Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2-2(115)-699/2021 29.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu oğluna qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilən sənədlərdən görünür ki, Kreditor ASC ilə Borclu oğlu arasında bağlanmış 18.02.2019-cu il tarixli, 01/00023187 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd BELARUS-1221 markalı traktor, 18.02.2019-cu il tarixli, 01/00023189 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd AK-5-35 markalı kotan,09.10.2019-cu il tarixli, 01/00025675 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd BELARUS-1221 markalı traktor, 09.10.2019-cu il tarixli, 01/00025676 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd AK-5-35 markalı kotan ona istifadəyə verilmişdir. Borclu üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə 3781 manat öhdəlikdən 1379 manat ödəniş edərək 2402 manat borcu qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunverciliyin normalarını pozmuşdur. Borcluya öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İş materiallarında olan: Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə olan məlumatlardan görünür ki,cavabdeh Borclu oğlu ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən uçota alınmışdır. 18.02.2019-cu il tarixli, 01/00023187 nömrəli lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd BELARUS-1221 markalı traktor 1300 manat dəyəri ödəmək şərti ilə Borclu oğlunun müvəqqəti istifadəsinə verilmişdir. 18.02.2019-cu il tarixli, 01/00023189 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd AK-5-35 markalı kotan 696 manat dəyəri ödəmək şərti ilə Borclu oğlunun müvəqqəti istifadəsinə verilmişdir. 09.10.2019-cu il tarixli, 01/00025675 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd BELARUS-1221 markalı traktor 1543 manat dəyəri ödəmək şərti ilə Borclu oğlunun müvəqqəti istifadəsinə verilmişdir. 09.10.2019-cu il tarixli, 01/00025676 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd AK-5-35 markalı kotan 242 manat dəyəri ödəmək şərti ilə Borclu oğlunun müvəqqəti istifadəsinə verilmişdir. 14 iyun 2021-ci il tarixli maliyyə arayışlarının surətilərindən görünür ki, borclu tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilmədiyindən 18.02.2019-cu il tarixli, 01/00023187 nömrəli lizinq müqaviləsi üzrə 300 manat, 18.02.2019-cu il tarixli, 01/00023189 nömrəli lizinq müqaviləsi üzrə 317 manat, 09.10.2019-cu il tarixli, 01/00025675 nömrəli lizinq müqaviləsi üzrə 1543 manat, 09.10.2019-cu il tarixli, 01/00025676 nömrəli lizinq müqaviləsi üzrə 242 manat borcu yaranmışdır. 13.04.2021-ci il tarixli, 23/p-374 nömrəli pretenziya məktubunun surətindən görünür ki, borcluya borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsinin tələblərinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Qeyd olunanlara görə və Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, həm yaranmış borc məbləği, həmçinin Kreditor ASC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi öhdəliyi 20 manat məbləğində pul vəsaiti borcludan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor ASC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Azərbaycan Respublikasının MPM-nin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR EDİRƏM: xx.xx.1959-cu il tarixdə Xanlar rayonu, Şəmşəddin kəndində anadan olmuş, Samux rayonu,Seyidlər kəndində qeydiyyatda olan Borclu oğlundan Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-cü mərtəbə ünvanında yerləşən Kreditor ASC-nin xeyrinə 2402 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-699/2021
Gəncə Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(115)-699/2021
29.06.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver