Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1130/2024 06.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh3, Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 5215 saylı icarə müqaviləsi, onun əsasında bağlanmış xx.xx.2009-cu il tarixli, 3188 saylı icarəyə verilmiş əmlakın alqısatqısı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh3 verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, **********39-05101-083018 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, **********39-05101-083022 reyestr nömrəli çıxarışların ləğv edilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : Dövlət Əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsinin rəisinin xx.xx.2002-ci il tarixli məktubundan görünür ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 47/2 saylı binanın zirzəmisində 66.9 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyini təsdiqləmişdir. xx.xx.2006-cı il tarixdə bağlanmış Dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən icarəyəverən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi sədrinin xx.xx.2006-cı il tarixli sərəncamına əsasən Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin balansında olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, icarənin müddəti xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il tarixdə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh3 arasında bağlanmış icarəyə verilmiş əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən sonuncu xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 140.1 kv.m qeyri-yaşayış sahəsini satıcıdan 1849 manata satın almışdır. xx.xx.2014-cü il tarixdə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2012ci il tarixli 49 nömrəli əmrinə əsasən Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansında olan qeyri-yaşayış sahəsini kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, icarənin müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək nəzərdə tutulmuşdur. Bundan sonra xx.xx.2014-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh3 arasında bağlanmış 5397 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinə əsasən sonuncu xx.xx.2014-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 66,9 m2 qeyri-yaşayış sahəsini satıcıdan 883 manata satın almışdır ki, bu hal iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş ƏMDK-nın xx.xx.2014-cü il tarixli 166 nömrəli sərəncamından çıxarışla da təsdiq olunur. DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prosepkti, b.47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən qeyri-yaşayış binası (zirzəmi) Cavabdeh3 tam (xüsusi) mülkiyyətindədir. İş materiallarında olan ******* nömrəli, ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqavilələrindən görünür ki, satıcı Cavabdeh3 ona məxsus 140.1 kv.m qeyri-yaşayış sahəsininin bir hissəsini (15 kv.m və 15 kv.m hissələrini) başqa şəxslərə satmış, bundan sonra sonuncuya xx.xx.2021-ci il tarixli 110.10 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyətə dair DƏDKRPHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən **********39-05101-083022 reyestr nömrəli çıxarış verilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyindədir və 2002-ci ildən Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Nizamnaməyə əsasən şəhərin Dövlət Mənzil Fondunun istismarı, saxlanılmasına və yaxşılaşdırılmasına birbaşa cavabdehdir. İdarə şəhərin yaşayış binalarına, binalardakı qeyri-yaşayış sahələrinə və fərdi qarajlara xidmət göstərdiyi üçün balansdaşıyıcı sayılır. Odur ki, H.Əliyev prospekti 47/2 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi bina altı olduğu üçün idarənin balansındadır. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə bağlanmış 01 nömrəli binaların ictimai istismar müqaviləsinə əsasən 60 kv.m qeyri-yaşayış sahəsi 25 il müddətinə İddiaçı istismarına verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etdiklərini, Əmlak Məsələləri Dövlət Xidmətinin obyekti cavabdehə satarkən və icarəyə verilərkən balans saxlayıcının məlumatı və icazəsi olmadığını bildirmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul etmir, 2002-ci ildə həmin zirzəmini icarəyə götürmüş, balans saxlayıcı olaraq abadlaşdırma idarəsinin də buna razılığı olmuşdur. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçıya verilmiş istismar müqaviləsi qanunvericiliyin tələblərinə uyğun deyildir, balans saxlayıcının icazəsi əsasında torpaq cavabdehə icarəyə verilmiş, sonra da həmin əmlak ona satılmışdır. İddianı qəbul etmirlər. Əmlak Məsələləri Dövlət Xidməti bütün qaydalara riayət etmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Dövlət Əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsinin rəisinin xx.xx.2002-ci il tarixdə verilmiş razılıq ərizəsi, icarə müqavilələri, məktub, istismar müqaviləsi, çıxarışlar, bölgü planı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.1, 337.2 və 337.4cü maddələr). Azərbaycan Respublikası Mülki Məcəlləsi 339.1-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.3-cu maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırki iş üzrə iddiaçı iddiasını onunla əsaslandırır ki, Cavabdeh3 çıxarışların verilməsi üçün Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin arayışı tələb olunur. Lakin idarə tərəfindən Cavabdeh3 belə bir arayışlar verilməmişdir. Belə olan halda xx.xx.2007-ci il tarixli, 5215 saylı icarə müqaviləsi, onun əsasında bağlanmış xx.xx.2009-cu il tarixli, 3188 saylı icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab olunmalı və Cavabdeh3 verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, **********39-05101-083018 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, **********39-05101- 083022 reyestr nömrəli çıxarışlar ləğv olunmalıdır. Məhkəmə iddiaçının tələbinə münasibətdə əvvəlcə qeyd edir ki, hazırki iş üzrə Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsinin rəisinin xx.xx.2002-ci il tarixli məktubundan görünür ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 47/2 saylı binanın zirzəmisində 66.9 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyini təsdiqləmişdir. Göründüyü kimi qeyd edilən qeyri-yaşayış sahəsinin icarəsinə balansaxlayıcı tərəfindən razılıq verilmiş və bunda sonra həmin daşınmaz əmlakın icarəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh3 arasında icarə müqaviləsi bağlanmış və qeyd edilən qeyriyaşayış sahəsi sonuncunun istifadəsinə verilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, 66.9 kv.metr qeyri-yaşayış sahəsi dövlət əmlakı olmaqla həmin əmlakla bağlı müvafiq hərəkətlərin edilməsi səlahiyyəti dövlətin adından müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir ki, hazırki iş üzrə dövlətin adından 66.9 kv.metr qeyri-yaşayış sahəsi ilə bağlı bu səlahiyyətləri Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirmiş və bu iş materiallarındakı sənədlərlə öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı icarə müqavilələrini, çıxarışları qanunsuz hesab etsə də, təqdim edilmiş müqavilələrdən, daşınmaz əmlakın dövlət reyesterindən çıxarışlardan, eləcə də, Dövlət Əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsinin rəisinin xx.xx.2002-ci il tarixli məktubundan göründüyü kimi Mingəçevir şəhəri, H.Əliyev prosepkti, b.47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən qeyri-yaşayış binası (zirzəmi) Cavabdeh3 icarəsinə, daha sonra mülkiyyətinə verilməsi qanuni olmuş və bu təqdim edilmiş sənədlərlə öz təsqini tapmışdır. Bundan başqa əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notariat təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Göründüyü kimi hər hansı əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 47/2 saylı binanın zirzəmisində 66.9 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etməmiş, Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin balansında olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, daha sonra xx.xx.2014-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 66,9 m2 qeyri-yaşayış sahəsini satıcıdan 883 manata satın almışdır ki, DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prosepkti, b.47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən qeyri-yaşayış binası (zirzəmi) Cavabdeh3 tam (xüsusi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların mövcud olması üçün müvafiq sənədlər tələb olunur ki, hazırki vəziyyətdə iddiaçı qeyri-yaşayış sahəsinə hüquqların olması ilə bağlı çıxarışların verilməsi üçün Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin arayışı tələb olunduğunu bildirsə də, mübahisə predmeti olan 66,9 m2 qeyri-yaşayış sahəsinin üzərində Cavabdeh3 mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmaqla rəsmiləşdirilmiş, eləcə də, həmin əmlak üzərində Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin razılığı alındıqdan sonra əvvəlcə icarə müqaviləsi əsasında istifadə, daha sonra alqı-satqı müqaviləsi əsasında əmlak satın alındıqdan sonra mülkiyyət hüquqları qanuni və əsaslı sənədlərlə təsdiqlənmişdir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin üzərində Cavabdeh3 verilmiş hüquqları təsdiq edən sənədlərin etibarsız sayılması üçün əsas mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, iddiaçının əsaslandığı hüquqi sənəd xx.xx.2021-ci il tarixdə iddiaçı ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə bağlanmış 01 nömrəli binaların ictimai istismar müqaviləsinə əsasən 60 kv.m qeyri-yaşayış sahəsi 25 il müddətinə İddiaçı istismarına verilməsi ilə bağlı olan sənəddir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 166 nömrəli Sərəncamı ilə o cümlədən Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 47/2 ünvanda yerləşən 5 mərtəbəli binanın zirzəmisində olan 66,9 kv.m qeyri-yaşayış sahəsinin (icarəçi Cavabdeh3) özəlləşdirilməsi bardə qərar qəbul edilmişdir. Qeyd edilən əmlakın balans saxlayıcısı Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi olsa da, dövlət mülkiyyətini idarə edən və onunla bağlı sərəncam vermək səlahiyyəti olan orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırkı Əmlak Məsələləri Dövlət Xidməti) olmuş və müvafiq icarə müqaviəsini müvafiq balans saxlayıcı orqanın razılığı ilə icarəyə vermiş, sonuncu dəfə isə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmışdır. Yuxarıda qeyd edilən əmlakın istismara verilməsi barədə müqavilə əslində həmin əmlakın qorunub saxlanamsı ilə bağlı vəzifələrin icrasını həyata keçirmə ilə bağlı olmuş, lakin qeyd edilən müqavilə subyektiv olaraq həmin əmlakla bağlı mülkiyyət, sahiblik və ya istifadə hüququna hər hansı bir zəmin yaratmır. Bunu dövlətin səlahiyyət verdiyi orqan həyata keçirməklə müvafiq müqavilələri bağlamış və həmin müqavilələr isə qanunvericiliyin tələblərinə uyğun prosedurlardan keçməklə icra olunmuşdur. Hazırki vəziyyətdə Cavabdeh3 ona məxsus 66,9 m2 qeyri-yaşayış sahəsinin üzərində qanuni şəkildə mülkiyyət hüquqları vardır ki, mülkiyyətçinin bu hüquqları Daşınmaz Əmlakın Dövlət reyesterində qeydə alınmışdır və həmin əmlak üzərində mülkiyyətçinin hüquqları qanunla qorunur. Buna baxmayaraq iddiaçının dəlillərini əsaslı edəcək hər hansısa sübut aşkarlanmamış, əksinə cavabdehlər Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi mübahisələdirilən qeyri-yaşayış sahəsinin Cavabdeh3 icarəsinə, daha sonra mülkiyyətinə verilməsi ilə bağlı aparılan bütün əməliyyatlar və bunun əsasında verilmiş çıxarışlar qanunamüvafiq olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 5215 saylı icarə müqaviləsi, onun əsasında bağlanmış xx.xx.2009-cu il tarixli, 3188 saylı icarəyə verilmiş əmlakın alqısatqısı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh3 verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, **********39-05101-083018 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, **********39-05101-083022 reyestr nömrəli çıxarışların ləğv edilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1130/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1130/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver