Məhkəmə qərarları › İş №e-2-2(117)-169/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-169/2022

10.02.2022 · Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-169/2022 10.02.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin 02.11.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 869,75 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1050 manat məbləğində siyahıya alınmış əmlakın (1 ədəd 700 manat dəyərində işlək vəziyyətdə olan ağ rəngli “Arçelik” soyuducu, 1 ədəd 350 manat dəyərində işlək vəziyyətdə şüşəli soyuducu, ümumilikdə 1050 manat məbləğində siyahıya alınmış əmlakın) ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı 13 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı “cavabdehin 02.11.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 869,75 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1050 manat məbləğində siyahıya alınmış əmlakın (1 ədəd 700 manat dəyərində işlək vəziyyətdə olan ağ rəngli “Arçelik” soyuducu, 1 ədəd 350 manat dəyərində işlək vəziyyətdə şüşəli soyuducu, ümumilikdə 1050 manat məbləğində siyahıya alınmış əmlakın) ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iddia ərizəsinə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh Əsədov X1 rayonu Xırdalan şəhəri Səttar Bəhlulzadə küçəsi döngə 9 ev 11 A ünvanında qeydiyyatdadır. Bu səbəbdən iddiaçı 13 saylı Ərazi Vergilər İdarəsinin hazırki iddia tələbinə Cavabdeh qeydiyyat yeri üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 1-ci maddəsinin 1-ci cümləsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.... 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. 3-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Cavabdeh onun yaşayış yeri sayılmayan, Zaqatala şəhərində müvəqqəti yaşadığı mehmanxanada, sanatoriyada, istirahət evində, pansionatda, kempinqdə, turist bazasında, xəstəxanada və digər belə ictimai yerlərdə, habelə yaşayış binasında (özünün, qohumunun, tanışının və b.) olması və olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən sonuncunun qeydiyyat və yaşayış yeri Abşeron rayonu Xırdalan şəhəridir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 13 saylı Ərazi Vergilər İdarəsi hazırki cavabdehə qarşı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki iddia tələbinə cavabdehin qeydiyyat və yaşayış ünvanı üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaldıır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin 02.11.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 869,75 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1050 manat məbləğində siyahıya alınmış əmlakın (1 ədəd 700 manat dəyərində işlək vəziyyətdə olan ağ rəngli “Arçelik” soyuducu, 1 ədəd 350 manat dəyərində işlək vəziyyətdə şüşəli soyuducu, ümumilikdə 1050 manat məbləğində siyahıya alınmış əmlakın) ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar