Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1473/2024 05.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-nin iddiaçıya məxsus, Bakı şəhəri Ünvan 1də yerləşən 300 kv.m. sahəsi olan anbardan və 220 kv.m. boş istehsal sahəsindən çıxarılması və 21240 manat məbləğində vurulmuş ziyanın tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-nin iddiaçıya məxsus, Bakı şəhəri Ünvan 1də yerləşən 300 kv.m. sahəsi olan anbardan və 220 kv.m. boş istehsal sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və “Cavabdeh MMC-nin iddiaçıya məxsus, Bakı şəhəri Ünvan 1də yerləşən 300 kv.m. sahəsi olan anbardan və 220 kv.m. boş istehsal sahəsindən çıxarılması və 21240 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı ilkin olaraq Cavabdeh MMC-yə qarşı cavabdehin anbardan və boş istehsal sahəsindən çıxarılması tələbi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmə cavabdehin hüququ ünvanının ünvan 2ya Məhkəməsində baxılmalı olduğuna əsaslanaraq xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-3804/2024 nömrəli qərarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarmışdır. Həmin qərardan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-739/2024 nömrəli qərarı ilə təmin edilməmiş, xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3804/2024 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəf iddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 01 Sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı ona məxsus, Bakı şəhəri Ünvan 1də yerləşən 300 kv.m. sahəsi olan boş anbarı aylıq 1180 manat icarə haqqı müqabilində, 01 İyul 2022-ci il tarixli icarə müqaviləsinə əsasən ona məxsus, Bakı şəhəri Ünvan 1də yerləşən 220 kv.m. sahəsi olan boş sahəni aylıq 944 manat icarə haqqı müqabilində cavabdehə icarəyə vermişdir. Cavabdehin uzun müddət icarə haqqını ödəməməsi səbəbindən hər iki müqavilə qüvvədən düşüb. İddiaçı cavabdehə ona məxsus sahəni və anbarı boşaldıb ona təhvil verməsini tələb etsə də, cavabdeh həmin sahələri boşaltmır və iddiaçıya təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Nəticədə keçən 10 ay ərzində iddiaçı həmin sahələri başqa şəxslərə icarəyə verib hər ay 2124 manat gəlir əldə etməkdən məhrum olub. 01 Sentyabr 2021-ci il tarixli və 01 İyul 2022-ci il tarixli icarə müqavilələrinin hər birinin 3.5-ci bəndinə görə İcarəçi icarə haqqını 1 və ya 2 ay gecikdirirsə müqavilə birtərəfli qaydada pozulmuş hesab olunur. İddiaçı ilə cavabdeh arasında Bakı 16 X1 bağlanmış MŞB/16/2024-00041 saylı 19 Yanvar 2024-cü il tarixlı Mediasiya Prosesinin tətbiqi barədə müqavilə imzalanıb, lakin cavabdeh həmin müqaviləni icra etməyib. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli /59 nömrəli İcarə müqaviləsinə əsasən, icarədar İddiaçı ATSC-yə məxsus olan Ünvan 1də yerləşən özünəməxsus boş anbarı 300 kv.m sahəsini icarəyə verir, icarəçi isə həmin sahəni 1 il müddətinə icarəyə götürür. Müqavilənin 2.1-ci bəndinin tələbinə görə boş anbar sahəsinə görə icarə haqqı ƏDV ilə birgə ayda 1180 manat təşkil edir. 3.1-ci bəndinə əsasən, müqavilənin müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixidə daxil olmaqla qüvvədədir. 3.3-cü bəndinə əsasən müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilir və icarə haqqının bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, daha uzun müddətə uzadılmış hesab edilir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli /88 nömrəli İcarə müqaviləsinə əsasən, icarədar İddiaçı ATSC-yə məxsus olan Ünvan 1də yerləşən özünəməxsus boş istehsal sahəsini 220 kv.m-ni icarəyə verir, icarəçi isə həmin sahəni 1 il müddətinə icarəyə götürür. Müqavilənin 2.1-ci bəndinin tələbinə görə boş istehsal sahəsinə görə icarə haqqı ƏDV ilə birgə ayda 944 manat təşkil edir. 3.1-ci bəndinə əsasən, müqavilənin müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixidə daxil olmaqla qüvvədədir. 3.3-cü bəndinə əsasən müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilir və icarə haqqının bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, daha uzun müddətə uzadılmış hesab edilir. Həmin icarə müqavilələrinin 2.2-ci bəndinin tələbinə görə icarəçi icarə haqqını hər ayın 3-dən 15-ə kimi “icarəverənin” bank hesabına ödəyir. Həmin icarə müqavilələrinin 3.2-ci bəndinin tələbinə görə müqavilə tərəflərin onu imzaladığı andan qüvvəyə minir göstərilən müddətə qədər öz qüvvəsini saxlayır. Həmin icarə müqavilələrinin 3.5-ci bəndinin tələbinə görə icarəçi icarə haqqını 1 və ya 2 ay gecikdirirsə müqavilə birtərəfli qaydada pozulmuş hesab olunur. İş materiallarına əlavə edilmiş 30.04.01 tarixli, 000173 nömrəli Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamədən görünür ki, İddiaçı X3 Cəmiyyəti ünvan 3 ünvanda yerləşən “xxxx” ATSC-nin yerləşdiyi torpaq sahəsini 33142 kv.m qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Həmin torpaq sahəsi İddiaçı ATSC-nin daimi toxunulmaz xüsusi mülkiyyətidir. İddiaçı ASC (sədri X2) ilə Cavabdeh MMC (direktoru Nümayəndə2) arasında Bakı 16 X1 “qeyri-yaşayış sahəsindən çıxarılma və 11156 manat borcun ödənilməsi tələbinə dair” xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00041 nömrəli Mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlanmış, tərəflərin imzası ilə təsdiqlənmişdir. Tərəflər həmin müqavilə ilə mübahisənin mediasiya yolu ilə həlli razılığına gəlmişdirlər. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1732/2024 nömrəli yekun məhkəmə aktına əsasən İddiaçı ASC və Cavabdeh MMC arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Həmin məhkəmə aktından da aydın olur ki, tərəflər həmin barışıq sazişi ilə Cavabdeh MMC-nin İddiaçı ATSC-yə 2024-cü ilin yanvar ayı ərzində 1-ci ödəniş 5578 manat, 2024-cü ilin fevral ayı ərzində 2-ci ödəniş 5578 manat olmaqla, ümumilikdə 11156 manat məbləğində ümumi borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1732/2024 nömrəli yekun məhkəmə aktına əsasən İddiaçı ASC və Cavabdeh MMC arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilsə də, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il taixli e-2- 2(113)-1732/2024 nömrəli qətnaməsi ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri Cavabdeh MMC-nin icarə borcunun ödənilməsi qaydası və müddəti ilə bağlı olmuş, icarə obyektinin boşaldılaraq təhvil verilməsi iləmüddəalar barışıq sazişinə daxil edilməmiş, icarə obyektinin boşaldılaraq təhvil verilməsinə dair hər hansı bir şərt sazişdə öz əksini tapmamışdır.Ona görə də sazişdə qeyd edilməyən və onun məzmununda əksini tapmayan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2-2(113)-1732/2024 nömrəli qətnaməsində qiymət verilməmiş hallarla bağlı izah verilməsi yolverilməz olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin qüvvədən düşməsinə baxmayaraq icarəçi tərəf ünvan 4 ünvanında yerləşən istehsal sahəsi və anbar sahəsi üzrə icarəyə verilmiş yerlərdən çıxmırlar və icarəyə verilmiş obyekləri boşaldıb təhvil verilməsindən, eyni zamanda icarə haqqını ödəməkdən boyun qaçırırlar. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, İddiaçı X3 Cəmiyyəti xx.xx.2023-cü il tarixində cavabdehə müraciət edərək bildirmişdir ki, hər iki müqavilə üzrə borc ödənilməmiş, bu səbəbdən icarə müqaviləsinin ləğv olunmuş sayıldığını qeyd etmiş, 3 gün və yaxud 1 həftə ərzində anbarın və istehsal sahəsinin boşaldılıb təhvil verilməsini və icarə haqqı borcunun ödənilməsini xahiş etmişdirlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş (SMS) göndərmiş, bildiriş qəbul edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştiakı olmadan işə baxılmasını mükün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara icarə müqavilələri, şəhadətnaməmediasiya prosesinin tətbiqi barədə müqavilə, akt, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə hazırkı işin araşdırılması zamanı müəyyən etmişdir ki, tərəflər arasında icarə müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi müvafiq məhkəmə qərarı ilə təsdiq edilsə də, cavabdeh tərəf qeyd edilən sazişi icra etməmişdir. İddiaçı İlkin olaraq cavabdehin əmlakının olduğu ərazi üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, sadalanan məhkəmə hazırkı iddia tələbinə ərazi aidiyyəti ilə bağlı razılaşmağından baxılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Plenum qərarında qeyd etmişdir ki, Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1732/2024 nömrəli yekun məhkəmə aktına əsasən İddiaçı ASC və Cavabdeh MMC arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilsə də, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il taixli e-2-2(113)- 1732/2024 nömrəli qətnaməsi ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri Cavabdeh MMC-nin icarə borcunun ödənilməsi qaydası və müddəti ilə bağlı olmuş, icarə obyektinin boşaldılaraq təhvil verilməsi iləmüddəalar barışıq sazişinə daxil edilməmiş, icarə obyektinin boşaldılaraq təhvil verilməsinə dair hər hansı bir şərt sazişdə öz əksini tapmamışdır.Ona görə də sazişdə qeyd edilməyən və onun məzmununda əksini tapmayan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1732/2024 nömrəli qətnaməsində qiymət verilməmiş hallarla bağlı izah verilməsi yolverilməz olduğu qeyd edilmişdir. Qeyd edilən səbəbdən həmçinin yuxarı məhkəmənin müvafiq mövqeyi nəzərə alınaraq hazırkı işə baxılmışdır. Məhkəmə iddia tələbinin “cavabdehin iddiaçıya məxsus, Bakı şəhəri Ünvan 1də yerləşən 300 kv.m. sahəsi olan anbardan və 220 kv.m. boş istehsal sahəsindən çıxarılması” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli /59 nömrəli İcarə müqaviləsinə əsasən, icarədar İddiaçı ATSC-yə məxsus olan Ünvan 1də yerləşən özünəməxsus boş anbarı 300 kv.m sahəsini icarəyə verir, icarəçi isə həmin sahəni 1 il müddətinə icarəyə götürür. Müqavilənin 2.1-ci bəndinin tələbinə görə boş anbar sahəsinə görə icarə haqqı ƏDV ilə birgə ayda 1180 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli /88 nömrəli İcarə müqaviləsinə əsasən, icarədar İddiaçı ATSC-yə məxsus olan Ünvan 1də yerləşən özünəməxsus boş istehsal sahəsini 220 kv.m-ni icarəyə verir, icarəçi isə həmin sahəni 1 il müddətinə icarəyə götürür. Müqavilənin 2.1-ci bəndinin tələbinə görə boş istehsal sahəsinə görə icarə haqqı ƏDV ilə birgə ayda 944 manat təşkil edir. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, İddiaçı X3 Cəmiyyəti xx.xx.2023-cü il tarixində cavabdehə müraciət edərək bildirmişdir ki, hər iki müqavilə üzrə borc ödənilməmiş, bu səbəbdən icarə müqaviləsinin ləğv olunmuş sayıldığını qeyd etmiş, 3 gün və yaxud 1 həftə ərzində anbarın və istehsal sahəsinin boşaldılıb təhvil verilməsini və icarə haqqı borcunun ödənilməsini xahiş etmişdirlər. Belə ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinin 3.5-ci bəndinin tələbindən də aydın olur ki, icarəçi icarə haqqını 1 və ya 2 ay gecikdirirsə müqavilə birtərəfli qaydada pozulmuş hesab olunur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki: 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Göründüyü kimi cavabdeh tərəfindən icarə haqqı borcunun müqavilədə tərəflərin razılaşmış olduğu qaydada ödənilməməsi, cavabdehin öz üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməməsi, həmçinin iddiaçı tərəfin cavabdehə xx.xx.2023-cü il tarixdə göndərdiyi xəbərdalıq məktubu əsasında tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi səbəbindən iddiaçı Cavabdeh MMC-nin anbardan və boş istehsal sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd edilən qeyri-yaşayış obyektlərinin cavabdehin istifadəsində olmasına dair akt və müvafiq fotolar təqdim edilsə də, ümumilikdə iş materiallarında olan sübutlar əsasında iddiaçının bu arqumentinin düz olduğu təsdiqlənir. Düzdür cavabdeh tərəf məhkəməyə gəlməkdən və ya iddiaya hər hansı bir münasibət bildirməkdən yayındığı üçün məhkəmə sübutlara cavabdeh tərəfin münasibətini öyrənmədən hüquqi qiymət vermək məcburiyyətində qalmışdır. Məhkəmə iddia tələbinin “21240 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf tələbinin bu hissəsini onunla əsaslanırır ki, cavabdeh tərəfi uzun müddət icarə haqqını ödəməməsi səbəbindən hər iki müqavilə qüvvədən düşüb. İddiaçı cavabdehə ona məxsus sahəni və anbarı boşaldıb ona təhvil verməsini tələb etsə də, lakin cavabdeh həmin sahələri boşaltmır və iddiaçıya təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Nəticədə keçən 10 ay ərzində iddiaçı həmin sahələri başqa şəxslərə icarəyə verib hər ay 2124 manat gəlir əldə etməkdən məhrum olub. ` Məhkəmə buna münasibətdə qeyd edir ki, iş materialları araşdırıldığı zaman aydın olur ki, icarə müqavilələri iddiaçının cavabdeh tərəfə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən, birtərəfli qaydada ləğv edilmiş, cavabdehdən 3 gün və yaxud 1 həftə ərzində anbarın və istehsal sahəsinin boşaldılıb təhvil verilməsi xahiş edilmişdir. Lakin buna baxmayaraq cavabdeh hazırkı müddətə kimi nəzərdə tutulan obyektləri boşaldaraq iddiaçıya təhvil verməmişdir. Bundan əlavə olaraq, xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00041 nömrəli Mediasiya prosesinin tətbiqi barədə müqavilədən də göründüyü kimi tərəflər arasında xx.xx.2024-cü il tarixində həmin müddətə olan ümumilikdə 11156 manat məbləğində icarə haqqı borcunun ödənilməsi barədə barışıq sazişi bağlanmış, həmin barışıq sazişi iş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-1732/2024 nömrəli yekun məhkəmə aktı ilə təsdiqlənmişdir. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə ilə tutulan məbləğlə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1732/2024 nömrəli qətnaməsi ilə təəsdiq edilmiş mediasiya sazişi fərqli dövrləri əhatə edir və hazırkı qətnamə ilə tutulan məbləğ üst-üstə düşmür. Məhkəmə bu qənaətə gəlir ki, cavabdeh tərəf müqavilələrin ləğv edilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdən sonra da iddiaçıya məxsus sahəni və anbarı boşaldıb ona təhvil verməmiş, iddiaçının həmin obyektləri başqa şəxslərə icarəyə verərək əldə edə biləcəyi gəlirdən onu məhrum etmişdir. Tərəflər arasında müqavilə ləğv olunsa da, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixindən iddiaçının məhkəməyə müraciət etdiyi 14 oktyabr 2024-cü il tarixəə qədər iddiaçıya dəymiş zərərin əvəzi hesablanarkən tərəflərin icarə haqqı üçün müqavilədə razılaşdıqları məbləğ əsas götürülsün. Belə ki, Mülki Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Belə ki, xx.xx.2021-ci il tarixli /59 nömrəli icarə müqaviləsi ilə boş anbar sahəsinə görə icarə haqqı ƏDV ilə birgə ayda 1180 manat, xx.xx.2022-ci il tarixli /88 nömrəli İcarə müqaviləsi ilə boş istehsal sahəsinə görə icarə haqqı ƏDV ilə birgə ayda 944 manat müəyyənləşdirilmişdir. Hər iki müqavilə üzrə ödənilməli olan ümumi aylıq icarə haqqının məbləği 2124 manat (1180+944=2124) təşkil edir. Məhkəmə də qeyd edilən tərəflər arasında bağlanmış müqavilə ilə əvvəllər rəsmiləşdirilmiş icarə haqqı borcunun məbləğini cavabdehin iddiaçının qeyri-yaşayış sahəsindən istifadə nəticəsində iddiaçının düşdüyü ziyan və ya əldən çıxmış faydasının məbləği kimi qəbul edir. İddiaçıya dəymiş zərər xx.xx.2024-cü il tarixindən məhkəməyə müraciət edilən xx.xx.2024-cü il tarixədək 9 ay müddət nəzərə alınmaqla, ümumilikdə 19116 manat (2124*9=19116) təşkil edir və iddia tələbi bu hissədə təmin edilməlidir. Odur ki, məhkəmə yekun olaraq qeyd edir ki, iddiaçının “cavabdehin iddiaçıya məxsus, Bakı şəhəri Ünvan 1də yerləşən 300 kv.m. sahəsi olan anbardan və 220 kv.m. boş istehsal sahəsindən çıxarılmasını və 19116 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etməsi qanuni, ədalətli və əsaslı olduğu üçün iddia bu hissədə təmin edilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 155 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC iddiaçıya məxsus məxsus, Bakı şəhəri Ünvan 1də yerləşən 300 kv.m. sahəsi olan anbardan və 220 kv.m. boş istehsal sahəsindən çıxarılsın. Cavabdeh MMC-dən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadə nəticəsində vurulmuş zərərin əvəzi olan 19116 manat pul və 155 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov