Məhkəmə qərarları › İş №e-2-2(117)-136/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-136/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-136/2024 15.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 Cavabdeh qarşı İddiaçı2 MMC ilə cavabdeh "xxxx" MMC arasında 17 aprel 2023-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən şüşə balkon işləri üçün ödədikləri 30000(otuz min) manat pulun alınıb onlara qaytarılması, ünvan 1 ünvanda quraşdırılmış qüsurlu şüşə balkonun sökülərək çıxarılması üçün tələb olunan 500 manatın və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdeh "xxxx" MMC-dən alınıb İddiaçı1, ödənilmiş 200 manat mediasiya xərcinin alınıb X1 qaytarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 MMC ilə cavabdeh "xxxx" MMC arasında 17 aprel 2023-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən şüşə balkon işləri üçün ödədikləri 30000(otuz min) manat pulun alınıb onlara qaytarılması, ünvan 1 ünvanda quraşdırılmış qüsurlu şüşə balkonun sökülərək çıxarılması üçün tələb olunan 500 manatın və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdeh "xxxx" MMC-dən alınıb İddiaçı1, ödənilmiş 200 manat mediasiya xərcinin alınıb X1 qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçılara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmaayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdr. Məhkəmə, iddiaçıların iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdi. Məhkəmə iddiaçı tərəfin müraciətini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 Cavabdeh qarşı İddiaçı2 MMC ilə cavabdeh "xxxx" MMC arasında 17 aprel 2023-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən şüşə balkon işləri üçün ödədikləri 30000(otuz min) manat pulun alınıb onlara qaytarılması, ünvan 1 ünvanda quraşdırılmış qüsurlu şüşə balkonun sökülərək çıxarılması üçün tələb olunan 500 manatın və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdeh "xxxx" MMC-dən alınıb İddiaçı1, ödənilmiş 200 manat mediasiya xərcinin alınıb X1 qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar