Məhkəmə qərarları › İş №e-2-2(115)-99/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-99/2021

03.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-99/2021 03.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 və müstəqil tələb irəli sürən üçüncü şəxs “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkətinin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı1 cavabdeh X1 qarşı 01 mart 2017-ci il tarixli müqavilənin ləğv edilməsi, öhdəliklərə xitam verilməsi,əmlakların qaytarılması və 497.068,58 manat ziyanın ödənilməsi tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkətinin Cavabdeh qarşı əmlakların qaytarılması və ya onların dəyəri olan 785.222 manatın ödəhilməsi,463595 manat amortizasiya xərclərinin və ******* manat əldən çıxmış faydanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək 01 mart 2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləni ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi və iddiaçının əmlakının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinin həcmini artıraraq əvvəlki tələblərlə yanaşı 497 068,58 manat dəyərində zərərin cavabdehdən tutulub verilməsini tələb etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 01 mart 2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı ikinci tərəf olaraq ümumi bazar qiyməti 1 100 000 manat məbləğində olan və müqavilənin əlavəsində göstərilmiş mebel istehsalı təyinatlı avadanlıqlarını “xxxx” MMC nizamnamə kapitalı yaranması öhdəsinə götürmüş, bununla bağlı bütün ilərin qanuna uyğun təşkil edəcəyini öhdəsinə götürmüşdür. Lakin brinci dəfə əmlakı “xxxx” MMC-nin balansına qoyulmamışdır. Demək olar ki bu günə qədər heç bir iş görülməmişdir. Nəticədə investisiya olduğu əmlak heç bir gəlir əldə etməmişdir. Bu səbəbdən də o, investisiya kimi qoyduğu əmlakı geri qaytarmaq qərarına gəlmişdir. “DÖRTAK MOBİLYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkətinin müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cavabdeh Cavabdeh qarşı 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd FREZER DƏZGAHİ "NET MAK 2000 Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinasını. Həmin avadanlıqların üç illik amortizasiya xərclərinin 463 595 manatın, avadanlıqlar olmadıqda onların 785 222 manat əvəzin, üç il ərzində əldən çıxmış fayda qismində 6.659.829 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq verilməsi tələbini irəli sürərək işə qarışmışdır. Sonradan iddia tələbini dəyişərək digər tələbləri olduğu kimi saxlamış, lakin vurulmuş zərərin həcmini azaldaraq 1 810 505 manat əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 30 mart 2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilə imzalanmışdır. Lakin bu günə qədər heç bir iş görülməmişdir. Nəticədə investisiya olduğu əmlakdan gəlir əldə etməmişdir. Bu səbəbdən də o, investisiya kimi qoyduğu əmlakı geri qaytarmaq qərarına gəlmişdir. İddiaçı1 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini, avadanlıqların “DÖRTAK MOBİLYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkətinin adından gəldiyini, həmin şirkətin də ona məxsus olduğunu, avadanlıqların göndərilməsi üçün müqavilə bağlandığını, müqavilənin birinin birgə ortaqlıq, digərinin isə avadanlıqların göndərilməsi üçün bağlandığını bildirmişdir. Cavabdeh tərəfindən ona qarşı haqsızlıqlar edildiyindən investisiya olduğu əmlak heç bir gəlir verməmişdir. Ona görə də o, investisiya kimi qoyduğu əmlakı geri qaytarmaq qərarına gəlmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək iddia tələbinin əsassız olduğunu, 01 mart 2017-ci il tarixli Birgə ortaqlıq müqaviləsinin olmadığını iddiaçının gömrük rüsumlarını ödəməmək məqsədilə malların yerli sahibkar Cavabdeh adına göndərmiş olduğunu, mübahisəli əmlakların hal-hazırda “xxxx” MMC-də olduğunu, həmin əmlakların həmin şəxsə məxsus olduğunu bildirmişdir. “DÖRTAK MOBİLYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkətinin nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkəti ilə fərdi sahibkar X2 arasında birgə mebel İstehsalı müəssisəsinin yaradılması haqqında 30 mart 2017-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan əmlak kompleksini investisiya olaraq qoymağı öhdəsinə götürmüş, ikinici təsisçi olaraq “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkəti isə özünün texnoloji avadanlıqlarını investisiya olaraq mebel istehsalı edilməsi məqsədilə birgə mebel istehsal sahəsinə göndərməyi öhdəsinə götürmüş, X2 avadanlıqları qəbul etməsinə baxmayaraq birgə mebel istehsalı müəssisəsini yaratmamış, bu isə “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkətiə böyük məbləğdə ziyan dəyməsinə səbəb olmuşdur. 03 iyun 2021-ci il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, 2017-ci ilin mart ayında Cavabdeh ilə birlikdə Bakıya getmiş, orada birgə mebel istehsal sahəsi yaratmaq məqsədi ilə İddiaçı1 ilə müqavilə imzalamaq, həmin işlərə də rəhbərliyi Babayev Nizaminin həyata keçirəcəyi bildirilmiş, 30 mart 2017-ci il tarixdə “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkəti adından İddiaçı1, Cavabdeh adından isə Babayev Nizamiyə müqavilə imzalamağı tapşırılmış, İqtisadiyyat Nazirliyindən müvafiq sənədlər aldıqdan sonra məlum olmuşdur ki, “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkəti üzərinə həbs qoyula bilər, buna görə də tədbirlər görülmüş, belə ki, ilkin 1000 dollar məbləğində əmlak göndərilmiş, sonradan isə digər əmlaklar tam gətirilmişdir, bundan sonra Babayev Nizamiyə bütün idarəçiliyin İddiaçı1 tərəfindən həyata keçiriləcəyi bildirilmiş, buna görə də Babayev Nizami həmin işlərdən çəkilmişdir, bundan sonra “xxxx” MMC yaratmaq istəmişlər, İddiaçı1 isə həmin MMC-nin rəhbəri təyin edilməsi bildirilmişdir, buna etiraz etmiş, həmin əmlakların “xxxx” MMC-yə veriləcəyi təqdirdə investisiya təşviq sənədi ləğv olunacağı bildirilmişdir. Müqavilənin heç bir şərti pozulmamış, əməl olunmuşdur, sonradan “xxxx” MMC yaradılmış, bütün əmlaklar ora ötürülmüşdür. İş materiallarında olan: 01 may 2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh müqavilənin ləğv olunması ilə bağlı təklif olunmuşdur. 15 sentyabr 2017-ci il tarixli aktın əlavəsindən görünür ki, İddiaçı1 3 ədəd kəsən və doğrayan dəzgah, 6 ədəd boya pompası, 6 ədəd toz tutan aparat, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 150 ədəd konveer-L 300, 2 ədəd fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgahı, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd fincanlı figur açan CNC dəzgah, 1 ədəd avtomatik son qat boya vuran dəzgah, 1 ədəd çoxlu deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı, 1 ədəd yatar dairə makinası, 3 ədəd serit testere makinası, 1 ədəd serit sileme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd dörtləmə makinası, 1 ədəd ahşap kofya makinası, 1 ədəd balon zimparası, 1ədəd ahşap freze makinası, 1 ədəd deg drive küçük balon zimpara makinası, 2 ədəd rulanya makinası, 1 ədəd menteşe delik delme makinası, 1 ədəd tek kafa delik delme makinası, 1 ədəd yatar dairə makinası, 1 ədəd freze yatar makinası, 2 ədəd kompressor, 2 ədəd manual transpalet, 1 ədəd manual tek kafa delik makinası məxsusdur. 30 mart 2017-ci il tarixli, 1 nömrəli müqavilədən görünür ki, fiziki şəxs Cavabdeh ilə “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkəti arasında birgə mebel istehsal sahəsi yaradılması barədə razılaşma olmuşdur. 01 mart 2017-ci il tarixli Birgə ortaqlıq və fəaliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında mülkiyyət, istifadə, icarə, sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət qərarına gəlmişlər. Birgə fəaliyyət məqsədlərinə çatmaq üçün tərəflər birgə çalışırlar və “xxxx” MMC-ni idarə edirlər. 03 avqust 2020-ci il tarixli sazişin surətindən görünür ki, tərəflər razılığa gələrək 01.03.2017-ci il tarixli “birgə ortaqlıq fəaliyyəti üzrə müqavilə”dən əmələ gəlmiş mübahisənin həllini Gəncə Kommersiya Məhkəməsinə verilməsinə razılaşmışlar. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh vergi ödəyicisidir. Vergi ödəyicisinin ünvanı Gəncə şəhəri M.C.Paşayev küçəsi 1-ci döngə, ev 05-dir. Məhkəməyə təqdim edilmiş 17 dekabr 2020-ci il tarixli barışıq sazişinin 3-cü bəndinə də iddiaçıya məxsus avadanlıqlar kimi 3 ədəd kəsən və doğrayan dəzgah, 6 ədəd boya pompası, 6 ədəd toz tutan aparat, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 150 ədəd konveer-L 300, 2 ədəd fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgahı, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd fincanlı figur açan CNC dəzgah, 1 ədəd avtomatik son qat boya vuran dəzgah, 1 ədəd çoxlu deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı, 1 ədəd yatar dairə makinası, 3 ədəd serit testere makinası, 1 ədəd serit sileme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd dörtləmə makinası, 1 ədəd ahşap kofya makinası, 1 ədəd balon zimparası, 1ədəd ahşap freze makinası, 1 ədəd deg drive küçük balon zimpara makinası, 2 ədəd rulanya makinası, 1 ədəd menteşe delik delme makinası, 1 ədəd tek kafa delik delme makinası, 1 ədəd yatar dairə makinası, 1 ədəd freze yatar makinası, 2 ədəd kompressor, 2 ədəd manual transpalet, 1 ədəd manual tek kafa delik makinasının iddiaçıya, cavabdehə məxsus qeyri-yaşayış binasının isə cavabdehə qaytarıması barədə razılığa gəlmişlər. İş üzrə keçirilən məhkəmə iclasında iddiaçı tərəf işin barışıq sazişi ilə tamamlanmasına razı olmadıqlarından barışıq sazişi təsdiq edilməmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. İşə baxılması tərəflərin barıq sazişi ilə tamamlanmasa da, həmin saziş tərəflərin işgüzar münasibətlərinin hazırda hansı vəziyyətdə olmasını və əmlaklarla bağlı mövqelərini təsdiq edir. İşin hallarından göründüyü kimi İddiaçı1 sahibkardır, həmçinin “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkətinin rəhbəridir. 01 mart 2017-ci il tarixdə öz adından, 30 mart 2017-ci il tarixdə öz adından “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkəti adından sahibkar Cavabdeh ilə müqavilələr bağlamışdır. Tərəflərdən Cavabdeh investisya olaraq mülkiyyətində olan Gəncə şəhəri, X6 72 A saylı ünvanda yerləşən yerləşən 1.000.000 (bir milyon) manat dəyərində qeyri-yaşayış binasını bu məqsədə ayırmışdır. “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkəti mebel istehsalı üçün lazım çoxlu sayda olan 650.450 (altı yüz əlli min dörd yüz əlli) ABŞ dolları dəyərində avadanlıqları investisiya kimi Türkiyə Respublikasından Cavabdeh adına göndərmişdir. Göndərilən dəzgah və avadanlıqlar həmin binada yerləşdirilmişdir. Hazırda 01 mart 2017-ci il tarixli müqavilə mübahisələndirilir, 30 mart 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə isə öhdəliyin icrasından imtina edilir. Qeyd edildiyi kimi tərəflər ortaq məqsədə gələrək birlikdə mebel istehsalı ilə məşğul olmaq və bundan mənfəət əldə etmək niyyəti ilə hər birinə münasibətdə mənfəət qazandırıcı əqdlər bağlamışlar. Onların iradə ifadəsi ancaq bu məqsədə yönəlmişdir. Müqavilələr qismən icra edilmişdir. Hər iki tərəf öz əmlaklarını birgə fəaliyyət məqsədi ilə investisiya qoymuşlar. Lakin bundan sonra tərəflər arasında olan işgüzar münasibətlər pozulmuş, mebel istehsalı ilə bağlı birgə fəaliyyət olmamışdır. Müqavilələr qismən icra edilmiş olsa da, müqavilələrin bağlanmasından dörd ildən artıq vaxt keçməsinə baxmayraq tərəflər müqavilələrin məqsədlərnə çatmamışlar. Məhkəmə 01 mart 2017-ci il tarixli müqavilənin ləğvinə münasibətdə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri pozulmuş, onların müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxmışdır. İşin bu halı müqavilənin ləğvi üçün əsasdır. Müqavilənin ləğvi öhdəliklərin xitamına səbəb olur. Tələb olunan əmlaklar “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkətinə məxsus olduğundan tələb həmin hissə üzrə təmin edilməməlidir. Müstəqil tələb irəli sürən “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkəti əmlaklarını geri tələb etməklə birgə sahibkarlıq fəaliyyətinin cavabdeh tərəfindən mümkünsüz vəziyyətə gətirilməsi səbəbi ilə 30 mart 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliyin icrasından imtina etdiyini bəyan edir. Əmlakların geri tələb edilməsi müqavilənin icrasından imtinanın təzahürüdür. Bu hal baş verdiyi təqdirdə müqavilə öhdəliyinin icrasının hüquqi əsası aradan qalxır. Belə olan vəziyyətdə dəzgah və avadanlıqların qarşı tərəfdə saxlanılması imtina səbəbindən əsassız hala gəlmiş olur. Bu kimi şəraitdə müqavilədən imtina geriyə şamil onuan şəkildə öhdəliklərinə təsir edərək onların geriyə qaytarılmasının hüquqi əsasını yaradır. Hazırda “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkətinin mülkiyyətində olan dəzgah və avadanlıqlar istifadə olunmadan Cavabdeh mülkiyyətində olan binada saxlanılır. Nəticədə hər iki tərəf mənfəətsiz qalır, əmlakların mülkiyyətçisi onlara öz istədiyi kimi sahiblik edə bilmir. Onun əmlakları üzərində mülkiyyət hüquqlarının həyata keçirməsinə maneə yaranır. Məhkəmə iddia tələbinin vurulmuş zərərin ödənilməsi hisssəsi üzrə onu qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğu və həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Hazırkı iş üzrə tərəflərin məqsədi birgə gəlir əldə etmək olmuşdur. Dəzgahların istifadəsi nəticəsində istehsal ediləcək malların satışından əldə olunan gəlirdən tək “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkəti və yaxud İddiaçı1 deyil, digər tərəf olan Cavabdeh da faydalanmaq hüququ olmuşdur. Bundan başqa tərəflər arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli barışıq sazişinin 3-cü bəndinə əsasən Cavabdeh dəzgah və avadanlıqları qaytarmağa razı olmuşdur. Qeyd olunanlar cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində həm İddiaçı1, həm də “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkətinin zərərə məruz qalması hallarını istisna edir. Həmçinin “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkətinə məxsus avadanlıqların üç illik 463 595 manat amortizasiya xərclərinin ödənilməsi barədə tələb qeyd olunan əsaslara görə haqlı sayılmır. Tələb edilən əmlakların ümumi dəyərinə gəldikdə isə 30.03.2017-ci il tarixli müqavilədə göstərildiyi kimi 650.450 (altı yüz əlli min dörd yüz əlli) ABŞ dolları dəyərində olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 430.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. 55.2-ci masdəsinə əsasən onlar həmin kateqoriya mübahisələr üçün qanunda və ya müqavilələrdə nəzərdə tutulmuş, kommersiya məhkəməsində cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı1 cavabdeh X1 qarşı iddiası qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 01 mart 2017-ci il tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilə ləğv edilsin və tərəflərin öhdəliklərinə xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs “DÖRTAK MOBİLİYA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARET LTD” şirkətinin Cavabdeh qarşı iddiası qismən təmin edilsin. 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd FREZER DƏZGAHİ "NET MAK 2000 Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinası və həmin avadanlıqlar olmadıqda onların dəyəri olaraq 785.222 (yeddi yüz səksən beş min iki yüz iyirmi iki) manat və 30 manat dövlər rüsumu Cavabdeh alınaraq DÖRTAK MOBİL YA HALİ TEKSTİL TURİZM İNŞAAT SANAYE və TİCARƏT LTD ŞİRKƏTİ-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar