Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-188/2025 27.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, iddiaçı "xxxx" MMC-yə olan 21536 manat vəsaiti borcunu bu günə kimi tam ödəmədiyi üçün yuxarıda göstərilmiş hesablamaya uyğun olaraq, gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 4991,96 manat pul vəsaiti əldən çıxmış fayda kimi və 70 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-326/2023 saylı, xx.xx.2024-cü il məhkəmə aktına əsasən Cavabdeh, İddiaçınə 21536 (iyirmi bir min beş yüz otuz altı) manat məbləğində borc, 200 (iki yüz) manat mediasiya xərci ümumilikdə 21736 (iyirmi bir min yeddi yüz otuz altı) manat məbləğində pul tutularaq verilməlidir. Eyni zamanda Cavabdeh 154,61 (bir yüz əlli dörd manat altmış bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh 2016cı ildən "xxxx" MMC 21536 mant pul borcludur. Sadəcə olaraq, 2020-ci ilədək müxtəlif bəhanələr gətirərək ödəyəcəyinə söz verirdi. Lakin 2020-ci ildə bir mənalı olaraq borcu ödəməkdən imtina etdi. O səbəbdən də onlar gecikdirilmiş vaxta faizin hesablanmasını 2020-ci ildən hesablamışlar. Hazırda Cavabdeh "xxxx" MMC-yə olan borcu 21736 manat təşkil edir. Amma dövlətin adından qət olunmuş qətnaməni bilərəkdən, məqsədli şəkildə yerinə yetirmir. Nəzərə almaq lazımdır ki, "xxxx" MMC 1997-ci ildən vergi ödəyicisidir, istehsal fəaliyyəti ilə məşğul olur, 300 nəfərdən artıq işçi heyəti vardır. Müəyyən işlərin həyata keçirilməsi ilə bağlı müxtəlif vaxtlarda respublikada fəaliyyət göstərən kommersiya banklarından Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi faizlərə uyğun olaraq kreditlər alır. Cavabdeh müəssisələrinə maddi zərər vurmaqla bərabər bu günə kimi, onların işgüzar nüfuzunada xələl gətirmişdir. O, özü dəfələrlə açıq şəkildə bildirmişdir ki, bütün vasitələrdən istifadə etməklə mümkün qədər "xxxx" MMC-yə olan borcunu ödəməkdən boyun qaçıracaq. Məhkəmənin nəzərinə xüsusi olaraq çatdırırlar ki, cavabdehin borcunu ödəməsi üçün kifayət qədər maddi imkanları, daşınar və daşınmaz əmlakları vardır. Lakin belə insanlar etdikləri hərəkətlərin və tutduqları işlərin gələcək nəticələrini bildikləri üçün əvvəlcədən öz işlərini ehtiyatlı tutaraq, başqalarının pulları hesabına əldə etdikləri daşınar və daşınmaz əmlaklarını öz adlarına deyil, öz yaxınlarının adlarına rəsmiləşdirirlər. Belə olan halda, cavabdeh xx.xx.2020-ci il tarixindən xx.xx.2024cü il tarixə kimi 3 il 19 ay, 19 gün üçün (21536 x 5% 12 ay = 89,73 manat bir ay (bir gün 2.99 manat)) cəmi faiz gecikdirilmiş vaxt üçün 4991,96 (dörd min doqquz yüz doxsan bir doxsan altı qəpik) manat təşkil edir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, qeyri-rəsmi olaraq 2 aydır ki, təqaüddən 150 manat məbləğində pul tutulur. Əgər ona mal veriblərsə, bu barədə sənəd təqdim etsinlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiklərini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: məhkəmə qərarları, icra vərəqəsi, nizamnamə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh, 21536 manat məbləğində borc, 200 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması, Cavabdeh 154,61 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-2(104)-210/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 15 mart 2024-cü il tarixli 2-2(102)-115/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-2(104)-210/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra vərəqəsi 25 aprel 2024-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. İş materiallarından göründüyü kimi, sözügedən mübahisə üzrə Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş və sonra yuxarı instansiyalar tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsaslı olmuş və nəticədə cavabdeh üçün öhdəlik yaratmışdır. Buna baxmayaraq cavabdeh həmin öhdəliyi icra etməkdən yayınmaqdadır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün haqlı olaraq iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etməkdədir. Lakin iddiaçı tərəfindən tələb olunan dövrün başlanğıcı düzgün götürülməmişdir. Belə ki, hazırki mübahisənin ilkin həlli Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 326/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə yekunlaşmışdır və həmin qətnamə qüvvəsini almışdır. Belə olan halda iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faizi xx.xx.2023-cü il tarixdən etibarən hesablamalı idi. xx.xx.2023-cü il tarixdən iddiaçının tələb etdiyi son dövrə, yəni xx.xx.2024-cü il tarixinə kimi dövr 494 gün təşkil edir. Məhkəmə tərəfindən hesablama aparılmaqla müəyyən olunur ki, gecikdirilmiş vaxt üçün tələb edilməli olan illik beş faiz 1457,37 manat təşkil etməlidir. (21536 x 5% = 1076,8 manat : 365 gün = 1 gün üçün 2,95 manat, 494 gün üçün 1457,37 manat) Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddia 1457,37 manat hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən 34,58 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 35,42 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh gecikdirilmiş vaxt üçün hesablanmış 1457,37 manat pul vəsaiti və 34,58 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş 35,42 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh gecikdirilmiş vaxt üçün hesablanmış 1457,37 manat pul vəsaiti və 34,58 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş 35,42 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-188/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-188/2025
27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver