Məhkəmə qərarları › İş №e-2-2(117)-1018/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1018/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1018/2022 19.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədova Zərifə Faiq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İlkin iddia üzrə iddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC ilə iddiaçı "xxxx" şirkəti arasında nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12- 2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1 068 476 (bir milyon altmış səkkiz min dörd yüz yetmiş altı manat, əlli doqquz qəpik) manat, som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1 174 004 (bir milyon bir yüz yetmiş dörd min dörd) manat, QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli və QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqavilələri üzrə görülmüş əlavə işlərin dəyəri olaraq ******* manat və Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225 726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı manat) manat, ümumilikdə ******* (üç milyon yeddi yüz səksən altı yüz iyirmi yeddi) manat pul vəsaitinin CavabdehMMC-dən tutularaq iddiaçı "xxxx" şirkətinə ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkətinə qarşı “09 dekabr 2019-cu il tarixdə bağlanmış QAR-xx/xx-2019 saylı, QAR-70- 1/12-2019 saylı və QAR-70-2/12-2019 saylı podrat müqavilələrindən irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi, keyfiyyətsiz yerinə yetirilməsi nəticəsində "xxxx" MMC-yə vurulmuş 1.999.000 (bir milyon doqquz yüz doxsan doqquz min) manat birbaşa zərər və əldən çıxmış fayda 999.500 (doqquz yiiz doxsan doqquz min beş yüz) manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərər olmaqla, ümumilikdə 2.998.500 (iki milyon doqquz yüz doxsan səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin ve dövlet rüsumunun əvəzi olaraq ödənilmiş 2292 (iki min iki yüz doxsan iki) manat məbləğin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İlkin iddia üzrə iddiaçı "xxxx" Şirkətinin (bundan sonra mətndə ilk iddiaçı və ya "xxxx" şirkəti) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh və ya Cavabdeh MMC) qarşı “Cavabdeh MMC ilə iddiaçı "xxxx" şirkəti arasında atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-xx/xx- 2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 891 588,88 (səkkiz yüz doxsan bir min beş yüz səksən səkkiz manat, səksən səkkiz qəpik) manat, nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 2 610 906,59 (iki milyon altı yüz on min doqquz yüz altı manat, əlli doqquz qəpik) manat, Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1 649 604,95 (bir milyon altı yüz qırx doqquz min altı yüz dörd manat, doxsan beş qəpik) manat və Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225 726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı manat) manat, ümumilikdə 3 780 627 (üç milyon yeddi yüz səksən min altı yüz iyirmi yeddi) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" şirkətinə ödənilməsi” tələbinə dair ilkin iddia ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İlkin iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbində dəqiqləşmə apararaq ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC ilə iddiaçı "xxxx" şirkəti arasında nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1 068 476 (bir milyon altmış səkkiz min dörd yüz yetmiş altı manat, əlli doqquz qəpik) manat, som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12- 2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1 174 004 (bir milyon bir yüz yetmiş dörd min dörd) manat, QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli və QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqavilələri üzrə görülmüş əlavə işlərin dəyəri olaraq ******* manat və Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225 726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı manat) manat, ümumilikdə ******* (üç milyon yeddi yüz səksən altı yüz iyirmi yeddi) manat pul vəsaitinin CavabdehMMC-dən tutularaq iddiaçı "xxxx" şirkətinə ödənilməsini tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Şirkəti (Podratçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanmış QAR-xx/xx-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən iddiaçının özünün və cəlb etdiyi qüvvəsi ilə İsmayıllı rayonu, Kəlbənd kəndində yerləşən cavabdehə məxsus ərazidə atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, cavabdehin görülmüş işlərin dəyərini iddiaçıya avansla və hissə-hissə ödəməsi müqavilənin predmetini təşkil etmiş, cavabdehə məxsus ərazidə atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması ilə bağlı iddaçının ümumi dəyəri ƏDV daxil 891588,88 (səkkiz yüz doxsan bir min beş yüz səksən səkkiz) manat olan təklifini qəbul etmişdir. Bundan başqa, iddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən iddiaçının özünün və cəlb etdiyi qüvvəsi ilə İsmayıllı rayonu, Kəlbənd kəndində yerləşən cavabdehə məxsus ərazidə nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, cavabdehin isə görülmüş işlərin dəyərini iddiaçıya avansla və hissə-hissə ödəməsi müqavilənin predmetini təşkil etmiş, tərəflər təsdiq etmişlər ki, cavabdehə məxsus ərazidə nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması ilə bağlı iddiaçının ümumi dəyəri ƏDV daxil 2610906,59 (iki milyon altı yüz on min doqquz yüz altı manat, əlli doqquz qəpik) manat olan təklifini qəbul etmişdir. Bundan başqa, iddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli podrat müqaviləsinə əsasən iddiaçının özünün və cəlb etdiyi qüvvəsi ilə Göyçay rayonu, Mirzəhüseyinli kəndində yerləşən cavabdehə məxsus ərazidə Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, cavabdehin isə görülmüş işlərin dəyərini iddiaçıya avansla və hissə-hissə ödəməsi müqavilənin predmetini təşkil etmiş, tərəflər təsdiq etmişlər ki, Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması ilə bağlı iddiaçının ümumi dəyəri ƏDV daxil 1649604,95 (bir milyon altı yüz qırx doqquz min altı yüz dörd manat, doxsan beş qəpik) manat olan təklifini qəbul etmişdir. Bundan başqa, Cavabdeh MMC (Sifarişçi) ilə "xxxx" Şirkəti (Podratçı) arasında bağlanmış podrat müqaviləsinə əsasən Podratçının özünün və cəlb etdiyi qüvvəsi ilə Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, Sifarişçinin isə görülmüş işlərin dəyərini Podratçıya ilkin avansla və hissə-hissə ödəməsi müqavilənin predmetini təşkil etmiş, tərəflər təsdiq etmişlər ki, həmin layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin yerinə yetirilməsi ilə bağlı podratçının ümumi dəyəri ƏDV daxil 225726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı) manat olan təklifini qəbul etmişdir. Həmin müqavilələrə əsasən iddiaçı tərəfindən layihələrin hazırlanması və layihələrə uyğun tikinti işlərinin aparılması üçün, ümumilikdə 5 572 950 manatlıq iş görülmüş, cavabdeh isə həmin işlərə görə avansla və hissə-hissə 1 792 323 manat ödəniş etmiş, hazırda cavabdehin iddiaçıya 3 780 627 manat məbləğində borcu qalmışdır. İlkin iddia üzrə Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, müvafiq arayışlar, müayinə və qüsur aktları ilə müəyyən edilmişdir ki, müqavilə üzrə podratçı "xxxx" Şirkəti tərəfindən podrat müqavilələrində göstərilmiş və yerinə yetirilməli olan işlərdə kifayat qədər nöqsanlar (qüsurlar) vardır. Digər tərəfdən bağlanmış podrat müqavilələri üzrə üzərinə götürdüyü işləri podratçı "xxxx" Şirkəti tam şəkildə və müqavilə tələblərinə uyğun həyata keçirməmişdir. İddiaçı "xxxx" Şirkətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərdiyi məbləğlər tərəflər arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, QAR-xx/xx-2019 saylı, QAR-70-1/12-2019 saylı və QAR-70-2/12-2019 saylı podrat müqavilələrində göstərilmiş məbləğlər ilə doğru olmamaqla, həmin müqavilələr üzrə tərəflər arasında razılaşdırılmış işlərin həcmindən əsaslı dərəcədə fərqlənir. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddia etdiyi məbləğlər müvafiq podrat müqavilələri üzrə həqiqəti özündə əks etdirmir. Bu baxımdan bildiririk ki, iddiaçı "xxxx" Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı yönəlmiş 3 780 627 manat məbləğində pul tələbinə dair iddiası əsassızdır. Bundan əlavə, məhkəməyə verilmiş iddia ərizəsində "xxxx" Şirkəti tərəfindən balıq konserv zavodunun tikintisi ilə bağlı tərəflər arasında "Podrat Müqaviləsi"nin bağlandığı və həmin müqavilə üzrə görüləcək işlərin məbləğinin 225 726 manat olması qeyd olunub. Tərəflər arasında belə bir müqavilə bağlanmayıb. Tərəflər arasında belə bir müqavilənin mövcud olmadığı halda "xxxx" MMC-nin "xxxx" Şirkətinə 225 726 manat məbləğində borcunun olması tam əsassızdır və "xxxx" MMC-nin "xxxx" Şirkətinə belə bir məbləğdə borcu yoxdur, başqa bir sözlə sonuncunun "xxxx" MMC-yə qarşı olan həmin iddia tələbinin heç bir hüquqi əsası yoxdur. xx.xx.2019-cu il tarixli QAR-xx/xx-2019 saylı, QAR-70-1/12-2019 saylı və QAR-70- 2/12-2019 saylı podrat müqavilələrinə əsasən işlərin dəyəri cəmi 3 041742,44 manat təşkil etmişdir. Aparılmış audit yoxlaması zamanı Mirzəhüseyinli balıqçılıqda texnoloji va elektrik avadanlıqların quraşdırılmadığı işlər üzrə 92 616,20 manat, Kəlbənddəki beton hovuzların tikintisində görülməyən işlər üzrə isə 464723,00 manat olmaqla, cəmi 557 339,20 manat həcmində işlərin ümumiyyətlə görülmədiyi müəyyən edilmişdir. Digər bir tərəfdən, Mirzəhüseynli balıqçılığında "xxxx" Şirkəti tərəfindən işlərin görülməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə "xxxx" MMC ilə "xxxx" Şirkəti müqavilə bağlanmış və "xxxx" Şirkətinə xx.xx.2021-ci il tarixdə həmin işlərin görülməsinə görə "xxxx" MMC tərəfindən ümumilikdə 645 750,19 manat məbləğində ödəniş edilmişdir. "xxxx" Şirkəti tərəfindən "xxxx" MMC ilə bağladığı müvafiq podrat müqavilələri üzrə yuxarıda qeyd edilən layihələr üzrə İşlərin vaxtında və tam şəkildə təhvil verilməməsi səbəbindən 2 sezon üzrə (2020 ve 2021-ci illər üzrə) "xxxx" MMC-nin balıqçılıq təsərrüfatına ümumilikdə 2 000 000 (iki milyon) manatdan artıq maddi ziyan dəymişdir. Odur ki, ilkin iddia üzrə iddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı ümumilikdə 3 780 627 (üç milyon yeddi yüz səksən min altı yüz iyirmi yeddi) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" şirkətinə ödənilməsi” tələbinə dair ilkin iddiasının rədd edilməsini və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkətindən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2019-ci il tarixində bağlanmış QAR-xx/xx- 2019 saylı, QAR-70-1/12-2019 saylı və QAR-70-2/12-2019 saylı podrat müqaviələrindən irəli gələn öhdəliklərin lazimi qaydada yerinə yetirilməməsi, keyfiyyətsiz yerinə yetirilməsi nəticəsində "xxxx" MMC-yə vurulmuş 1.999.000 (bir milyon doqquz yüz doxsan doqquz min) manat birbaşa zərər və əldən çıxmış fayda, 999.500 (doqquz yüz doxsan doqquz min beş yüz) manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərər olmaqla, ümumilikdə 2.998.500 (iki milyon doqquz yüz doxsan səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 2292 (iki min iki yüz doxsan iki) manat məbləğin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməsi barade qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında faktiki olaraq 4, rəsmi olaraq 3 müqavilə imzalanmışdır. Qarşı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçı "xxxx" şirkəti ilə cavabdeh arasında atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair 09 dekabr 2019-cu il tarixdə QAR-xx/xx-2019 saylı Podrat müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən gecikdirilmiş ƏDV daxil 891 588,88 (səkkiz yüz doxsan bir min beş yüz səksən səkkiz manat, səksən səkkiz qəpik) manat, nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair 09 dekabr 2019-cu il tarixdə QAR-70-1/12-2019 saylı Podrat müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən gecikdirilmiş ƏDV daxil 2 610 906,59 (iki milyon altı yüz on min doqquz yüz altı manat, əlli doqquz qəpik) manat, Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair 09 dekabr 2019-cu il tarixdə QAR-70-2/12-2019 saylı Podrat müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən gecikdirilmiş ƏDV daxil 1 649 604,95 (bir milyon altı yüz qırx doqquz min altı yüz dörd manat, doxsan beş qəpik) manat və Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair Podrat müqaviləsinə bağlanmış və bu müqviləyə əsasən gecikdirilmiş ƏDV daxil 225 726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı) manat, ümumilikdə 3 780 627 (üç milyon yeddi yüz səksən min altı yüz iyirmi yeddi) manat Cavabdeh MMC-nin iddiaçı şirkətə borcu yaranmışdır. Tərəflər arasında işlərin görülməsinin nəticəsinə dair 3 ədəd təhvil-təslim aktı tərtib edilmiş İcraçı olan təmsil etdiyi hüquqi şəxs tərəfindən Sifarişçinin idarəsinə təhvil verilmiş, Lakin həmin aktların son səhifəsi cavabdeh hüquqi şəxsin rəhbəri tərəfindən imzalanaraq və həmin rəhbər tərəfindən qeydlər yazılaraq telefon vasitəsilə şəkili çəkilərək göndərilmişdir. Balıq Konserv zavodunun tikintisi ilə bağlı tərəflər arasında müqavilə bağlanmasa da, həmin binanın tikintisi ilə bağlı işlər iddiaçı hüquqi şəxs tərəfindən yerinə yetirilmişdir. Bundan əlavə müqavilələr üzrə layihə-smeta sənədləri və işlərin görülməsinə dair maliyyə və tikinti həcmini göstərən sənədlər təmsil etdiyi şirkətdə deyildir. Hər iki hüquqi şəxsin rəhbərləri yaxın münasibətdə olduqları üçün gördükləri işləri tam rəsmiləşdirilməmişdir. Layihə-smeta sənədləri cavabdeh hüquqi şəxsə təqdim edilmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsində, qarşılıqlı preteziya ərizəsində və digər sənədlərdə cavabdeh şirkət həmin sənəldərin onlara təqdim edildiyini bildirir. İddiaçının nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qarşı tərəflə aralarında bağlanan müqavilələr verginin sistemində qeydiyyatda deyil lakin, vergi onların şirkətinə daxil olan vəsaitləri görür. Onlar əslində müqavilə dəyərindən artıq iş görmüşlər. Bu işlərə dair layihə-smeta sənədləri təmsil etdiyi şirkətdə deyil, cavabdehə rəsmi məktubla təqdim edilmişdir. Görülmüş işlərə dair Forma-2 arayışları təqdim edə bilmirlər, həmin sənədlər onlarda deyildir. İddiaçı tərəfindən qüsurlu görülmüş kimi qəbul edilən işlərin sonradan Colosium şirkəti tərəfindən tamamlanması faktını qəbul etmirlər, həmin şirkətə ödənilən ödənişləri qəbul etmirlər, çünki həmin şirkət cavabdehin şirkətidir. Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə üç müqavilə bağlamışlar. Bunlar atçılıq mərkəzinin tikintisi, son balıqlarının yetişdirilməsi və nərə balıqlarının yetişdirilməsi ilə bağlı tikinti işləri ilə bağlıdır. Birinci müqavilə üzrə iş 2020-ci ilin aprel ayında təhvil verilməli idi, lakin, iş iyul ayında təhvil verildi. Nohurların yalnız 8-ni istifadə etmək mümkün olmuş, sentyabr ayında məhsul yığan zaman 40 nohurları boş qalmış və ziyana düşmüşlər. Buna dair video çəkilişlər də mövcuddur. Nərə balıqları ilə bağlı işlər də düzgün təşkil edilməmişdir. Nöqsanlar çox olmuşdur. Akta gəldikdə isə, həmin aktlar formal olaraq tərtib edilmiş aktlardır. Həmin aktların son səhifələrində icra edilən imzalar ona məxsusdur və hər bir təhvil-təslim aktında qeydlər yazmaqla həmin aktlara imzalar onun tərəfindən edilmişdir. Əgər bu aktların əsli olsaydı o, həmin aktları möhürü ilə təsdiq edərdi. Bu nöqsanlarla bağlı onlar müstəqil audit təşkil etmişdilər. Qüsurlara 600 000 manatdan yuxarı xərc çəkmişlər. Bu qüsurlarla bağlı şirkətə əvvəl şifahi müraciət etmişlər, nöqsanlar artdıqdan sonra isə pretenziya göndərmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, ilkin iddia üzrə iddiaçının nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İ. İddiaçı "xxxx" Şirkəti (Podratçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanmış QAR-xx/xx-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən iddiaçının özünün və cəlb etdiyi qüvvəsi ilə İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən cavabdehə məxsus ərazidə atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, cavabdehin görülmüş işlərin dəyərini iddiaçıya avansla və hissə-hissə ödəməsi müqavilənin predmetini təşkil etmiş, tərəflər təsdiq etmişlər ki, həmin atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması ilə bağlı iddiaçının ümumi dəyəri ƏDV daxil 948681 (doqquz yüz qırx səkkiz min altı yüz səksən bir) manat olan təklifini qəbul etmişdir. Müqavilənin: 1.3. İşlərin icrası zamanı “Sifarişçinin” təşəbbüsü ilə iş həcmləri dəyişərsə Müqavilənin qiymətinə yenidən baxıla bilər. 2.1.“Sifarişçi” yəni Cavabdeh MMC-nin vəzifələri: 2.2.1.“Podratçıya” müqavilədə nəzərdə tutulmuş məbləğin 50% məbləğini avans olaraq ödəyir. 2.1.2. Yerinə yetirilmiş işlərə görə təqdim edilmiş sənədə əsasən ödənişlər edilir. 2.1.3."Sifarişçi" müqavilənin icrasını təmin etmək məqsədilə görülmüş işlərin həcminə uyğun növbəti ödəniş edilərkən əvvəlcədən ödənilmiş avans məbləğini hissə-hissə tutur. 2.l.4. "Sifarişçi" müqavilənin ümumi dəyərinin 5%-ni "Podratçı”nın bu müqavilənin şərtlərinə uyğun olaraq işləri layihə üzrə tam icra edib "Sifarişçi"yə təhvil verdikdən 3 (üç) ay sonra ödəyir. 2.1.5. "Sifarişçii" müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəyir. 2.2. "Podratçı”nın vəzifələri: 2.2.1. İşlərin vaxtında və keyfiyyətlə icrasını həyata keçirir, 2.2.2. Ödəniş üçün müvafiq sənədləri təqdim edir, 2.2.3. "Podratçı" müqavilə üzrə nəzərdə tutulmuş işləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəməsini öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən “Podratçı” “Sifarişçi”nin ona ilkin avansı ödədikdən sonra xx.xx.2019-cu il tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün malmaterialı və avadanlıqları birbaşa “Sifarişçi”nin tikinti meydançasına çatdırır və xx.xx.2020ci il tarixədək müqavilədə qeyd olunan işləri tamamlayır. 3.2-ci bəndinə əsasən işlərin “Podratçı”dan “Sifarişçi”yə təhvil-təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. İşlərin Təhviltəslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. 3.3-cü bəndinə əsasən işlərin təhviltəslimi zamanı aşkar edilmiş qüsurlar “Podratçı” və “Sifarişçi”nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda “Podratçı” “Sifarişçi” ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5-ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar “Sifarşçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə “Podratçı”ya yazılı məlumat verməlidir. 3.6. "Podratçı" icra edacəyi iş üzrə cəlb etdiyi canlı qüvvələrin və avadanlıqların sığortalanmasına, onların texniki-təhlükəsizlik qaydalarına riayət etməsinə və iş zamanı baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti özü daşıyır. İİ.İddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən iddiaçının özünün və cəlb etdiyi qüvvəsi ilə İsmayıllı rayonu Kürdmaşı kəndində cavabdehə məxsus ərazidə nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, cavabdehin isə görülmüş işlərin dəyərini iddiaçıya avansla və hissə-hissə ödəməsi müqavilənin predmetini təşkil etmiş, tərəflər təsdiq etmişlər ki, nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması ilə bağlı iddiaçının ümumi dəyəri ƏDV daxil ******* (bir milyon altmış səkkiz min dörd yüz yetmiş altı) manat olan təklifini qəbul etmişdir. Müqavilənin: 1.3. İşlərin icrası zamanı “Sifarişçinin” təşəbbüsü ilə iş həcmləri dəyişərsə Müqavilənin qiymətinə yenidən baxıla bilər. 2.1.“Sifarişçi” yəni Cavabdeh MMC-nin vəzifələri: 2.2.1.“Podratçıya” müqavilədə nəzərdə tutulmuş məbləğin 50% məbləğini avans olaraq ödəyir. 2.1.2. Yerinə yetirilmiş işlərə görə təqdim edilmiş sənədə əsasən ödənişlər edilir. 2.1.3."Sifarşçi" müqavilənin icrasını təmin etmək məqsədilə görülmüş işlərin həcminə uyğun növbəti ödəniş edilərkən əvvəlcədən ödənilmiş avans məbləğini hissə-hissə tutur. 2.l.4. "Sifarişçi" müqavilənin ümumi dəyərinin 5%-ni "Podratçı”nın bu müqavilənin şərtlərinə uyğun olaraq işləri layihə üzrə tam icra edib "Sifarişçi"yə təhvil verdikdən 3 (üç) ay sonra ödəyir. 2.1.5. "Sifarişçii" müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəyir. 2.2. "Podratçı”nın vəzifələri: 2.2.1. İşlərin vaxtında və keyfiyyətlə icrasını həyata keçirir, 2.2.2. Ödəniş üçün müvafiq sənədləri təqdim edir, 2.2.3. "Podratçı" müqavilə üzrə nəzərdə tutulmuş işləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəməsini öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən “Podratçı” “Sifarişçi”nin ona ilkin avansı ödədikdən sonra xx.xx.2019-cu il tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün malmaterialı və avadanlıqları birbaşa “Sifarişçi”nin tikinti meydançasına çatdırır və xx.xx.2020ci il tarixədək müqavilədə qeyd olunan işləri tamamlayır və təhvil verir. 3.2-ci bəndinə əsasən işlərin “Podratçı”dan “Sifarişçi”yə təhvil-təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır.3.3-cü bəndinə əsasən işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar “Podratçı” və “Sifarişçi”nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda “Podratçı” “Sifarişçi” ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5-ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar “Sifarşçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə “Podratçı”ya yazılı məlumat verməlidir. İİİ.iddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən iddiaçının özünün və cəlb etdiyi qüvvəsi ilə Göyçay rayonu, Mirzəhüseyinli kəndində yerləşən cavabdehə məxsus ərazidə som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, cavabdehin isə görülmüş işlərin dəyərini iddiaçıya avansla və hissə-hissə ödəməsi müqavilənin predmetini təşkil etmiş, tərəflər təsdiq etmişlər ki, som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması ilə bağlı iddiaçının ümumi dəyəri ƏDV daxil ******* (bir milyon yüz yetmiş dörd min dörd) manat olan təklifini qəbul etmişdir. Müqavilənin: 1.3. İşlərin icrası zamanı “Sifarişçinin” təşəbbüsü ilə iş həcmləri dəyişərsə Müqavilənin qiymətinə yenidən baxıla bilər. 2.1.“Sifarişçi” yəni Cavabdeh MMC-nin vəzifələri: 2.2.1.“Podratçıya” müqavilədə nəzərdə tutulmuş məbləğin 50% məbləğini avans olaraq ödəyir. 2.1.2. Yerinə yetirilmiş işlərə görə təqdim edilmiş sənədə əsasən ödənişlər edilir. 2.1.3."Sifarşçi" müqavilənin icrasını təmin etmək məqsədilə görülmüş işlərin həcminə uyğun növbəti ödəniş edilərkən əvvəlcədən ödənilmiş avans məbləğini hissə-hissə tutur. 2.l.4. "Sifarişçi" müqavilənin ümumi dəyərinin 5%-ni "Podratçı”nın bu müqavilənin şərtlərinə uyğun olaraq işləri layihə üzrə tam icra edib "Sifarişçi"yə təhvil verdikdən 3 (üç) ay sonra ödəyir. 2.1.5. "Sifarişçii" müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəyir. 2.2. "Podratçı”nın vəzifələri: 2.2.1. İşlərin vaxtında və keyfiyyətlə icrasını həyata keçirir, 2.2.2. Ödəniş üçün müvafiq sənədləri təqdim edir, 2.2.3. "Podratçı" müqavilə üzrə nəzərdə tutulmuş işləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəməsini öhdəsinə götürür. Sözügedən müqavilənin 3.1-ci bəndinə əsasən “Podratçı” “Sifarişçi”nin ona ilkin avansı ödədikdən sonra xx.xx.2019-cu il tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün mal-materialı və avadanlıqları birbaşa “Sifarişçi”nin tikinti meydançasına çatdırır və xx.xx.2020-ci il tarixədək müqavilədə qeyd olunan işləri tamamlayır və təhvil verir. 3.2-ci bəndinə əsasən işlərin “Podratçı”dan “Sifarişçi”yə təhvil-təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır.3.3cü bəndinə əsasən işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar “Podratçı” və “Sifarişçi”nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda “Podratçı” “Sifarişçi” ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5-ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar “Sifarşçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə “Podratçı”ya yazılı məlumat verməlidir. Qeyd edilən üç ədəd müqavilənin icrası ilə bağlı xx.xx.2022-ci il tarixli "xxxx" ASC-də olan hesabdan çıxarış sənədlərindən, o cümlədən xx.xx.2020-ci il tarixli ******* nömrəli və 255551 nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli ödəniş tapşırıqlarından görünür ki, 401983,47 manat, 72357,02 manat, 677951,70 manat və 122031,31 manat olmaqla ümumilikdə 1274323,5 manat vəsait xx.xx.2019-cu il tarixli QAR xx/xx/2019 nömrəli müqavilə üzrə Cavabdeh MMC tərəfindən "xxxx" şirkətinə ödənilmişdir. İV. "xxxx" Şirkəti (Podratçı) ilə fiziki şəxs X4 (Sifarişçi) arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, QAR-xx/xx-2019 saylı müqaviləyə əsasən, podratçının özünün və cəlb etdiyi qüvvəsi ilə İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən sifarişçiyə məxsus ərazidə atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, İsmayıllı rayonu, Kəlbənd kəndində yerləşən sifarişçiyə məxsus ərazidə nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, Göyçay rayonu, Mirzəhüseyinli kəndində yerləşən sifarişçiyə məxsus ərazidə Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması, sifarişçinin isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissə-hissə ödəməsi müqavilənin predmetini təşkil etmiş, sifarişçi işlərin ümumi dəyərinin ƏDV daxil 413000 (dörd yüz on üç min) manat məbləğini ilkin avans olaraq ödəməyi öhdəsinə götürmüş, qalan məbləği layihə-smeta sənədləri hazırlandıqdan sonra sifarişçi ilə podratçı arasında qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəyi razılaşdırılmışdır. xx.xx.2019-cu il tarxdə 1 nömrəli ödəniş tapşırığı ilə xx.xx.2019-cu il tarixli HF 02 təyinatı ilə 413000 manat vəsait X4 tərəfindən "xxxx" şirkətinin hesabına köçürülmüşdür. V. "xxxx" Şirkətinə Cavabdeh MMC və ya onun təsisçisi tərəfindən ödənilən vəsaitin ümumi məbləğ 1 687 323,5 manat təşkil edir. Vİ.Məhkəmə tərəfindən tədiq olunmuş xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin sifarişi, podratçı "xxxx" şirkəti İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində Atçılıq kompleksi üzrə yerinə yetirilən tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, 1105868,9 manat dəyərində iş görülmüş, həmin akt "xxxx" şirkətinin rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq “müqavilə dəyərinin 948681 manat olmasını bildirmiş” və fiziki imza ilə imzalamışdır. Vİİ.Məhkəmə tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli QAR-70-1/12-2019 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin sifarişi, podratçı "xxxx" şirkəti İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində Nərə balıqlarının yetişdirilməsi sahəsinin (D=13 m olan hovuzlar) yerinə yetirilən tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, 2630619,4 manat dəyərində iş görülmüş, həmin akt "xxxx" şirkətinin rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq “vergi və digər xərclər göstərilməyib. İlkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir” və fiziki imza ilə imzalamışdır. Vİİİ.Məhkəmə tərəfindən tədiq olunmuş xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin sifarişi, podratçı "xxxx" şirkəti tərəfindən Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində Naqqa (som) balıqlarının saxlanması üçün nohurların tikintisi üzrə Yerinə yetirilmiş təmir-tikinti işlərinin qəbul aktından görünür ki, görülmüş işlərin dəyəri ******* manat dəyərində iş görülmüş, həmin akt "xxxx" şirkətinin rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq “texnoloji avadanlıqlar quraşdırılmayıb, (nasosxana hissəsində). Forma 2 üzrə 52540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmişdir. Xarici elektrik xəttində labaratoriya aktı təqdim edilməyib, vergi 15983 manat və digər xərclər göstərilməyib” bildirmiş və fiziki imza ilə imzalamışdır. İX. Fiziki şəxs X4 (“Sifarişçi”) ilə “X1 Company” MMC (“İcraçı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli Col002/2021 nömrəli “İşlərin görülməsi haqqında” müqaviləyə əsasən Sifarişçi tapşırır, İcraçı isə Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən Afrika Naqqa balıqların yetişdirilməsi sahəsində şlüzların yenidən bərpası, giriş su xəttlərinin yenidənqurulması, göl ətrafı yollara qırmadaşının yayılması işlərinin icrasını öz öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 515 460,58 manat müəyyən edilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən görüləcək işlərin icra müddəti xx.xx.2021-ci il tarixədək nəzərdə tutulmuşdur. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Binəqədi filialı vasitəsilə aparılan ödəniş sənədlərindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli Col002/2021 nömrəli “İşlərin görülməsi haqqında” müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 141703,24 ABŞ dolları məbləğində, xx.xx.2021-ci il tarixdə isə 309276,35 manat məbləğində vəsait Fərhad Əhmədov tərəfindən “X2 Company” MMC -nin bank hesabına ödənilmişdir. Həmin dövrlə Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən (işə əlavə edilir) 1 ABŞ dollarının 1 Azərbaycan manatına olan məzənnəsi 1 manat 70 qəpik təşkil etmişdir. Ödənilmiş 141703,24 ABŞ dolları həmin dövrdə Azərbaycan manatına münasibətdə 240 895,508 manat və ödənilmiş 309276,35 manat məbləğində vəsait də nəzərə alınarsa ümumi məbləğ 550 171,86 manat təşkil edər. X. Kommersiya Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlardan müəyyən edilir ki, CavabdehMMC xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçi “Teymur Əhmədov adına "xxxx" QSC-dir, pay-100%”, qanuni təmsilçi Nümayəndə3dur. “Teymur Əhmədov adına "xxxx" QSC-nin təsisçiləri X4-payı 99,9523 %, X6-payı 0,0111%, Baku KASPİAN REAL İSTEYTS LİMİTED MMC-payı 0,0007 %-dir. X3 hazırkı payı-99,9616 % təşkil edir. Xİ. 17 aprel 2021-ci il tarixli qüsur aktı ilə “X2 Company” MMC tərəfindən tərtib edilmiş və məsul şəxslər tərəfindən imzalanmış qüsur aktı ilə müəyyən edilmişdir ki, Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində balıq yetişdirən göllərin normal funksional fəaliyyətini təmin etmək üçün aktda qeyd olunan müxtəlif tiplli sökülmə və tikinti quraşdırılma iş növlərinin icrası tələb olunur. Nə qədər vəsaitin tələb edilməsi ilə bağlı hər hansı bir müddəa qeyd edilməmişdir. Xİİ.Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıqyetişdirən göllərin əsaslı təmir və bərpa edilmiş işlərin təhvil-təslimi haqqında xx.xx.2021-ci il tarixli aktla həmin balıqyetişdirmə göllərini təmir və bərpası işlərini, avadanlıqların işçi vəziyyətini istismara qəbul edir və texniki-icra sənədləri ilə birlikdə sifarişçiyə təqdim edir. Həmin aktda görülmüş işlərin dəyəri ilə bağlı konkret rəqəmlər qeyd edilməmişdir. Xİİİ.İddiaçı "xxxx" şirkəti məhkəməyə müraciət etməmişdən əvvəl xx.xx.2021-ci il tarixli 53 nömrəli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək bağlanmış müqavilələr əsasında icra etdikləri işlərə görə ödənilməmiş 3 780 627 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. XİV.Cavabdeh MMC-nin "xxxx" şirkətinə ünvanladığı xx.xx.2021-ci il tarixli 97/3172- 21 nömrəli pretenziya məktubuna cavab (qarşılıqlı pretenziya tələbi) ilə bildirmişdir ki, İsmayıllı rayonu, Kəlbənd kəndində yerləşən cavabdehə məxsus ərazidə atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması ilə bağlı "xxxx" Şirkəti (Podratçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanmış QAR-xx/xx-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqavilədə qiymət ƏDV daxil 948681 manat olduğu halda, pretenziya məktubunda müqavilənin qiymətinin 891588,88 manat qeyd edilməsinə, "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsində ƏDV daxil müqavilənin qiyməti ******* manat olduğu halda, pretenziya məktubunda 2610906,59 manat göstərilmiş, eyni zamanda "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsində ƏDV daxil müqavilə qiymətinin ******* manat olduğu halda pretenziya məktubunda həmin qiymət 1649604,95 manat olaraq qeyd edilmişdir. Həmin məktubda "xxxx" şirkəti tərəfindən aparılmış işlərin müqavilə şərtlərinə uyğun aparılmaması ilə bağlı qüsurlar olması, bununla bağlı mütəxəssis rəylərinin verildiyi və qüsur aktlarının tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" şirkəti öhdəliklərini müqavilələr üzrə müvafiq olaraq xx.xx.2020-ci ildə, xx.xx.2020-ci ildə və xx.xx.2020-ci il tarixdə başa çatdırmalı olduğu halda bunları etməmişdir. Eyni zamanda, balıq-konserv zavodunun tikintisi ilə bağlı tərəflər arasında hər hansı müqavilə və ya layihələndirmə olmadan 225726 manat pul tələb edilir. Qeyd edilən binanın tikintisi ilə bağlı tərəflər arasında hər hansı bir hüquq münasibəti olmamışdır. "xxxx" şirkəti tərəfindən aparılmış audit yoxlamasının dəyərinin hər üç müqavilə üzrə 3041742,44 manat təşkil etdiyi qeyd edilir . "xxxx" şirkəti tərəfindən görülməyən ümumi işlərin dəyərinin 557339,20 manat təşkil etdiyi bununla bağlı "xxxx" MMC ilə müqavilə bağlanılaraq həmin şirkətə bu işlərin görülməsi üçün 645750,19 manat məbləğində vəsaitin ödənildiyini bildirmişdir. İşlərin vaxtında görülməməsi nəticəsində Cavabdeh MMC-yə ziyan dəydiyi, onun ödədiyi ******* manat, görülməmiş işlər üçün hesablanmış 557323 manat, "xxxx" şirkətinə ödənilmiş 645339,20 manat, nohurlara giriş yol və beton işlərinin görülməməsinə görə 45330,05 manat vəsait, işlərin vaxtında təhvil verilməmsinə görə vurulmuş 2 000 000 manat vəsait, işgüzar nüfuza vurulmuş ziyan olan 999500 manat çıxılmaqla "xxxx" Şirkətinin Cavabdeh MMC-yə ******* manat vəsait ödəməlidir. XV.Cavabdeh MMC tərəfindən «Qara-Çay” şirkətinə ünvanlanmış məktubdan görünür ki, tərəflər arasında bağlanmış QAR-xx/xx-2019 saylı 09 dekabr 2019-cu il tarixli , QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli və QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli müqavilələr, layihə-smeta sənədləri, 13-16 oktyabr 2020-ci il tarixlərində Mirzəhüseynli və Kəlbənd balıqçılıq sahələrində aparılan müstəqil auditin nəticlərinə dair hesabatla müəyyən edilmişdir ki, Mirzəhüseynli balıqçılıqda texnoloji və elektrik avadanlıqlarının quraşdırılmadığı işlər üzrə 92616,20 manat, Kəlbəndəki beton hovuzların tikintisində görülməyən işlər üzrə 464723 manat olmaqla 557339,2 manat həcmində işlərin görülməmiş, bu qüsürların aradan qaldırılması üçün "xxxx" şirkəti xx.xx.2021-ci il tarixli müqavilə üzrə "xxxx" şirkətinə 379853,05 ABŞ dolları, yəni manat hesabı iilə 645750,19 manat məbləğində vəsait ödənilmişdir. "xxxx" şirkəti müqaviləyə əsasən obyektləri tam təhvil verməməsi səbəbindən 2 sezon üzrə Cavabdeh MMC-nin balıqçılıq təsərrüfatına 2 000 000 manatdan artıq ziyan vurulmuşdur. Ona görə də müqavilə ilə razılaşdırılan 3041742,44 manat məbləğdən "xxxx" Şirkətinə avans kimi ödənilmiş 1 792 323 manat, görülməyən işlər üzrə 557339,2 manat, qüsurların aradan qaldırılması üçün "xxxx" Şirkətinə ödənilmiş 645750,19 manat və prudlara girişdə yol və beton körpü (ATF tamamladığı işlər) 45330,05 manat, müqavilənin vaxtında icra edilməməsi nəticəsində ******* manat məbləğ də çıxılmalı, nəticədə "xxxx" şirkətinin 1 953 668 manat məbləğində borcunun yarandığı müəyyən edilir. Məhkəmənin müraciətinə cavab olaraq Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsindən təqdim edilmiş məlumata əsasən Cavabdeh MMC xx.xx.2019-xx.xx.2022-ci il tarixlər aralığı "xxxx" şirkətinə elektron qaimə təqdim etməmiş, həmçinin qeyd olunan şirkətdən elektron qaimə əldə etməmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilələr, təhvil-təslim aktları, ödəniş tapşırıqları, qüsur aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri əvvəlki və son məhkəmə iclaslarında dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 406.1, 329.2, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri,). Məhkəmə ilkin olaraq qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən yaranmış müqavilə münasibətləri olmuş, tərəflər müqavilə öhdəliklərini bağlanmış müqavilələrin tələblərinə və mülki qanunvericiliyin normalarına uyğun icra etmədikləri üçün hazırkı mübahisə yaranmışdır. MM-in: 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Məhkəmə ilk növbədə iddia tələblərinə münasibətdə işin faktiki hallarını, təqdim edilən sübutları qiymətləndirilməli və məhkəmənin nəticəsi qeyd edilməlidir.

1. Tərəflər arasında bağlanmış QAR-xx/xx-2019 saylı 09 dekabr 2019-cu il tarixli, QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli və QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli podrat müqavilələrinin hər birində “Sifarişçi” yəni Cavabdeh MMC-nin vəzifələri bölməsində: 2.2.1.“Podratçıya” müqavilədə nəzərdə tutulmuş məbləğin 50% məbləğini avans olaraq ödəyir. Qeyd edilən hər bir müqavilə üzrə nəzərdə tutulmuş məbləğin 50%-ni təşkil etdiyi təqdirdə bu vəsait ödənilməmişdir. Ödənilən vəsait xx.xx.2020-ci il tarixli ******* nömrəli və 255551 nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli ödəniş tapşırıqlarından görünür ki, ümumilikdə 1274323,5 manat, xx.xx.2019-cu il tarxdə 1 nömrəli ödəniş tapşırığı ilə 413000 manat vəsait ödənilmiş, "xxxx" Şirkətinə Cavabdeh MMC və ya onun təsisçisi tərəfindən ödənilən vəsaitin ümumi məbləğ 1 687 323,5 manat təşkil edir. Qeyd edilən məbləğ ödənilsə də işlərə başladıqdan xeyli sonra ödənilmiş və ya yalnız “atçılıq mərkəzinin layihələndirilməsi və tikintisi” üçün ödənilmiş, hər üç müqaviləni əhatə etməmişdir.

2. Məhkəmə tərəflərdən rəsmi qaydada sübutların təqdim edilməsini, yəni, işlərin layihə-smeta sənədlərinin, görülmüş işlərin həcminə dair (forma-2), təhvil-təslim aktlarının və iş üçün əhəmiyyəti olan digər sübutların təqdim edilməsini tələb etmişdir. İş materiallarından layihə-smeta sənədlərinin tərəflərdə olması müəyyən olsa da tərəflər bilərəkdən və ya etinasızlıq edərək bu sənədləri təqdim etməmişdir. Bu səbəbdən məhkəmə işlərin görülmə həcmi, texniki göstəriciləri və keyfiyyəti ilə bağlı hər hansı bir ekspertiza təyin etməmişdir, çünki həmin sənədlər olmadan müvafiq ekspertizanın aparılması mümkün olmayacaqdır. Buna görə məhkəmə işlərin görülməsi, keyfiyyəti və görülməyən işlərlə bağlı işdə olan sənədlər əsasında qərar qəbul etmək qənaətinə gəlmişdir.

3. "xxxx" şirkəti tərəfindən görülmüş işlərə dair təhvil-təslim aktları təqdim edilmişdir ki, xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin sifarişi, podratçı "xxxx" şirkəti İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində Atçılıq kompleksi üzrə yerinə yetirilən tikinti-quraşdırma işlərinin qəbul aktından (tarixsiz) görünür ki, 1105868,9 manat dəyərində iş görülmüş, həmin akt "xxxx" şirkətinin rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq “müqavilə dəyərinin 948681 manat olmasını bildirmiş” və fiziki imza ilə imzalamışdır. xx.xx.2019-cu il tarixli QAR-70-1/12-2019 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin sifarişi, podratçı "xxxx" şirkəti İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində Nərə balıqlarının yetişdirilməsi sahəsinin (D=13 m olan hovuzlar) yerinə yetirilən tikinti-quraşdırma işlərinin qəbul aktından (tarixsiz) görünür ki, 2630619,4 manat dəyərində iş görülmüş, həmin akt "xxxx" şirkətinin rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq “vergi və digər xərclər göstərilməyib. İlkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir” və fiziki imza ilə imzalamışdır. xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin sifarişi, podratçı "xxxx" şirkəti tərəfindən Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində Naqqa (som) balıqlarının saxlanması üçün nohurların tikintisi üzrə yerinə yetirilmiş təmirtikinti işlərinin qəbul aktından (tarixsiz) görünür ki, görülmüş işlərin dəyəri ******* manat dəyərində iş görülmüş, həmin akt "xxxx" şirkətinin rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq “texnoloji avadanlıqlar quraşdırılmayıb, (nasosxana hissəsində). Forma 2 üzrə 52540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmişdir. Xarici elektrik xəttində laboratoriya aktı təqdim edilməyib, vergi 15983 manat və digər xərclər göstərilməyib” bildirmiş və fiziki imza ilə imzalamışdır. Məhkəmə iclasında dindirilmiş Cavabdeh MMC-nin icra orqanının rəhbəri Nümayəndə3 qeyd edilən aktlarda sonuncu səhifədə olan imzanın ona məxsus olduğunu bildirmiş, lakin işlərin müqavilə qiymətlərinə uyğun görülmədiyini və lazım olan işlərin tam görülmədiyini, lazım olandan artıq işlərin görüldüyünü bildirmişdir. Qeyd edilən təhvil-təslim aktlarının sonuncu imza olan vərəqlər surət olsa da qeyd edilən imzanın Nümayəndə3 tərəfindən icra edildiyi etiraf edildiyindən məhkəmə həmin sənədi sübut olaraq qəbul edir. Məhkəmə qeyd edilən təhvil-təslim aktlarında olan “Sifarişçinin” nümayəndəsinin qeydlərindən müəyyən edir ki, "xxxx" şirkəti həmin qeydlərə hər hansı bir münasibət bildirməmiş, işlərin qüsurlu olması ilə bağlı tərəflərin nümayəndələrinin iştirakı ilə tikintisi aparılan obyektə hər hansı bir baxış keçirməmiş, akt tərtib edilməmiş, nəticədə isə müqavilə üzrə işləri tam yerinə yetirməmiş, yerinə yetirilən işlər isə qüsurlu icra edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq hər üç Müqavilənin 3.2-ci bəndinə əsasən işlərin “Podratçı”dan “Sifarişçi”yə təhvil-təslimi Təhviltəslim aktı ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. 3.3cü bəndinə əsasən işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar “Podratçı” və “Sifarişçi”nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda “Podratçı” “Sifarişçi” ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5-ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar “Sifarşçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə “Podratçı”ya yazılı məlumat verməlidir. Sifarişçi olan iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi işin tam görülmədiyini bildirir, konkret qeydlər edir. «Qara-Çay” şirkəti isə həmin qüsurları aradan qaldırması ilə bağlı hər hansı bir sübut təqdim etməmiş və müqavilənin bəndinə uyğun olaraq bununla bağlı rəsmiləşdirmə aparmamışdır. Cavabdeh MMC isə digər bir hüquqi şəxsə müraciəti əsasında audit yoxlaması aparılmış və görülmüş işlər üzrə qüsurlarla bağlı müvafiq akt tərtib edilmiş, bu barədə "xxxx" şirkətinə məlumat vermişdir. Bundan sonra Cavabdeh MMC (təsçisi Fərhad Əhmədov) qeyd edilən yarımçıq işlərin görülməsi üçün başqa bir hüquqi şəxs ilə “X2 Company” MMC ilə müqavilə bağlamış, müqavilənin ümumi dəyəri olan 550171,86 manat məbləğində vəsait Cavabdeh MMC və ya onun təsisçisi tərəfindən ödənilmiş, işlərin qəbulu aktı tərtib edilmişdir. Məhkəmə ilk anda Sifarişçinin işlərin yarımçıq görülməsi, müqavilə qiymətləri ilə razılaşmaması barədə təhvil-təslim aktlarında etdiyi etiraz və qeydləri nəzərə almaya bilməz. Çünki bu hal ilk andan mövcud olduğundan, sonradan Cavabdeh MMC-nin başqa bir hüquqi şəxslə müqavilə bağlamasını və bununla bağlı ödənişlərin edilməsini inandırıcı qəbul edir. Müqavilənin bir qisminin hüquqi şəxsin şəxsən təsisçisi tərəfindən bağlanması və ödənişin təsisçinin şəxsən özü tərəfindən edilməsi qanunvericiliyin tələblərinə hər hansı bir ziddiyyət təşkil etmir. Belə ki, "xxxx" Şirkəti ilə 413000 manat məbləğində atçılıq, nərə və som balıqlarının yetişdirilməsi üçün müvafiq layihələrin hazırlanması və işlərin görülməsi üçün müqavilə Cavabdeh MMC-nin təsisçisi olan X4 şəxsən bağlamış, həmçinin həmin vəsaiti də öz hesabı vasitəsilə ödəmişdir. Bundan əlavə X4 qüsurlu işlərin görülməsi üçün "xxxx" MMC ilə müqavilə bağlamış və görülmüş işlərin müqabilində həmin şirkətə 550171,86 manat məbləğində vəsait ödəmişdir. İlkin iddiaçı tərəflər arasında bağlanmış, yuxarıda qeyd edilən 413000 manat məbləğində müvafiq müqaviləni və edilmiş ödənişləri qəbul etmiş, həqiqiliyini bildirmişdir. Məhkəmə də həmin hallara hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxsin təsisçisi tərəfindən hüquqi şəxsin adından müqavilə bağlaması və öz hesabından həmin hüquqi şəxsin hüquq və öhdəlikləri üçün ödənişlərin edilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir qadağa yoxdur. Ona görə də məhkəmə qeyd edilən sübutları iş üçün əhəmiyyət daşıdığı üçün qəbul etmişdir.

4. Məhkəmə yuxarıda qeyd edilən üç ədəd təhvil-təslim aktlarında görülmüş işlərin dəyərinə dair məbləğləri müqavilə qiymətləri ilə müqayisə etdikdə müəyyən edir ki, müqavilə qiymətləri qeyd edilən qiymətlərdən əhməmiyyətli dərəcədə aşağıdır. Belə ki, xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 nömrəli müqavilə üzrə təhvil-təslim aktında 1105868,9 manat, xx.xx.2019-cu il tarixli QAR-70-1/12-2019 nömrəli müqavilə üzrə təhviltəslim aktında 2630619,4 manat və xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 müqavilə üzrə təhvil-təslim aktında ******* manat qeyd edilmişdir. Lakin qeyd edilən müqavilələr üzrə müqavilə qiymətləri müvafiq olaraq 948 681 manat, 1 068 476 manat və 1 174 004 manat nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, tərəflərin razılaşdıqları müqavilə qiyməti artırıldığı təqdirdə ən azı həmin müqavilə ilə müəyyən edilmiş formada bağlanmış yazılı formada razılaşdırılmış müqavilə olmadığından, İcraçı təqribi smeta dəyərindən kənara çıxma haqqında Sifarişçiyə məlumat vermədiyindən, təqdim edilən sənədlərdə Sifarişçi ilk dəfə ona təqdim edilən təhvil-təslim aktında qiymətin artırılmasına etiraz etdiyindən və bununla bağlı həmin təhvil-təslim aktına müvafiq qeydiyyat aparmaqla etiraz etdiyindən görülmüş işlərin dəyəri üçün əsas müqavilədə müəyyən edilən qiymət götürülməlidir. Tərəflər arasında bağlanmış qeyd edilən hər üç müqavilənin 1.3-cü bəndində qeyd edilmişdir ki, işlərin icrası zamanı “Sifarişçi”nin təşəbbüsü ilə iş həcmləri dəyişərsə Müqavilənin qiymətinə yenidən baxıla bilər. Müqavilə qiyməti artırılarsa bu Sifarişçinin təşəbbüsü ilə baş verməli və müqavilə ilə eyni formada rəsmiləşdirilməli idi. Belə bir sənəd təqdim edilməmiş, təqdim edilmiş təhvil-təslim aktları isə işlərin görülməsinin qəbul aktı kimi qəbul edilsə də müqavilə qiymətini müəyyən edən sənəd deyildir. Bundan əlavə əvvəlcədən qiyməti müəyyən edilməyən işlərin görülməsi ilə bağlıdırsa, qanunvericiliyin tələbinə görə bu barədə sifarişçiyə ləngimədən məlumat verməli, ən azı Sifarişçinin məlumatı olmalıdır. Belə hallar, yəni, məlumatlandırma iş materiallarında mövcud deyildir. Qiymət müqavilənin mühüm şərtidir və qanunvericiliyin tələblərinə əsasən yalnız hər iki tərəfin razılığı ilə dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflər arasında belə bir yazılı razılaşma olmamışdır. tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

5. "xxxx" şirkəti tərəfindən Cavabdeh MMC-nin sifarişi əsasında Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225 726 manat məbləğində vəsaiti tələb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəf bununla bağlı məhkəməyə müqavilə, iş həcmlərinin görülməsinə dair sənədləri, ödəniş sənədlərini, hər hansı bir razlaşma sənədlərini və ya işlərin təhvil-təslim edilməsi ilə bağlı sənədləri təqdim etməmişdir. Təqdim edilmiş təhvil-təslim aktlarının məzmununda isə qeyd edilən zavodun tikintisi ilə bağlı hər hansı bir işin görülməsi qeyd edilməmişdir. Məhkəmə qeyd edilən tələbi ilkin iddiaçı tərəfindən sübut edilməmiş olaraq qəbul edir.

6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddiasında qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli QAR-xx/xx-2019 saylı, QAR-70-1/12- 2019 saylı və QAR-70-2/12-2019 saylı podrat müqavilələrinə əsasən işlərin dəyəri cəmi 3 041742,44 manat təşkil etmişdir. Aparılmış audit yoxlaması zamanı Mirzəhüseyinli balıqçılıqda texnoloji va elektrik avadanlıqların quraşdırılmadığı işlər üzrə 92 616,20 manat, Kəlbənddəki beton hovuzların tikintisində görülməyən işlər üzrə isə 464723,00 manat olmaqla, cəmi 557 339,20 manat həcmində işlərin ümumiyyətlə görülmədiyi müəyyən edilmişdir. Mirzəhüseynli balıqçılığında "xxxx" Şirkəti tərəfindən işlərin görülməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və "xxxx" MMC-yə ödəniş edilmişdir. "xxxx" Şirkəti tərəfindən "xxxx" MMC ilə bağladığı müvafiq podrat müqavilələri üzrə yuxarıda qeyd edilən layihələr üzrə işlərin vaxtında və tam şəkildə təhvil verilməməsi səbəbindən 2 mövsüm üzrə (2020 və 2021-ci illər üzrə) "xxxx" MMC-nin balıqçılıq təsərrüfatına ümumilikdə 2 000 000 manatdan artıq maddi ziyan dəymişdir. Odur ki, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkətindən iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2019-ci il tarixində bağlanmış podrat müqavilələrindən irəli gələn öhdəliklərin lazimi qaydada yerinə yetirilməməsi, keyfiyyətsiz yerinə yetirilməsi nəticəsində 1.999.000 manat birbaşa zərər və əldən çıxmış fayda, 999.500 manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərər olmaqla, ümumilikdə 2.998.500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 2292 manat məbləğin dövlət rüsumunun tutulmalıdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı "xxxx" şirkəti tərəfindən "xxxx" MMC-yə vurulmuş maddi ziyanı və işgüzar nüfuzuna vurulmuş ziyanı sübuta yetirə bilməmişdir. Belə ki, Cavabdeh MMC sifarişçi olaraq bağladığı podrat müqavilələri üzrə ödənişləri müqavilədə nəzərdə tutulan qaydada etməmiş, hətta tam yerinə yetirməmişdir. Müqavilə hər iki tərəfin öhdəliyini və hüquqlarını müəyyən edir. Belə ki, işlərin dəyəri ödənilmədən, nəticədə hazır olmayan müvafiq sahibkarlıq obyektlərindən hər hansı gəlirin götürülməsi mümkün deyil, yəni, Cavabdeh MMC ilkin olaraq görülmüş işlərin dəyərini tam ödəməli idi, əgər bu ödənişi tam aparmayıbsa İcraçı tərəfindən də işlərin tam görülməsi mümkün deyildir. Belə ki, bu hallar tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində ətraflı nəzərdə tutulmuşdur. Sifarişçi olaraq Cavabdeh MMC həmin bəndə uyğun öhdəliklərini yerinə yetirmədiyindən, sahibkarlıq obyektlərinin fəaliyyət göstəməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini tələb edə bilməz. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Qanunvericilik maddi və mənəvi ziyanın mövcudluğunu sübut etmək vəzifəsi müəyyənləşdirir ki, hazırkı iş üzrə qarşılıqlı iddiaçı olan Cavabdeh MMC tərəfindən qarşılıqlı iddia tələbi irəli sürülsə də 2000 000 manat məbləğində maddi ziyanın və 999.500 manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərərin "xxxx" şirkəti tərəfindən işgüzar nüfuza ziyanın vurulması ilə bağlı hər hansı bir dəlil və ya mötəbər arqument təqdim edilməmişdir. Əksinə müəyyən edilir ki, qarşılıqlı iddiaçı tələb etdiyi məbləğlərin əsası yoxdur, qarşılqılı iddiaçının özü müqavilə öhdəliklərini vaxtında icra etməmiş və podrat müqaviləsi üzrə ödənişlərini vaxtında icra etməmişdir. Məhkəmə hər iki tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, podrat müqavilələrindən yaranmış mübahisə üzrə ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İlk iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən məhkəmə yuxarıda qeyd etdiyi işin faktiki hallarını və həmin hallara münasibətdə müqavilə müddəalarını və qanunvericiliyin normalarını tətbiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 nömrəli müqavilə üzrə 948 681 manat, xx.xx.2019-cu il tarixli QAR-70-1/12-2019 nömrəli müqavilə üzrə 1 068 476 manat və xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 müqavilə üzrə 1 174 004 manat olmaqla ümumilikdə 3 191 161 manat təşkil edir. "xxxx" Şirkətinə Cavabdeh MMC və ya onun təsisçisi tərəfindən göstərilən xidmətlərin qarşılığında ödənilən vəsaitin ümumi məbləği 1 687 323,5 manat təşkil edir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı hər bir halda qüsursuz mal verməyə borclu olduğundan onun tərəfindən yol verilmiş qüsurların digər şirkət tərəfindən aradan qaldırılmasını qəbul etməli və bununla bağlı ödənilən xərcləri tələb etməməlidir. Qüsurlu işlərə görə “Sifarişçi” olan Cavabdeh MMC tərəfindən 550 171,86 manat vəsait “X2 Company” MMC -nin bank hesabına ödənilmişdir. Beləliklə, Cavabdeh MMC tərəfindən ümumilikdə 1 687 323,5 manat məbləğində "xxxx" Şirkətinə edilmiş ödəniş və qüsurlu işlərin görülməsi üçün “X2 Company” MMC -nin bank hesabına ödənilmiş 550171,86 manatı toplanmaqla (1687323,5 +550171,86=2237495,36 ) cəmi 2237495,36 manat məbləğində ödəniş edilmişdir. «Qara- Çay” Şirkəti ümumi müqavilə dəyəri olan ******* manat məbləğdən qeyd edilən 2237495,36 manat çıxılmaqla alınan 953 665,64 manat (3191***-*******,36 =953665,64) məbləğində vəsaiti Cavabdeh MMC-dən tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə isə iddia tələbi üzrə etirazlarını əsaslandırmaq vəzifəsi qoymuş, məhkəmənin isə həmin sübutlara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, ilk iddia qismən təmin edilərək Cavabdeh MMC-dən tərəflər arasında bağlanmış müqavilələrin icra edilməməsi nəticəsində ödənilməmiş 953 665,64 (doqquz yüz əlli üç min altı yüz altmış beş manat altmış dörd qəpik) manat pul tutularaq "xxxx" şirkətinin xeyrinə ödənilməli, qarşılıqlı iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddiaçı tərəfindən mediasiya xərci tələb edilmədiyindən mediasiya xərci iddiaçıya aid edilməlidir. İlk iddiaçı tərəfindən ödənilmiş 2681 manat dövlət rüsumunun 676,24 manat hissəsi Cavabdeh MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun 1664,57 manat hissəsi iddiaçıya aid edilsin. Qarşılıqlı iddia rədd edildiyindən həmin iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-nin hesabına aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən tərəflər arasında bağlanmış müqavilələrin icra edilməməsi nəticəsində ğödənilməmiş 953 665,64 (doqquz yüz əlli üç min altı yüz altmış beş manat altmış dörd qəpik) manat pul tutularaq "xxxx" şirkətinin xeyrinə ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumunun 676,24 manat hissəsi Cavabdeh MMC-dən tutularaq "xxxx" şirkətinin xeyrinə ödənilsin Qarşılıqlı iddia- iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" Şirkətinə qarşı “09 dekabr 2019-cu il tarixdə bağlanmış QAR-xx/xx-2019 saylı, QAR-70-1/12-2019 saylı və QAR-70-2/12-2019 saylı podrat müqavilələrindən irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi, keyfiyyətsiz yerinə yetirilməsi nəticəsində "xxxx" MMC-yə vurulmuş 1.999.000 (bir milyon doqquz yüz doxsan doqquz min) manat birbaşa zərər və əldən çıxmış fayda 999.500 (doqquz yiiz doxsan doqquz min beş yüz) manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərər olmaqla, ümumilikdə 2.998.500 (iki milyon doqquz yüz doxsan səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin ve dövlet rüsumunun əvəzi olaraq ödənilmiş 2292 (iki min iki yüz doxsan iki) manat məbləğin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Şirkətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar