Məhkəmə qərarları › İş №e-2-2(117)-192/2021

Şəki Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(117)-192/2021

16.03.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şəki şəhəri İş № e-2-2(117)-192/2021 16.03.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Şəki Kommersiya Məhkəməsinin hakimi Məcidov Rüfət Azadəli oğlu, kreditor Bakı şəhəri Z.Bünyadov prospekti 1965 X1 Mərkəzi 1-ci bina 4-cü mərtəbədə yerləşən Kreditor ASC-nin borclu Ağdaş rayonu Pirkəkə kəndində yaşayan Borclu qarşı 5200 manat borc və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor ASC-nin məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu ilə “xxxx” ASC arasında cəmiyyətə məxsus kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə xx.xx.2019-cu il tarixli 02/00023638 nömrəli müqavilə bağlanmış, borclu 2 ay müddətində 6000 manat ödəməli olduğu halda, xx.xx.2019-cu il tarixdə 500 manat və xx.xx.2019-cu il tarixdə 300 manat ödəniş etmiş, nəticədə 5200 manat borcu qalmışdır. Borclunun 5200 manat borcunun olması tərəflər arasında bağlanmış müqavilə və ödəniş qəbzləri ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Beləliklə, tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslandığından, yəni müqavilə üzrə yaranmış borcun alınması haqqında verildiyindən kreditorun ərizəsi təmin edilməli və bu barədə məhkəmə əmri çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi : Ərizə təmin edilsin. Borclu 5200 manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq Kreditor ASC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar