Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-166/2020 13.04.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, kreditor ünvan 1 ünvanında yerləşən Kreditor1 ASC-nin borclu Ucar rayonu Qazıqumlaq kəndində yaşayan Borclu qarşı “40665 manat əsas borc, 5539,44 manat cərimə borcu və 20 manat dövlət rüsumunun borcludan tutularaq ödənilməsi üçün məhkəmə əmrinin verilməsi” barədə ərizə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor1 ASC Borclu qarşı “40665 manat əsas borc, 5539,44 manat cərimə borcu və 20 manat dövlət rüsumunun borcludan tutularaq ödənilməsi üçün məhkəmə əmrinin verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşıdırıb hesab edir ki, tələb üzrə məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilir. Hazırki ərizədə kreditorun tələbi aşkar deyil. Belə ki, kreditor iddianın hüquqi əsasını təşkil edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyindən əmrin verilməsi barədə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Kreditor1 ASC-nin Borclu qarşı “40665 manat əsas borc, 5539,44 manat cərimə borcu və 20 manat dövlət rüsumunun borcludan tutularaq ödənilməsi üçün məhkəmə əmrinin verilməsi” haqqında ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-166/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-166/2020
13.04.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver