Məhkəmə qərarları › İş №e-2-2(117)-1836/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1836/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1836/2025 03.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə əsasən icarə obyektinin iddiaçının istifadəsinə verilməsi, obyektin təhvil verilməməsi nəticəsində yaranan 18.576 manat cərimə, cəmi 32.000 manat (16 ay) əldən çıxmış fayda, 6600 manat ödənilməmiş avans məbləği olmaqla, ümumilikdə 69.832 manat pulun və 300 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə əsasən icarə obyektinin iddiaçının istifadəsinə verilməsi, obyektin təhvil verilməməsi nəticəsində yaranan 18.576 manat cərimə, cəmi 32.000 manat (16 ay) əldən çıxmış fayda, 6600 manat ödənilməmiş avans məbləği olmaqla, ümumilikdə 69.832 manat pulun və 300 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Elekton Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan aydın olur ki, Cavabdeh Elektron İnformasiya Məhkəmə Sistemində yaradılan elektron kabineti olmasa da, VÖEN hesabı mövcuddur. Buna baxmayaraq iş marteriallarından göründüyü kimi hazırkı iş üzrə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlər cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin nəzərdə tutulan qaydada cavabdehə çatdırılması ilə bağlı tələblərə əməl edilmədiyindən, belə ki, çatdırılmanı təsdiqləyən sənədlər iş materiallarına əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmun tələblərinə də riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir Belə ki, hazırkı ərizənin məhkəmə yoxlaması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin tələb hissəsində iddiaçı tərəfindən ayrı-ayrılıqda tələb edilən pul məbləğlərinin cəmi 57176 manat təşkil edir. Lakin yekunda iddiaçı tərəfindən 69832 manat pul tələb edilir. Nəticədə görünür ki, iddia ərizəsinin tələb hissəsinin iddiaçı tərəfindən dəqiqləşdirilməsinə ehtiyac vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsinin 149.2.3-cü maddəsinin tələblərinə riayət edilməmiş və nəticədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarılmalıdır. Odur ki, yuxarıda qeyd edilən əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 300 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə əsasən icarə obyektinin iddiaçının istifadəsinə verilməsi, obyektin təhvil verilməməsi nəticəsində yaranan 18.576 manat cərimə, cəmi 32.000 manat (16 ay) əldən çıxmış fayda, 6600 manat ödənilməmiş avans məbləği olmaqla, ümumilikdə 69.832 manat pulun və 300 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 300 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar