Məhkəmə qərarları › İş №e-2-2(115)-1409/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1409/2025

05.08.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1409/2025 05.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı direktoru Nümayəndə Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş 36800 manat məbləğindən vergi,bank komissiyaları və digər xərclər tutmalar nəzərə alınmaqla qalan məbləğin cavabdehə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh, İddiaçı direktoru Nümayəndə arasında xx.xx.2024cü il tarixdə Hüquqi xidmətlərin göstərilməsinə dair HXM-12/24 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bağlı iddiaçı cavabdeh tərəfindən tələb edilən hüquqi xidmətlərin göstərilməsini, cavabdeh isə həmin xidmət müqaviləsi üzrə xidmət haqqlarının ödənişlərini icra etməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən hüquqi xidmətlərin göstərilməsi ilə bağlı 26 dekabr 2024-cü il tarixdə 12000 manat, 27 dekabr 2024-cü il tarixdə 6800 manat, 26 iyul 2024-cü il tarixdə 5000 manat, 11 iyul 2024-cü il tarixdə 15000 manat, ümumilikdə 38800 manat məbləğində ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən cavabdehin təqdim etdiyi kart hesabına 2000 manat məbləğində geri qaytarılmışdır. Məsələ ilə bağlı cavabdehə pretenziya göndərilərək müqavilə üzrə ödənişin geri qaytarılmasını qəbul edilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən pretenziya məktubuna münasibət bildirilməyərək, cavab verilməmişdir. Aramızda bağlanılmış xx.xx.2024cü il tarixdə Hüquqi xidmətlərin göstərilməsinə dair HXM-12/24 nömrəli müqavilə üzrə, vergi tutmaların, bank köçürmələrin, komissiyalar nəzərə alınmaqla, yenidən hesablanmasına zərurət vardır. Cavabdehlə aramızda bağlanmış xx.xx.2024cü il tarixli, HXM-12/24 nömrəli hüquqi xidmət göstərilməsinə dair müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş 36800 manat məbləğindən vergi, bank komissiyaları və digər xərclər tutmalar nəzərə alınmaqla qalan məbləğin cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməlidir. Bərdə Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli e-2(021)-1960/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbi”nə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat göndərməmişdir. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir məhkəmə iclasına gəlmədiyindən və gəlməmələrinin səbəbləri barədə, eyni zamanda nə iddiaçı, nə də cavabdeh işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə məlumat vermədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Qərarın 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.6ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar