Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1338/2025 22.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27567,4 manat məbləğində sığorta ödənişinin, 172,7 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının, cəmi 27740,5 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 avqust 2012-ci il tarixdə Polşanın Poznan şəhərində Şvetsk yolunun 217-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermiş, “Scania” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil “Schmitz” markalı, ** ZA *** qeydiyyat nişanlı qoşqu ilə birgə qəzaya uğramış, nəticədə avtomobilə maddi ziyan dəymiş və içində olan yük yararsız vəziyyətə düşmüşdür. “X1 Zavodu” MMC ilə aralarında AZ/CGH/12/0081 saylı sığorta müqaviləsi bağlanmış və Bakı (Azərbaycan)-Rusiya Ukrayna-Polşa-Almaniya marşrutu ilə daşınan yük sığorta təminatı almışdır. Həmçinin, sığorta müqaviləsində göstərilmiş daşıma marşrutu boyunca həmin malların daşınması və çatdırılması “X2 Zavodu” MMC ilə "xxxx" MMC arasında bağlanmış 25 saylı müqavilənin şərtləri əsasında həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən “X1 Zavodu” MMC-yə dəymiş zərərin əvəzi 30630,6 manat məbləğində qiymətləndirilmişdir. Sığortalı “X1 Zavodu” MMC-nin müraciəti əsasında sığorta müqaviləsinin şərtlərinə əsasən "xxxx" ASC tərəfindən 27567,4 manat məbləğində "xxxx" MMC tərəfindən vurulmuş zərər ödənilmişdir. Bundan sonra tərəflərindən Gəncə Kommersiya Məhkəməsində "xxxx" MMC-yə qarşı 27567,4 manat məbləğində dəymiş zərərin tutulub "xxxx" ASC-yə ödənilməsi barədə iddia qaldırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 27567 manat 40 qəpik məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən iddiaçı “Azsığorta" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə icraata başlanılmışdır. Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyindən icra sənədi məhkəməyə qaytarılmışdır. Tələbkar "xxxx" ASC tərəfindən həmin qərardan şikayət verilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2-13/2020 saylı qərardadı ilə şikayət təmin edilərək, Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Hazırda da icra hərəkətlərinin davam etdirilməsinə baxmayaraq, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 saylı qətnaməsi bu günədək icra edilmədən qalmışdır. Cavabdeh "xxxx" MMC-nin təsisçisidir və hesab edirlər ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 saylı qətnaməsi ilə "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulmalı olan pul Cavabdeh tutulmalıdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən o, müəssisənin işəgötürəni kimi dəymiş zərərə görə məsuliyyət daşıyır və iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 saylı qətnaməsi ilə "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulmalı olan və bu günkü günə qədər ödənilməyən 27567,4 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı "xxxx" ASC iddia tələbinin hüquqi əsasının dəyişdirilməsi ilə bağlı ərizə verərək qeyd etmişdir ki, məhkəmə sorğusu əsasında "xxxx" MMC-nin nizamnaməsi məhkəməyə təqdim edilmişdir. Nizamnamənin 5.2-ci bəndinə əsasən cəmiyyətin istirakçısı (iştirakçıları) onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cavabdeh "xxxx" MMC-nin təsisçisidir və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 saylı qətnaməsi ilə "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulmalı olan pul Cavabdeh tutulmalıdır. Belə ki, nizamnamənin istinad edilən maddəsinin tələbinə əsasən cavabdeh müəssisənin təsisçisi kimi dəymiş zərərə görə qoyduğu mayanın dəyəri həddində risk daşımalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, borc məbləği məhkəmə qətnaməsi ilə "xxxx" MMC-dən tutulmuşdur. Hazırda hüquqi şəxs fəaliyyət göstərmir, həmin pulu ödəmək üçün imkanı yoxdur. İddianın təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(115)-13/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MMC-yə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “X1 Zavodu” MMC-yə dəymiş zərərin əvəzi miqdarında ödənilmiş 27567 manat 40 qəpik məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia təmin edilmiş, 27567 manat 40 qəpik məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edirlmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçisi (iştirakçısı) Cavabdehdur. Cəmiyyət öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Cəmiyyətin iştirakçısı (iştirakçıları) onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MMC-yə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “X1 Zavodu” MMC-yə dəymiş zərərin əvəzi miqdarında ödənilmiş 27567 manat 40 qəpik məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 27567 manat 40 qəpik məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC hazırkı iddia ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulmuş 27567 manat 40 qəpik məbləğində sığorta ödənişinin "xxxx" MMC-nin təsisçisi olan Cavabdeh tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin nizamnaməsinə əsasən cavabdeh müəssisənin təsisçisi kimi dəymiş zərərə görə qoyduğu mayanın dəyəri həddində risk daşımalıdır. Ona görə də sığorta ödənişi hüquqi şəxsin təsisçisindən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış nizamnaməsinin 3.1, 5.1 və 5.2-ci bəndlərindən görünür ki, cəmiyyətin təsisçisi (iştirakçısı) Cavabdehdur. Cəmiyyət öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Cəmiyyətin iştirakçısı (iştirakçıları) onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Məhkəmə bildirir ki, tələb edilən sığorta ödənişi hüquqi şəxsə məxsusdur. Həmin sığorta ödənişinin isə hüquqi şəxsdən tutularaq sığorta müəssisəsinə ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Hazırkı cavabdeh hüquqi şəxsin təsisçisidr. O hüquqi şəxsin nizamnaməsinə əsasən hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduğu mayaların dəyəri həddində risk daşıyır. Təsisçi tərəfindən hüquqi şəxsin fəaliyyəti üçün qoyduğu maya isə hüquqi şəxsin əmlakıdır və hüquqi şəxs isə bütün əmlakı ilə öz öhdəlikləri üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1338/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1338/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver