Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2006/2022 24.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçın İddiaçısinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh qanuni təmsilçisi X6 iştirakı ilə, İddiaçısinin Cavabdehnə qarşı əmtəə nişanından istifadənin qadağan edilməsi və əmtəə nişanından qanunsuz istifadə müddətində iddiaçıya dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçısi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə Cavabdeh əmtəə nişanından istifadənin qadağan edilməsini, əmtəə nişanından qanunsuz istifadə müddətində iddiaçıya dəymiş 100000 manat zərər məbləğinin və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM hüquqi şəxs kimi xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X3 Mərkəzi tərəfindən İddiaçı əmtəə nişanının qeydiyyata alınması haqqında qərarı 25 aprel 2022-ci il tarixli protokolu ilə təsdiq edilmişdir. Qeyd edilən əmtəə nişanı İddiaçı MMM-nə məxsusdur. İddiaçı MMM 20 ildən artıqdır ki, Azərbaycan Respublikası ərazisində, həmçinin Gürcüstan Respublikası ərazisində fəaliyyət göstərdiyi üçün geniş tanınmış əmtəə nişanı sayılır. İddiaçı əmtəə nişanında mühafizə olunan obyektdir. Cavabdeh MMC Gəncə şəhəri Atatürk prospekti 264 ünvanında üzərində Cavabdeh əmtəə nişanı vurulmuş binada tibbi xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyətlə məşğul olur. Qeyd edilən ad altında Cavabdeh MMC-nin fəaliyyət göstərməyi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmaqla yanaşı, İddiaçı MMM-nin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh MMC-nin göstərdiyi fəaliyyətin İddiaçı MMM kimi tibbi xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyət olması ilə yanaşı, Cavabdeh MMC-nin adı və əmtəə nişanı İddiaçı MMM-nin adı və əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə oxşarlıq təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı MMM 1998-ci il tarixdən tibbin bütün sahələri üzrə fəaliyyət göstərir, yerləşdiyi yer isə Bakı şəhəridir. İddiaçı MMM illərdir fəaliyyət göstərir, həm Azərbaycan Respublikası ərazisində, həm də ölkədən kənarda tanınmışdır. İddiaçı MMM Medi Club əmtəə nişanından istifadə edir. Əmtəə nişanının qeydiyyata alınması üçün 2022-ci ilin yanvar ayında Əqli Mülkiyyət Agentliyinə müraciət etmiş, həmin ilin aprel ayında əmtəə nişanı qeydiyyata alınmışdır. Həmin əmtəə nişanı İddiaçı MMM-yə məxsusdur. Cavabdeh isə Medi Club əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar olan Cavabdeh əmtəə nişanından istifadə edir ki, bununla iddiaçının hüquqlarını pozur. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi X8 iddia tələbinə etiraz edərək göstərdi ki, təmsil etdiyi Cəmiyyət Gəncə şəhərində 2022-ci ilin fevral ayından tibb sahəsində fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmişlər və əmtəə nişanın qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət etmişlər. Həmin orqan isə iddialarını icraata qəbul etmişdir. Əmtəə nişanı hazırda Əqli Mülkiyyət Agentliyində ekspertiza mərhələsindədir. Cəmiyyət hər hansı bir hüquq pozuntusuna yol verməmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh dövlət qeydiyyatına alınmasına dair xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Cəmiyyət xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 2n miqdarı X8 1 pay, X9 1 pay, Cəfərov Vəkil Məcid oğlu 2 pay və X10 2 paydır. Qanuni təmsilçi X7r. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X5 Mərkəzinin 25 aprel 2022-ci il tarixli 06 nömrəli protokolu ilə təsdiq edilmiş “Əmtəə nişanının qeydiyyata alınması haqqında” qərarından görünür ki, xx.xx.2022-ci il tarixli iddia sənədinə əsasən Medi Club əmtəə nişanı Mərkəzin 2022 00076 nömrəli iddia sənədinin ekspertizası nəticəsinə əsasən tibbi xidmətlərin reklamı və tibbi xidmətlər siniflərinə aid edilməklə qeydiyyata alınmışdır. İş materiallarında olan internet informasiya ehtiyatlarından çıxarışdan görünür ki, X17 Gəncə şəhəri Atatürk prospekti 264 ünvanında fəaliyyət göstərir. Fəaliyyət istiqaməti labaratoriya və həkimlərin müxtəlif tibbi sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X5 Mərkəzinin xx.xx.2022-ci il tarixli “Əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında” arayışdan görünür ki, Cavabdeh “X17” əmtəə nişanının qeydiyyata alınması üçün xx.xx.2022-ci il tarixdə iddia ilə Mərkəzə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 17 oktyabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, qeydiyyatdan keçirilmiş İddiaçı (N2022 1009) əmtəə nişanı ilə qarşı qoyulan “X17” söz işarəsində “Ankara” mühafizə qabiliyyətinə malik olmayan söz işarəsi istisna olmaqla, fonetik və qrafik oxşarlıq mövcuddur. Müqayisə edilən İddiaçı və Medic Lab” işarələrinin ilk 4 hərfi “Medi” eynilik təşkil edir. İlk 4 hərf həm yerləşdiyi yerə görə, həm də ardıcıllıq nöqteyi-nəzərdən bir biri ilə üst-üstə düşür. İddiaçı və Medic Lab” işarələrin “Medi” hissəsi dominant elementdir. Bundan əlavə müqayisə edilən İddiaçı və “Medic Lab” işarələrinin səslənməsi üst-üstə düşür. Beləliklə, İddiaçı əmtəə nişanı ilə qarşı qoyulan “X17” söz işarəsinin fonetik, qrafik, semantik oxşarlığı və göstərilən xidmətlərin həmcinsliyi vardır ki, bu da xidmətlərin eyni hüquq sahibinə məxsus olması və eyni xidmət sahəsinə aid olduğu barədə yanlış fikir yarada bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq müqayisə edilən qeydiyyatdan keçmiş İddiaçı əmtəə nişanı ilə qarşı qoyulan “X17” söz işarəsi qarışdırılacaq dərəcədə oxşar hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikası qanununun 1ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır), coğrafi göstərici- əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir. Həmin Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvəd olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. Həmin Qanunun 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər. Kollektiv nişanın sahibləri kollektiv nişanla yanaşı əmtəə və ya xidmətlərə dair özlərinin əmtəə nişanından da istifadə edə bilərlər. Eyni coğrafi göstəricidən istifadə edildikdə, istehlakçını yanıldan halların baş verməməsi üçün nişanlar təsviri elementlər və əsl coğrafi mənşəni aydın formada göstərən işarələrlə müşayiət olunmalıdır. Coğrafi göstəricinin birinci qeydiyyat tarixinə qədər eyni və ya ona oxşar olan coğrafi göstəricidən vicdanla istifadə edən şəxs istifadə hüququnu özündə saxlayır. Əmtəənin və ya göstərilən xidmətin əsas xüsusiyyətləri, o cümlədən əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsinə nəzarət, əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması barədə qərar verən və əmtəə nişanının (coğrafi göstəricinin) qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir. Həmin Qanunun 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Haqsız rəqabət haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına rəqibin təsərrüfat fəaliyyətinin təqlidi, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması, rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə, haqsız sahibkarlıq fəaliyyəti, haqsız işgüzarlıq davranışı, istehlakçıların çaşdırılması aid edilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi, digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması, eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi hərəkətlərinə yol verilmir. Həmin Qanunun 9-cu maddəsinə əsasən bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş, əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması, əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması, əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi, əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi hərəkətlərinə yol verilmir. Məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2021-ci il tarxdə dövlət qeydiyyatına alınmış və Gəncə şəhəri 3 mikrorayon ev 10 mənzil 6 ünvanında fəaliyyət göstərir və “X17” əmtəə nişanından istifadə edir. Həmin əmtəə nişanının Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınması üçün xx.xx.2022-ci il tarixdə iddia sənədi ilə müraciət etmişdir. İddiaçısi isə “Medi Club” əmtəə nişanını 25 aprel 2022-ci il tarixdə qeydiyyata aldırmış, barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 17 oktyabr 2022-ci il tarixli rəyi ilə qeydiyyatdan keçmiş İddiaçı əmtəə nişanı ilə qarşı qoyulan “X17” söz işarəsinin qarışdırılacaq dərəcədə oxşar olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus “Medi Club” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar olan “X17” əmtəə nişanından istifadə etməsi iddiaçının qeydə alınmış əmtəə nişanına dair hüquqlarının pozulmasına səbəb olur. Ona görə də cavabdehə “X17” əmtəə nişanından istifadə etməsi qadağan edilməlidir. Bundan başqa cavabdehin “X17” əmtəə nişanından istifadə etməklə iddiaçıya 100000 manat zərər vurması və həmin zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı iddia tələbinin dəlillərini əsassız sayır. Belə ki, iddiaçı iddianın həmin tələbi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan fərdi qaydada fəaliyyət göstərən mediator X11 tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyi və iddiaçının nümayəndəsinin iştirak etməsi və nümayəndə tərəfindən 400 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərcinin 200 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 200 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehnə “X17” əmtəə nişanından istifadə etməsi qadağan edilsin. Cavabdehndən 200 manat mediasiya xərci tutularaq İddiaçısinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2006/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2006/2022
24.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver