tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 2 saylı əlavə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 4 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 911827,31 manat təşkil edir. 15.09.2020-ci il tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 3 saylı əlavə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 911827,31 manat təşkil edir. 15.09.2020-ci il tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 4 saylı əlavə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 6 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 832548,11 manat təşkil edir. 15.09.2020-ci il tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 5 saylı əlavə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 767621,07 manat təşkil edir. Əsaslı tikinti (dəmir-beton) işlərinin yerinə yetirilmə barədə qrafikindən görünür ki, bu qrafik 15.09.2020-ci il tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinin 6 saylı Əlavəsi hesab edilir və müqavilənin ayrılmaz tərkib hissəsidir. Tərəflər arasında imzalanmış 15.09.2020-ci il tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsi üzrə 29.04.2021-ci il tarixli Üzləşmə aktına əsasən .... smeta üzrə görülən işləri başa çatdırmaqda çətinlik yaranmış, yaranmış çətinliyin aradan qaldırılmasında iddiaçı tərəfindən əlavə olaraq armatur alışı həyata keçirilərək layihə üzrə beton quraşdırma işlərini bitirmək üçün cavabdehə natura şəklində 651,5 ton armatur təhvil verilmişdir. Qeyd edilənlərlə əlaqədar cavabdehin 186 ton armatur və ya hesablaşma gününə həmin miqdarın bir tonu üzrə qiymətinin 186 ton üçün cəmi qədər iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 22.01.2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən EBAW 438887 nömrəli elektron qaimə üzrə 11.000 manat, 22.06.2021ci il tarixli OD3 nömrəli ödəniş tapşırığına əsasən EBBD 624353 nömrəli elektron qaimə üzrə 15000 manat, 23.06.2021-ci il tarixli OD3 nömrəli ödəniş tapşırığına əsaəsn EBBD 693024 nömrəli elektorn qaimə üzrə 15.000 manat, 14.07.2021-ci il tarixli OD9 nömrəli ödəniş tapşırığına əsasən EBBE 854846 nömrəli elektron qaimə üzrə 17.000 manat, 30.04.2021-ci il tarixli OD10 nömrəli ödəniş tapşırığına əsasən avans üzrə 5000 manat, 21.02.2020-ci il tarixli 194 nömrəli ödəniş tapşırığına əsasən EBAG 634680 nömrəli elektron qaimə üzrə 6016,82 manat, 05.02.2021-ci il tarixli OD5 nömrəli ödəniş tapşırığına əsasən avans üzrə 7500 manat, 07.07.2021-ci il tarixli OD12 nömrəli ödəniş tapşırığına əsasən EBBE 457805 nömrəli elektron qaimə üzrə 7813 manat, 16.07.2021-ci il tarixli OD9 nömrəli ödəniş tapşırığına əsasən EBBE 854846 nömrəli elektron qaimə üzrə 8950,68 manat, 08.02.2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən EBAX 155676 nömrəli elektron qaimə üzrə 10.000 manat, 17.03.2021-ci il tarixli OD3 nömrəli ödəniş tapşırığına əsasən EBAY 861062 nömrəli elektron qaimə üzrə 118241,06 manat, 24.12.2020-ci il tarixli 737 nömrəli ödəniş tapşırığına əsasən EBAV 299957 nömrəli elektron qaimə üzrə 120.000 manat, 20.09.2019-cu il tarixli 64 nömrəli ödəniş tapşırığına əsasən İF685930 nömrəli elektron qaimə üzrə 131857,58 manat, 20.10.2020-ci il tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 16.000 manat, 12.02.2021-ci il tarixli OD5 nömrəli ödəniş tapşırığına əsasən EBAX 383942, EBAX 155676 nömrəli elektron qaimələr üzrə 182621,18 manat, 16.10.2020-ci il tarixli 11 nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 190.000 manat, 08.09.2020-ci il tarixli 4 nömrəli ödəniş tapşırığına əsasən EBAP 694218 nömrəli elektron qaimə üzrə 200.000 manat, 15.09.2020-ci il tarixli 05 nömrəli ödəniş tapşırığına əsasən AG 39/20 nömrəli müqavilə üzrə avans qismində 200.000 manat, 23.10.2020-ci il tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 233983,75 manat, 13.12.2019-cu il tarixli 131 nömrəli ödəniş tapşırığına əsasən görülən işlərə görə EVHF İİ 642** İİ ***02 nömrəli elektron qaimələr üzrə 250.000 manat, 11.09.2019-cu il tarixli 60 nömrəli ödəniş tapşırığına əsasən subpodrat müqaviləsi üzrə 267569,02 manat, 24.12.2020-ci il tarixli O1 nömrəli ödəniş tapşırığına əsasən EBAV 300683 nömrəli elektron qaimə üzrə 400000 manat, 24.12.2020-ci il tarixli 736 nömrəli ödəniş tapşırığına əsasən EBAV 300683 nömrəli elektron qaimə üzrə 20.000 manat, 15.02.2021-ci il tarixli 807 nömrəli ödəniş tapşırığına əsasən EBAX 478620 nömrəli elektron qaimə üzrə 25.000 manat, 15.02.2021-ci il tarixli 807 nömrəli ödəniş tapşırığına əsasən EBAX 478620 nömrəli elektron qaimə üzrə 25.000 manat, 31.05.2021-ci il tarixli 859 nömrəli ödəniş tapşırığına əsasən EBBC 462531 nömrəli elektron qaimə üzrə 30500 manat, 05.02.2021-ci il tarixli OD3 nömrəli ödəniş tapşırığına əsasən EBAP 694218 nömrəli elektron qaimə üzrə 32500 manat, 10.04.2020-ci il tarixli 268 nömrəli ödəniş tapşırığına əsasən İİ 674201 nömrəli elektron qaimə üzrə 40.000 manat, 12.12.2020-ci il tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən EBAT 803447 nömrəli elektron qaimə üzrə 40.000 manat, 28.04.2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən avans qismində 40.000 manat, 19.01.2021-ci il tarixli OD4 nömrəli ödəniş tapşırığına əsasən 32300.47 EBAV 300683 EBAW 324314 nömrəli elektron qaimə üzrə 42372,88 manat, 27.04.2021-ci il tarixli OD4 nömrəli ödəniş tapşırığına əsasən EBBA 815088 nömrəli elektron qaimə üzrə 50.000 manat, 11.09.2020-ci il tarixli 07 nömrəli ödəniş tapşırığına əsasən EBAP 877240 nömrəli elektron qaimə üzrə 70.000 manat, 17.07.2020-ci il tarixli 461 nömrəli ödəniş tapşırığına əsasən İİ 674201 nömrəli elektron qaimə üzrə 92554.94 manat, 17.03.2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən avans qismində 10.000 manat, 18.09.2020-ci il tarixli 06 nömrəli ödəniş tapşırığına əsasən avans qismində 10.000 manat, 21.12.2020-ci il tarixli 727 nömrəli ödəniş tapşırığına əsasən EBAV 161306 nömrəli elektron qaimə üzrə 100.000 manat, 23.09.2020-ci il tarixli 03 nömrəli ödəniş tapşırığına əsasən EBAQ 366113 nömrəli elektron qaimə üzrə 100.000 manat, 25.09.2020-ci il tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən EBAQ 441126 nömrəli elektron qaimə üzrə 100.000 manat, 29.09.2020-ci il tarixli 03 nömrəli ödəniş tapşırığına əsasən EBAQ 594206 nömrəli elektron qaimə üzrə 100.000 manat, 17.07.2020-ci il tarixli 462 nömrəli ödəniş tapşırığına əsasən görülən işlər üzrə 107445,06 manat, 24.12.2020-ci il tarixli 737 nömrəli ödəniş tapşırığına əsasən EBAV 299957 nömrəli elektron qaimə üzrə 120.000 manat pul köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehə 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən AG 39/20 nömrəi müqavilə üzrə avans qismində 200.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 100.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAQ 366113 nömrəli elektron qaimə üzrə 100.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAQ 441126 nömrəli elektron qaimə üzrə 100.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAQ 594206 nömrəli elektron qaimə üzrə 100.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 190.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 160.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 233983,75 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAT 803447 nömrəli elektron qaimə üzrə 40.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAV 161306 nömrəli elektron qaimə üzrə (dövlət vəsaiti) 100.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAV 300683 nömrəli elektron qaimə üzrə 400.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAV 300683 nömrəli elektron qaimə üzrə 20.000 manat, 17.03.2022ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən 32300.47, EBAV 300683, EBAW 324314 nömrəli elektron qaimə üzrə 42372,88 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAW 438887 nömrəli elektron qaimə üzrə 110.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAX 155676 nömrəli elektron qaimə üzrə 10.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAX 383942, EBAC 155676 nömrəli elektron qaimələr üzrə 182621,18 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 100.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBBA 815088 nömrəli elektron qaimə üzrə 50.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 40.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına avans qismində 5000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBBC 462531 (dövlət hesabına) nömrəli elektron qaimə üzrə 30500 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBBD 624353 nömrəli elektron qaimə üzrə 15.000 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBBD 693024 nömrəli elektron qaimə üzrə 15.000 manat, 17.03.2022-ci il tarixli 102OCAZ21076001D nömrəli ödəniş tapşırığına əsasən EBAY 861062 nömrəli elektron qaimə üzrə 118241,06 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAP 694218 nömrəli elektron qaimə üzrə 32500 manat, 17.03.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 7500 manat pul köçürülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin sentyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktında görünür ki, 3 nömrəli binada cəmi (ƏDV daxil) 219827,49 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin sentyabr ayında yerinə yetirən podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid arayışdan görünür ki, cəmi 219827,49 manat (ƏDV ilə) iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin sentyabr ayında yerinə yetirilmiş işlərin ödənilməsi üçün 3 saylı formaya əlavədən görünür ki, müqavilə üzrə görüləcək işlərin ümumi qiyməti 911827,31 manat təşkil edir, tikintinin əvvəlində 219827,49 manat pul köçürülmüş, 691999,82 manat qalıq pul qalmışdır. Gəncə şəhərində Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 3 nömrəli 9 mərtəbəli 2bloklu yaşayış binasına görülən işlərin ümumi məbləği 911827,31 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin sentyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, ümumilikdə 122998,19 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin sentyabr ayında yerinə yetirilən işlərin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid arayışdan görünür ki, hesabat ayı üzrə 122998,19 manat məbləğində iş görülmüşdür. Gəncə şəhərində Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasına görülən işlərin ümumi məbləği 122998,19 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin sentyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 122998,19 manat məbləğində iş görülmüşdür. Gəncə şəhərində Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 4 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasına görülən işlərin ümumi məbləği 122998,19 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin sentyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 6 nömrəli binanın ümumi tikinti işləri üçün 118292,57 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin sentyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 7 nömrəli binanın ümumi tikinti işləri üçün 104984,38 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin oktyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 4 nömrəli binanın ümumi tikinti işləri üçün 96523,89 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin oktyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 5 nömrəli binanın ümumi tikinti işləri üçün 96523,89 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin oktyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 6 nömrəli binanın ümumi tikinti işləri üçün 67876,53 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin oktyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 7 nömrəli binanın ümumi tikinti işləri üçün 62981,42 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin noyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 3 nömrəli binanın ümumi tikinti işləri üçün 143723,67 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin noyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 4 nömrəli binanın ümumi tikinti işləri üçün 71861,83 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin noyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 5 nömrəli binanın ümumi tikinti işləri üçün 71861,83 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin noyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 6 nömrəli binanın ümumi tikinti işləri üçün 152121,49 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin noyabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 7 nömrəli binanın ümumi tikinti işləri üçün 94145,68 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin dekabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 5 nömrəli binanın ümumi tikinti işləri üçün 143723,67 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin dekabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 6 nömrəli binanın ümumi tikinti işləri üçün 50707,16 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci ilin dekabr ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 7 nömrəli binanın ümumi tikinti işləri üçün 47072,84 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci ilin yanvar ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 4 nömrəli binanın ümumi tikinti işləri üçün 71861,83 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci ilin yanvar ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 3 nömrəli binanın ümumi tikinti işləri üçün 71861,83 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci ilin yanvar ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 6 nömrəli binanın ümumi tikinti işləri üçün 45347,08 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci ilin yanvar ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 7 nömrəli binanın ümumi tikinti işləri üçün 47072,84 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci ilin fevral ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 5 nömrəli binanın ümumi tikinti işləri üçün 71966,87 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci ilin fevral ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 4 nömrəli binanın ümumi tikinti işləri üçün 71861,83 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci ilin fevral ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 3 nömrəli binanın ümumi tikinti işləri üçün 71966,87 manat məbləğində iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci ilin fevral ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, 7 nömrəli binanın ümumi tikinti işləri üçün 41728,89 manat məbləğində iş görülmüşdür. "xxxx" QSC tərəfindən verilmiş 27.04.2022-ci il tarixli arayışa əsasən həmin tarixə armaturun 1 tonunun qiyməti 1320 manat, ƏDV daxil olmaqla isə 1557,60 manat təşkil edir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 17 dekabr 2021-ci il tarixli PM-A/114/2021 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında AG-39/20 saylı 15 sentyabr 2020-ci il tarixli Tikintidə subpodrat müqaviləsi imzalanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil olmaqla, ******* manat pul ödənilmişdir. İddiaçı həmin vəsaitdən yanız ******* manat pulun müqabilində işlərin görüldüyünü, qalan 671315 manat məbləğində işlərin cavabdeh tərəfindən təhvil verilmədiyini iddia edir, cavabdeh isə ona təhvil verilmiş pulun müqabilində bütün işlərin təhvil verildiyini bildirir. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni 671315 manat məbləğində işlərin də görülüb təhvil verildiyini cavabdeh sübut etməlidir. Cavabdeh həmin məbləğə münasibətdə sonuncu 2 saylı Formanın da tərəfindən tərtib edilərək iddiaçıya verildiyini, lakin iddiaçı tərəfindən təsdiq edilmədiyini, bundan əlavə, iddiaçıya göndərilmiş elektron qaimələrin işlərin tam təhvil verilidiyini təsdiq etdiyini bildirir. Məhkəmə cavabdehin həmin dəlilinə cavab olaraq bildirir ki, cavabdeh həmin hissədə işlərin icra edilib təhvil verilməsini təsdiq edən belə bir sənəd (müqavilənin 6.1-ci maddəsinə əsasən 2 saylı Forma) təqdim edə bilmir. Həmin sənədin tərtib edildiyini, lakin iddiaçı tərəfindən təsdiq edilmədiyini bildirsə də, müqavilənin 6.2-ci maddəsinə əsasən bu halda (işlər podratçı tərəfindən 10 gün ərzində qəbul edilməzsə və ya podratçı əsaslandırılmış imtinanı təqdim etməzsə) cavabdeh tərəfindən birtərəfli akt tərtib edilməli idi. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələr hazırkı iş üzrə öhdəliklərin icrasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, ilkin vergi uçot sənədi olan elektron qaimələr mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq edən düzünə (bilavasitə) sübut olmadığından, hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşılmalıdır. Yəni, qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunaraq göndərilmiş və ləğv olunmamış, yaxud mübahisələndirilməmiş elektron qaimələr işdə başqa mötəbər sübutlar olmadığı halda mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, digər hallarda müqavilə şərtləri, tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə (kompleks şəkildə) qiymətləndirilməlidir. MPM-in 88-ci maddəsinin tələblərindən biri də məhz ondan ibarətdir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi pulu köçürülmüş, lakin görülüb təhvil verilməmiş işlər üçün 671315 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia ərizəsində iddiaçı müqavilənin 8-ci bəndinə müvafiq olaraq 433565 manat məbləğində dəbbə pulunun ödənilməsini də tələb edir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 30000 manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsində cavabdehə təhvil verilmiş, lakin qaytarılmamış 186 ton armatura görə 289926 manat məbləğində (bir tonunun orta bazar qiymətinin 1300 manat olması nəzərə alınmaqla) pul vəsaitinin ödənilməsi tələb edilir. İddiaçı həmin armaturun "xxxx" MMC-dən 01.12.2020-ci il tarixli müqavilə əsasında ƏDV ödənilməklə alınıb cavabdehə verildiyini, tərəflər arasında bağlanmış üzləşmə aktına əsasən həmin armatur qaytarılmadıqda, hesablaşma gününə olan dəyərinin ödənilməli olduğunu, hazırda ölkədə əsas armatur istehsalçısının “X1” QSC olduğunu, həmin QSCdən verilmiş arayışa əsasən 27.04.2022-ci il tarixinə armaturun 1 tonunun qiymətinin 1320 manat (ƏDV-siz), 1557,60 manat (ƏDV daxil) olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin hissədə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi də məhkəmə iclasında armaturun dəyərinin artdığını, hazırda orta bazar qiymətinin 1500 manat civarında olduğunu, bununla belə, onlardan armaturun hazırkı deyil, təhvil verildiyi vaxtda olan (2021-ci ildə) dəyərinin tələb edilməli olduğunu göstərmişdir. Məhkəmə bununla bağlı bildirir ki, cavabdeh 29.04.2021-ci il tarixli üzləşmə aktında 186 ton armatur üçün hesablaşma gününə həmin miqdarın bir tonu üzrə qiymətinin 186 ton üçün cəmi qədər iddiaçıya borcunun yarandığını qəbul etmiş, həmin üzləşmə aktı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddia ərizəsində həmçinin cavabdeh tərəfindən təhvil verilmiş işlərdə yol verilmiş nöqsanların aradan qaldırılmasına çəkilmiş xərclərin (193773 manat) ödənilməsi də tələb edilmişdir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı həmin nöqsanların ciddi, gözlə görünən və kobud qüsurlar olmasını bildirsə də, tərəflər arasında imzalanmış “yerinə yetirilmiş işlərin qəbul aktları” olan 2 saylı formalardan görünür ki, cavabdeh tərəfindən görülmüş işlər iddiaçı tərəfindən təhvil alınmış, həmin qəbul aktlarında işlərin qüsurlu olmasına dair iddiaçı tərəfindən hər hansı qeyd-şərt bildirilməmiş, cavabdehə əsaslandırılmış imtina verilməmişdir. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı). Belə ki, Məhkəmə iddiaçı tərəfindən onun özü tərəfindən tərtib edilərək Məhkəməyə təqdim edilmiş qüsur aktlarını mötəbər sübut kimi qəbul etmir. Bundan əlavə, iddiaçı həmin qüsurların aradan qaldırıldığını bildirmiş, həmin işlərin görülməsinin sübutu qismində iddiaçı ilə üçüncü şəxslər arasında bağlanmış podrat müqavilələri təqdim etmişdir. Məhkəmə həmin müqavilələrə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin müqavilələrin predmeti kimi “subpodratçı podratçının tapşırığı ilə özünün və/və ya podratçının materiallarından və avadanlıqlarından istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işəsalma və sair işlərin həmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür” kimi qeyd olunmuşdur. Beləliklə, təqdim edilmiş həmin müqavilələrin nə özündə, nə də onların əlavələrində hər hansı mövcud qüsurun aradan qaldırılması ilə bağlı müddəa nəzərdə tutulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən təhvil verilməmiş işlərə görə 671315 manat, təhvil verilmiş 186 ton armatura görə 289926 manat, 30.000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 500 manat hissəsi cavabdehə, 400 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən təhvil verilməmiş işlərə görə 671315 (altı yüz yetmiş bir min üç yüz on beş ) manat, təhvil verilmiş 186 ton armatura görə 289926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat, 30.000 (otuz min) manat dəbbə pulu və ödənilmiş 500 (beş yüz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 991741 (doqquz yüz doxsan bir min yeddi yüz qırx bir) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar