Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şəki şəhəri İş № e-2-2(117)-178/2020 21.04.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Şəki Kommersiya Məhkəməsinin hakimi Məcidov Rüfət Azadəli oğlu, kreditor ünvan 1 ünvanında yerləşən Kreditor ASC-nin borclu Balakən rayonu Tülü kəndində yaşayan X2 qarşı 5987 manat borc və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor ASC-nin məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, borclu X3 ilə Kreditor ASC arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli 1131-GL/17 nömrəli və xx.xx.2018-ci il tarixli 1356-GL/16 nömrəli müqavilələr bağlanmış, borclu qeyd olunan müqavilələrin şərtlərini pozaraq lizinqə götürdüyü texnikaların dəyərini ödəməmiş və nəticədə 5987 manat borcu yaranmışdır. Borclunun 5987 manat borcunun olması tərəflər arasında bağlanmış müqavilələr və maliyyə arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Beləliklə, tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslandığından, yəni müqavilə üzrə yaranmış borcun alınması haqqında verildiyindən tələbkarın ərizəsi təmin edilməli və bu barədə məhkəmə əmri çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi : Borclu X1 5987 (beş min doqquz yüz səksən yeddi) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq Kreditor ASC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-178/2020
Şəki Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(117)-178/2020
21.04.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver