Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1653/2022 20.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 86907 manat pulun, həmçinin, işgüzar nüfuzun bərpası əvəzi kimi 14000 manat pulun, 400 manat dövlət rüsumunun, ümumilikdə 101307 (bir yüz bir min üç yüz səkkiz) manat pulun “X4” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 məhkəməyə barışıq sazişini göndərərək, barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəməyə ərizə ünvanlayaraq iddiaçı ilə barışdığını bildirmiş, barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəflər arasında başlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 və Cavabdeh direktoru X3 arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, iddiaçı və cavabdeh aralarında olan pul tələbinə dair kommersiya mübahisəsinə son qoyaraq aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gəldiklərini bəyan edirlər. Cavabdeh iddiaçıya 21 dekabr 2018-ci il tarixli müqavilə üzrə 86000 (səksən altı min) manat ödəməsini öhdəsinə götürür, bunun müqabilində “İddiaçı” “Cavabdeh”ə qarşı olan 21 dekabr 2018-ci il tarixli müqavilə üzrə 907 (doqquz yüz yeddi) manat, işgüzar nüfuzun bərpasının əvəzi kimi 14000 (on dörd min) manat və dövlət büdcəsinə ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması hissəsindən imtina edir. Tərəflər 21 dekabr 2018-ci il tarixli müqavilə üzrə bundan sonra birbirinə qarşı iddia və tələb qaldırmayacaqlarını bəyan edirlər. Beləliklə, cavabdeh iddiaçıya ödənilməsi nəzərdə tutulan 86000,00 (səksən altı min) manat məbləğində vəsaiti 4 (dörd) ay ərzində, hər ay bərabər şəkildə, yəni 21500,00 (iyirmi bir min beş yüz) manat olmaqla ödəyir. Cavabdeh iddiaçıya hər ay üçün nəzərdə tutulan məbləği hər ayın 20-nə kimi ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli barışıq sazişi sazişdə qeyd edilən şərtlərlə təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə tərəflər - iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 və Cavabdeh direktoru X3 arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə 21 dekabr 2018-ci il tarixli müqavilə üzrə 86000 (səksən altı min) manatın ödəməsini öhdəsinə götürür, bunun müqabilində Cavabdeh iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı olan 21 dekabr 2018-ci il tarixli müqavilə üzrə 907 (doqquz yüz yeddi) manat, işgüzar nüfuzun bərpasının əvəzi kimi 14000 (on dörd min) manat və dövlət büdcəsinə ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması hissəsindən imtina edir.
2. Tərəflər 21 dekabr 2018-ci il tarixli müqavilə üzrə bundan sonra bir-birinə qarşı iddia və tələb qaldırmayacaqlarını bəyan edirlər.
3. Cavabdeh iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi nəzərdə tutulan 86000,00 (səksən altı min) manat məbləğində vəsaiti 4 (dörd) ay ərzində, hər ay bərabər şəkildə, yəni 21500,00 (iyirmi bir min beş yüz) manat olmaqla ödəyir.
4. Cavabdeh iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay üçün nəzərdə tutulan məbləği hər ayın 20-nə kimi ödəməlidir. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər.
Hakim Gülnaz Quliyeva