Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1607/2024 07.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 50 000 manat məbləğində pulun və ödənilmiş 240 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 50 000 manat məbləğində pulun və ödənilmiş 240 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərdən keçirib hesab edir ki, hazırki ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılan məlumatdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı müvafiq olaraq Xocavənd rayonu, Kuropatkin kəndidir. Həmçinin, iş materiallarından göründüyü kimi cavabdehin ünvanı olaraq ünvan 2carə predmeti olan “Şah market” ticarət obyekti də Ağcabədi şəhəri, T.İsmayılov küçəsi ünvanında yerləşir. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsinin mətn hissəsindəki məhkəmənin adı Şirvan Kommersiya Məhkəməsi olaraq qeyd olunmuşdur. Həmçinin, elektron iddia ərizəsi və iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, dövlət rüsumu xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə X1 və ya Asanpay vasitəsilə Şirvan Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırkı ərizəyə Cavabdeh qeydiyyat ünvanı üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 18-ci bəndinə əsasən Ağcabədi rayonu Şirvan Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məh kəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 50 000 manat məbləğində pulun və ödənilmiş 240 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1607/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1607/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver