Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-3011/2025 25.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə. İddiaçı İstehsalat-Kommersiya Firmasının Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İstehsalat-Kommersiya Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ödənilməmiş 212997,45 manat pulun, iddianın qaldırılması üçün ödənilmiş 504 manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 500 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 213981,45 manat məbləğində pulun, eyni zamanda əsas borca görə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin hesablanaraq iddiaçının xeyrinə tutulması, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İstehsalat-Kommersiya Firması məhkəməyə tərəflərin Bakı 6 saylı Mediasiya təşkilatında bağladıqları barışıq sazişini təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, tərəflərin Bakı 6 saylı Mediasiya təşkilatında bağladıqları barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı 6 saylı Mediasiya təşkilatında xx.xx.2026-cı il tarixdə bağlanan barışıq sazişindən görünür ki, İddiaçı İstehsalat-Kommersiya Firması (etibarnamə üzrə Nümayəndə) və Cavabdeh (etibarnamə üzrə nümayəndə X1) arasında aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışdır. 2.1. Birinci tərəf kimi çıxış edən İddiaçı İstehsalat-Kommersiya Firması və ikinci tərəf kimi çıxış edən Cavabdeh aralarında olan pul tələbinə dair kommersiya mübahisəsinə son qoyaraq, aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gəldiklərini bəyan edirlər. 2.2. Tərəflər arasında xx.xx.2018-ci il tarixli, 41-2018 nömrəli, xx.xx.2019-cu il tarixli, 11-2019 nömrəli müqavilələr üzrə 202997,45 manat ödəməsini öhdəsinə götürür, bunun müqabilində birinci tərəf kimi çıxış edən İddiaçı İstehsalat-Kommersiya Firması ikinci tərəf kimi çıxış edən Cavabdehnə qarşı olan 500 manat hüquqi xidmət üçün ödənilmiş məbləğ və dövlət büdcəsinə ödənilmiş 504 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması hissəsindən imtina edir. 2.3. İkinci tərəf kimi çıxış edən Cavabdeh birinci tərəf kimi çıxış edən İddiaçı İstehsalat- Kommersiya Firmasına ödənilməsi nəzərdə tutulan 202997,45 manat məbləğində vəsaiti 6 ay ərzində hər ay bərabər şəkildə yəni 33832,90 manat olmaqla ödəyir. İkinci tərəf kimi çıxış edən Cavabdeh birinci tərəf kimi çıxış edən İddiaçı İstehsalat-Kommersiya Firmasına hər ay üçün nəzərdə tutulan məbləği hər ayın 20-dən 3 iş günü ərzində ödəməlidir. 2.4. Tərəflər bu sazişin təsdiq edilməsi üçün dərhal Gəncə Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edirlər. 2.5. Tərəflər 02 fevral 2026-cı il tarixli, müqavilə üzrə öhdəliklər icra edidikdən sonra bir-birinə qarşı iddia və tələb qaldırmayacaqlarını bəyan edirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında Bakı 6 saylı Mediasiya təşkilatında xx.xx.2026-cı il tarixdə bağlanan barışıq sazişi sazişdə qeyd edilən şərtlərlə təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bir tərəfdən İddiaçı İstehsalat-Kommersiya Firması (etibarnamə üzrə Nümayəndə), digər tərəfdən Cavabdeh (etibarnamə üzrə nümayəndə X1) arasında xx.xx.2026-cı il tarixdə Bakı 6 saylı Mediasiya təşkilatında bağladıqları barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Birinci tərəf kimi çıxış edən İddiaçı İstehsalat-Kommersiya Firması və ikinci tərəf kimi çıxış edən Cavabdeh aralarında olan pul tələbinə dair kommersiya mübahisəsinə son qoyaraq, aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gəldiklərini bəyan edirlər.
2. Tərəflər arasında xx.xx.2018-ci il tarixli, 41-2018 nömrəli, xx.xx.2019-cu il tarixli, 11-2019 nömrəli müqavilələr üzrə 202997,45 (iki yüz iki min doqquz yüz doxsan yeddi manat qırx beş qəpik) manat ödəməsini öhdəsinə götürür, bunun müqabilində birinci tərəf kimi çıxış edən İddiaçı İstehsalat-Kommersiya Firması ikinci tərəf kimi çıxış edən Cavabdehnə qarşı olan 500 (beş yüz) manat hüquqi xidmət üçün ödənilmiş məbləğ və dövlət büdcəsinə ödənilmiş 504 (beş yüz dörd) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması hissəsindən imtina edir.
3. İkinci tərəf kimi çıxış edən Cavabdeh birinci tərəf kimi çıxış edən İddiaçı İstehsalat- Kommersiya Firmasına ödənilməsi nəzərdə tutulan 202997,45 (iki yüz iki min doqquz yüz doxsan yeddi manat qırx beş qəpik) manat məbləğində vəsaiti 6 (altı) ay ərzində hər ay bərabər şəkildə yəni 33832,90 (otuz üç min səkkiz yüz otuz iki manat doxsan qəpik) manat olmaqla ödəyir. İkinci tərəf kimi çıxış edən Cavabdeh birinci tərəf kimi çıxış edən İddiaçı İstehsalat-Kommersiya Firmasına hər ay üçün nəzərdə tutulan məbləği hər ayın 20-dən 3 (üç) iş günü ərzində ödəməlidir.
4. Tərəflər bu sazişin təsdiq edilməsi üçün dərhal Gəncə Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edirlər.
5. Tərəflər 02 fevral 2026-cı il tarixli, müqavilə üzrə öhdəliklər icra edidikdən sonra bir-birinə qarşı iddia və tələb qaldırmayacaqlarını bəyan edirlər. İddiaçı İstehsalat-Kommersiya Firmasının Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 504 (beş yüz dörd) manat məbləğində dövlət rüsumu İddiaçı İstehsalat-Kommersiya Firmasına (qəbzin nömrəsi: **********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər.
Hakim Gülnaz Quliyeva