Məhkəmə qərarları › İş №e-2-2(117)-165/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-165/2020

13.04.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-165/2020 13.04.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, kreditor ünvan 1 ünvanında yerləşən Kreditor ASC-nin borclu Oğuz rayonu Xaçmaz kəndində yaşayan Borclu qarşı “8118,33 manat əsas borc, 2770,31 manat cərimə borcu və 20 manat dövlət rüsumunun borcludan tutularaq ödənilməsi üçün məhkəmə əmrinin verilməsi” barədə ərizə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor ASC Borclu qarşı “8118,33 manat əsas borc, 2770,31 manat cərimə borcu və 20 manat dövlət rüsumunun borcludan tutularaq ödənilməsi üçün məhkəmə əmrinin verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşıdırıb hesab edir ki, tələb üzrə məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilir. Hazırki ərizədə kreditorun tələbi aşkar deyil. Belə ki, kreditor tələb üzrə əsas borcun təsdiqi kimi yalnız tərəflər arasında bağlanmış müqaviləni, ödəniş qrafiklərini və özü tərəfindən tərtib edilmiş maliyyə arayışını təqdim etsə də, həmin sənədlərdən borclunun məhz həmin məbləğdə əsas borcunun olması təsdiq olunmur. Bundan başqa kreditor 2770,31 manat məbləğində cərimə borcunu tələb edir ki, cərimə borcunun hansı qaydada və hansı tarixdən hesablanması, habelə cərimə borcu üzrə borcun məhz həmin məbləğdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyindən əmrin verilməsi barədə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Kreditor ASC-nin Borclu qarşı “8118,33 manat əsas borc, 2770,31 manat cərimə borcu və 20 manat dövlət rüsumunun borcludan tutularaq ödənilməsi üçün məhkəmə əmrinin verilməsi” haqqında ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar