Məhkəmə qərarları › İş №e-2-2(115)-359/2021

Gəncə Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(115)-359/2021

18.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2-2(115)-359/2021 18.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilən sənədlərdən görünür ki, Kreditor ASC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01/00024506 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı, 561275 şassi nömrəli, Z00752 mühərrik nömrəli taxılyığan kombaynı 2019-cu il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. Borclu üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə 3000 manat öhdəlikdən 900 manat ödəniş edərək 2100 manat borcu qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunverciliyin normalarını pozmuşdur. Borcluya öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, 01/00024506 nömrəli lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd SR-2045 markalı, 561275 şassi nömrəli, Z00752 mühərrik nömrəli taxılyığan kombayn 3000 manat dəyəri ödəmək şərti ilə Borclu müvəqqəti istifadəsinə verilmişdir. xx xxxx 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, borclu tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilmədiyindən xx.xx.2019-cu il tarixli, 01/00024506 nömrəli lizinq müqaviləsi üzrə 2100 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsinin tələblərinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Qeyd olunanlara görə və Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, həm yaranmış borc məbləği, həmçinin Kreditor ASC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi öhdəliyi 20 manat məbləğində pul vəsaiti borcludan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor ASC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Azərbaycan Respublikasının MPM-nin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR EDİRƏM: xx.xx.1988-ci il tarixdə Qazax rayonunda, anadan olmuş, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olan Borclu Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-c mərtəbə ünvanında yerləşən Kreditor ASC-nin xeyrinə 2100 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar