Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-412/2020 20.05.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor ASC Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək borcludan Kreditor ASC-nin xeyrinə 4050 manat borc və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Məhkəməyə təqdim edilmiş ərizədən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi Kreditor ASC ilə Borclu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1887-GL/16 nömrəli müqaviləyə əsasən borclu tərəfindən kənd təsərrüfatı texnikasını lizinqə götürülmüşdür. Məhkəmə hesab edir ki, tələbin aşkar surətdə tam mübahisəsiz olması Kreditor ASC tərəfindən tədim edilmiş ərizədən və ona əlavə edilmiş sənədlərdən aydın görünmür. Mübahisənin xarakteri məhkəmə araşdırılmasının aparılmasına zərurət yaratdığından ərizəyə əmr icraatı qaydasında baxılması yolverilməz sayılmaqla ərizənin qəbulundan imtina edilməli və hazırkı işə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2 və 279.2.3-cü maddələrinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278 və 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor ASC-nin Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-412/2020
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-412/2020
20.05.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver