Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1496/2025 12.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı “Xan Araz 2024" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X5rşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) “manqalxananın cavabdehin vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi, müqavilənin müddətinin uzadılmış hesab edilməsi və pul” tələbinə dair və iddiaçı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 cavabdeh İddiaçınə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və müvafiq akt əsasında təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: birgə fəaliyyət haqqında müqavilə, müqavilənin müddətinin uzadılmış hesab edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi ) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə2, iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı (bundan sonra mətndə "xxxx" MMC) cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X5rşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) “manqalxananın cavabdehin vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi, müqavilənin müddətinin uzadılmış hesab edilməsi və pul” tələbinə dair və iddiaçı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 cavabdeh "xxxx" MMC-nə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və müvafiq akt əsasında təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X5rşı “manqalxananın cavabdehin vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsivə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin qanuni əsaslarla istifadəsində olan Xankəndi şəhərində yerləşən "Xan Araz " Restoranının həyətində iddiaçının vəsaiti hesabına inşa edilmiş smeta dəyəri 5438 manat olan manqalxananın cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi, hazırkı iş üzrə məhkəmə xərci kimi 394 manat vəkil xidmət haqqının, 120 manat dövlət rüsumunun cəmi 514 manat pulun cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X7 tutulub "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini, əməlində əməkdaşlarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və s maddələrinin tərkib əlamətinin olub olmamasının araşdırılması üçün cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X12 barəsində xüsusi qərardad çıxarıb Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış birgə fəaliyyət haqqında müqavilənin tələblərinə əsasən iddiaçı Xankəndi şəhərində Xan Araz restoranı adlı obyekti icarəyə götürmüşdür. İcarəyə götürdükdən sonra həmin obyektə ərizəçi tərəfindən 200000 (iki yüz min) manatadək investisya qoyulmuşdu. Cavabdeh qoyulmuş investisyanı görüb qanunsuz olaraq icarə haqqını qaldırmağı tələb edirdi. İddiaçı bu qanunsuz tələb ilə razılaşmadıqda restoranın həyətində tikintisinə heç bir icazə tələb edilməyən hündürlüyü 3 metr olan, ümumi sahəsi 13 kvm tikilmiş manqalxananı qanunsuz olaraq gəlib sökdülər. Həmin söküntü nəticəsində iddiaçıya ümumilikdə 5438 manat maddi zərər dəymişdir. Bununla bağlı iddiaçının rəhbəri Nümayəndə2 Vəlyəddin oğlu mətbuat vasitəsi ilə bu qanunsuzluqlara son qoyulması üçün cənab Prezidentə müraciət etdi. Bundan sonra cavabdeh qanunsuzluqlarının şiddətini artıraraq müqavilənin heç bir bəndinin tələblərini iddiaçı pozmadığı halda müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini və obyekti boşaltmağı tələb edən bildiriş göndərdi. Müqavilənin tələblərinə əsasən tərəflər arasında bağlanmış müqavilə üzrə mübahisələr danışıqlar yolu ilə bu mümkün olmadıqda müvafiq məhkəmələr vasitəsi ilə mübahisə həll edilməlidir. (Müqavilə 6.2-ci bənd). Lakin buna bağmayaraq cavabdeh müəssisəyə qarşı qanunsuz hücumlarını davam etdirməkdədir. Belə ki, "xxxx" MMC Xankəndi şəhərində fəaliyyət göstərməsinə baxmayaraq direktor Nümayəndə2 Xankəndi şəhərinə girişinə qadağa qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hüquqdan sui istifadə qadağandır. Cavabdeh PHŞ konstitusiyanın tələblərini ciddi şəkildə pozmuşdur. Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının Konstitusiyanın tələblərinə əsasən mülkiyyət toxunulmazdır. Məhkəmə qərarı olmadan heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində sökülən manqalxanaya ümumilikdə 5438 manat dəyərində ziyan dəymişdi. Tikdiyi manqalxananı başına uçurtmaqla bu qanunsuzluğa gedən cavabdehə dur deyən yalnız ədalət məhkəməsi ola bilər. Çünki səsi cənab Prezidentə çatanadək cavabdehin qanunsuz hərəkəti nəticəsində MMC-nə, MMC-nin rəhbərinə və ailəsinə gələcəkdə bərpası mümkün olmayan zərər dəyə bilər. Bu zərər tək maddi zərər deyil həm də mənəvi zərər olacaqdır ki, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində direktor artıq depressiya vəziyyətinə düşmüşdü. Hesab edir ki, ədalət məhkəməsi buna ədalətli qərar verməklə direktorun depresiya halının ağır fəsadlarla nəticələnməsinə imkan verməyəcəkdir. İddia verilməmişdən əvvəl verdiyi MTT ərizəsi əsasında qəbul edilmiş qərardaddan şikayət verən cavabdeh qeyd edir ki, guya monitorinq zamanı müəyyən ediblər ki, ərizəçi bağlanmış müqavilənin tələblərini kobud şəkildə pozmuşdur. Lakin cavabdehin qanunsuz tələblərindən, korrupsiyaya şərait yaradann hallarından iddiaçı cənab Prezidentə mətbuat və elektron qaydada şikayət etməyənədək bu pozuntular barədə onlara heç bir bildiriş göndərməmişdirlər. Lakin iddiaçı 2025-ci ilin fevral ayının 5-də rəsmi qaydada Xankəndi Xüsusi Nümayəndəliyinə və cavabdehə icarə məbləğinin azaldılması ilə bağlı rəsmi müraciət ünvanlamışlar. Lakin cavabdeh və xüsusi nümayəndəlik həmin rəsmi müraciətə heç bir cavab verməmişdir. Cavabdeh digər bir arqumenti “Ərizəçi Xidmətin təqdim etdiyi qeyri yaşayış obyektində müqavilənin 4.2.13 yarımbəndinin (İ Tərəfin yazılı razılığını almaqla təmir və tikinti işlərini (müvafiq icra hakimiyyəti orqanlarından icazələr əsasında) öz hesabına aparmaq (əvəzini İ Tərəfdən tələb etməmək şərti ilə) tələblərini pozaraq razılaşdırılmamış şəkildə əlavə tikinti işləri aparmışdır.” Cavabdehin bu arqumenti tamamilə əsassızdır. Belə ki, həmin bəndin (4.2.13-cü) tələbinə əsasən əgər müvafiq icra hakimiyyəti orqanlarının icazəsi əsasında olan təmir tikinti işləri üzrə razılıq tələb edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin) və 79.1.6-cı maddəyə əsasən tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin tikintisinə icazə tələb edilmir. Cavabdehin qeyd etdiyi 13 kv m manqal üçün heç bir icazə tələb edilmədiyi üçün ərizəçi müqavilənin 4.2.13-cü maddəsinin tələblərini pozmamışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Konstitusiyasının 29-cü maddəsinin tələblərini pozaraq məhkəmənin qərarı olmadan mülkiyyətini məhv etmişdir. Cavabdeh bu hərəkəti ilə 6-cı bəndinin tələblərini pozmuşdu. Həmin maddənin tələblərinə əsasən bütün mübahisələri tərəflər danışıqlar yolu ilə həll etməyə çalışacaqlar, danışıqlar nəticə vermədikdə Azərbaycan Respublikası müvafiq məhkəmələrinə müraciət edə bilərlər. Cavabdeh dövlət orqanı olmasına baxmayaraq Azərbaycan Respublikası qanunlarına, Məhkəmələrinnə meydan oxumaqla vətəndaşları dövlətdən narazı salmağa yönəlmiş təxribatçı addımlar atmışdır ki, bu da cənab Prezidentin siyasətinə tamamilə ziddir. Cavabdeh növbəti əsassız arqumenti ondan ibarətdir ki, “sözügedən müqavilənin yeni şərtlərlə bağlanması üçün İddiaçı MMC-nin direktoru Nümayəndə2 əməkdaşlar tərəfindən dəfələrlə Xidmətin inzibati binasına dəvət olunmuşdur. Nümayəndə2 Xidmətin inzibati binasına gəlmiş, əməkdaşlar tərəfindən yeni müqavilənin şərtləri bildirilmiş, lakin sonuncu müqavilənin yeni şərtlərlə bağlanmasından imtina etmişdir. Bu barədə Xidmətin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Sözügedən müqavilənin 25 aprel 2025-ci il tarixdən qüvvədən düşməsinə baxmayaraq bu günədək yeni müqavilə bağlanmamış, ərizəçi qeyri-qanuni olaraq sözügedən yaşayış binasından istifadə etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 9.1-ci bəndinə əsasən Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1(bir) il müddətinə qüvvədə olacaqdır. Müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış Tərəflərdən biri birgə fəaliyyətə xitam vermək niyyətini bildirmədiyi təqdirdə və Tərəflərin ödənişlərlə bağlı qarşılıqlı razılığı olduqda yenilənmiş şərtlərlə Müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə uzadılmış hesab olunur. Daha sonra tərəflərindən bildiriş göndərilərək, müqavilənin qeyd olunmuş tarixdən ləğv olunacağı və əlavə təyin edilmiş müddətdə qeyriyaşayış binasının boşaldılaraq müvafiq akt əsasında Xidmətə təhvil verilməsi bildirilmişdir.” Cavabdehin bu arqumenti də tamamilə əsassızdır. Belə ki, cavabdehin nümayəndələri 2025-ci ilin aprel ayının ikinci ongünlüyündən sonra ərizəçinin rəhbəri Nümayəndə2 ilə qeyri prosesual münasibət qurmağa cəhd etmişdirlər. Nümayəndə2 onların nəzərinə bu halın korrupsiyaya şərait yaradan hal olmasını bildirmiş, cavabdehin heç bir qanunsuz tələbini icra etməmiş, hər bir tələbin qanun və müqavilə tələblərinə uyğun həyata keçirilməsinin tərəfdarı olduğunu və tələblərin yazılı bildiriş əsasında olmasını tələb etmişdi. Cavabdeh buna əməl etmədikdə cənab Prezidentə şikayət edəcəyi bildirilsə də “əlin hara çatır şikayət elə” cavabını vermişdirlər. Cavabdeh icarə haqqının qaldırılması barədə hər hansı bir rəsmi bildiriş təqdim etməmişdir. Halbu ki, müqavilənin 9-cu bəndinə əsasən müavilənin müddətinin bitməsinə bir ay qalmış yazılı bildiriş verməlidirlər. Bu verilmədiyi təqdirdə müqavilə 1 il müddətinə uzadılmış hesab edilir. Ona görə də ərizəçi İddiaçı MMC-nin qanunsuz fəaliyyət göstərməsini iddia etmək tamamilə əsassızdır. Nümayəndə2 rəsmi bildiriş müqavilə müddətinin bitməsinə bir ay qalmış yox, müqavilə müddətinin bitməsindən 1 ay 20 gün sonra etmişdirlər. Onlar da bundan sonra dərhal məhkəmə müdafiəsinə baş vurmuşlar. Bunun da səbəbi onların müqavilə şərtlərini pozmağı deyil cavabdehin qanunsuz hərəkətlərindən cənab Prezidentə mətbuat və elektron poçt vasitəsi ilə şikayət etməkləridir. Cavabdehin digər bir əsassız arqumenti ondan ibarətdir ki, “Ərizəçi ilə cavabdeh arasında bağlanmış 11 oktyabr 2024-cü il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən ərizəçi ödəməli olduğu sabit pul məbləğini hər növbəti ayın 5-nə qədər cavabdehin bank hesabına ödəyir. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən ərizəçi müqavilənin 1.4-cü bəndinin şərtlərinə tam əməl etmədikdə və bu hal bir ildə 2 (iki) dəfə baş verdikdə cavabdeh təktərəfli qaydada müqaviləyə xitam verə bilər. Ərizəyə əlavə edilmiş və ərizəçinin özünün təqdim etdiyi odəniş cədvəlindən görünür ki, ərizəçi dəfələrlə ödənişdə gecikdirməyə yol vermişdir. Lakin bunlara baxmayaraq ərizəçi ilə yeni şərtlərlə yeni müqavilə bağlanması üçün dəfələrlə dəvət olunmuş, 25 aprel 2025-ci il tarixdə cavabdehin inzibati binasına gəlmiş, lakin müqaviləni imzalamaqdan imtina etmişdir.” Cavabdehin bu arqumentinin də əsassız olması tam təstiq edilir. Belə ki, xx.xx.2024-cü il tarixdən sonra ərizəçinin əmlakdan istifadəyə görə 1 ayı xx.xx.2024-cü il tarixdə tamam olur. Deməli hesablama xx.xx.2024-cü il tarixdə həyata keçirilib və növbəti ayın 5-i, yəni ərizəçinin ödəmək öhdəliyi xx.xx.2024-cü il tarixədək olmalı idi. Ərizəçi isə ilk aylıq icarə haqqını xx.xx.2024-cü il tarixdə yəni öhdəliyindən 15 gün əvvəl ödəmişdir. Ödəniş qrafiki cavabdehin təqdim etdiyi qaydada deyil müqaviləyə əsasən aşağıdakı kimi olmalı idi. Çünki müqavilənin tələbinə əsasən hesablama əvvəlcədən deyil hesablandıqdan sonra ödənilməlidir. Göründüyü kimi cavabdeh maliyyə cədvəlini əvvəldən yox ortadan təqdim etməklə növbəti sənəd saxtalaşdırmaqla məhkəməni çaşdırmağa yönəlmiş hərəkətlərə yol vermişdir. Əlavə olaraq bildirilir ki, ərizəçi hətta 17700,0 manat ödəmək əvəzinə 17995 manat, yəni 295 manat artıq ödəniş etmişdir. İş materiallarında olan qəbzlər bunu tam təsdiq edir. Cavabdeh xx.xx.2025-ci il tarixli bildirişi MTT qərardadından verdiyi şikayətində əlavə edərək qeyd edir ki, guya ərizəçiyə həmin bildiriş təqdim edilib. Ərizəçi həmin bildiriş barədə məlumatı xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron sisteminə vurulduqdan sonra olmuşdur. Həmin bildirişi lap ərizəçiyə xx.xx.2025-ci il tarixdə təqdim etsə belə, bildirişdə 1 (bir) iş günü guya ərizəçiyə möhlət verilib. Həmin bildirişə əsasən ərizəçi xx.xx.2025 ci il tarixdə cavabdehə məlumat verməli idi. Halbuki həmin manqalxana xx.xx.2025-ci il tarixdə bildiriş imzalandıqdan 2 saat sonra qanunsuz olaraq cavabdeh tərəfindən sökülüb. İdiaçı Xankəndi şəhərində doğulub, 1988-ci ilə qədər orada yaşayıb, hazırda da Xankəndi şəhər sakinidir. Onun Xankəndi şəhərinə girişinə də qadağa qoyulmuşdur. Lakin cavabdeh bildirir ki, ərizəçinin direktoru Nümayəndə2 Xankəndi şəhərinə girişinə heç bir qadağa qoyulmamışdır. Halbuki Nümayəndə2 Xankəndi şəhərinə səfəri üçün xx.xx.2025-ci il tarixədək icazə verilmişdir. Cavabdeh iddia edir ki, restorana heç bir investisya qoyulmamışdır. Təmir işləri aparılmamışdır. Lakin cavabdehin özünü də təqdim etdiyi foto fakt və tərəflərindən təqdim edilmiş video fakt cavabdehin bu arqumentinin də əsassız olduğunu sübut edir. Məhkəmənin diqqətinə xüsusi ilə çatdırır ki, iddiaçının rəhbəri Xankəndi şəhərində doğulub, oranın sakinidir. Ona görə də cavabdeh həmin obyektin gələcəkdə özəlləşdirilməsinin qarşısının alınması üçün qanunsuzluqlara yol verir. Yuxarıda qeyd edilənlərdən də görsənir ki, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus olan manqalxana cavabdehin hesabına bərpa edilməli, çəkilmiş məhkəmə xərci olaraq 394 manat vəkil xidmət haqqı, 110 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bundan başqa hesab edirlər ki, cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 əməkdaşlarının əməlində cinayət tərkibi var. Həmin cinayətlər Azərbaycan Respublikası Cinayət Məcələsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və s ola bilər. Ona görə də Məhkəmə iş üzrə xüsusi qərardad da qəbul edərək Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməlidir.
3. İddiaçı-cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə iddia tələbi həcminin artırılmasına dair ərizə təqdim edərək, "xxxx" MMC-nin qanuni əsaslarla istifadəsində olan Xankəndi şəhərində yerləşən "Xan Araz " Restoranının həyətində iddiaçının vəsaiti hesabına inşa edilmiş smeta dəyəri 5438 manat olan manqalxananın cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli BFM xx/xx/00023A nömrəli birgə fəaliyyət haqqında müqavilənin müddətinin xx.xx.2026-cı il tarixədək uzadılmış hesab edilməsi, hazırkı iş üzrə məhkəmə xərci kimi 394 manat vəkil xidmət haqqının, 120 manat dövlət rüsumunun cəmi 514 manat pulun cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X7 tutulub "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini, əməlində əməkdaşlarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və s maddələrinin tərkib əlamətinin olub olmamasının araşdırılması üçün cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X12 barəsində xüsusi qərardad çıxarıb Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir.
4. Cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, “Xankəndi əhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X11 (bundan sonra – Xidmət) cənab Prezidentin 2024-cü il 1 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən sözügedən şəhər və rayonlarda müvəqqəti idarəetməni həyata keçirir. Ötən dövr ərzində işlərinin ağır olmasına baxmayaraq verilən tapşırıqların və qoyulan məqsədlərin öhdəsindən layiqincə gələrək fəaliyyət göstərdikləri ərazilərdə qanunvericiliyə müvafiq olaraq sahibkarlıq subyektlərinə və iqtisadiyyatın inkişafına tərəflərindən münbit şərait yaradılmışdır ki, bunun da nəticəsində xarici və yerli investorların sayı işğaldan azad olunmuş ərazilərdə günü gündən artmaqdadır. İddiaçı MMC-nin (bundan sonra – Cəmiyyətlə) Xidmətlə bağladığı BFM xx/xx/00023A nömrəli xx.xx.2024 cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən (bundan sonra – Müqavilə) Xankəndi şəhəri ərazisində (koordinat: X:650049 Y:4409608) ümumi sahəsi 625kv.m olan ərazi müvəqqəti istifadə üçün Cəmiyyətə verilmişdir. Bunun müqabilində Cəmiyyət əmlakdan istifadəyə görə 1475 (min dörd yüz yetmiş beş) manat vəsaiti nağdsız qaydada hər ayın 5-dək Xidmətin bank hesabına ödəməlidir. İddiaçı tərəfindən dəfələrlə olunan müraciətlər iddia ərizələri və gətirdiyi sübutlar həqiqəti əks etdirməməklə yanaşı tamamilə cəfəngiyyatdır. Belə ki, mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan götürmüşdür. O dövrün mütəfəkkkirlərinin fikrindən belə görünür ki, onlar mülkiyyət hüququna şəxsin əşya üzərində tam yiyəlik anlayışını vermişlər. Mülkiyyət hüququ dedikdə elə bir subyektiv hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır və mülkiyyətçinin özünə aid əşyadan istifadə, sahiblik etmək və sərəncam verməsini ifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət: Dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbi xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən isə sözügedən qeyri-yaşayış binası Cəmiyyətin mülkiyyətinə deyil, sadəcə olaraq müvəqqəti istifadəsi üçün verildiyini nəzərə alaraq cavabdehin sözegedən qeyri-yaşayış binası üzərində hansı mülkiyyətinin olduğu və hansı mülkiyyət hüququnun pozulduğu bilmək onlar üçün maraqlı olardı. Müqaviləyə əsasən Xankəndi şəhəri ərazisində (koordinat: X:650049 Y:4409608) ümumi sahəsi 625kv.m olan qeyri-yaşayış binası müvəqqəti istifadə üçün Cəmiyyətə verilmişdir. Cəmiyyətin tikdiyi manqalxana isə xüsusi yaşıllıq zonasında, onun istifadəsinə verilməmiş torpaq (koordinat: X:650060, Y:4409601) üzərində tikilmişdir. Beləliklə buradan da aydın olur ki, Cəmiyyət həmin dövlətə məxsus torpaq sahəsini qeyri-qanuni zəbt edərək əlavə tikili tikmək istəmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin Qarabağ ərazi şöbəsinin əməkdaşları ilə Xidmətin əməkdaşlarının birgə Xankəndi şəhərində 27 may 2025-ci il tarixdə apardıqları monitorinqlər zamanı heç bir qanuni əsası olmadan özbaşına əlavə tikili tikdiyi müəyyən olunmuş, əməkdaşlar tərəfindən tikintinin dayandırılması barədə xəbərdarlıq olunmasına baxmayaraq özünü Nümayəndə2 atası kimi təqdim edən Vəliyəddin adlı şəxs aktı imzalamaqdan imtina edərək “Mən Xankəndi sakiniyəm mənə heç kim heçnə edə bilməz, Mən burda olanda siz harada idiniz” deyə bildirmişdir (Akt əlavə olunur). Cavabdeh iddia edir ki, onlara heç bir bildiriş təqdim edilməmişdir. Xankəndi şəhərinin işğaldan azad olunması ilə Azərbaycan Respublikasının suverenliyi bərpa olundu. Artıq Xankəndi şəhərində Azərbaycan bayrağı dalğalanır, beynəlxalq tədbirlərə ev sahibliyi edir, bununla bərabər olaraq çox geniş miqyaslı bərpa, quruculuq işləri həyata keçirilir. Hələlik Xankəndi şəhərində olan küçələrə rəsmi adlar verilməməsi səbəbindən Xidmət tərəfindən Xankəndi şəhərində rezident alan müəssisələrə yazışmalar ya əlbəəl olaraq ya da elektron poçt vasitəsilə təqdim edilir. Qarşı tərəf onlara elektron poçt təqdim etmədiyindən bütün bildirişlər tərəflərindən əlbəəl təqdim olunmuş, lakin, məqsədli şəkildə süni maneələr yaratmaq üçün Xidmət tərəfindən dəfələrlə təqdim olunan rəsmi yazışmaları qəbul etsələr də bununla bağlı müvafiq qeyd etməkdən imtina etmişlər. İddiaçı MMC-nin rəhbəri Nümayəndə2 İşğaldan azad olunmuş ərazilərə buraxılışına tərəflərindən heç bir məhdudiyyət qoyulmamış və bu Xidmətin fəaliyyət istiqamətlərinə aid deyildir.
5. İddiaçı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 cavabdeh "xxxx" MMC-nə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və müvafiq akt əsasında təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin müvəqqəti istifadəsinə verilmiş, Xankəndi şəhərində yerləşən (koordinat: X:650049; Y:4409608) ümumi sahəsi 625 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılması və müvafiq akt əsasında iddiaçı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X6 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli BFM xx/xx/00023A nömrəli birgə fəaliyyət haqqında müqaviləyə əsasən tərəflər fasiləsiz olaraq borgə fəaliyyət həyata keçirməyi öz öhdələrinə götürmüşlər. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı Xankəndi şəhərində yerləşən (koordinat: X:650049; Y:4409608) ümumi sahəsi 625 kv.m olan qeyri-yaşayış sahəsini birgə fəaliyyət üçün cavabdehin istifadəsinə verməyi, cavabdeh isə qeyd olunan əmlakdan istifadəyə görə iddiaçıya 1 il müddətində aylıq sabit olaraq 1475 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən xx.xx.2024-cü il tarixdən fəaliyyətinin olub-olmamasından asılı olmayaraq, müqavilənin 1.3-cü bəndinə əsasən hesablama aparılır və hər ayın 5-nə qədər hesablanmış məbləği İ Tərəfin bank hesabına ödəyir. Tərəflər arasında bağlanmış müqavilə xx.xx.2025-ci il tarixdən başa çatmışdır. Ayrı-ayrı vaxtlarda Nümayəndə2 yeni müqavilə bağlanması üçün dəvət olunsa da, sonuncu yayınaraq gəlməmiş, gələrkən isə müvafiq müqaviləni yeni şərtlərlə bağlamaqdan imtina etmişdir. Bundan sonra tərəflərindən 12 iyun 2025-ci il tarixdə bildiriş göndərilərək, müqavilənin 9-cu bəndinin şərtlərini dəfələrlə kobud şəkildə pozulmasına və müqavilə öhdəliklərinə əməl edilməməsinə görə 23 iyun 2025-ci il tarixdən müqaviləyə təktərəfli xitam veriləcəyi bildirilmiş, cavabdehin müvəqqəti istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi xahiş olunmuşdur. Bundan əlavə, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 4.2.13-cü yarımbəndinin tələblərini kobud şəkildə pozaraq İ tərəfin razılığını almadan icarəsinə verilməmiş yaşıllıq kompleksində özbaşına əlavə tikili tikmişdir.
7. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1584/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Gülnaz Quliyeva) iddiaçı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 cavabdeh "xxxx" MMC-nə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və müvafiq akt əsasında təhvil verilməsi” tələbinə dair e-2-2(115)-1584/2025 nömrəli işin iddiaçı "xxxx" MMC cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X5rşı “manqalxananın cavabdehin vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsivə pul” tələbinə dair e-2-2(115)-1496/2025 nömrəli kommersiya işinə birləşdirilməsi və birləşmiş işlərə e-2-2(115)-1496/2025 nömrəsinin verilməsi qərara alınmışdır.
İİ.Tərəflərin mövqeyi
8. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
9. İddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə2 ilkin iş üzrə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək, digər iş üzrə isə iddia tələbini qəbul etməyərək bildirdi ki, Xankəndinə ilk gələndə Əmlak Xidməti ilə müqavilə bağlamışdır. Müqavilənin müddəti bitdikdən sonra o, yeni müqavilə bağlamaq üçün cavabdehin əməkdaşlarına yaxınlaşsa da, icarə haqqı ilə razılaşmadıqları üçün müqavilə bağlanmamışdır. Qışda obyektdə qazanc olmadığı üçün burdan ərzaq alıb göndərmişdir ki, işçilər çıxmasın. O, bütün pulunu bu obyektə qoymuşdur. Avqust ayına kimi ödənişlər edibdir. O, özü Xankəndi qeydiyyatı olduğu halda onun ora gedişinə qadağa qoyurdular. Qadağa artıq götürülüb. Buna görə də qeyd olunanlara əsasən ilkin iddianın təmin, digər iş üzrə iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.
10. İddiaçı-cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 ilkin iş üzrə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək, digər iş üzrə isə iddia tələbini qəbul etməyərək bildirdi ki, müqavilənin qüvvədə qalmasını da tələb edirlər. Nümayəndə2 özü Xankəndi şəhərində qeydiyyatdadır. Uzun müddətdir sahibkarlıqla məşğuldur. 2024-cü ildə verilmiş Fərmana əsasən Xankəndi şəhərindən obyekt icarəyə götürərək kafe kimi işlətmişdir. Obyekt götürəndə müsahibə əsasında obyekt verilirdi. Xankəndi şəhərində qeydiyyatda olduğu üçün üstünlük verildi. Ona investisiya qoymağı şərt kimi qoymuşdular. Obyektə 200 min manatdan çox vəsait qoyulub. Heç bir normanı pozmayacaq şəkildə restoranın yanında manqalxana tikmişdilər, lakin qanunsuz şəkildə gəlib sökdülər. Bunların səbəbi ondan istənilən rüşvətləri verməməsidir. Onlar dəfələrlə müxtəlif şəkillərdə şikayət vermişlər. Səfəri qeyr-rəsmi çağıraraq icarə haqqını qaldırdıqlarını dedilər. Rəsmi heç bir bildiriş göndərilməyib. Son dövrlərdə qaçqınlara qarşı qarayaxma təbliğatının bir növüdür. Orda özbaşına şəkildə icarə haqlarını qaldırırlar. İcarə müqaviləsinin bitməsinə 1 ay qalmış rəsmi bildiriş verilməli olduğu halda heç bir rəsmi yazışma olmayıb. Hakim Ramiq Qələndərzadənin qərardadı ilə onların ora 200 min investisiya qoymağı təsdiq edilir. Onlara qarşı qərəzli münasibətin əsas mənbəsi, ölkə başçısına öz şikayətlərini göndərmələri olub. Haqsızlıq qarşısında susmamışlar. Haqqlarını qorumaq üçün şikayətlərini də davam etdirəcəklər. Xankəndi şəhərindəki obyektlər barəsində hər obyektə ayrı-ayrı qiymətlər müəyyən edilir. Onlar ödənişləri gecikdirməmişlər və onlara gecikmə ilə bağlı bildiriş göndərilməyib. Onlar şikayət edənə qədər bizə rəsmi bildiriş göndərilməyib. Onlar qışda məktub göndərərək, icarə haqqının azaldılması barədə köməklik istəmişlər. Cavabdeh təşkilat məhkəməyə səlahiyyət həddini aşan qərar təqdim edir. Torpağa mülkiyyət olmasa da onun üzərində tikilən hər bir şey barəsində mülkiyyət hüququ mövcuddur. Onlar qanunsuz tikmişdilərsə, məhkəmə qərarı ilə gəlib sökə bilərdilər. Dedikləri yaşıllıq zonasını da onlar özü yaratmışdır. Həmin tikili onların mülkiyyətindədir. Həmçinin, Müşahidə şurasının tarifləri müəyyən edən səlahiyyəti yoxdur. X12 əsasnamə ilə fəaliyyət göstərir. Əsasnamələrində onların bu səlahiyyəti yoxdur. Ona görə də qərarlarını Ədliyyə Nazirliyində qeydiyyata salmayıblar. Müqaviləni 1475 manat razılaşaraq bağlamışlar, ancaq onlardan 2600 manat pul istəyirlər. Manqalxananın qiymətində sadəcə xərclədikləri pulu yazıblar. Lazım gələrsə, bazar qiymətləri ilə müəyyən edilə bilər. Sökülən obyektə çəkilən xərclə bağlı mütəxəssis də cəlb etmək olar. Onlar ümumiyyətlə ilk öncə müşahidə şurasının qərarını qəbul etmirlər, sonra da qiymətlərin birdən-birə çox qaldırılmasına etiraz edirlər. Onların restoranı 2-ci sahəyə düşür. 2-ci sahə ilə bağlı heç bir restoranla bağlı müqavilə təqdim edilməyib. Buna görə də qeyd olunanlara əsasən ilkin iddianın təmin, digər iş üzrə iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.
11. Cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə3 ilkin iş üzrə iddia tələbini qəbul etməyərək, digər iş üzrə isə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, müqavilə tərəflərin sərbəst iradəsi şəklində bağlanır. Ərazidə olan obyektlərin qiyməti Müşahidə şurasının qərarı ilə müəyyən edilir. İşğaldan azad olunmuş ərazilərdə zonalaşma tam aparılmadığı üçün qiymətlər qiymətlər dövlət tarifləri ilə deyil, müşahidə şurasının qərarları ilə müəyyən edilir. Onlar 625 kvadrat metr ərazini icarəyə vermişlər. Müqavilənin 4.2.13-cü bəndinə əsasən dəyişiklik ediləndə ilk öncə idarədən, sonra digər qurumlardan icazə alınmalıdır. Qadağa ilə bağlı məsələdə isə onlar DİN-in əməkdaşı deyillər ki, girişə-çıxışa qadağa qoya bilsinlər. Karl Marks işğaldan əvvəlki dövrdə olan küçədir. Hal-hazırda şəhərin baş plan layihəsi hazır olmadığı üçün küçələrin adları tam müəyyən edilməyib. Onlar dəfələrlə qarşı tərəfə bildiriş göndərsələr də, onu qəbul etməyiblər. Məhkəmə prosesi başlayandan sonra bildirişlər götürülür. Ümumiyyətlə icarə müqaviləsi olmadan işləyən obyekt yoxdur. Müqavilənin şərtinə əsasən gecikdirmə olarsa, müqavilə ləğv edilir. Ancaq gecikmə olduğu üçün müqaviləni ləğv etmişlər. Müqavilənin 1.4-cü bəndinə əsasən hər ayın 5-nə qədər icarə haqqı ödənilməli idi. Müşahidə şurasının Xankəndi şəhəri üzrə bölgüsü və qiymətləri qeyd eləmişlər. Zona üzrə bölgüdən görünür ki, 2-ci zona üzrə minimum tarif 6 manat olaraq qeyd edilir. 625 kvadrat metrlik ərazi üzrə icarə haqqı 3750 manat olsa da, Nümayəndə2 o qədər isməməmişlər. Bu qiymət minimum qiymətdir. Qarşı tərəf müqavilə müddətinin uzadılmasını istəyərək özü etiraf edir ki, müqavilə münasibəti mövcud olmadığı üçün uzadılmasını istəyirlər. Qarşı tərəf icarəyə verilən ərazidən kənarda manqalxana tikilib. Manqalxana yaşıllıq zonada tikilib. Xankəndi respublika tabeli şəhər olduğu üçün qanunda digər rayon qeyd edilib. Müşahidə Şurasının qərarı Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib. Münasibətləri tənzimləyən norma olmasa, orda anarxiya olardı. İqtisadi münasibətləri tənzimləmək üçün müvəqqəti qəbul edilən aktdır. Həmin ərazidə olan obyektlərin müqavilələrində tərəfin razılığı olmadan onun verilməsi müqavilə şərtlərinin pozulmasıdır. 2-ci tərəfin razılığı olmadan müqavilənin verilməsi düzgün deyil. Obyektin baş plan layihəsində də sökülən ərazinin icarədən kənar olduğu görünür, manqalxana icarəyə verilən əraziyə daxil deyil. Qarşı tərəf manqalxanaya çəkilən xərclə bağlı smeta tərtib edib verirlər. Ancaq onu sübuta yetirən heç bir sübut yoxdur. biz müqavilənin ləğvini manqalxanaya görə istəmirik. İcarə haqqının 2600 manat olması barədə təklifi qəbul edir. Onlardan qabaq Korperativ İdarəetmənin təşkili ilə müqavilələr bağlanırdı. Sonradan Prezidentin fərmanı ilə X12 yaradıldı. İlk dəfə müqavilə bağlananda Əmlak Xidmətilə müqavilə bağlanıb. Sonra vaxtı bitmiş müqavilələr yenilənəndə sadəcə tərəf olaraq onların idarəsi əlavə edilib. Elə obyektlər var ki, uzunmüddətli müqavilə bağlanıb, amma elə müqavilə var 1 illik bağlanıb. Onların heç kəslə bağlı qərəzliliyi yoxdur. Buna görə də qeyd olunanlara əsasən ilkin iddianın rədd, digər iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi.
III. Sübutların tədqiqi
12. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 ilə "xxxx" MMC arasında bağlanmış 11 oktyabr 2024-cü il tarixli, BFM xx/xx/00023A №-li müqavilədən görünür ki, tərəflər bu müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında İ Tərəfin təqdim etdiyi Xankəndi şəhəri ərazisində yerləşən, tikintialtı sahəsi 298 kv.m, ümumi sahəsi 625 kv.m olan qeyri yaşayış binası (Koordinatlar X:650049, Y:4409608,) İİ Tərəfin maliyyə vəsaitləri, avadanlıqları, maddi texniki resursları, bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri bu müqavilənin predmetini təşkil edir (1.1). İİ Tərəf bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakı qəbul edir və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin edir (1.2). İİ Tərəf fəaliyyətin təşkili ilə bağlı İ Tərəfin təqdim etdiyi əmlakdan istifadəyə görə İ Tərəfə aylıq sabit 1.475,00 (bir min dörd yüz yetmiş beş) manat (ƏDV daxil olmaqla) vəsaiti nağdsız qaydada ödəyir. Müqavilənin müddəti uzadılacağı təqdirdə ödənişin məbləğinə yenidən baxılacaqdır (1.3). xx.xx.2024-cü il tarixdən fəaliyyətinin olubolmamasından asılı olmayaraq, müqavilənin 1.3-cü bəndinə əsasən hesablama aparılır və hər ayın 5-nə qədər hesablanmış məbləği İ Tərəfin bank hesabına ödəyir (1.4). İ Tərəfin hüquqlarına aşağıdakılar daxildir (3.1): Bu müqavilənin predmetində qeyd olunan birgə fəaliyyətdən irəli gələn işlərin fasiləsiz və keyfiyyətlə icrasının təmin olunmasını, bu müqavilənin 1.3-cü bəndinin və bu müqavilənin şərtlərindən irəli gələn tələblərin icrasını İİ Tərəfin öhdəsinə düşən hissədə ondan tələb etmək (3.1.1); Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən aparılan yoxlamalar, həmçinin dövri hesabatlara baxış zamanı aşkarlanmış və İİ Tərəfin məsuliyyət dairəsinə aid olan qüsur və çatışmazlıqların aradan qaldırılmasını ondan tələb etmək (3.1.2); İİ Tərəfin təqsiri - hərəkət və ya hərəkətsizliyi, ehtiyatsızlığı nəticəsində yaranmış zərərin aradan qaldırılmasını ondan tələb etmək (3.1.3); İİ Tərəfin bu Müqavilənin tələblərinə əməl etmədikdə bu müqaviləni bir tərəfli ləğv etmək (3.1.4); İ Tərəf ilə razılaşdırılmış formada və həcmdə bu Müqavilənin predmeti ilə bağlı İİ Tərəf tərəfindən həyata keçirilmiş investisiyaya dair məsuliyyət daşımamaq (3.1.5); İ Tərəfin vəzifələrinə aşağıdakılar aiddir (3.2): Bu Müqavilə üzrə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etmək (3.2.1); İİ Tərəfə bu müqavilənin icrası məqsədi ilə zəruri dəstəyi vermək, o cümlədən qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan faydalanmaq üçün köməklik göstərmək, dövlət orqanları ilə koordinasiyanı təmin etmək, qanunsuz və müqavilə şərtlərindən kənar hər hansı məhdudiyyətlər tətbiq etməmək (3.2.2); Birgə fəaliyyət üçün nəzərdə tutulan ərazidə mövcud olan inventar, avadanlıq, təchizat və sair maddi nemətləri rəsmiləşdirmək (müvafiq sənəd(lər) müqaviləyə əlavə olunmaqla) (3.2.3); 1.1-ci bənddə göstərilən İİ Tərəfin fəaliyyətini icra etməyə şərait yaradan zəruri əmlak sahəsi ilə təmin etmək (3.2.4); Hüquqi məsləhət, gəlirlərin idarəedilməsi, məişət, kommunal, habelə təbliğat və digər məsələlərdə dəstək göstərmək (3.2.5); Bu müqavilə və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri daşımaq (3.2.6). İİ Tərəfin hüquqlarına aşağıdakılar daxildir (4.1): Birgə fəaliyyətin təmin olunması üçün bu müqavilənin 1.1-ci bəndində qeyd olunan əmlakdan istifadə etmək (4.1.1); İ Tərəf ilə razılaşdırılmış formada və həcmdə bu Müqavilənin predmeti ilə bağlı şərtləri həyata keçirmək (4.1.2); Bu Müqavilə üzrə faəliyyətdən əldə etdiyi, öz payına düşən gəlirləri barədə sərbəst qərar qəbul etmək (4.1.3); İİ Tərəfin vəzifələrinə aşağıdakılar aiddir (4.2): Bu müqavilə üzrə müəyyən edilmiş və öz üzərinə düşən öhdəliklərin icrasının keyfiyyətlə və vaxtında həyata keçirilməsi məqsədilə bütün lazımi tədbirləri görmək (4.2.1); Bu müqavilənin predmeti olan və 1.1-ci bəndində qeyd edilən əmlakı digər şəxslərin (hüquqi, fiziki və.s.) istifadəsinə (icarə, birgə istifadə, birgə fəaliyyət (əmlaka dair digər əqdlər və.s.) daxil olmaqla) heç bir halda verməmək (4.2.2); Birgə fəaliyyətin təşkil edilməsinin təmin edilməsi məqsədilə hər iki Tərəfin qarşılıqlı razılaşmasına əsasən, bu müqavilənin 1.3 və 1.4-cü bəndlərində və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində qeyd olunacaq məbləğlərdə ödənişləri həyata keçirmək (4.2.3); İ Tərəfin təqdim etdiyi İİ Tərəf tərəfindən istifadə ediləcək əmlakda İ Tərəfin razılığı ilə öz (İİ TərəF) vəsaiti hesabına təyinatı üzrə fəaliyyətini təmin etmək (4.2.4); Bu Müqavilənin predmeti ilə bağlı həyata keçirəcəyi və qanunvericiliyə zidd olmayan şərtləri İ Tərəfilə razılaşdırmaq və hesabatlılığı təmin etmək (4.2.5); İ Tərəf ilə razılaşdırılmış formada və həcmdə bu Müqavilənin predmeti ilə bağlı həyata keçirəcəyi investisiyanın əvəzini gələcəkdə İ Tərəfdən tələb etməmək (əgər bu Müqavilənin rəsmiləşdirilmiş əlavələrində başqa hallar nəzərdə tutulmayıbsa) (4.2.6); Lisenziya və ya icazə alınması tələb olunan fəaliyyət növlərini “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək (4.2.7); Əhalinin həyat və sağlamlığının, ətraf mühitin, tarixi və mədəniyyət abidələrinin qorunması, şəhərsalma və tikinti sahələrində, əmək qanunvericiliyinin tələblərinə, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, habelə ictimai təhlükəsizlik sahəsində məcburi tələblərə əməl etmək (4.2.8); Bu müqavilə əsasında birgə fəaliyyət zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq haqsız rəqabətə yol verməmək, habelə digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurmamaq (4.2.9); Bu müqavilə və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri daşımaq (4.2.10); Bu müqavilə üzrə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının investisiya fəaiiyyəti haqqında qanunvericiliyin, o cümlədən digər qanunvericilik aktlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etmək (4.2.11); Bu müqavilə üzrə fəaliyyətini həyata keçirərkən əmlakdan istifadəyə görə və istifadə zamanı yaranmış kommunal xidmətlər haqqını (qaz, su, işıq, telefon), vergi və digər məcburi ödənişləri ödəmək (4.2.12); İ Tərəfin yazılı razılığını almaqla təmir və tikinti işlərini (müvafiq icra hakimiyyəti orqanlarından icazələr əsasında) öz hesabına aparmaq (əvəzini İ Tərəfdən tələb etməmək şərti ilə) (4.2.13); Birgə fəaliyyətin fasiləsizliyini təmin etmək (İ Tərəfin təqsiri səbəbindən yaranmış hallar istisna olmaqla) (4.2.14); Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 və Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinin təqdim etdiyi şəxsləri kvota üzrə işlə təmin etmək (Ümumi işçi heyətinin 40 (qırx) faizindən az olmamaq şərtilə) (4.2.15); İ Tərəf tərəfindən aparılan müşahidə və nəzarət zamanı aşkarlanmış və bilavasitə İİ Tərəfin təqsiri səbəbilə meydana çıxan qüsurları ən qısa müddət (İ Tərəf ilə qarşılıqlı razılaşdırılmış müddət ərzində) ərzində aradan qaldırmaq (4.2.16). Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2025-ci il tarixinədək qüvvədə olacaqdır. Müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış Tərəflərdən biri birgə fəaliyyətə xitam vermək niyyətini bildirmədiyi təqdirdə və Tərəflərin ödənişlərlə bağlı qarşılıqlı razılığı olduqda yenilənmiş şərtlərlə Müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə uzadılmış hesab olunur (9.1). Hər bir tərəf 1 (bir) ay öncədən bu müqavilənin predmetini, tərəflərin hüquq və vəzifələrini, qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə almaqla yazılı bildiriş verərək və qarşılıqlı razılaşdırmaqla bu müqaviləyə vaxtından əvvəl xitam verə bilər (9.2). İİ Tərəf Müqavilənin 1.3, 1.4-cü bəndlərinə və 4.2.2, 4.2.11, 4.2.12 və 4.2.13-cü yarımbəndlərinin şərtlərinə tam əməl etmədikdə və bu hal bir ildə 2 (iki) dəfə (bu müqavilənin 4.2.2- ci yarımbəndinin tələbi İİ Tərəf tərəfindən bir dəfə pozularsa) baş verdikdə İ Tərəf təktərəfli qaydada Müqaviləyə xitam verə bilər (9.5).
13. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, icarə haqqının azaldılmasına kömək göstərilməsi xahiş olunmuşdur.
14. "xxxx" MMC tərəfindən "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X6 ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC-nin qanuni istifadəsində olan Xankəndi şəhərində yerləşən Xan Araz restoranında inşası üçün icazə tələb edilməyən manqalxana cavabdehin əməkdaşları tərəfindən qanunsuz dağıdılılıb və İddiaçı MMC-nə maddi və mənəvi ziyan vurulubdur. Ona görə də bu qanunsuzluqlara soy qoymaqla bərabər vurulmuş ziyanın aradan qaldırılması və manqalxananı 3 gün müddətində cavabdehin hesabına bərpa edilməsi xahiş olunmuş, əks təqdirdə bu pretenziya ilə bərabər cavabdehə təqdim edilmiş məzmunda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
15. Xərclər barədə məlumatdan görünür ki, X8 manqalına alınan materiallar - Şeben -120 Azn, Sement - 130 Azn, Şverler və iqolnik - 300 Azn, Kran və maşın - 200 Azn, Bişmiş kərpic - 1800 Azn, Əlavə material - 138 Azn, Fəhlə - 450 Azn, Usta əl haqqı - 1800 Azn, Şamot hörgü üçün - 100 Azn, Ustaların yemək xərci - 400 Azn olmaqla, cəmi 5438 manatdan ibarət olmuşdur.
16. Ödəniş qəbzlərindən görünürki, "xxxx" MMC tərəfindən "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X6 xx.xx.2024-cü il tarixdə 1475 manat, xx.xx.2024-cü il tarixdə 1475 manat, xx.xx.2024-cü il tarixdə 1475 manat, xx.xx.2024-cü il tarixdə 295 manat, xx.xx.2024-cü il tarixdə 1475 manat, xx.xx.2024-cü il tarixdə 1475 manat, xx.xx.2025-ci il tarixdə 1475 manat, xx.xx.2025-ci il tarixdə 1475 manat, xx.xx.2025-ci il tarixdə 1475 manat, xx.xx.2025-ci il tarixdə 1475 manat, xx.xx.2025-ci il tarixdə 1475 manat, xx.xx.2025-ci il tarixdə 1475 manat icarə haqqı ödənilmişdir.
17. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 tərəfindən elektron sistemə əlavə edilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 noyabr 2007-ci il tarixli 191 nömrəli Qərarı ilə ölkə ərazisində “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği” təsdiq edilmişdir. Həmin qərarda respublika ərazisində adları qeyd olunan şəhər və rayonlarda bölgü aparılaraq zonalar müəyyən edilmişdir. Qərarın son hissəsində adları çəkilməyən digər rayonlar üzrə zona bölgüsü ümumiləşdirilərək “Digər rayonlar” kimi qeyd olunsa da şəhərlər barədə hər hansı qeyd aparılmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özələşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrinin bu Əsasnamənin 1-6 nömrəli əlavələrində göstərilən zonaların sərhədlərini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdıraraq təsdiq edir. Bakı şəhərinin zona sərhədləri sonuncu dəfə 2008-ci ildə, respublikanın digər şəhər və rayon mərkəzlərinin zona sərhədləri isə 1998-ci ildə işlənərək təsdiq edilsə də, işğaldan azad olunmuş ərazilər üzrə, o cümlədən Xankəndi, Ağdərə və Xocalı şəhərlərinin zona sərhədləri təsdiq edilməmişdir. Bu səbəbdən də Ali Baş Komandanın rəhbərliyi ilə 19-20 sentyabr 2023-cü il tarixlərində aparılmış “Lokal xarakterli antiterror” əməliyyatları nəticəsində işğaldan azad edilmiş Xankəndi şəhəri üzrə həmin qərarla müəyyən edilmiş zona üzrə bölgü aparılmadığından, zona sərhədləri müəyyənləşdirilmiş qaydada təsdiqlənmədiyindən “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X10 Müşahidə Şurasının 20 avqust 2024-cü il tarixli qərarı ilə müvəqqəti olaraq Xankəndi şəhərində zonalar üzrə bölgü aparılmış, zona sərhədləri təsdiqlənmiş və Xidmətin balansında olan dövlət əmlakından istifadə haqqının minimum məbləği təsdiq edilmişdir.
18. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 Müşahidə Şurasının xx.xx.2024-cü il tarixli 07 №-li Qərarından görünür ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X10 Müşahidə Şurasının 2024-cü il 20 avqust tarixli 07 nömrəli Protokolunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 01 aprel tarixli 25 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi’’nin 4.7.7-ci yarımbəndini rəhbər tutaraq Müşahidə Şurası qərara alır: Xankəndi, Ağdərə və Xocalı şəhərlərinin zona bölgü xəritələri təsdiq edilsin (əlavə olunur). “Xidmətin balansında olan dövlət əmlakından istifadə haqqının minimum məbləği” təsdiq edilsin (əlavə olunur). Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
19. Xidmətin balansında olan qeyri-yaşayış obyektlərinin zonalar üzrə minimal istifadə qiymətlərindən görünür ki, 1 kv.m sahənin aylıq istifadə haqqı tarifi (manatla) aşağıdakı kimi müəyyən edilmişdir: 2-ci zona üzrə - tarif 6, intensivlik 8, Qeyri-yaşayış obyekti tarix və ya mədəniyyət abidələrinə aid olduqda 20%-ə dək 9,6, avadanlıqla təchizat vəziyyətinə görə 50%-ədək 14,4, təmir vəziyyətinə görə 50%-ədək 21,6.
20. "xxxx" MMC tərəfindən elektron sistemə əlavə edilmiş ərizədən görünür ki, cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X2 müəyyən edilmiş səlahiyyət həddini aşaraq tariflər müəyyən edən qərar qəbul etmişdir. Qanunvericilikdə tariflərin müəyyən edilməsi ilə bağlı səlahiyyətli olmadığı halda belə bir qərar qəbul etməsi səlahiyyət həddinin aşılması hesab edilir.
21. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 tərəfindən təqdim edilmiş arayışdan görünür ki, "xxxx" MMC müqavilənin 1.4cü bəndinin şərtlərinə əsasən hər ayın 5-nə qədər Xidmətin hesabına 1475 manat vəsait ödəməlidir. "xxxx" MMC müqavilənin şərtlərini pozaraq aylıq ödənişlərini aşağıdakı kimi həyata keçirmişdir: xx.xx.2024 (gecikdirilmiş gün sayı – 10), xx.xx.2025 (gecikdirilmiş gün sayı – 4), xx.xx.2025 (gecikdirilmiş gün sayı – 9), xx.xx.2025 (gecikdirilmiş gün sayı – 6), xx.xx.2025 (gecikdirilmiş gün sayı – 7), xx.xx.2025 (gecikdirilmiş gün sayı – 3), xx.xx.2025 (gecikdirilmiş gün sayı – 7), xx.xx.2025 (gecikdirilmiş gün sayı – 6).
22. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 tərəfindən "xxxx" MMC-nin direktoru Nümayəndə2 ünvanlanmış bildirişdən görünür ki, müqavilənin 9-cu hissəsinin tələblərinə əsasən öhdəliklərə əməl edilmədiyinə, şərtləri dəfələrlə kobud şəkildə pozduğuna görə müqaviləyə xx.xx.2025-ci il tarixdən xitam verilməsi və qeyri-yaşayış binasının 5 gün müddətində boşaldılması barədə xəbərdarlıq edilmişdir.
23. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, müqaviləyə xitam verilməsi və qeyri-yaşayış binasının boşaldılması barədə bildiriş "xxxx" MMC-nin işçi heyətinə təqdim edilmiş, lakin işçi heyəti həmin bildirişi qəbul edərək imza etməkdən imtina etmişdir.
24. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişə cavabdan görünür ki, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 ilə "xxxx" MMC arasında qeyri-yaşayış sahəsi üzrə xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmamışdır. Həmin müqavilə MMC-nin işçilərinin yaşadığı yaşayış sahəsi üzrə ola bilər ki, həmin müqavilə üzrə də heç bir öhdəlik pozulmamışdır.
25. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Xankəndi şəhərində keçirilən monitorinq zamanı şəhər ərazisində yerləşən 10 kv.m torpaq sahəsində tikinti-quraşdırma işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma nəticəsində tikinti işlərinin "xxxx" MMC tərəfindən “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş qeyri-yaşayış binasının (Restoran) yaxınlığında, Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 172s nömrəli sərəncamına əsasən Elm vəTəhsil Nazirliyinin balansına verilmiş torpaq sahəsində xidməti otaq (manqalxana) yaradılması məqsədilə aparıldığı məlum oldu.Tikinti işlərinin aparılması ilə bağlı razılığın alınması üçün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmədiyi müəyyən edildi.
26. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 ilə sahibkar X4 (Həkəri restroranı) arasında bağlanmış 28 avqust 2024-cü il tarixli, BFM xx/xx/00107 №-li müqavilədən görünür ki, tərəflər bu müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında İ Tərəfin təqdim etdiyi Xankəndi şəhəri ərazisində yerləşən, tikintialtı sahəsi 164.1 kv.m, faydalı sahəsi 136.3 kv.m olan qeyri yaşayış binası İİ Tərəfin maliyyə vəsaitləri, avadanlıqları, maddi texniki resursları, bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri bu müqavilənin predmetini təşkil edir (1.1). İİ Tərəf bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakı qəbul edir və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin edir (1.2). İİ Tərəf fəaliyyətin təşkili ilə bağlı İ Tərəfin təqdim etdiyi əmlakdan istifadəyə görə İ Tərəfə aylıq sabit 1500 manat (ƏDV daxil olmaqla) vəsaiti nağdsız qaydada ödəyir. Müqavilənin müddəti uzadılacağı təqdirdə ödənişin məbləğinə yenidən baxılacaqdır (1.3).
27. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 ilə "xxxx" MMC arasında bağlanmış 24 oktyabr 2024-cü il tarixli, BFM xx/xx/00201 №-li müqavilədən görünür ki, tərəflər bu müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında İ Tərəfin təqdim etdiyi Xankəndi şəhəri ərazisində yerləşən, tikintialtı sahəsi 260.3 kv.m, ümumi sahəsi 339 kv.m olan qeyri yaşayış binası İİ Tərəfin maliyyə vəsaitləri, avadanlıqları, maddi texniki resursları, bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri bu müqavilənin predmetini təşkil edir (1.1). İİ Tərəf bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakı qəbul edir və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin edir (1.2). İİ Tərəf fəaliyyətin təşkili ilə bağlı İ Tərəfin təqdim etdiyi əmlakdan istifadəyə görə İ Tərəfə aylıq sabit 2824 manat (ƏDV daxil olmaqla) vəsaiti nağdsız qaydada ödəyir. Müqavilənin müddəti uzadılacağı təqdirdə ödənişin məbləğinə yenidən baxılacaqdır (1.3).
28. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 ilə "xxxx" MMC arasında bağlanmış 14 may 2025-ci il tarixli, BFM xx/xx/00485 №-li müqavilədən görünür ki, tərəflər bu müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında İ Tərəfin təqdim etdiyi Xankəndi şəhəri ərazisində yerləşən, tikintialtı sahəsi 219.9 kv.m, ümumi sahəsi 438 kv.m olan qeyri yaşayış binası İİ Tərəfin maliyyə vəsaitləri, avadanlıqları, maddi texniki resursları, bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri bu müqavilənin predmetini təşkil edir (1.1). İİ Tərəf bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakı qəbul edir və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin edir (1.2). İİ Tərəf fəaliyyətin təşkili ilə bağlı İ Tərəfin təqdim etdiyi əmlakdan istifadəyə görə İ Tərəfə aylıq sabit 2946 manat (ƏDV daxil olmaqla) vəsaiti nağdsız qaydada ödəyir. Müqavilənin müddəti uzadılacağı təqdirdə ödənişin məbləğinə yenidən baxılacaqdır (1.3).
29. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 ilə "xxxx" MMC arasında bağlanmış 26 avqust 2025-ci il tarixli, BFM xx/xx/00600 №-li müqavilədən görünür ki, tərəflər bu müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında İ Tərəfin təqdim etdiyi Xankəndi şəhəri ərazisində yerləşən, tikintialtı sahəsi 310.4 kv.m, faydalı sahəsi 226.6 kv.m olan qeyri yaşayış binası İİ Tərəfin maliyyə vəsaitləri, avadanlıqları, maddi texniki resursları, bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri bu müqavilənin predmetini təşkil edir (1.1). İİ Tərəf bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakı qəbul edir və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin edir (1.2). İİ Tərəf fəaliyyətin təşkili ilə bağlı İ Tərəfin təqdim etdiyi əmlakdan istifadəyə görə İ Tərəfə aylıq sabit 3121,3 manat (ƏDV daxil olmaqla) vəsaiti nağdsız qaydada ödəyir. Müqavilənin müddəti uzadılacağı təqdirdə ödənişin məbləğinə yenidən baxılacaqdır (1.3).
30. 15.09.2025-ci il tarixli məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi tərəfindən mobil telefon vasitəsilə göstərilmiş şəkil və videolar vasitəsilə Xan Araz restroranın əvvəlki vəziyyəti və təmirdən sonrakı vəziyyəti müşahidə edilmişdir.
31. 29.10.2025-ci il tarixli məhkəmə iclasında "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 nümayəndəsi tərəfindən təqdim edilmiş video-görüntülərdə Xan Araz restroranın olduğu ərazi və manqalxananın tikilmiş olduğu ərazi müşahidə edilmişdir. IV. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
37. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı
Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
V. Məhkəmənin mövqeyi
a) manqalxananın cavabdehin vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi, müqavilənin müddətinin uzadılmış hesab edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq müvafiq akt əsasında təhvil verilməsi tələbi ilə bağlı
39. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
40. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
41. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 ilə "xxxx" MMC arasında 11 oktyabr 2024-cü il tarixli, BFM xx/xx/00023A №-li müqavilə bağlanmış və müqaviləyə əsasən tərəflərin bu müqaviləni və qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq birgə fəaliyyət əsasında İ Tərəfin təqdim etdiyi Xankəndi şəhəri ərazisində yerləşən, tikintialtı sahəsi 298 kv.m, ümumi sahəsi 625 kv.m olan qeyri yaşayış binası (Koordinatlar X:650049, Y:4409608,) İİ Tərəfin maliyyə vəsaitləri, avadanlıqları, maddi texniki resursları, bilik və bacarıqları hesabına qanunvericiliyin tələblərinə uyğun təyinatı üzrə fasiləsiz birgə fəaliyyət həyata keçirmələri bu müqavilənin predmetini təşkil edir. İİ Tərəf fəaliyyətin təşkili ilə bağlı İ Tərəfin təqdim etdiyi əmlakdan istifadəyə görə İ Tərəfə aylıq sabit 1.475,00 (bir min dörd yüz yetmiş beş) manat (ƏDV daxil olmaqla) vəsaiti nağdsız qaydada ödəyir. Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2025-ci il tarixinədək qüvvədə olacaqdır.
42. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 11 oktyabr 2024-cü il tarixli müqavilə birgə fəaliyyət haqqında müqavilədir. Lakin mülki qanunvericilikdə “birgə fəaliyyət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
43. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
45. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
46. Bu mənada məhkəmə göstərir ki, tərəflər arasında birgə fəaliyyətlə bağlı formalaşmış işgüzar münasibət bu yöndə olmuşdur ki, iddiaçı və cavabdeh arasında müqavilə imzalanır və əmlakdan istifadəyə görə haqq həmin müqaviləyə əsasən müəyyən olunur.
47. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
48. Hazırda iddiaçı tərəf "xxxx" MMC-nin qanuni əsaslarla istifadəsində olan Xankəndi şəhərində yerləşən "Xan Araz " Restoranının həyətində iddiaçının vəsaiti hesabına inşa edilmiş smeta dəyəri 5438 manat olan manqalxananın cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli BFM xx/xx/00023A nömrəli birgə fəaliyyət haqqında müqavilənin müddətinin xx.xx.2026-cı il tarixədək uzadılmış hesab edilməsi və hazırkı iş üzrə məhkəmə xərclərinin cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X7 tutulub "xxxx" MMC-nə ödənilməsini xahiş edir.
49. Göründüyü kimi hazırki iş üzrə iddiaçının tələbi 3 hissədən ibarətdir. Məhkəmə ilk öncə iddianın əsas hissəsini təşkil edən müqavilə müddətinin uzadılmış hesab edilməsilə bağlı tələbə münasibət bildirməyi zəruri hesab edir.
50. Belə ki, iş materiallarında olan müqavilədən görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilənin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Qeyd olunan müddət ərzində tərəflər arasında hər hansı bir mübahisə olmamış və əmlakdan istifadəyə görə haqq ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış Tərəflərdən biri birgə fəaliyyətə xitam vermək niyyətini bildirmədiyi təqdirdə və Tərəflərin ödənişlərlə bağlı qarşılıqlı razılığı olduqda yenilənmiş şərtlərlə Müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə uzadılmış hesab olunur. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 tərəfindən müqavilənin müddətinin bitməsinə 1 ay qalmışa kimi hər hansı bir pretenziya olmasa da, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 tərəfindən "xxxx" MMC-nin direktoru Nümayəndə2 ünvanlanmış bildirişdən görünür ki, müqavilənin 9-cu hissəsinin tələblərinə əsasən öhdəliklərə əməl edilmədiyinə, şərtləri dəfələrlə kobud şəkildə pozduğuna görə müqaviləyə xx.xx.2025-ci il tarixdən xitam verilməsi və qeyri-yaşayış binasının 5 gün müddətində boşaldılması barədə xəbərdarlıq edilmişdir.
51. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 9.5-ci bəndinə əsasən İİ Tərəf Müqavilənin 1.3, 1.4-cü bəndlərinə və 4.2.2, 4.2.11, 4.2.12 və 4.2.13-cü yarımbəndlərinin şərtlərinə tam əməl etmədikdə və bu hal bir ildə 2 (iki) dəfə (bu müqavilənin 4.2.2-ci yarımbəndinin tələbi İİ Tərəf tərəfindən bir dəfə pozularsa) baş verdikdə İ Tərəf təktərəfli qaydada Müqaviləyə xitam verə bilər.
52. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X6 xx.xx.2024-cü il tarixdə 1475 manat, xx.xx.2024-cü il tarixdə 1475 manat, xx.xx.2024-cü il tarixdə 1475 manat, xx.xx.2024-cü il tarixdə 295 manat, xx.xx.2024-cü il tarixdə 1475 manat, xx.xx.2024-cü il tarixdə 1475 manat, xx.xx.2025-ci il tarixdə 1475 manat, xx.xx.2025-ci il tarixdə 1475 manat, xx.xx.2025-ci il tarixdə 1475 manat, xx.xx.2025-ci il tarixdə 1475 manat, xx.xx.2025-ci il tarixdə 1475 manat, xx.xx.2025-ci il tarixdə 1475 manat icarə haqqı ödənilmiş, lakin ödənişlər vaxtında edilmədiyinə görə ümumilikdə 52 gün gecikmə olmuşdur.
53. Tərəflər arasında bağlanmış müqavilənin 1.4-cü bəndinə əsasən xx.xx.2024-cü il tarixdən fəaliyyətinin olub-olmamasından asılı olmayaraq, müqavilənin 1.3-cü bəndinə əsasən hesablama aparılır və "xxxx" MMC hər ayın 5-nə qədər hesablanmış məbləği "xxxx" MMC tərəfindən "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 bank hesabına ödəməlidir. Həmin müqavilənin 4.2.3-cü yarımbəndinə əsasən birgə fəaliyyətin təşkil edilməsinin təmin edilməsi məqsədilə hər iki Tərəfin qarşılıqlı razılaşmasına əsasən, bu müqavilənin 1.3 və 1.4-cü bəndlərində və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində qeyd olunacaq məbləğlərdə ödənişləri həyata keçirmək "xxxx" MMC-nin vəzifə öhdəliyidir.
54. Göründüyü kimi tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməyərək, ödənişlərini gecikdirmişdir.
55. Bundan əlavə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə xx.xx.2025-ci il tarixli akta əsasən Xankəndi şəhərində keçirilən monitorinq zamanı şəhər ərazisində yerləşən 10 kv.m torpaq sahəsində tikinti-quraşdırma işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma nəticəsində tikinti işlərinin "xxxx" MMC tərəfindən “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş qeyri-yaşayış binasının (Restoran) yaxınlığında, Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 172s nömrəli sərəncamına əsasən Elm vəTəhsil Nazirliyinin balansına verilmiş torpaq sahəsində xidməti otaq (manqalxana) yaradılması məqsədilə aparıldığı məlum olmuşdur.Tikinti işlərinin aparılması ilə bağlı razılığın alınması üçün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmədiyi müəyyən edilmişdir.
56. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.13-cü yarımbəninə əsasən "xxxx" MMC təmir və tikinti işlərini (müvafiq icra hakimiyyəti orqanlarından icazələr əsasında) yalnız "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 yazılı razılığını almaqla apara bilər. Lakin buna baxmayaraq "xxxx" MMC heç bir razılıq olmadan və onun istifadəsinə verilməyən torpaq sahəsində tikinti işi apararaq manqalxana tikməklə müqaviləni pozmuşdur.
57. "xxxx" MMC "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 müqaviləni sırf əmlakdan istifadəyə görə müəyyən olunmuş haqqı artırdığından və iddiaçı tərəf olaraq artırılmış 2600 manat icarə haqqı ilə razılaşmadıqlarından ləğv etmək istədiyini bildirsə də, məhkəmə qeyd edir ki, həmin xüsusatlar da əsaslı hesab olunur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin müddətinin uzadılacağı təqdirdə ödənişin məbləğinə yenidən baxılacaqdır. Göründüyü kimi tərəfin qeyd olunan normaya istinad edərək ödənişin məbləğini yenidən müəyyənləşdirmək hüququ vardır. Həmin məbləğ isə "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 Müşahidə Şurasının xx.xx.2024-cü il tarixli 07 №-li Qərarına əsasən müəyyən edilmişdir. İddiaçı tərəfin vəkili qeyd olunan Qərarın əsassız olduğunu bildirsə də, məhkəmə qeyd edir ki, qeyd olunan Qərar Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 01 aprel tarixli 25 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi’’nin 4.7.7-ci yarımbəndi rəhbər tutularaq qəbul edilmişdir. Belə ki, Xidmətin balansında olan qeyri-yaşayış obyektlərinin zonalar üzrə minimal istifadə qiymətlərindən görünür ki, 1 kv.m sahənin aylıq istifadə haqqı tarifi (manatla) aşağıdakı kimi müəyyən edilmişdir: “Xan Araz” Restoranının yerləşdiyi 2-ci zona üzrə - tarif 6, intensivlik 8, Qeyri-yaşayış obyekti tarix və ya mədəniyyət abidələrinə aid olduqda 20%-ə dək 9,6, avadanlıqla təchizat vəziyyətinə görə 50%-ədək 14,4, təmir vəziyyətinə görə 50%-ədək 21,6. İddiaçı tərəfin dedikləri nəzərə alınıb ehtimal olunsa ki, əmlakdan istifadəyə görə haqqın məbləği 2600 manat müəyyən edildiyindən razılaşma olmayıb, məhkəmə hesab edir ki, yenə də iddiaçının buna etiraz etməsi əsassızdır, çünki müqavilə azadlığına əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Yəni, əmlakı istifadəyə verən tərəf olaraq "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 istifadə haqqını istənilən məbləğdə müəyyən edə bilər və tərəf müqavilə azadlığı prinsipinə əsasən həmin şərtlə razılaşıb müqaviləni bağlaya da bilər, bağlamaya da.
58. İddiaçı tərəf məhkəmə iclasları zamanı sorğu verilərək digər restoranlarla olan müqavilələri tələb etdiyi üçün məhkəmə tərəfindən sorğu verilmiş və bəzi müqavilələr məhkəməyə təqdim edilmişdir. Həmin müqavilələrdən də görünür ki, ərazinin yerləşmə yerinə, həmçinin qeyri-yaşayış binasının sahəsinə görə ən prestijli ərazi “Xan Araz” restoranının yerləşdiyi ərazidir, lakin digər obyektlərə münasibətdə onun istifadə haqqı daha aşağıdır.
59. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin müqavilənin ləğvi ilə bağlı müddəalarına əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
60. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
61. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə məhkəmə hesab edir ki, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X11 tərəfindən xx.xx.2025-ci il tarixli bildirişlə İddiaçı MMC-nə müqavilənin ləğvi ilə bağlı iradə ifadəsinin bildirildiyi andan müqaviləyə xitam verilmiş hesab edildiyi üçün müqavilənin müddətinin uzadılmış hesab edilməsi barədə İddiaçı MMC-nin iddiası əsassızdır. Müqaviləyə xitam verilmiş hesab edildiyi üçün isə "xxxx" MMC-nin müvəqqəti istifadəsinə verilmiş, Xankəndi şəhərində yerləşən (koordinat: X:650049; Y:4409608) ümumi sahəsi 625 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılmalı və müvafiq akt əsasında iddiaçı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X6 təhvil verilməlidir.
62. Məhkəmə manqalxanın cavabdehin hesabına inşa edilib təhvil verilməsi tələbinə münasibətdə qeyd edir ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticələrinə əsasən qeyd olunan manqalxanın razılıq və icazə alınmadan tikildiyi müəyyən edilmişdir.
63. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır və 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
64. Göründüyü kimi qeyd olunan manqalxana özbaşına tikili olduğundan iddiaçının həmin manqalxanın inşa edilib təhvil verilməsini tələb etmək hüququ yoxdur.
b) xüsusi qərardadın çıxarılması tələbi ilə bağlı
65. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsimə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.
66. Məhkəmə xüsusilə qeyd edir ki, mülki məhkəmə icraatını həyata keçirən məhkəmə qarşısında xüsusi qərardadın çıxarılması barədə məsələ qaldırıldıqda, məhkəmənin vəzifəsi icraatı proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxarmaq üçün aparmaq deyildir. Başqa sözlə, məhkəmə cinayət təqibini həyata keçirən orqan deyildir. Belə ki, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu mənada, həmin vəzifələri icra edərkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxarsa, məhkəmə xüsusi qərardad qəbul edir. Başqa sözlə, cinayət əlamətlərinin aşkara çıxması mülki məhkəmə icraatı üzrə aparılan araşdırmanın kənar nəticəsi kimi ortaya çıxır. Bu səbəbdəndir ki, xüsusi qərardadın çıxarılmasından imtina olunması proses iştirakçılarını törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququndan məhrum etmir.
67. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırda kommersiya mübahisəsinə baxılarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxmadığından İddiaçı MMC-nə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ izah edilməlidir.
c)Məhkəmə xərcləri ilə bağlı
68. İddiaçı MMC eləcə də məhkəmə xərci kimi 394 manat vəkil xidmət haqqının, 120 manat dövlət rüsumunun, cəmi 514 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
69. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir, lakin 394 manat vəkil pulunun ödənilməsilə bağlı heç bir sübut əlavə edilməmişdir.
70. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
71. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
72. Eyni Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
73. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu və 394 manat vəkil xidmət haqqı iddiaçının özünə aid edilməlidir.
74. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
75. Məhkəmə qeyd edir ki, digər iş üzrə iddiaçı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 dövlət rüsumunu ödəməkdən azad edilmişdir, ona görə də qiymətləndirilməyən iddia ərizəsinə görə müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
76. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X5rşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) “manqalxananın cavabdehin vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi, müqavilənin müddətinin uzadılmış hesab edilməsi və pul” tələbinə dair iddiası rədd edilməli, iddiaçı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 cavabdeh "xxxx" MMC-nə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və müvafiq akt əsasında təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdeh "xxxx" MMC-nin istifadəsinə verilmiş, Xankəndi şəhərində yerləşən (koordinat: X:650049; Y:4409608) ümumi sahəsi 625 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılsın və müvafiq akt əsasında iddiaçı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X6 təhvil verilməlidir.
77. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddiaçı cavabdeh "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X5rşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) “manqalxananın cavabdehin vəsaiti hesabına inşa edilib iddiaçıya təhvil verilməsi, müqavilənin müddətinin uzadılmış hesab edilməsi və pul” tələbinə dair iddiası rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu və 394 manat vəkil xidmət haqqı İddiaçınə aid edilsin. İddiaçı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X10 cavabdeh İddiaçınə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və müvafiq akt əsasında təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı müvəqqəti istifadəsinə verilmiş, Xankəndi şəhərində yerləşən (koordinat: X:650049; Y:4409608) ümumi sahəsi 625 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılsın və müvafiq akt əsasında iddiaçı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" X6 təhvil verilsin. Cavabdeh İddiaçındən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli