Məhkəmə qərarları › İş №e-2-2(115)-141/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-141/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-141/2025 11.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1080 manat məbləğində borc və ödənilmiş 31 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Toyoto Prius” markalı **-LC-*** dövlət qeydiyyat nömrəli avtomobil mülki etibarnamə əsasında ona məxsusdur. xx.xx.2024-cü il tarixdə aralarında “Toyoto Prius” markalı **-LC-*** dövlət qeydiyyat nömrəli avtomobilin icarəsinə dair icarə müqaviləsi bağlanılmışdır. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə və təhvil-təslim aktına əsasən sözügedən avtomobil Cavabdeh təhvil verilmişdir. Aralarında bağlanmış müqaviləyə əsasən gündəlik 30 (otuz) manat ödəmək şərtilə, icarəyə vermişlər. Lakin Cavabdeh icarə müqaviləsinin tələblərini kobud şəkildə pozaraq üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlandığı gündən bu günədək 1080 (altı yüz) manat icarə borcu və gecikdirilmiş günlər üçün 100 (yüz) manat, o cümlədən yol-hərəkəti qaydalarını pozduqlarına görə 310 (üç yüz on ) manat cərimə borcu mövcuddur. Borcun ödənilməsi bağlı ona pretenziya göndərilsədə bügunki günə qədər onun tərəfindən ona hər hansı ödəniş olunmamışdır. Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı məhkəməyə ərizə verərək bildirmişdir ki, iddia tələbi ilə bağlı bildirmək istəyir ki, iddia tələbinin xahiş etdi hissəsində tərəfindən yanlışlığa yol verilmiş 1080 manat qeyd edilmişdir. Xahiş edir hissəsində 1080 manatın 660 manat kimi nəzərə alınmasını, ümumilikdə 660 manatın və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: avtomobil icarə müqaviləsi, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 25 iyul 2024-cü il tarixli avtomobil icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən “Toyota Prius” markalı 77LC285 dövlət nömrə nişanlı nəqliyyat vaistəsini Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən nəqliyyat vaistəsinin 1 təqvim günü müddətinə icarə haqqının məbləği 30 manat olaraq müəyyən olunmuşdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan 25 iyul 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən nəqliyyat vasitəsi təhvil alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında avtomobil icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən “Toyota Prius” markalı 77LC285 dövlət nömrə nişanlı nəqliyyat vaistəsini Cavabdeh istifadəsinə verməyi, icarəçi isə icarə haqqını vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. 25 iyul 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən nəqliyyat vasitəsi təhvil alınmışdır. Cavabdeh 25 iyul 2024-cü il tarixli avtomobil icarəsi müqaviləsi üzrə 660 manat icarə haqqı borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, icarə haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 660 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar