Məhkəmə qərarları › İş №e-2-2(117)-176/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-176/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-176/2024 28.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 Açıq Səmdar Cəmiyyətinin cavabdeh xxxx MMC-yə qarşı “xx.xx.2023-cü il tarixli 11-2023 saylı müqaviləyə əsasən xxxx MMC-yə avans olaraq ödənilmiş 1605 manat vəsaitin cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X1 Açıq Səmdar Cəmiyyəti cavabdeh xxxx MMC-yə qarşı “xx.xx.2023-cü il tarixli 11-2023 saylı müqaviləyə əsasən xxxx MMC-yə avans olaraq ödənilmiş 1605 manat vəsaitin cavabdehdən tutulması ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddiaçı şirkət tərəfindən qarşı tərəfə təqdim etdiyi stiker nümunələrinin rənginin bulanıq olması, elastik olmaması, yapışqan olmaması və bu nöqsanların aradan qaldırılmayacağı halda stikerlərin şirkət tərəfindən qəbul edilməyəcəyi bildirilmişdir. Bununla bağlı yazışmaları məhkəməyə təqdim etmişdir. Bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddiaçı tərəfin izahatı ilə razı deyil. İddiaçı tərəf işlər görüldükdən sonra stikerləri istəmədiklərini bildirib. Şirkət tərəfindən iddiaçı şirkətə istehsal olunmuş stikerlərə dair video göndərilib, nümunə tərtib edilib-edilməməsi barədə soruşduqda, cavabdeh tərəf hərşeyin videoda aydın göründüyünü bildirmişdir. Bundan sonra istehsal barədə təsdiqləmə göndərilmişdir. Cavabdeh tərəf onlarla olan Whatsapp yazışmalarını yarımçıq təqdim etmişdir. İddiaçı tərəf stikerlərin tez lazım olduğunu bildirmiş və onları istehsal etməyə tələsdirmişdir. Onlar ziyana düşmüşdür. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Sədrlik edən tərəflərə barışıq təklif etmiş və barışıq sazişi bağlanmasının nəticələrini izah etmişdir. Tərəflər məhkəmə iclası zalında barışığa gəlmiş və barışıq sazişini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin imzası ilə təsdiq edilmiş barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqdim edilmiş barışıq sazişinin məzmunundan müəyyən edilir ki, Cavabdeh MMCnin rəhbəri Nümayəndə İddiaçı Açıq Səmdar Cəmiyyətinin 1605 manat iddia tələbində imtina etmək müqabilində 1000 manatı xx.xx.2024-cü il tarixdə İddiaçı Açıq Səmdar Cəmiyyətinin hesabına ödəməyi öz öhdəsinə götürür. İddiaçı X1 Açıq Səmdar Cəmiyyəti qeyd edilən razılaşmaya görə iddiasından imtina edir.Tərəflər bu barışıq sazişinin şərtlərini icra etmədikdə qərar məcburi icraya yönələcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 Açıq Səmdar Cəmiyyəti və cavabdeh xxxx MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 1.Cavabdeh MMC-nin rəhbəri Nümayəndə 1605 manat iddia tələbi müqabilində 1000 manat məbləğində vəsaiti xx.xx.2024-cü il tarixdə İddiaçı Açıq Səmdar Cəmiyyətinin hesabına ödəməyi öz öhdəsinə götürür. 2.İddiaçı X1 Açıq Səmdar Cəmiyyəti iddiasından imtina edir. 3.Tərəflər bu barışıq sazişinin şərtlərini icra etmədikdə qərar məcburi icraya yönələcəkdir. İddiaçı X1 Açıq Səmdar Cəmiyyətinin cavabdeh xxxx MMC-yə qarşı “xx.xx.2023-cü il tarixli 11-2023 saylı müqaviləyə əsasən xxxx MMC-yə avans olaraq ödənilmiş 1605 manat vəsaitin cavabdehdən tutulması” tələbinə dair işin icraatına barışıq sazişi bağlandığından xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar