Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1918/2025 22.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 3141 manat 11 qəpik əsas borc, 174 manat 12 qəpik əldən çıxmış fayda olmaqla, ümumilikdə 3315 manat məbləğində pulun, 54 manat dövlət rüsumunun, 320 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli TMB24027 nömrəli müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən, icraçı sifarişçinin sifarişinə əsasən təqdim olunmuş texnikaya tələb olunduqda öz vasitələrindən (ehtiyyat hissələrindən) istifadə etməklə öz mülahizəsinə əsasən (seçdiyi, təyin etdiyi yerdə) texniki servis xidmətlərinin göstərilməsini, sifarişçi isə həmin xidmətlərin qəbul edib haqqın ödənilməsini öhdəsinə götürürlər. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00503458 nömrəli elektron qaiməyə əsasən (122881 manat 36 qəpik əsas və 22118 manat 64 qəpik ƏDV) ümumilikdə 145000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasındakı bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödənilməmiş 3141 manat 11 qəpik məbləğində borcu qalmaqdadır. Belə ki, xx.xx.2024-cü il tarixli MT2402 seriyalı, ******* nömrəli elektron qaiməyə əsasən 286 manat (242 manat 37 qəpik əsas, 43 manat 63 qəpik ƏDV) xx.xx.2024-cü il tarixli MT2403 seriyalı, 00242153 nömrəli elektron qaiməyə əsasən 897 manat 57 qəpik (760 manat 65 qəpik əsas, 136 manat 92 qəpik ƏDV) xx.xx.2024-cü il tarixli MT2407 seriyalı, 10479728 nömrəli elektron qaiməyə əsasən 1957 manat 54 qəpik (1658 manat 93 qəpik əsas, 298 manat 61 qəpik ƏDV) məbləğində aktiv ödənilməmiş borcu qalmışdır. Tərəfimizdən qanunvericilik tələblərinə müvafiq olaraq, cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu ünvanlanmışdır. Lakin qarşı tərəf hər hansı ödəniş etməmişdir. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. xx.xx.2024-cü il tarixli MT2402 seriyalı, ******* nömrəli elektron qaiməyə əsasən, 286 (borc) x 5%:12ay x 17 ay= 20 manat 25 qəpik. xx.xx.2024-cü il tarixindən 30 gün sonra (Alıcı sifariş etdiyi malın dəyərinin 100%-ni malın təhvil-təslim edildiyi gündən etibarən 30 (otuz) gün müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir) xx.xx.2024-cü il, xx.xx.2024-cü il il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı xx.xx.2024-cü il tarixli MT2403 seriyalı, 00242153 nömrəli elektron qaiməyə əsasən, 897 manat 57 qəpik (borc) x 5%:12 ay x 15 ay= 56 manat 09 qəpik. xx.xx.2024-cü il tarixindən 30 gün sonra (Alıcı sifariş etdiyi malın dəyərinin 100%-ni malın təhvil-təslim edildiyi gündən etibarən 30 (otuz) gün müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir) xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı xx.xx.2024-cü il tarixli MT2407 seriyalı, 10479728 nömrəli elektron qaiməyə əsasən, 1957 manat 54 qəpik (borc) x 5%:12ay x 12ay= 97 manat 87 qəpik. xx.xx.2024-cü il tarixindən 30 gün sonra (Alıcı sifariş etdiyi malın dəyərinin 100%-ni malın təhvil-təslim edildiyi gündən etibarən 30 (otuz) gün müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir) xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı. Beləliklə,İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış müqavilədən irəli gələn borcu: 3141 manat 11 qəpik borc, 174 manat 12 qəpik əldən çıxmış fayda təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh MMC-yə 18 avqust 2025-ci il tarixli, e-2-2(115)-1918/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materillarını nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli TMB24027 nömrəli texniki təmir xidmətlərinin göstərilməsi, ehtiyyat hissələrinin və yağların satışı barədə müqavilədən görünür ki, icraçı sifarişçinin sifarişinə əsasən təqdim olunmuş texnikaya tələb olunduqda öz vasitələrindən (ehtiyyat hissələrindən) istifadə etməklə öz mülahizəsinə əsasən (seçdiyi, təyin etdiyi yerdə) texnikiservis xidmətlərinin göstərilməsini, sifarişçi isə həmin xidmətlərin qəbul edib haqqın ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli TMB24027 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli Əlavədən görünür ki, tərəflər satılacaq mallar və onların qiyməti ilə bağlı razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MT2402 seriyalı, ******* nömrəli elektron qaimə-fakturaya əsasən 286 manat, xx.xx.2024-cü il tarixli MT2403 seriyalı, 00242153 nömrəli elektron qaimə-fakturaya əsasən 897 manat 57 qəpik, xx.xx.2024-cü il tarixli MT2407 seriyalı, 10479728 nömrəli elektron qaimə-fakturaya əsasən 1957 manat 54 qəpik olmaqla, cəmi 3141 manat 11 qəpik məbləğində xidmətlər göstərilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş sənədindən görünür ki, xx.xx.2025-ci il tarixli EM-1141VK-44358/25 №-li “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri 18 saylı Vəkil Bürosuna 320 manat vəkil haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC texniki servis xidmətlərinin göstərilməsini, Cavabdeh MMC isə həmin xidmətləri qəbul edib haqqın ödənilməsini öhdələrinə götürmüş, lakin cavabdeh ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini tam şəkildə icra etməmiş, nəticədə iddiaçıya 3141 manat 11 qəpik məbləğində borcu yaranmışdır. Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 54 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3141 manat əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 320 manat və ödənilmiş 54 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydaya görə 174 manat 12 qəpik tələb etsə də, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış faydaya görə 174 manat 12 qəpik hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3141 manat əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 320 manat və ödənilmiş 54 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1918/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1918/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver