Məhkəmə qərarları › İş №e-2-2(115)-854/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-854/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-854/2025 05.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən 42450 manat pulun və 217.35 manat ödənilmiş məhkəməyə dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sahibkar kimi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə 15 mart 2024-cü il tarixdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə görə müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə o, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında və Gəncə şəhəri üzrə təhsil sektorunun tabeleyində fəaliyyət göstərən təhsil müəssisələrində tullantlarının yığılması üçün yerləşdirilməsini təyin edilməsini, müqavilədə qeyd olunan müddət ərzində yığılması və zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınmasını təmin edilməsini öhdəsinə götürmüşdür. Belə ki, bir müqavilə inzibati bina və 45 ümumi təhsil müəssisə aylıq 3900 manat və digər müqavilə 42 məktəbəqədər təhsil müəssisə aylıq 1200 manat təşkil əklə xidmət haqqı sifarişçi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ödənilməli idi. İlkin müqavilə üzrə ümumi məbləğ 37050 manat və digər müqavilənin məbləği isə 11400 manat təşkil edərək razılığa gəlinmişdir. Tərəfindən lazımı olan bütün xidmətlər müqavilə öhdəlikləri üzrə yerinə yetirilmişdir. Müqavilərinin müddəti bitdikdən sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ona şifahi olaraq bildirilmişdir ki, müqavilənin müddətini uzatmaq istəyirlər və bununla bağlı müqavilə bağlananədək xidmətin göstərilməsini davam edilsin. Çünki bura təhsil müəssisəsidir məişət tullantlarını saxlamaq olmaz və bunlar daşımanlıdırlar. Qarşı tərəfə etimad göstərərək bu xidməti göstərmiş və 2 ay müddətinə yəni 2025-ci ilin yanvar və fevral ayları hər ay üçün 5100 manat cəmi 10200 manat, mart ayının 5 günü daxil olmaqla əlavə hər gün üçün 170 manat cəmi 850 manat xidmət göstərmişdir. Lakin sonra onunla bu müqavilələrin müddətini uzadılmamış və göstərdiyi xidmətlərin müqabilində ona tam ödənişlər etməmişlər. Ümümi müqavilə müddətində ona Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən cəmi 14500 manat vəsait ödənilmişdir. Əlavə olaraq bildirmək istəyirlər ki, o, Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə məişət tullantlarını utilizasiyası ilə bağlı müqavilə bağlamışdılar və bu xidmət pullu xidmətdir. Eyni zamanda digər xərcləridə var. Bu baxımdan ona ödənilməli olan vəsaiti ödənilməsini xahiş edir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən 45000 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini və məhkəmədən iddianın təmin edilməsini xahiş etdiyini bildirdi. Eyni zamanda bildirdi ki, daşıma xidmətlərinin göstərilməsi ilə bağlı tenderdə iştirak etmədiyindən ona pul köçürülməsi mümkün olmamışdır. Ona görə "xxxx" MMC-yə pulun köçürülməsini cavabdehdən xahiş etmişdir. Müqaviləyə əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 19704,82 manat pul vəsaiti ona ödənilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, tərəflər arasında məişət tullantılarının daşınması haqqında müqavilə bağlanılmış və iddiaçı tərəfindən daşıma xidmətləri göstərilmişdir. Lakin həmin xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı tenderdə iştirak tələb olunduğundan ödənişləri edə bilməmişlər. Borcu ödəməkdən boyun qaçırmışlar. 2024-cü il üçün 7 ay, bu il üçün isə 2 ay ödəniş edə bilməmişlər. Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 19704,82 manat pul ödənilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini və məhkəmədən iddianın təmin edilməsini xahiş etdiyini bildirmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: məişət tulantılarınının daşınmasına dair müqavilələr, elektron qaimələr, xidmətlərin göstərilməsi haqqında akt, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4- Daşkəsən Regional Təhsil İdarəsi arasında bağlanmış 15 mart 2024-cü il tarixli, 01 saylı “məişət tulantılarınının daşınmasına dair” müqaviləyə əsasən icraçı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında və tabeliyində Gəncə şəhərində yerləşən təhsil müəssisələrində təyin olunmuş sahədə tullantıların müqavilədə qeyd olunan müddət ərzində yığılması və zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınmasını təmin edir. 1 inzibati bina və 45 ümumi təhsil müəssisəsi üzrə aylıq 3900 manat, müqavilə üzrə ümumi məbləğ isə 37050 manat təşkil etmişdir. Müqavilə 31 dekabr 2024-cü il tarixədək qüvvədə olmuşdur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi hər ay üzrə göstərilmiş xidmət üçün növbəti ayın 10-cu günündən gec olmayaraq görülən işin xidmət haqqını icraçının bank hesabına ödəyir. Eyni zamanda İddiaçı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsi arasında bağlanmış 15 mart 2024-cü il tarixli, 02 saylı “məişət tulantılarınının daşınmasına dair” müqaviləyə əsasən əsasən icraçı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında və tabeliyində Gəncə şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrində təyin olunmuş sahədə tullantıların müqavilədə qeyd olunan müddət ərzində yığılması və zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınmasını təmin edir. 42 məktəbəqədər təhsil müəssisəsi üzrə aylıq 1200 manat, müqavilə üzrə ümumi məbləğ isə 11400 manat təşkil etmişdir. Müqavilə 31 dekabr 2024-cü il tarixədək qüvvədə olmuşdur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi hər ay üzrə göstərilmiş xidmət üçün növbəti ayın 10-cu günündən gec olmayaraq görülən işin xidmət haqqını icraçının bank hesabına ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən "xxxx" MMC-yə ümumilikdə 19704,82 manat məbləğində pul köçürülmüşdür. İddiaçı öz tələbində 45000 manat pulun tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ümumi müqavilə üzrə ödənilməli məbləğ müqavilə müddəti üçün 48450 manat təşkil etmişdir. Cavabdeh tərəfindən həmin məbləğdən 19704,82 manat ödəniş olunmuşdur. Nəticədə 28745,18 manat borc qalmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən 2025-ci ilin yanvar və fevral ayları hər ay üçün 5100 manat olmaqla, cəmi 10200 manat, mart ayının 5 günü daxil olmaqla əlavə hər gün üçün 170 manat olmaqla, cəmi 850 manat xidmət göstərmişdir. Belə olan halda cavabdehin ümumilikdə 39795,18 manat borcu olduğu təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan xidmətin göstərilməsi haqqında aktlar və tərəflərin izahatları ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 209,39 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 7,96 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsindən 39795,18 manat məbləğində pul və 209,39 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilsin. Ödənilmiş 7,96 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar